229
Sümük iliyi materialı qalçadan yoxsa digər sümükdən götürülür?
Prosedura harada aparıla bilər?
Öncədən nə etmək lazımdır ?
Nə qədər vaxt aparır? Şüurum özümdə olur?
Ağrılı proseduramıdır? Ağrını azaltmaq yaxud kəsmək üçün nə etməliyəm?
Hərhansı bir riski varmı? Proseduradan sonar infeksiya yaxud qanama risqi varmı?
Əgər miyelom varsa sonrakı addım nə olacaq?
Xəstəliyin mərhələləri
Müayinə zamanı multipl miyelom olduğu aşkarlanarsa ən yaxşı müalicənin planlanması üçün
xəstəliyin mərhələsini təyin etmək çox vacibdir. Bu zaman :
Qan testləri: Xəstəliyin mərhələsinin təyinində albumin və beta-2-mikroqlobulin
araşdırılmalıdır.
Komputer tomoqrafiya müayinəsi: Müxtəlif hissələri daha incə şəkildə araşdırır.
Maqnit rezonans tomoqrafiyası: Sümüklərdəki prosesləri daha yaxşı araşdırır.
Müayinə zamanı multipl miyelom asimptomatik, I, II və III mərhələ kimi təsnif olunur.
Mərhələlənmə xərçəngin sümük yaxud böyrəklərdə zədələmə olub olmadığını əhatə edir. Asim-
ptomatik multipl miyelom herhansı bir simptom olmadığı mərhələsidir. Bu zaman sümük
zədələnməsi yoxdur. Simptomatik olduğu hal (sümük zədələnməsinin olması ) erkən xəstəlik
(I mərhələ) mərhələsidir. II və III mərhələ daha öncəki mərhələdir. Bu zaman bədəndə daha çox
miyelom hüceyrəsinin olması deməkdir.
Müalicə
Multipl miyelomlu xəstəliyinin bir sıra müalicə imkanları var. Bunlara müşahidə altında
qalması, induksiya müalicəsi və kök hüceyrə transplantasiyasıdır. Şüa terapiyası bəzən ağrılı
sümük müalicəsində istifadə edilir. Kombinə müalicələrdə istifadə edilir. Xəstəyə təyin olunan
müalicə prinsipləri prosesin nə qədər irəliləmiş olduğundan asılıdır. Əgər xəstədə asimptomatik
mielom varsa xəstəyə dərhal antineoplastik (xərçəng əleyhinə) ihtiyac olmaya bilər. Asimptomatik
xəstələrdə ciddi müşahidədə qalmalıdırlar. Əgər xəstə simptomatikdirsə indüksiya müalicəsi. Bəzən
kök hüceyrə transplantasiyası müalicənin vaciş hissəsidir. Miyelomun müalicəsi zamanı xəstəliyin
simptomları və ağırlaşmaları nəzarət altına alınır. Xəstəliyi remissiya fazasında saxlamaq üçün uzun
müddətli və mütəmadi kimyəvi müalicə aparılmalıdır. Müalicə müddətində həkim xəstəlik zamanı
istifadə olunan dərmanların yan təsirlərini, proqressivləşməni və proqnozunu sizə açıqlaya bilər.
Müalicə protokolunu onkoloq hemotoloq təyin edir. Xərçəng əleyhinə dərman vasitələri
sağlam hüceyrələrə də öldürücü təsiri olduğu üçün əlavə təsirlərə malikdir. Müalicə zamanı
protocol sualları həkim və xəstəni maraqlandırır:
Miyelom hansı mərhələdədir ?
Xəstəlik böyrəkləri zədələyibmi ?
Biopsiya nəticəsində hansı patoloji hüceyrə növləri aşkarkanıb ?
Müalicə kombinasiyası necə olacaq
Hər müalicə müsbət effetk verirmi ?
Hər müalicənin yan təsirləri və riskləri nədir?
Xəstəliyin dinamik müşahidədə saxlanılması
Asimptomatik mielom zamanı yaxud I mərhələdə kimyəvi dərman müalicəsi aparılmaya
bilər. Bu zaman hər 3 aydan bir laborator müayinələrlə qanda və sidikdə patoloji proteinlərin
miqdarı yoxlanılır. Daha uzun müddət nəzarətsiz qalma isəgələcəkdə müalicənin effektini risk altına
alır.
İndüksiya müalicəsi
Miyelomu müalicə etmək üçün bir sıra fərqli dərmanlar istifadə edilir. Daha çox kombi-
nasiyalı dərmanlar istifadə edilir. Hər qrup fərqli yolla xərçəng hüceyrələrini məhv edir.
Kimyəvi müalicə: Kimyəvi müalicə bəzi sürətli böyüyən miyelom hüceyrələrini məhv edir. Eyni
zamanda sağlam hüceyrələri də öldürür.
230
Hədəfə istiqamətlənmiş müalicə: Hədəf istiqamətli müalicədə əsas məqsəd miyelom
hüceyrələrinin artb çoxalması və böyüməsinin qarşısının alınmasıdır. Eyni zamanda bu
hüceyrələrin böyüməsini artıran patoloji proteinlərin də qarşısını alır.
Steroidlər: Bəzi steroid dərman vasitələri antineoplastik təsir edir. Steroidlər mielom
hüceyrələrin inkişafını dayandırır. Steroidlər tək halda yaxud kombinasiyalı halda istifadə
edilir.
Dərmanlar oral yaxud vena daxili istifadə edilə bilər. Dərmanları ağızdan və ya damar
yolundan verilə bilər. Dərmanları ev və xəstəxana daxili şəraitdə qəbul etmək olar.
Qan hüceyrələri : Miyelomun müalicəsində istifadə olunan dərmanıar sağlam hüceyrələri də
azaltdığına görə xəstədə immunitet azalır. Xəstələr də tez-ez infeksion proseslər başlayır.
Trombosit azlığına bağlı göyərmələr başlayır. Eritrositlər azaldığı üçün xəstələrdə halsızlıq və
yorğunluq görünür
Saç köklərindəki hüceyrələr: Kimyəvi dərman vasitələri saç tökülmələrinə səbəb olur.
Bunun səbəbi saç dibini möhkəm saxlayan hüceyrələr kimyəvi terapiya zamanı məhv olur.
Müalicədən sonar isə saçlar yenidən bərpa olunur. Yeni çixan saçın rəngi və qalınlığı fərqli
ola bilər.
Həzm sistemini əhatə edən hüceyrələr: Kimyəvi müalicə zamanı hədəfə istiqamətlənmiş
müalicədə iştəhasızlıq, bulantı, qusma, ishal, qəbizlik, ağız ve dildə yaralara səbəb olur.
Miyelom müalicəsi zamanı baş gicəllənməsi, baş ağrısı,şüurun qaranlıqlanması, əl –ayaqda
keyimə, paresteziya, qan təzyiqinin düşməsi kimi yanaşı effktlər müşahidə edilir. Bunlar
müalicə bitəndən sonra tamam keçir
Kök Hüceyrə transplantasiyası
Multipl miyelomlu xəstələrdə ən yararlı müalicə kök hüceyrə transplantasiyasıdır. Bu
müalicə yüksək doz steroid və kimyəvi terapiya almanın qarşısını alır. Yüksək doz isə həm
mielomlu hüceyrələri həm də sağlam hüceyrələri məhv edir. Kök hüceyrələri damar yolundan
verilir (hemotransfuziyası kimi). Yeni qan hüceyrələri saölam kök hüceyrələri istehsal etməyə
başlayır. Dərman vasitəsi ilə məhv olmuş hüceyrələrin yerinə sağlam hüceyrələr yaranır. Kök
hüceyrə köçürülməsi xəstəxana şəraitində aparılır. Kök hüeyrəsi xəstənin özündən yaxud donordan
köçürülə bilər. Müalicə müddətində bir yaxud iki dəfə köçürülmə aparıla bilər.
Kök hüceyrə köçürülməsi : Otoloq olaraq yəni orqanizmin öz hüceyrələrindən istifadə edərək
həyata keçirilir. Bunun üçün yüksək dozada kimyəvi maddə verilməzdən öncə orqanizmdəm
kök hüceyrələri alınır. Kök hüceyrələr dondurulub saxlanılır. Yüksək doz kimyəvi terapiyadan
sonar dondurulmuş hüceyrələr əridilərək orqanizmə köçürülür.
Ailə üzvlərindən yaxud başqa donordan alınma: Allogenik kök hüceyrə köçürülməsi bir
donor tərəfindən alınaraq istifadə edilir. Xəstənin öz qardaş- bacısı yaxud valideyinləri donor
ola bilər.
Tək yumurta ekizindən alınma: Əgər tək yumurta ekizi varsa singenik kök hüceyrə
köçürülməsi aparılır.
Miyelomlu xəstələrdə kök hüceyrə almanın iki yolu var . Daha çox qandan alınır (periferik qan
kök hüceyrələr nəqli). İkinci yol sümük iliyindən alınıd (sümük iliyi nəqli).
Kök hüceyrə transplantasiyasından sonra xəstə xəstəxanada bir neçə həftə və ya ay qala
bilər. Alınan yüksək dozada kimyəvi terapiya səbəbindən infeksion tutma riski yüksəkdir. Trans-
plantasiyadan bir müddət sonar köçürülən qan hüceyrələri yeni-sağlam hüceyrələr istehsal etməyə
başlayır.
Müalicə zamanı əlavə tədbirlər
Dəstek müalicəsi
Multipl miyelom müalicəsi zamanı yanaşı digər xəstəliklər ola bilər. Bütün bu müalicə önü
hallar dəqiq araşdırılmalıdır. Dəstək müalicəsi zamanı infeksion xəstəliklərlə mübarizə, ağrı zamanı
ağrısızlaşdırmaq, psixoloji yardım alına bilər.
İnfeksiyalar
Multipl miyelomlu xəstələrin əksəriyyəti çox tez infeksiya tutması mümkündür. Bu hallarda
geniş təsirli antibiotic istifadə oluna bilər.
Dostları ilə paylaş: |