207
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 3 (84)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 3 (84)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 3 (84)
FƏRİDƏ ŞİRƏLİYEVA
Azərbaycan Dövlət Aqrar Universiteti
farida@integris.az
UOT: 622:502.1
ŞİRVAN ŞƏHƏRİNDƏ NEFT HASİLATININ ƏTRAF MÜHİTƏ TƏSİRİ
Açar sözlər: neft və neft məhsulları, neft hasilatı, ekoloji fəsadlar, ətraf mühit
Keywords: oil and oil products, oil extraction, environmental impacts, environment
Ключевые слова: нефть и нефтепродукты, добыча нефти, экологические послед-
ствия, окружающая среда
Şirvan şəhərində neft hasilatının tarixi. Azərbaycanda neft sənayesinin inkişafı beş
mərhələli dövrü əhatə edir:
I mərhələ 1847-1920 ci illəri əhatə edir. Bu dövrdə Bibiheybət, Balaxanı ərazilərindən neftin
quyulardan çıxarılması mexaniki üsulla həyata keçirilmişdir.
II mərhələ 1920-1950-ci illəri əhatə edir. 7 noyabr 1949-cu ildə ilk dəfə olaraq Neft
daşlarında dənizdən neft əldə edildi.
III mərhələ 1950-1969-cu illəri əhatə edir. Bu dövrdə dənizdən neft əldə edilməsi ilə bərabər
Qum adası, Səngəçal, Xərə-Zirə ərazilərində qaz yataqları da aşkarlandı. Həmçinin Aşağı Kür
çökəkliyində Kürovdağ, Mişovdağ, Kürsəngi, Qarabağlı neft-qaz yataqları da istismara verilmişdir.
IV mərhələ 1969-1991-ci ilə qədərki dövrü əhatə edir. Bu mərhələ ümummilli liderimiz
Heydər Əliyevin SSRİ də rəhbərlik etdiyi illərlə bağlı olaraq inkişaf etmişdir. Bu illərdə şelf
zonasından neftin əldə olunması 350 m dərinliyədək artırılmışdır. 1984-cü ildə Bakı Dərin Özüllər
zavodu istismara verimişdir.
V mərhələ 1991-ci ildən bu günümüzə qədər olan dövrü əhastə edir. Xüsusilə 1994-cü il
sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq, Günəşli
yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində
bölüşdürülməsi” haqqında dünyanın ən iri neft şirkətləri ilə bağlanmış “Əsrin müqaviləsi” ilə neft
sənayesi özünün ən yüksək inkişaf pilləsinə çatmışdır.
Abşeron yarımadası və Xəzər dənizində neft-qaz yataqlarının istismarı ilə yanaşı, Aşağı Kür
çökəkliyi də bu baxımdan həmişə diqqət mərkəzində olmuşdur. Aşağı Kür çökəkliyi Abşeron
yarımadasından fərqli olaraq daha çox qazlılığı ilə seçilir. Təsadüfi deyil ki, bu ərazilərdə neft-qaz
yataqlarının aşkarlanması və istismarı Azərbaycanda neft sənayesinin inkişafı mərhələləri içərisində
öz əksini tapmışdır.
Şirvan şəhərində neft yataqlarının olması haqqında ilk mülahizələr alman geoloqu G.V.Abixin
adı ilə bağlıdır. “Qafqaz geologiyasının atası“ adlandırılan G.V.Abix ilk dəfə olaraq 1849-cu ildə
Kürün aşağı axarlarında, Babazənən adlı yerə gəlmiş və burada tədqiqatlar aparmışdır. Tədqiqat
işlərinin nəticələrinin müsbət olması faktı onun 1859-cu ildə yenidən bu ərazilərə gəlməsinə səbəb
olmuşdur. Kürovdağ və Mişovdağ ərazilərində palçıq vulkanlarını təhlil edərkən Abix Kürovdağın
neftliliyi haqqında fikir söyləmişdir. Beləliklə Şirvanda neft yataqlarının olması haqqında ilk faktlar
irəli sürülmüş oldu [1].
Bir-birinin ardınca 1890-cı ildə A.M.Konşin, 1913-1917-ci illərdə S.İ.Çarnotski Kürovdağ
ərazisində aparılan geoloji tədqiqatlar işləri nəticəsində burada neft əlamətlərinin olması faktlarını
təsdiq etmişdilər.
Kürovdağda ilk kəşfiyyat quyusu 1913-cü ildə neft sahibkarı Zubalev tərəfindən qazılmışdır.
426 m dərinliyində quyunun qazılmasına baxmayaraq, neft əlaməti aşkar olunmamışdır.
Respublikanın neft sənayesinin təchizat bazalarından uzaqlıqda yerləşən bu ərazidə qazma
işlərinin aparılması olduqca çətin idi. Çünki yolsuzluqla əlaqədar olaraq qazma avadanlığını və
texnikanı ora vaxtında çatdırmaq ciddi çətinliklər yaradırdı. Bütün bunlara baxmayaraq mümkün
vasitələrlə yollar düzəldilir və bununla da çətinliklər qısa müddətdə aradan qaldırlır, qazma işləri
208
lazımi sürətlə davam etdirilirdi. Nəhayət 18 iyun 1955-ci ildə Kürovdağda neft quyusunun qazıl-
ması ilə Şirvan şəhərinin inkişafında mühüm rol oynayan “Şirvanneft” NQÇİ-nin əsası qoyuldu. 2
saylı kəşfiyyat quyusu Məhsuldar Qatın I horizontundan 31 ton neftlə istismara daxil edilmişdir.
Bundan sonra mərkəzi hissədə intensiv surətdə istismar quyularının qazılmasına başlanmışdır.
Bununla yanaşı, ərazidə axtarış kəşfiyyat işləri davam etdirilir və çox keçməmiş yatağın şimal-qərb
və cənub-şərq hissələrinin də neftliliyi aşkara çıxarılır.
1956-cı ildə Kalmasda neft, neft-qaz və qaz yataqları, 1955-ci ildə Mişovdağda neft yataqları
kəşf edildi. Layların neft çıxarma əmsalını artırmaq məqsədilə respublikada ilk dəfə оlaraq laylara
süni təsir edilmiş, müsbət nəticə alınmışdır. Nəticədə Hacıqabul gölünün ətrafında respublikanın
sənaye potensialının və əhalinin sayında əhəmiyyətli yer tutan yeni bir şəhər yaranmağa başladı.
Ətrafdakı zəngin neft yataqları, respublika əhəmiyyətli dəmir və avtomobil yollarının qovşağında
əlverişli nəqliyyat coğrafi mövqe, Kür çayına yaxınlıq, həm də Bakı kimi iri sənaye mərkəzinə
yaxınlıq Şirvanın Respublikanın iri şəhərlərindən biri kimi inkişafına səbəb oldu (şək.3).
Müasir dövrdə neft hasilatının vəziyyəti. “Kürovdağ neft yatağının daxil olduğu blokun
bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 1 iyul 2004-cü il Sərəncamına əsasən 5 noyabr 2004-cü ildə SOCAR-la Böyük
Britaniyanın “Caspian Energy Group” şirkəti arasında saziş imzalanmışdır. Hal-hazırda yataq 1
sentyabr 1997-ci ildən müştərək müəssisə ("ŞirvanOYL"), 5 oktyabr 2009-cu ildən isə əməliyyat
şirkəti ("Şirvan Opereytinq Compani Limited") tərəfindən istismar edilir.
Azərbaycanın qurudakı ən böyük neft yataqlarından olan Kürovdağ yatağı
Bakı şəhərindən
120 km cənub-qərbdə yerləşir, Aşağı Kür neftli-qazlı rayonuna daxildir. Yataq şərti olaraq üç bloka
bölünüb-Şimal, Mərkəzi və Cənub blokları. Ümumi sahəsi 115 km²-dir. İstismara başlanandan 1
aprel 2011-ci ilə kimi yataqda 1153 quyu qazılmışdır. Bütövlükdə ötən dövr ərzində Kürovdağ
yatağından 40 milyon tondan artıq neft çıxarılmışdır (şək.2).
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Kürovdağ” yatağının
kəşfi ilə əlaqədar demişdir:- Ötən əsrin 50-ci illərinin əvvəllərində keçmiş SSRİ-nın neft sənayesi
rəhbərlərində elə bir fikir yaranmışdı ki, Azərbaycandakı karbohidrogen ehtiyatları tükənib və
respublikanın quru ərazisində irimiqyaslı geoloji-kəşfiyyat işlərinin aparılmasına ehtiyac yoxdur.
Lakin 1955-ci ildə Kürovdağ, bir il sonra Mişovdağ, 1960-cı ildə Qarabağlı, 1962-ci ildə Kürsəngi
və digər yataqların açılması Azərbaycanın alim-geoloq, geofizik və digər mütəxəssislərinin bütün
proqnozlarını doğrultdu və respublikamızda geoloji-kəşfiyyat işlərinin dayandırılması ilə bağlı
bütün cəhdləri heçə endirdi. İri Kürovdağ yatağının işlənilməsi ilə, demək olar ki, quruda neft
hasilatının səviyyəsi sabitləşdi.
Son illərdə Şirvanda neft-qaz sektorunda geriləmə müşahidə edilir. Dövlət Statistika
Komitəsinin Şirvan şəhərində neft hasilatına dair 2014-cü il son hesabatına əsasən xam neftin
istehsalı 2005-ci illə müqayisədə azalmışdır (şək.1).
Şəkil 1. 2014-cü ildə Şirvan şəhəri üzrə ümumi xam neft istehsalı
0.0
100.0
200.0
300.0
400.0
500.0
2005
2010
2011
2012
2013
2014
Xam neft (ümumi), min ton
Dostları ilə paylaş: |