Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə111/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   107   108   109   110   111   112   113   114   ...   134

240 
Xəstəliyin  müalicəsində  tez  həzm  olunan  5  №  -li  pəhriz  təyin  edilir.Orta  ağırlıqlı  formada 
dezintiksikasiya  məqsədiilə  qlükozae,  Haemodez,  Ringet  təyin  olunur.Xəstəliyin  ağır  formalarında 
xəstəyə  Qlükokortiokosteroidlər,  kontrikal,  trasilol,  qordoks  vena  daxilininə  Na  Xloridin  izotonik 
məhlulunda  təyin  olunur.  Hemorrragik  qanaxmalar  zamanı  Kalsium  Xlorid,  Vikasol,  1%-li 
aminokapron turşusu təyin edilir.  (3) 
Profilaktikası.  Hepatit  B  xəstəliyinin    profilaktik  tədbirlər  sistemi,  xəstəliyiyn  aktiv  infeksiya 
ocaqlarının aşkar edilməsindən, yayılmasının qarşısının alınmasından və xəstəliyə həssaslığı artmış, və 
risk qrupuna aid uşaqlar arasında spesifik profilaktikanın aparılmasından ibarətdir.  (4) 
Xəstəlik  mənbəyinin  neytrallaşdırılması  prosesi  bütün  xəstə  və  virusgəzdiricilərdə  xəstəliyiyn  aşkara 
çıxarılmasından,  ətraf  mühitə  yayılmasıınn  qarşısının  alınmasından,  onların  müalicə  və  dispanser 
müşahidəsinin aparılmasından ibarətdir. Bundan başqa bütün kateqoriyalı donorlar arasında müayinələr 
aparmaq, hər qan verən şəxsin qanında A
L
A
T, 
 və HB
S
A
g
-i müayinə etmək,lazımdır.   (4) 
Hepatit Bxəstəliyini keçirmiş, xroniki qaraciyər xəstəliyi olan şəxslər, hepatitli xəstə ilə kontaktda 
olan  şəxslər,  və  son  6  ay  ərzində  qan  və  komponentləri  köçürülən  şəxslər  donor  ola  bilməz.  (  1)  
Xəstəliyin ötürülmə yolunun qarşısını almaq üçün ev şəraitində şəxsi qulluq əşyalarının fərdiliyinə 
fikir verilməli ,dış fırçaları, dırnaqtutanlar, daraq və digər qulluq əşyaları fərdi olmalıdır.( 4) 
Xəstəxana  şəraitində  birdəfəlik  şprislərdən  istifadə  etmək,cərrrahi,  stomotoloji  əşyaların 
dezinfeksiyasına ciddi fikir vermək lazımdır ( 3). 
Xəstəliyin  spesifik  profilaktikası  uşaqlarda  aktiv  və  passiv  immunizasiyadan  ibarətdir.  (1) 
Passiv  immunizasiya  məqsədi  ilə  tərkibində  yüksək  titr  HB
S
A
g
  olan  immunoqlobulindən  istifadə 
olunur.İmmunoqlobulinlə profilaktikanın aparılmasına aşağıdakı göstərişlər var.  (1) 
Uşaqlarda kəskin B hepatit olan və ya HB
S
A
g
 gəzdiricisi olan analarda  aparılır. 
İmmunoqlobulin uşaq doğulduqdan dərhal sonra təkrari isə 1,3,6 aylığında aparılır. 
Passiv immunizasiya immunoqlobulinin vurulma müddətindən asılıdır.     İnfeksiyalaşmadan dərhal 
sonra vurularsa effekt -90%, 2 gün ərzində vurularsa effekt 50-70 %, 5 gün sonra vurulduqda effekti 
olmur. (1) 
ƏDƏBİYYAT 
1.
 
В. Ф. Учайкин: Руководсто по инфекционным болезням у детей. 
2.
 
N. Əliyev. İnfektologiya. 
3.
 
Ə.Vəliyev İnfeksoin xəstəliklər. 
        4. Н.И.Брико, Л.П.Зубева, В.И. Покровский, В.П. С ергиев, В.В.Шкарин Епидемиология  
Tibb Fakütəsinin tibbi klinik fənlər kafedrasının müəllimi Əliyev Abbas İbrahim o. 
РЕЗЮМЕ 
Вирусный  гепатит  является  распространенным  заболеванием  в  мире,  вызывается  в 
результате  воспаления  печени.    Вирусы  Гепатита  B    встречаются  во  всех  биологических 
жидкостях:  в  крови,  моче,  слюне,  в  артральгической  жидкости,  в  сперме.  Ввиду  того,  что 
болезнь больше  всего встречается в крови, наблюдается при медицинских манипуляциях, в 
стоматологических  отделах,  в  отделениях  гемодиализа,  среди  наркоманов  в  результате 
внутривенной  инъекции.  В  целях  профилактики  заболевания  Гепатита  Б  среди  населения 
нужно  усилить  работы  по  санитарному  просвещению,  информировать  людей    меры  по 
преодолнию заболевания. 
ABSTRACT 
Viral  hepatitis  is  a  common  disease  in  the  world,  caused  by  inflammation  of  the  liver. 
Hepatitis B viruses are found in all biological fluids: in blood, urine, saliva,  in arthralgic fluid, in 
sperm. In view of the fact that the disease is most common in the blood, it is observed in medical 
manipulations, in dental units, in hemodialysis units, among drug addicts as a result of intravenous 
injection. In order to prevent Hepatitis B disease among the population, it is necessary to strengthen 
the work on health education, inform people about the measures to overcome the disease. 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə 
çapa tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni çapa təqdim etdi: Tibb üzrə fəlsəfə doktoru, dosent 
M.İbrahimov
 


241 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
 
AYGÜN ƏZİZOVA 
Naxçıvan Dövlət Universiteti 
UOT:
 
616.391 
ERKƏN YAŞLI UŞAQLARDA RAXİT XƏSTƏLİYİNİN XÜSUSİYYƏTLƏRİ 
Açar sözlər: raxit,vitamin D, xronik, hipokalsemiya 
Keywords: rachitis,vitamin D,chronic, hypocalcemia 
Ключевые слова: рахит, витамин D, хронический, гипокалсемия 
Raxit böyüməkdə olan uşaq orqanizminin xəstəliyidir. Əsasən südəmər və erkən yaş dövründə 
olan uşaqlarda rast gəlinir. 
Bu  xəstəlik    mübadilə  xarakterli  xəstəliklər  qrupuna  daxildir.  Patoloji  prosesin  əsasında  D 
vitamini  çatışmazlığı,  fosfor-kalsium  və  karbohidrat,  maqnezium,  selen,  mis,  sink  mübadiləsinin 
pozulması, lipidlərin peroksid oksidləşməsi prosesinin, zülal mübadiləsinin pozulması durur. 
D vitamini defisitli raxitin etioloji amilləri bunlardır: 
1.
 
Günəş şüalarının defisiti və açıq havada olmamaq. Belə ki, orqanizmdə əmələ gələn endogen 
D3 (xolekalsiferol) vitamininin 90 %-i günəş şüalarının təsirindən əmələ gəlir. 
2.
 
Alimentar faktorlar: 
a)
 
Süni qidalanmada olub adaptasiya olunmamış qarışıqlar alan südəmər uşaqlar 
b)
 
Uzun müddətli südlə qidalandıqda, əlavə və doyuzdurucu qidalara gec keçdikdə 
c)
 
Kifayət  qədər  heyvani  zülalla  qidalanmadıqda (yumurta,  ət,  balıq, kəsmik  və.s),  vegeterian 
əlavə qidaları çox qəbul etdikdə (sıyıq, tərəvəz püresi və.s) 
3. 
Perinatal faktorlar: 
a)
 
Bildiyimiz kimi kalsium və fosfor anadan dölə hamiləliyin axırıncı aylarında daha intensiv 
keçir. Buna görə də yarımçıq doğulmuşlarda (26-30 həftə ) raxitin yaranması üçün tam şərait 
olur.  Belə  uşaqların  sümüklərində  minerallar  az  miqdarda  olur,  həm  də  postnatal  dövrdə 
yarımçıq  doğulmuş  uşaqlar  vaxtında  doğulmuşlara  nisbətən  daha  sürətlə  inkişaf  edir  və 
onlara  kalsium,  fosforla  daha  zəngin  qidalar  tələb  olunur.  Belə  ki,  vaxtında  doğulmuşların 
kalsiuma  sutkalıq  tələbatı  70-75  mq/kq,  yarımçıq  doğulmuşların  sutkalıq  tələbatı  isə  200-
225 mq/kq olur. 
b)
 
Plasentar çatışmamazlıq.Bu zaman kalsium balansını normada saxlamaq üçün parathormon 
sekresiyası artır ki, bu da fosfor itkisinə səbəb olur. Cift çatışmazlığı ilə doğulan uşaqlarda 
kalsiuriya  və  kanalcıqlarda  fosforun  reabsorbsiyasının  pozulması  hesabına  qanda    fosforun 
səviyyəsinin aşağı olması qeyd olunur. 
c)
 
Hamilə  qadının qeyri-rasional qidalanması və  həyat  tərzi  (açıq  havada  az  olmaq, az  hərəki 
aktivlik və s) 
II-li olaraq D vitamini defisitinə səbəb olan amillər bunlardır: 
1.
 
Xronik qaraciyər və böyrək xəstəlikləri 
2.
 
Malabsorbsiya sindromu 
3.
 
Yatrogen faktorlar 
a)
 
Qıcolma əleyhinə olan dərman preparatlarının (fenobarbital,difenin) uzunmüddətli təyini.Bu 
zaman D vitamini mübadiləsi sürətlənir və bu endogen D vitamini defisitinə səbəb olur. 
b)
 
Sidik qovucu preparatların uzunmüddətli təyini 
4.
 
Nekrotik enterokolit 
5.
 
D vitamini və kalsium – fosfor mübadiləsinin irsi pozğunluğu 
6.
 
Maddələr mübadiləsinin irsi pozğunluğu (sistinuriya,tirozinemiya və s) 
7.
 
Polihipovitaminozlar 
8.
 
Xronik infeksion proseslər 
Raxit xəstəliyinin klinik təsnifatı aşağıdakı kimidir: 
1.
 
Xəstəliyin dövrlərinə görə: başlanğıc, çiçəklənmə,rekonvalessensiya, qalıq əlamətləri dövrü 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə