Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə114/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   110   111   112   113   114   115   116   117   ...   134

246 
Respublikası ərazisində varroatozasəbəb olan gənələrin Varroa destructor olduğu təsdiq edilmişdir. 
Varroa gənələrinin yayılma dinamikası və yoluxma faizi aşağıdakı cədvəldə göstərilmişdir.  
Cədvəl 
Naxçıvan Muxtar Respublikası ərazisində varroa gənələrinin yayılması 
 
S/s 
Nümunə alınan ərazilər 
Nümunə alınan 
pətəklərin sayı 
Tədqiq edilən 
pətəklərin sayı 
Yoluxma faizi 

Ordubad rayonu 

15 
100 

Culfa rayonu 

12 
100 

Şahbuz rayonu 

21 
100 

Babək rayonu 

17 
100 

Kəngərli rayonu 

14 
100 

Şərur rayonu 

25 
100 

Sədərək rayonu 

10 
100 
 
Cəmi 
63 
114 
100 
 
Tədqiqatın müzakirəsi 
Varroatoz- bal arılarının Varroa cinsinə (əsasənVarroa destructor) məxsus gənələrlə törədilən 
xəstəliyidir. Yaşlı bal arısı və sürfələrin ektoparaziti hesab olunan gənə yaşlı arıların birbaşa təmas 
yolu  ilə  yoluxmuş  arı  və  sürfələri,  arıçılıq  məhsulları  və  istifadədə  olan  çirklənmiş  arıçılıq 
avadanlığı vasitəsilə yayılır (5, s. 574). 
Arı xəstəlikləri arasında varroatoz ilk sırada yer alır. Bu xəstəliyə səbəb olan varroa növləri 
V.jakobsoni,  V.rindereri,  V.underwoodi,  Euvarroa  sinhai  və  E.  wongiri-dir.  Bal  arılarında  geniş 
yayılmış  V.jakobsoni  qəbul  edilsə  də  son  illər  bu  növün  Varroa  destructor  olduğu  aparılan 
morfoloji  və  molekulyar  araşdırmalarla  ortaya  çıxmışdır.  Bu  araşdırma  aparılan  təcrübələrlə 
eyniyyət təşkil edir və  bu  parazit  ilə  yoluxmayan ailələrin  heç  qalmadığını  göstərir (2,  s.  71;  3.  s. 
1347). 
Varroatozun əsas əlamətləri Varroa spp. və virusların eyni vaxtda qarşılıqlı təsiri ilə təzahür 
edir. Arı ailəsinin viruslarla yüklənməsi gənə infestasiyası ilə artır (5, s. 574).    
Dişi fərd oval şəkilli olub adi gözlə seçilir (uzunluğu 1,2- 2,0 mm-dir). Varroa gənələri arı 
ailəsində həmişə olur (4, s. 89-91). 
Sərt xitin təbəqəsi ilə örtülü kürək nahiyyəsinin oval formadadır. V. destructor-un dişi fərdi 
V.jakobsoni ilə müqayisədə daha yastı və böyükdür (3, s. 1347).   
Son  onillikdə arı ailələrinin  payız  fəsli  kütləvi  ölümünə  xüsusi  fikir  verilir.  Azərbaycan  da 
bu problemlə üzləşmişdir. Ölkəmizdə arı ailələrinin kütləvi tələfatı yaz və payız ayları baş verir və 
qəfləti xarakter alır. Arı  ailələrinin kütləvi tələfatı elmdə hələki mübahisə predmeti olaraq qalır və 
bunun  səbəbininVarroa  destructor  olduğu  təsdiq  edilir  (6,  s.43).  Müəlliflər  ekspress-diaqnostika 
metodu  iləNaxçıvan  Muxtar  Respublikasının  ərazisi  istisna  olmaqla  Azərbaycan  Respublikasının 
ərazisində Varroa destructor-un intensiv yayıldığını qeyd edirlər (6, s. 46-47).  
Bununla  bağlı  aparılan  elmi-tədqiqat  işlərində  müəyyənləşdirilmişdir  ki,  Azərbaycan 
Respublikasının dağlıq rayon şəraitində arıxanalarda qanadların deformasiyası virusu, qara anacıq 
virusu, İflaviridae ailəsinə məxsus virus və əvvəllər rast gəlinməyən patogen Nosema ceranae dövr 
edir (6, s. 43).  
Apardığımız tədqiqatlarla müəyyənləşdirdik ki, nozematoz və varroatoz xəstəlikləri assosiativ 
gedişə malikdir. 
Naxçıvan  Muxtar  Respublikasında  arı  və  pətəklərin  nəzarərsiz  daşınması,  arıçılıq 
məhsullarının  müxtəlif  yollarla  çirklənməsi  və  təsirsiz  dərmanların  tətbiqi  varroa  parazitinin 
yayılmasına şərait yaratmışdır. 
Nəticə 
Dünyada və ölkəmizdə geniş yayılmış varroa növləri üzərində fərqli və xüsusilə dəmolekulyar 
tədqiqat  işləri  aparılmalıdır.  Varroa  növlərinin  öyrənilməsi  üçün  molekulyar  tədqiqat  işlərinin 
aparılması  diaqnostika,  müalicə  və  profilaktika  işlərini  aparmağa  imkan  verməlidir.Naxçıvan 


247 
Muxtar  Respublikası  ərazisində  yayılmışV.destructor-un  bədəninin  xüsusi  dayanıqlı  quruluşu  ona 
təsir edə biləcək yeni müalicə üsulları və baytarlıq dərman preparatlarının tətbiqini ehtiva etməlidir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Bal arısının xəstəlikləri və zərərvericiləri. Naxçıvan, Əcəmi, 2014, 240 s. 
2.
 
Kadir  Önk,  Yunus  Kılıç.  Kars  yöresindeki  bal  arılarında  varrosisin  yayğınlığı.  Uludag  Bee 
Journal. November 2014, 14 (2) 69-73 
3.
 
Veteriner hekimliğinde Parazit Hastalıkları. Cilt – 2. İzmir, 2013, s. 1347-1352 
4.
 
Болезни  пчел:  Диагностика  и  лечение.  Фридрих  Поль.  Пер.  с.  нем.  М.Беляева.ООО 
«Издательство Астрель», Москва, 2004, 199 с. 
5.
 
Кодекс здоровья наземных животных. Том II, 2015, с. 451-763 
6.
 
ХанбековаЕ.М.,  РубцоваЛ.Е.,  БабинЮ.Ю.,  ЕлаткинН.П.,  ЛаврухинД.К.,  ТретьяковА.В., 
СпрыгинА.В.  Поражение  медоносной  пчелы  Apis  melifera  caucasica  Gorb.  вирусами  и 
паразитамии  состояние  пчелиных  семей  в  разных  эколого-географических  условиях 
Большого Кавказа.Сельскохозяйственная биология, 2013, № 6, с. 43-54. 
 
ABSTRACT 
Yunis Rustamli 
Spreading of Varroa destructor-in the territory of  the Nakhchivan  
Autonomous Republic 
The study was conducted studing the spreading of varroatosis on honey bees in the territory of 
the  Nakhchivan  Autonomous  Republic.  In  63  apiaries,  material  was  obtained  located  in  different 
high-altitude zones and delivered to the laboratory of Parasitology of the Department of Veterinary 
Medicine  of    the  Nakhchivan  State  University  and  all  were  investigated  to  identify  of  varroa 
species.  Parasites  were  collected  from  each  apiary  separately  were  fixed  in  a  previously  prepared 
70
0
- solution of alcohol. The material was clarified in lactophenol prior to examination in the light 
microscope.  In  all  colonies  (100%),  varroa-atic  infestation  was  detected  and  according  to 
morphological parameters parasites belong to the Varroa destructor. 
 
РЕЗЮМЕ 
Юнис Рустамли 
Распространение Varroa destructor-а на территории Нахчыванской  
Автономной Республики 
Исследование проведено по изучению распространения варроатоза на медоносных пче-
лах на территории Нахчыванской Автономной Республики. У 63-х пасек получен материал 
расположенных  в  разных  высотных  зонахрайонов  и  доставлены  в  лаборатории  Парази-
тологии кафедры Ветеринарной медициныНахчыванского Государственного Университета и 
все  были  исследованы  для  идентификации  видов  варроа.Паразиты  собранные  из  каждой 
пасеки  в  отдельности  были  закреплены  в  заранее  изготовленном  70˚-ном  растворе  спирта. 
Материал  до  осмотра  в  световом  микроскопе  было  просветлено  в  лактофеноле.У  всех 
колоний  (100%)  был  обнаружен  варроатозная  инфестация  и  по  морфологическим  пока-
зателям паразиты принадлежать к Varroa destructor. 
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə 
çapa tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni  çapa  təqdim  etdi:  Baytarlıq  üzrə  elmlər  doktoru, 
professor E. Məmmədov 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə