234
rələri arasındakı sabitlik yaradılmazsa, anaflikasiya yaradan təhlükəli qida allergiyaları ortaya çıxar.
Bu tarazlığı T requlyator hüceyrələrə təsir edərək həyata keçirən probiotik bakteriyaların üstünlük
təşkil etdiyi,immun sistemi idarə edən sağlam mikrofloradır. Probiotik bakteriyaların metabolik,
toksiki və şiş əleyhinə təsiri də var.
Probiotiklərin təsir mexanizmləri
Yunanca bir termin olan probiotik “Yaşam üçün” mənasını ifadə edir. Rus bioloqu Elie Met-
chnikov yaşlanmanın bağırsaqdakı bakteriyaların səbəb olduğu xroniki və aktiv bir zəhərlənmə ol-
duğunu demişdir və süd turşusu bakteriyalarının ömrü uzatdığını iddia etmişdir.
Probiotik termini ilk dəfə 1965-ci ildə Lilly və Stillvell tərəfindən bir orqanizmanın digərinin
böyüməsini təmin etmək üçün sintez etdiyi maddəni adlandırmaq üçün antibiotik terminin əksi
olaraq istifadə edilmişdir.
Probiotik və Bağırsaq florasının əhəmiyyəti
Bağırsağın selikli qişasının səthi 200
m
2
dır. Qastrointestinal sistem(GİS)florası normalda sterildir.
Floranın mənbəyi döl doğuş yollarından keçərkən buradan oral yolla qəbul etdiyi mikroorqanizmlərdir.
Doğuşdan dərhal sonra yenidoğulmuşun bağırsaq florasında Escherichia colli və Streptokklar üstünlük
təşkil edir. Ana südü ilə qidalanmağa başladıqda E.colli, Bacterioides, Sreptokklar və Clostridia azalar,
Bifidobakteriyalar artar. Qastrointestinal immun sistemi formalaşdıran bu bakteriyalardır və bunlar
olmazsa immun sistem normal funksiyasını yerinə yetirə bilməyəcəkdir.
Qastrointestinal sistem florasına stress,iqlim,antibiotik,emosional faktorlar və s.təsir edir.
Qastrointestinal sistemdə çoxlu sayda patogen və qeyri-patogen mikroorqanizmlər var və sağlam
insanlarda bunlar tarazlıq halındadır. Qastrointestinal sistem florasında olan qeyri-patogen mikro-
orqanizmlərin miqdarı xəstəlik, stress, düzgün qidalanmamaq və antibiotiklər kimi bağırsaq
florasını dəyiştirən prepratların istifadəsinə bağlı olaraq azalar və müxtəlif xəstəliklər baş qaldırır.
Qastrointestinal sistemdə patogenlərə qarşı qarışıq bir müdafiə mexanizmi vardır. Florada
olan köməkçi bakteriyalar musin ifrazını, immun hüceyrələrin çoxalması kimi qoruyucu mexanizm-
ləri stimulə edər. Flora bakteriyaları ilə bağırsağın epitel hüceyrələri və intestinal limfoid toxuma
arasında daimi qarşılıqlı bir əlaqə var. Bağırsaq bakteriyaları TLR və NOD proteinlər tərəfindən
tanınar. Mexanizm tam aydın olmasa da dentritik hüceyrələr B hüceyrələr vasitəsilə İgA sintezini
artırar. Probiotiklər öd turşuları və yağ turşularını bağırsaq patogen mikroorqanizmlərinin təsirindən
qoruyaraq bunların zərərli maddələrə çevrilməsinin qarşısını alır. Ammonyak, indol, merkapton,
toksiki aminlər və sulfatlar kimi zərərli maddələr ifraz edən mikroorqanizmlərin çoxalmasını inhibə
edən probiotiklər həmçinin bunların həzm sistemində toplanmasını və sorulmasını da azaldır.
Probiotiklər biotin, pridoksin, pantoten turşusu, fol turşusu kimi B qrup vitaminlərin sintezində
mühüm rol oynayır.
Probiotik preparatların xüsusiyyətləri və tövsiyyə olunan qəbul dozası
Probiotik olaraq istifadə olunan bir çox mikrorqanizma vardır. Bir mikrorqanizmanın
probiotik olması üçün :
İnsan mənşəli olması
Patogenik olmamaması, aşağı pH
Pankreas, mədə və öd turşularına dözümlü olması
İntestinal sistemdə həyat fəaliyyətini davam etdirə bilməsi
İncə bağırsaqla əlaqəli immun hüceyrələrə siqnal göndərmə qabiliyyətinin olması
Maddələr mübadiləsinə təsir etmə xüsusiyyəti.
Lactobacillus GG probiotik olaraq ən çox istifadə olunan mikroorqanizmadır.Probiotik
preparatlar bir çox vitamin, fermentlərlə zənginləşdirilərək istifadəyə buraxılır. Bu probiotiklər
qurudulmuş bakteriya kulturalarından hazırlanılır. Gündəlik olaraq qəbul etdiymiz qidaların
tərkibində (qatıq, pendir, turşu, çörək, piyvə, şərab, kefir) probiotik bakteriyalar-Lactobasillər,
Bifidubakeriyalar, Enterococcus, Streptococcuslar vardır.
Probiotiklərin dozalanması haqqında dəqiq bir rəqəm yoxdur. Bəzi preparatlar 10
8
kolon
unitesi (CFU/gün)dozasında təsir edərkən bəziləri böyükdür 10
10
CFU/gün dozunda təsir edir, lakin
bəzi xəstələrin müalicəsində fərqli dozalanma tətbiq edilir
Cədvəl 1. Ticari olaraq probiotik istehsalında istifadə edilən mikroorqanizmalar
235
Laktobasillər
l. acidophilus
l. casei subsp.rhamnosus
l.delbrueckii subsp.bulgaricus
l.reuteril.brevir.
l.cellobiosus.
l.curvatus
l.fermentum
l.plantarum
Bifidobakteriyalar
B.bifidum
B.infantis
B.adolescentis
Bşlongum
B.animalis
B.thermophilum
Maya göbələyi
Saccharomyces boulardii
S. cerevisiae
Gram pozitiv koklar
Lactococcus subsp.cremons
Streptococcus subsp.thermophilus
Enterococcus faecium
S.diacetylactis
S.intermedius
Sağlam şəxslərdə Lactobacillus, Bifidubacterium, Streptococcus, Thermophilus və
Saccharomyces prebiotik preparatlarının qəbulu heç bir təhlükə törətmir. Enterococcus, Escherichia
colli və Bacillus kimi digər probiotiklərin istifadəsi spesfik xəstəliklər zamanı tövsiyyə olunur.
İmmuniteti zəif olan, cərrahi əməliyyat keçirən şəxslərin infeksiyalara yoluxma ehtimalı yüksək
olduğu üçün probiotiklərin istifadəsində ehtiyyatlı olunmalıdır.
Gastrointestinal xəstəliklər zamanı probiotiklərin istifadəsi
Bəzi probiotiklərin GİS xəstəliklərinin müalicəsində effekti yüksəkdir. Lactobacillus və
Bifidobakteriyalar qrupu probiotikləri daha çox tətbiq edilir. Bəzi probiotik növləri invitro mühitdə
mədə-onikibarmaq bağırsaq törədicisi olan Helicobacter Pylorinin çoxalmasının qarşısını alsa da,
invivo mühitdə bu məlum deyil. Bifidobacterium bifidum invitro və invivo mühitdə H.pylorinin
çoxalmasının qarşısını alır. H. pylori infeksiyalarında Lactobaciulusun istifadəsi mədədə iltihabi
prosesi azaldır və antibakterial müalicənin effektini artırır.Probiotiklərin qıcıqlanmış bağırsaq
sindromunda istifadəsi müsbət effekt verir. Qıcıqlanmış bağırsaq sindromlu 50 xəstədə səkkiz həftə
boyunca müxtəlif probiotik növlərinin istifadəsi probiotik qəbul etməyən xəstələrə görə xəstəlik
simptomlarını azaltdığı müəyyənləşdirilmişdir.
Crhon xəstəliyinin remissiya dövründə S.boulardi qəbul edən xəstədə simptomların azaldığı
müşahidə edilmişdir.
Qaraciyər xəstəliklərində probiotiklər.
Qaraciyər çatmamazlığı səbəbiylə MSS-də funksiya pozğunluğu olaraq bilinən hepatoen-
sefalopatiya sirrozun ağırlaşması kimi yaranır. Kliniki olaraq beyin funksiyalardında pozğunluq
olmayan yüngül formalı hepatoensefalopatiyalı şəxslərin müalicəsində probiotiklər yaxşı effekt
verir. Hepatik ensefalopatiyada probiotiklərin təsir mexanizmi
-Bağırsaq keçiriciliyini azaldır
-Portal qan dövranında amonyak miqdarını azaldır
-Bakterial ureaza fermentinin aktivliyini azaldır.
-pH-ı azaltmaqla amonyakın sorulmasını azaldır.
-Sidik cövhərini karbon dioksidə parçalayan ureaza fermenti bağırsaq bakteriyalarının
metobolizmasında mühüm əhəmiyyətə malikdir.
Enterobacteriya, Streptococcus, Clostridiya və Eubacteriya kimi bağırsaq bakteriyaları
ureaza fermenti ifraz edirlər və gündəlik olaraq əmələ gələn sidik cövhərinin 20-25%i bu yolla
yaranır. Bağırsaqda bu yolla əmələ gələn amonyak qapı venası vastəsilə qaraciyərə gəlir.
Ammonyak qaraciyərdə amin turşuya parçalanır ya da sidik cövhərinin yenidən sintez olunması ilə
zərərsizləşdirilir. Sirroz zamanı isə qaraciyər bu funksiyanı yerinə yetirə bilmədiyi üçün ammon-
yakın ümumi qan dövranında miqdarı artır.
Süd turşusu bakteriyaları süd turşusu və aseton turşusu əmlə gətirərək bağırsaq daxili pHı
Dostları ilə paylaş: |