Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə103/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   99   100   101   102   103   104   105   106   ...   134

221 
eroziyaya bir o qədərdə potensial təhlükəli olmayan relyef elementlərində, (tullantılarüstü, platolar, 
zəif  meylli  yamaclar) bitki  örtüyü  yenidən  bərpa  olunmuş, həmin  bitkilərin  gövdələrində  toplanan 
yuxarıda adlarını qeyd etdiyimiz ağır metalların fon göstəricilərinin qədəri ilə müqayisə edilməsinə 
böyük  ehtiyac  yaranmışdır.  Odur  ki,  son  150  ildə  (1865-2015)  öyrənilən  bu  ərazinin  ekosistemə 
daxil 
olan 
bütün 
ünsürlərində  relyefin  müasir  durumunda,  torpaq-bitki  sistemində, 
aqromeliorasiyasında  ağlagəlməz  dərəcədə  transformatik  dəyişiklik  baş  vermişdir.  Bu  massivində 
insanların təsərrüfat fəaliyyətinin iri miqyaslı təsir gücünün böyüklüyü burada iri həcmli dağ-mədən 
müəssisələrinin yaradılmasında aydın müşahidə edilir. Gədəbəy rayonu ərazisində əlvan, Daşkəsən 
rayonu  ərazisində  dəmir  filizi  və  alunit  yataqlarının  istismarı  orta  yüksəklik  qradiyentinə  malik 
dağlıq ərazilərdə özünə məxsus texnogen landşaftın müxtəlif morfometrik ölçülərə malik formalar 
yaranmışdır (cədvəl 1). 
 
 
 
Şəkil 1. Gədəbəy rayonu ərazisində texnogen geosistemlər. 
 
 
Şəkil 2. Daşkəsən rayonu ərazisində texnogen geosistemlə 


222 
 
 
Torpaq  əmələgəlmədə  yaranan  və  torpaq-bitki  sisteminin  bioməhsuldarlığında  ən  mühim 
göstərici humus hesab olunur ki, onların ehtiyatı tədqiq olunarkən ərazidə yayılmış torpaqların əkin 
qatında (dağ çəmən-bozqır-358,5; dağ qonur-meşə-257,3; dağ qara-168,5 t/ha) yüksək olub, 168,5-
358,5 t/ha arasında dəyişir [1]. 
Hər iki rayonun ərazisində yayılmış torpaqlarda göründüyü kimi humus ehtiyatı yüksəkdir və 
dağ-mədən  işlərinin  aparıldığı  həmin  torpaqlarda  humus  ehtiyatı  itirilmişdir.  Humus  ehtiyatının 
itirilməsi  antropogen  fəaliyyətlərin  və  təbii  prosseslərin  təsirinin  nəticəsində  baş  vermişdir.  Dağ-
mədən  işlərinin  aparılması  nəticəsində  humus  qatının  dağılması  və  itirilməsi  iki  istiqamətdə 
getmişdir. Birinci halda filizçıxarma əməliyyatı açma üsulu ilə aparıldığından, ikinci halda isə emal 
zamanı  yaranan  tullantı  süxur  kütlələri  mədənlər  ətrafında  meşə  və  kənd  təsərrüfatında  intensiv 
istifadə dövriyyəsində olan yuxarıda göstərilən torpaqların basdırılmasına görə baş vermişdir. 
Ümumilikdə götürdükdə Gədəbəy dağ-mədən ərazilərində 237 ha, Daşkəsən mədənlərində isə 2000 
ha  potensial  münbitliyə  malik  torpaqlar  yuxarıda  göstərilən  üsullarla  pozulmaqla  basdırılmışlar. 
Mədənaltı  yerlərdə  pozuntulara  məruz  qalmasaydılar  orada  hər  hektarda  biçənəklərdən  35-40  s/ha 
quru ot kütləsi, otlaq altı yerlərdə 15-20 s/ha yaş ot (5-7 s/ha quru kütlə) yem ot məhsulu, 350-450 
s/ha kartof, 450-600 s/ha kələm məhsulu əldə olunduğunu əgər hesab etsək 2000 ha-dan çox sahədə 
yem, ərzaq və qida məhsulu əldə olunma ehtiyatını hesablamaq olar [93]. 
 
Təbii  yem  sahəsinin  1 hektarında  bir  baş  ev heyvanlarının  otlama  normasının hesablanma-
sında yuxarıda göstərilən məhsuldarlıq olduqda aşağıdakı nəticə əldə olunur. Bu aşağıdaki düsturla 
hesablanır: 
 
N= Up/nt 
 
Uf -yeyilən ot kütləsinin məhsuldarlığı (quru kütlə halında) kq/ha; 
p- yeyilən kütlənin payı (iri buynuzlu mal-qara uzrə 0,8-0,9, xırda buynuzlu mal-qara üçün 0,7-0,8 
yem vahidi); 


223 
n- otlaq yeminin norması (quru kütlə halında) kq/ha (iri buynuzlular üzrə 10 kq, xırda buynuzlular 
üzrə 2 kq); 
t- otlaq mövsümünün davamiyyəti sutka; 
Hesablamalar  nəticəsində  məlum  edilmişdir  ki,  iri  buynuzlu  mal  qara  üçün  təbii  yem 
sahəsində mövsüm ərzində hər hektarda da otarma norması 1,4 baş/ha, xırda buynuzlu mal-qaranın 
otarma  norması  mövsüm  dövründə  2,5  baş/ha  düşür.  Bu  hesablamalar  töküntü  süxurları,  karxana 
oyuqları altında qalan sahələr üzrə hipotetik qaydada hesablasaq həmin sahələrdə mövsüm ərzində 
minlərlə baş iri və xırda buynuzlu mal-qaranı həm yemlə təmin etmək olar, həm də yem sahələrində 
otlaqların istifadəçiliyində normal istifadə tərzində bitki örtüyü mühafizə olunar. 
Hesablamalar nəticəsində məlum edilmişdir ki, hər iki rayonun ərazisindəki karxana oyuqları, 
terrasları və töküntü süxurları altında qalmış mədən yerlərində itirilən humus qatının və həmin qat-
dakı  humusun  itirilməsinin  mədənlər  ətrafı  ərazilərdə  yayılmış  torpaqların  timsalında  göstərmək 
olar.  Pozuntulara  və  çirklənmələrə  məruz  qalmış  torpaqların  üst  akkumlyativ  humus  qatında 
itirilmiş humusun ehtiyatı böyük həcmdə ölçülür. 
Gədəbəy-Daşkəsən  massivinin  filizçıxarma  mədənlərində  torpaqların  akkumilyativ  humus 
qatının qalınlığı və humusun ehtiyatı.  
 
   
 
 
 
 
Cədvəl 2 
 
Torpaqlar 
İtirilmiş biokütlə 
Humuslaşmış 
Akkumilyativ 
qat, sm 
Humus, 
t/ha 
Ümumi azot, 
t/ha 
Yem otlarının 
kütləsi, kq/ha 
Dağ çəmən bozqır 
15 
207,1 
13,5 
510 
Dağ qonur meşə 
21 
156,0 
7,1 

Dağ qara 
25 
163,0 
3,1 
550 
1 ha orta hesabla 
20 
175,3 
7,9 
530 
 
Humuslu akkumilyativ qatın və həmin qatda humusun (≥1,0%) əmələ gəlməsi prosesində optimal 
ekoloji  şəraiti  nəzərə  almaqla  çoxsaylı  təbii  amillər  iştirak  edir.  Bu  proseslərin  baş  verməsi  zonal 
xüsusiyyətləri olmaları ilə səciyyələnirlər və onların formalaşması üçün geoxronoloji vaxt tələb olunur. 
Torpaqəmələgəlmənin  səciyyəvi  xüsusiyyəti  humuslu  qatın  formalaşması  və  həmin  qatda  humusun 
əmələ  gəlməsindən  ibarətdir.  Humuslu  qatın  və  həmin  qatda  humusun  yaranması  çox  uzun  çəkən 
zamanın məhsulu hesab olunur ki, bunun üçün əsrlər (200-250 il) tələb olunur [5,6,7,8,9].  
Ümumiyyətlə  humuslaşmış  qatın  itirilməsi  ən  çox  açma  üsulu  ilə  dağ-mədən  işlərinin 
aparılması, xətt tikililərin (suvarma kanallar, nəqliyyat infrastrukturu, mexanik transformasiya, neft 
mədənlərində istismar meydançalarında istehsalat işləri və s.) aparılması zamanı baş verir [2,3]. 
Gədəbəy-Daşkəsən  filizçıxarma  mədənlərində  geniş  sahədə  istismar  qabağı  akkumilyativ  humus 
qatının  kürünüb  anbarlaşdırılmadığına  görə  torpaqların  biopotensialında  mühüm  rol  oynayan 
münbit  torpaq  qatı  çox  yerlərdə  töküntü  süxurları  ilə  basdırılmış  terraslı  kəsilişlərlə  və  karxana 
oyuqları  ilə  pozulmuşdur.  Bununla  cədvəl  2-də  göstərilən  həcmdə  tədqiqat  obyektinin  hər 
hektarında akkumilyativ humus qatı basdırılmaqla orta hesabla şum qatı hesabına 175,3 t/ha humus, 
7,9  t/ha  ümumi  azot,  530  kq/ha  yem  otundan  ibarət  biopotensial  itirilmişdir.  İstismar  illəri  üzrə 
hesablasaq  (100  il  üzrə)  pozulmuş  və  töküntü  altı  ərazilərdə  nə  qədər  biopotensialın  həcmini 
hesablamaq olar (17500 t/ha humus, 790 t/ha ümumi azot, 53 t/ha yem otu). 
Araşdırılmalardan məlum olur ki,  torpaq qazıntı işləri  aparılarkən  münbitliyin  əsas  göstəriciləri 
olan  humus,  azot,  bir  çox  torpaqdaxili  fiziki-kimyəvi  və  bioloji  xassələr  pozularaq  biopotensialı  bir 
yolluq  itirmiş  olur.  Biopotensial  dedikdə  isə  landşaftın  əsas  ünsürü  olan  torpaq-bitki  sisteminin 
geoxronoloji  dövr  ərzində  təkamül  etməsində  iştirak  edən  bütün  təbii  amillərin  qarşılıqlı  əlaqələrinin 
birgə  fəaliyyətləri  nəzərdə  tutulur.  Biopotensialın  itirilməsi  həm  müxtəlif  dərəcədə,  həmdə  çox  saylı 
amillərin (iqlimin dəyişilməsi, səhralaşma, torpaq sürüşmələri, subasma, bataqlaşma, kütləvi xəstəliklər, 
aqro  və  texnogen    pozuntular,  radioaktiv  çirklənmələr  və  s.)  təsiri  nəticəsində  baş  verir.  Torpaq-bitki 
örtüyünün  mexaniki  tapdalanması,  yeraltı  üsulla  üzvi  və  mineral  sərvatlərin  çıxarılması,  bitki 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə