Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə107/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   103   104   105   106   107   108   109   110   ...   134

231 
Bəzi  xəstələrdə  qrip  və  pnevmoniya  qarşı  peyvənd  olunur.  Həkim  mielom  müalicəsi  alan 
xəstələrə  qabaqcadan  xəbərdarlıq  edir.  Bunlara  soyuqdan  uzaq  durmaq,  qripli  xəstə  ilə  təmas 
olmaması,  çox  insan  olan  yerdən  uzaq  durmaq  aiddir.  Müalicə  zamanı  əlavə  infeksiyaya  tutulma 
halı ciddi hesab edilir.  
Anemiya 
Miyelom müalicəsi zamanı xəstə özünü çox yorğun hesab edir. Bunun səbəbi yaranan anemi-
yadır. Bu zaman antianemik müalicə və ehtiyac olarsa qan transfuziyası aparılır. Multipl miyelom 
sıklıkla kemik ağrısına neden olmaktadır. Doktorunuz ağrıyı dindirmenin ve ya azaltmanın yolları 
hakkında önerilerde bulunabilir: 
Sümük kütləsinin azalması (osteoparoz). 
Miyelom  hüceyrələri    yeni  sümük  hüceyrələrinin  yaranmasının  qarşısını  alır.  Buna  görə  də 
miyelom  hüceyrələri  olan  yerlərdə  sümük  təbəqəsi  incəlir.  Sümüklərin  bərkliyi  üçün  D  vitamini, 
kalsium və nizamlı yeriş təyin olunur. 
Qanda hiperkalsemiyan.  
Multipl  miyelom  zamanı  kalsium  sümüklərdən  sürətlə  qan  sisteminə  keçir.  Qanda  artan 
kalsiumun ilk əlaməti iştəhasızlığın yaranmasıdır. Eyni zamanda  bulantı, qusma, narahatlıq, zehni 
qabiliyyətin azalması müşahidə edilir. Yüksək kalsium səviyyəsi yorğunluq, qıcolma, dehidratasiya, 
qəbizlik  poliuriya  və  polidipsiya  yarada  bilər.    Bu  zaman  bol  maye  qəbul  etmək    və  qanda 
kalsiumun səviyyəsini azaldan dərmanlardan istifadə etmək lazımdır. 
Böyrək problemləri  
Multipl  miyelomlu  xəstələrin  bəzilərində  böyrək  problemləri  yaranır.  Böyrəklərin  ciddi 
funksional  problemləri  varsa  hemodializ  aparılmalıdır.    Dizaliz  zamanı  qanda  zəhərli  maddələr 
xaric edilir. Bəzi hallarda isə xəstəyə böyrək köçürülməsi aparılır. 
Amiloidoz 
Miyelomlu  xəstələrin  bəzilərində  amilaidoz  inkişaf  edə  bilər.  Bunun  səbəbi      orqanizmdə 
artıq dərəcədə toplanan anormal proteinlərdir. 
Qidalanma və  fiziki aktivlik 
Yaxşı qidalanma, bol hidratasiya, çəkiyə nəzarət etmək vacibdir. Orqanizmin müqavimətini 
artırmaq üçün bol protein qəbul olunmalıdır.  
Bəzi hallarda müalicənin başlanğıcında xəstədə iştəhasızlıq olur. Bu müvəqqətidir. Bəzi dərmanlara 
qarşı qusma, bulantı, mədə ağrısı kimi hallar yarana bilər.  
Müalicədən sonrakı müddət.  
Multipl miyelom müalicəsindən sonra müntəzəm müayinə olunmalıdır. Xəstəliyin təkrar üzə 
çıxması mümkündür. Xəstəlik tam müalicə olunması belə diqqətli olunmalıdır.  
 
ƏDƏBİYYAT  
1.
 
Augustson  BM,  Begum  G,    Child  JA,  Drayson  MT:  Early  mortality  after  diagnosis  of 
multiple  myeloma:  Analysis  of  patients  entered  onto  the  United  kingdom  Medical  Research 
Council trials between 1980 and 2002--Medical Research Council Adult Leukaemia Working 
Party. J Clin Oncol 2005;23:9219-9226 5.  
2.
 
Dimopoulos MA, Terpos E, Giralt S, Fermand JP, Bladé J, Comenzo RL, Sezer O, Palumbo 
A,Harousseau  JL:  Renal  impairment  in  patients  with  multiple  myeloma:  A  consensus 
statement  on  behalf  of  the  International  Myeloma  Working  Group.  J  Clin  Oncol 
2010;28:4976-4984 6.  
3.
 
Heher EC, Rennke HG, Laubach JP, Richardson PG: Kidney disease and multiple myeloma. 
Clin J Am Soc Nephrol 2013;8:2007-2017 7. Sengul S, Li M, Batuman V: Myeloma kidney: 
Toward its prevention--with new insights from in vitro and in vivo models of renal injury. J 
Nephrol 2009;22:17-28 8. Leung N, Nasr SH: Myeloma-related kidney disease. Adv Chronic 
Kidney Dis 2014;21:36-47 
 
 
 


232 
ABSTRACT 
Malikyjder Ibrahimov, 
 Elmar Rzayev, 
Aynur Aliyeva 
Multiple mielom 
Multiple myeloma cancer, a disease of the blood system. In this case, the bone marrow cells 
growing abnormally. However,  losing the  function of  huceyrələn. There  are  many  risk  factors  for 
the development  of  the  disease. The main symptoms of  bone, muscle,  waist,  has  back  pain.  For a 
long  period  of  weakness  at  the  end.  fatigue,  sweating,  and  often  are  found  in  infectious  disease. 
Bone  marrow  transplantation  in  the  treatment  of  the  disease.  In  this  case,  family  members,  or 
donors  can  be  taken.  The  disease  can  be  completely  cured  oluan.  The  use  of  drugs  in  myeloma 
patients is essential. 
РЕЗЮМЕ 
Маликеждер Ибрагимов,  
Эльмар Рзаев, 
Айнур Алиевой 
Множественный  рак  миелома,  болезнь  кровеносной  системы.  В  этом  случае  клетки 
костного мозга растет ненормально. Однако потери функции huceyrələn. Есть много факто-
ров  риска  развития  заболевания.  Основные  симптомы  кости,  мышцы,  талии,  имеет  боль  в 
спине.  В  течение  длительного  периода  слабости  в  конце.  усталость,  потливость,  и  часто 
встречаются  при  инфекционном  заболевании.  Трансплантация  костного  мозга  при  лечении 
болезни. В этом случае могут быть приняты члены семьи, или доноры. 
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə 
çapa tövsiyyə  olunmuşdur. (protokol № 08)

 


233 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
MƏTLƏB İBRAHİMOV 
m.ibrahimov1965@gmail.com   
AYSEL OĞUZ 
ƏFRUZ MƏMMƏDOVA 
Naxçıvan Dövlət Universiteti 
UOT: 616.34 
PROBİOTİKLƏRİN ƏHƏMİYYƏTİ 
Açar sözlər: probiotik, ştamm, bakteriya, nazik bağırsaq 
Ключевое слово: пробиотик,штамм,бактерия,кишечник 
Keywords: Probiotics, Gastrointestinal system, Food safety, Treatment 
İnsan  həyata  göz  açdığı  andan  təbiət  deyilən  cansız  aləmlə  və  digər  canlılarla  birgə  yaşayır. 
Qastrointestinal  sistem  bizim  xarici  aləmlə  əlaqəmizi  təmin  edən  bir  sistemdir.  Ağız  yolu  ilə  qəbul 
etdiyimiz qidalarla birlikdə gözlə görünməyən canlılar olan bakteriyalar həzm sistemimizə daxil olur və 
bunların əksəriyyəti orqanizmimiz üçün dost bakteriyalardır. Mədə turşusu, pankreas, öd fermentlərinin 
təsirinə məruz qalmayan mikroorqanizmlər bağırsaqdakı reseptorlara bağlanaraq orqanizmimizin daimi 
sakini  olurlar.  Həzim  sistemindəki  bu  bakteriyalar  da  leykositlər,  erirtositlər  kimi  ömrünü  başa 
vurduqdan sonra yeniləri yaranır. Göbələk mənşəli mikroorqanizmlərin təqribi ömrü 3-5 gün,bakterial 
mikroorqanizmlərdə isə bu 2-3 həftədir. Miqdarları isə orqanizmimizdəki bütün hüceyrələrdən 10-100 
dəfə  çoxdur.  Bu  saydakı  bakteriyaların  həzm  sistemindəki  yaratdığı  ağırlıq  isə  1-1,5  kqdır.  Lazımı 
miqdarda  qəbul  edildiyində  sağlam  yaşamağımızı,  xəstəliklərdən  qorunmağımızı  təmin  edən  və 
müalicədə bizə kömək edən bakteriyalara probiotik bakteriyaları deyilir. 
 Bu bakteriyalar steril doğulan yenidoğulmuşa necə keçir?  
Döl təbii yolla doğulduqda doğuş yollarından keçərkən buradakı bütün bakteriyaları oral yolla 
qəbul  etmiş  olur.  Bunlar  anaya  aid  flora  bakteriyalarıdır  və  tərkibindəki  Escherichia  colli  kimi 
bakteriyalar  yenidoğulmuş  üçün  təhlükəlidir.  Ana  südündə  yüksək  miqdarda  olan  qalakto-
oliqosaxarid  quruluşundakı  karbohidratlar  (prebiotiklər)  yenidoğulmuşun  yoğun  bağırsağındakı 
bakteriyalar tərəfindən qısa zəncirli  yağ turşularına parçalanır və bu  yağ turşularından gələn enerji 
hesabına  o  bakteriyalardan  sadəcə  yenidoğulmuşa  lazım  olanlar,  əsasən  bifidobakteriya  və  lakto-
basillus qrubu olmaqla sürətlə çoxalır və ilk həftənin sonunda floranın 70-80 %-inə hakim olanlar 
bifidobakteriyalardır (bifidojenik təsir) 
Ona  görə  də  insanın  sağlam  ömrünün  formalaşmasında  bu  iki  mərhələ  -dölün  təbii  yolla 
doğulması və ən qısa zamanda ana südü ilə qidalanması vacibdir. Bunun əksinə olaraq keysəriyyə 
əməliyyatı  ilə  doğulan  və  ana  südü  ilə  qidalana  bilməyən  uşaqlarda  allergik  iltihabi  xəstəliklərə 
yoluxma ehtimalı daha yüksəkdir.  
Orqanizmamız  üçün  dost  olan  bakteriyaların  təbii  immunitetimizin  formalaşmasında  rolu  çox 
böyükdür.  Belə  ki,  yoğun  bağırsaqda  (kolon)  turş  mühit  yaratmaq-kolonda  probiotik  bakteriyalar 
prebiotik  karbohidratları  parçalayaraq  normalda    6-9  olan  bağırsaq    pH-nı  5-6  səviyyəsinə  yendirir. 
Beləliklə, kolonda pH 5-6 a yenəndə bir çox patogen (Klebsiella,Clostridium difficle kimi) bakteriyalar 
belə mühitdə məhv olur.Beləliklə də probiotik bakteriyalar bağırsaq mikroflorasına hakimdir. 
Həmçinin immun cavabın sabitləşməsində də rol oynayarlar. Məsələn;sağlam insanlarda Th1 
və  Th2  hüceyrələri  bərabərdir.  Hamiləlik  zamanı  isə  ana  bətnindəki  döl  ananın  orqanizması  üçün 
yad olduğundan, ananın immun sistemi buna cavab olaraq dölün məhvinə səbəb olar. Bunun qarşı-
sının  alınması  üçün  orqanizmamız  ele  proqramlanmışdır  ki,anada  bərabər  olan  Th1  və  Th2 
hüceyrələrində üstünlük Th2-ə keçər və beləliklə dölün məhvinin qarşısı alınar. Hamiləlik müddəti 
anada hakim olan Th2 hüceyrələri dölə keçər və  dünyaya gələn  yenidoğulmuşda da bu hüceyrələr 
Th1-ə görə üstündür. Bu üstünlüyə görə yenidoğulmuş allergiyaya daha meyillidir. Ona görə də bu 
üstünlük  tez  bir  zamanda    sonlandırılaraq  həm  ana,  həm  də  uşaq  təkrar  T  requlyator  hüceyrələr 
vasitəsi  ilə  əvvəlki  tarazlıq  halına  qayıtmalıdır.  Əgər  bu  üstünlük  aradan  götrülməz  və  Th  hücey-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə