209
Şəkil 2. Kürovdağ saziş sahəsi
210
Şəkil 3. Şirvan şəhərində mövcud neft hasilatı əraziləri
Neft hasilatının ətraf mühitə təsiri. Torpaqların neft və neft məhsulları ilə uzunmüddətli
çirklənməsi və onun ekoloji təsiri ekosistemin öz-özünə bərpa etmə prosesinə mənfi təsir göstərir ki,
bu da ekoloji balansın pozulmasına gətirib çıxarır. Şirvan şəhərində torpaq sahələrinin mazut, neft
211
və neft məhsulları, eyni zamanda neft sənayesi müəssisələrinin tullantı suları ilə çirklənməsi
yararsız hala düşməsinə səbəb olmuşdur. Bir quyunu istismara buraxanda, onun düzgün qaydalar
əsasında axıra kimi işlənməsi gözlənilməlidir. Orada neft tükəndikdən və ya sulaşma baş verdikdən
sonra başqa obyektə keçmək lazımdır. Digər obyektə keçdikdən sonra köhnə quyu mütləq
bağlanmalıdır. Sonra yuxarı təbəqə açıla bilər. Bir quyudu hər horizontun öz xətti var. Horizontlar
qarışıq işlədilən zaman neft suları bir horizontdan digərinə axa bilər ki, bu da quyuda sulaşma,
gilləşməyə səbəb olur. Bütün sadalanan problemlərin qarşısının alınması üçün quyuların istismarı
zamanı texnoloji qaydalara əməl olunmalıdır.
Ətraf mühitin neft suları ilə çirklənməsinin qarşısının alınması və bu suların səmərəli
istifadəsi iki istiqamətdə aparılmalıdır:
1.
Neft sularının lazımi dərəcədə təmizlənərək yenidən neftli laylara və yaxud başqa bir sulu
laya vurulması;
2.
Neft sularının müasir texnoloji üsulla kompleks emal edilməsi.
Şirvan şəhərində neft və qazçıxarma mədənlərində lay sularından təkrar istifadə və ya
quyulara vurulma istiqamətində tədbirlər görülür. Lakin bununla belə lay sularının ətraf
ərazilərə, sututarlara axıdılmasının qarşısı tam alınmamışdır və neftlə torpaqların və su
hövzələrin çirklənməsinə səbəb olmuşdur. Neftli sular on illərlə istifadəsiz qalaraq ətrafda
olan çökəkliklərə axıdılaraq həm ətraf mühitin çirklənməsinə, həm də iqisadi itkilərə səbəb
olmuşdur [2].
Şirvan şəhərinin ərazisində neftlə çirklənmiş torpaqların sahəsi 355 hektara qədərdir (şək.4).
Neftlə çirklənmiş torpaq sahələri əsasən Şirvan şəhərinin qərb (Bayramlı qəsəbəsindən şimala
doğru) və cənub-şərq (Hacıqıhramanlı qəsəbəsindən qərb və şimal-qərbə doğru) sərhədləri yaxın-
lığında daha çox yayılmışdır. Neftlə çirklənmiş tоrpaqlar əsasən neft mədənləri arasında, neft
buruqları ətrafındadır. Neft anbarlarında və buruq ətrafında belə sahələr ləkələr halındadır. Çirklən-
mə mənbələri olaraq neft məhsulları və lay sularını göstərmək olar. Dərin qatda neftlə çirklənmiş
sahələrdə bitki örtüyü yоxdur. Bitki örtüyü şоran оlmayan sahələrdə efemer bitkiləri, şоran
sahələrdə şоranlıq bitkiləri, sulfatlı şоranlıqlarda isə yulğun və s. vardır. Bir çоx yerlərdə neftlə
çirklənmə maye halındadır. Ancaq zəif neftlə çirklənmiş sahələrdə (0-10 sm qalınlığında) bitium-
laşma prоsesi nəzərə çarpır [3]. Şirvan şəhərində neft quyularına yaşayış məntəqələrinin daxilində
rast gəlmək mümkündür. Bu da həm təhlükəsizlik, həm də ekoloji baxımdan fəsadlar yaradır. Neft
hasilatı obyektlərinin ətraf ərazilərə təsirinin azaldılması üçün neft sənayesi müəssisələri üçün 200
m, yaşayış mənətəqələri və digər sənaye obyektləri daxilində yerləşmiş neft quyuları üçün 50 m
sanitar-mühafizə zolağı nəzərdə tutulmuşdur (şək.5).
Şəkil 4. Şirvan şəhərində neft əraziləri
Şirvan şəhərində torpaq sahələri ilə yanaşı su hövzələri də neftlə çirklənməyə məruz
qalmışdır. Respublikamızın böyük göllərindən hesab olunan Hacıqabul gölünün müəyyən hissəsi
Şirvan şəhəri daxilindədir. Hacıqabul gölünün köçəri quşların miqrasiyası dövründə onların
müvəqqəti istirahəti və bataqlıqda yaşayan su quşlarının, o cümlədən, nəsli kəsilməkdə olan
növlərin yuva qurmaları üçün əlverişli şəraitə malik olduğunu nəzərə alsaq, onun ekoloji
vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülməlidir. Gölə daxil olan tullantı
212
sularından, dib çöküntüsündən və gölün müxtəlif nöqtələrindən su nümunələri götürülərək təhlil
olunmuşdur. Aparılmış təhlillərin nəticələri göstərir ki, gölün suyu duzluluq və ion tərkibinə görə
yüksək dərəcədə minerallaşmışdır. Suyun bəzi inqrediyentlər üzrə normadan artıq çirklənməsi baş
vermiş və gölün suyunda tədqiq olunan neft məhsullarının, sintetik səthi aktiv maddələrin, ağır
metalların, dib çöküntülərində isə neft məhsullarının, fenolların və ağır metalların normadan 2-5
dəfə artıq olması aydın olmuşdur. Hazırda Hacıqabul gölünün məişət-təsərrüfat və balıqçılıq təsər-
rüfatı əhəmiyyətli su hövzəsi kimi istifadəsi mümkün hesab olunmur. Bütün bunların nəticəsində
suyun hidroloji rejimi pozulmuş, gölün təbii təmizlənmə qabiliyyəti azalmış və göl qurumağa
başlamışdır.
Cədvəl 1.
Təyin olunan
komponentlər
Ölçü
vahidi
Komponentlərin
miqdarı
Yol Verilən
Qatılıq Həddi
(YVQH )
Neft və neft məhsulları
mq/l
0,09
0,05
Hacıqabul gölündən götürülmüş su nümunəsi üzərində aparılmış fiziki kimyəvi analizlərin
nəticələri, 12.01.2013 –cü il tarixi üçün
Kür çayının Şirvan şəhərindən keçən hissəsi də neft və neft məhsulları ilə çirklənmədən yan
keçməmişdir. Şirvan, Salyan, Neftçala məntəqəsində aparılmış monitorinqin nəticələrinə əsasən bu
ərazilərdə Kürün sularında bixromat oksidləri, fenollar, neft məhsulları və heksoxloran pestisidinin
miqdarı digər məntəqələrlə müqayisədə 1.5-2.0 dəfə çoxdur [4].
Cədvəl 2.
Məntəqə
İllər
Neft və neftməh-sulları,
mq/l
Şirvan
2005
0,05
Şirvan
2008
0,05
Şirvan
2010
0,02
Qeyd: Bu monitorinqlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi əsasında 2010-cu ilə
qədər aparılmışdır.
Nəticə. “Şirvan şəhərinin Dövlət Şəhərsalma Kadastrının yaradılması” layihəsi çərçivəsində
2013-2033-cü ilə qədərki dövrdə şəhərin perspektiv inkişafı baxımından ehtiyat torpaq sahələri
olduğu üçün neft əraziləri mühəndis infrastrukturu zonası daxilində olduğu kimi saxlanılmışdır.
Lakin hesabat dövrü başa çatdıqdan sonra bu ərazilərə yenidən baxılması və ərazinin hansı
istiqamətdə inkişaf etdirilməsi üçün yeni tələblərin qəbul olunması mütləq məsələlərdəndir. Buna
baxmayaraq ətraf mühitin mühafizəsi naminə Şirvan şəhərində qalıq neft məhsullarının sahədən
çıxarılması ilə bağlı işlər yerinə yetirilməlidir. Torpaqlar neft məhsullarından yuyulmalı, mexaniki
(fiziki-kimyəvi), bioloji, kimyəvi, termik və biotexnoloji üsullar tətbiq olunaraq rekultivasiya
tədbirləri həyata keçirilməlidir. Həmçinin Hacıqabul gölü, onun hal-hazırkı ekoloji vəziyyəti ilə
əlaqədar yaranmış problemlər və bu problemlərin həlli xüsusi prioritet təşkil edən məsələlərdən biri
kimi qarşıya qoyulmuşdur. Gələcək inkişaf planında Hacıqabul gölü sahilində idman, sağlamlıq,
əyləncə və istirahət məkanları da daxil olmaqla şəhər-park layihəsi nəzərdə tutulmuşdur.
Dostları ilə paylaş: |