Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə94/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   90   91   92   93   94   95   96   97   ...   134

198 
 
ABSTRACT 
Latifa Novruzova 
The opportunities of use from tourism potensial  in Nakhchivan Autonomous Republic 
 
In  article    the  main  elements  of    tourism-recreation    resources  is  showed  in    Nakhchivan  
Autonomous    Republic.  Tourism    potensial    of    historical  monuments  (Gamigaya  drawings,  Yusif   
Khuseyir  tomb,  Momune  xatun  tomband  etc.),  nature  monuments  (Ilandag,  Ashabi-Kahf),  treatment  
tourism reserves (Duzdag), mineral water sources (Daridag, Vayxir, Sirab, Badamli and etc.) is justified. 
It  is  showed  that  tourism-recreation  service  was  one  of  the  main  fields  population’s  
employment  and  income’s    increase,  it  can  be  converted  into  one  of  the  key  factors  economic 
development  in  Autonomus  Republic. 
 
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə 
çapa tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni çapa təqdim etdi: Coğrafiya üzrə fəlsəfə doktoru, dosent 
N. Babayev 
 
1.
 
 
 
 


199 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
 
ADİLƏ ƏHMƏDOVA 
Naxçıvan Dövlət Universiteti 
adile.ehmedova111@gmail.com
 
UOT: 911.3 
AZƏRBAYCAN RESPUBLİKASININ SOSİAL VƏ İQTİSADİ COĞRAFİYADA 
 YERİ VƏ ROLU  
Açar sözlər: Müasir dövr, Dövlət, İqtisadiyyat, Turizm, Resurs 
Ключевые слова: Cовременный этап, Государство, Экономика, Туризм, Ресурс 
Keywords: The modern era, State, Economy, Tourism, Resource 
Sosial və iqtisadi coğrafiya elminin nisbətən cavan sahəsi olub, beynəlxalq əmək bölgüsünün 
dərinləşməsi nəticəsində zəruri olaraq yaranmışdır. Müasir iqtisadi və sosial coğrafiya ətraf mühitin 
cəmiyyətlə  qarşılıqlı  əlaqəsi  cəmiyyətin  ərazi  təşkili  barədə  ictimai-coğrafi  elmdir.  Bu  elm  ətraf 
mühit və onunla qarşılıqlı əlaqədə olan cəmiyyət problemlərini birlikdə öyrənir. 
Sosial  və  iqtisadi  coğrafiya  kursunun  öyrəndiyi  obyekt  təbiət,  insan  və  təsərrüfatdır.  Onun 
konkret predmeti öyrəndiyi obyektin ərazi təşkili xüsusiyyətləridir (səmərəli yerləşdirmə, qarşılıqlı 
mövqe,  qarşılıqlı  təsir).  Azərbaycan  Respublikasının  sosial  və  iqtisadi  coğrafiyasının  tədqiqat 
predmeti,  bütövlükdə  dünyada  və  ayrı-ayrı  bölgələrdə  bəşər  cəmiyyətinin  ərazi  təşkili  (BCƏT) 
xüsusiyyətləri və qanunauyğunluqlarıdır.  
BCƏT nəzəriyyəsində məqsəd Azərbaycan Respublikasında və dünyada ayrı-ayrı bölgələrdə 
təbii şərait və təbii resursları, əmək resursları və  əmək vərdişlərini, İCM-nı, tarixi inkişaf xüsusiy-
yətlərini  nəzərə  almaqla  məhsuldar  qüvvələri  daha  səmərəli  yerləşdirmək,  iqtisadiyyatı  nizamla-
maqdır.  Bu  məqsədlə  həyata  keçirilməsində  BMT,  BVF  (Beynəlxalq  Valyuta  Fondu)  və  digər 
nüfuzlu  təşkilatlar  həlledici  rol  oynamalıdırlar.  BCƏT  az  əmək,  az  vəsait  və  vaxt  sərf  etməklə 
yüksək  məhsul  əldə  etməyə  ayrı-ayrı  ölkələrdə  əhalinin  həyat  səviyyəsini  yüksəltməyə,  onların 
tarixən formalaşan təsərrüfat struklturlarından səmərəli istifadə etməyə şərait yaradan nəzəriyyədir.  
Sosial  və  iqtisadi  coğrafiya  ictimai  coğrafi  elmdir.  Burada  coğrafiya,  iqtisadiyyat  və 
sosiologiya elmlərinin elementləri birləşir. Bu elm cəmiyyət qarşısında duran aşağıdakı məsələlərə 
cavab verməlidir: 

 
təbiətlə cəmiyyətin qarşılıqlı əlaqələrinin nizamlanması; 

 
təsərrüfat və əhalinin səmərəli ərazi təşkili ; 

 
dünyada baş verən proseslər; 

 
dünya və ölkəmizdə demoqrafik problemlər; 

 
ayrı-ayrı ölkələrdə həyat səviyyəsi arasında fərqlər; 

 
dünya və respublikamızda intensiv istehsala keçid yolları; 

 
dünya və ölkəmizdə ekoloji və digər problemlərin həlli yolları. 
Siyasi coğrafiya dünyanın müasir siyasi və ayrı-ayrı dövlətlər, beynəlxalq münasibətlərin bir 
çox  problemlərini tədqiq edir. Siyasi amillər ətraf mühitin vəziyyətinə, insanların həyat və fəaliyyə-
tinə, etnik proseslərə, beynəlxalq əmək bölgüsünə, dünya və respublikamızın iqtisadiyyatına, hərbi 
bazaların yerləşməsinə və s. təsir edir (1.4 səh). 
Dövlət ərazisi müəyyən bir ölkənin müstəqilliyi altında olan Yer kürəsinin bir hissəsidir. Döv-
lət ərazisinin tərkibinə Yerin müəyyən quru hissəsi, bu hissədə olan bütün yeraltı və yerüstü sərvət-
lər, sular,  quru və su üzərində olan hava daxildir. Su sahəsini daxili (milli) və məhəlli sular  təşkil 
edir. Məhəlli sulara ölkənin okean (dəniz) sahilindən 12 millik məsafədə yerləşən Dünya okeanının 
su  sahəsi  daxildir.  Məhəlli  sular  dövlət  ərazisinin  tərkib  hissəsi  kimi  sahil  dövlətinin  tam  müstə-
qilliyi altındadır. 
Hər bir dövlətin ərazisi onun başqa dövlətlərdən ayıran quru və su sərhədlərinə malikdir. Bu 
sərhədlər keçmiş tarixi mərhələlərin nəticəsində formalaşmışdır.  


200 
Dövlətin güclü iqtisadiyyata malik olması çox mürəkkəb, çətin və uzunmüddətli bir prosesdir. 
Müstəqillik  əldə  olunana  qədər  Azərbaycan  öz  təbii  sərvətlərinə  sahib  olmamış  və  milli  iqtisadiy-
yatını qura bilməmişdir. 
Müstəqillik  illərində  iqtisadiyyatımızın  əsasını  təşkil  edən  neft  sənayesi  yenidən  quruldu. 
1994-cü  ilin  sentyabrında  Azərbaycan  Respublikası  dünyanın  aparıcı  ölkələri  ilə  “Əsrin  müqa-
viləsi”ni  imzaladı.  Müqaviləyə  əsasən  respublikada  neft  hasilatı  və  satışına  dair  bir  çox  ölkələrin 
birgə fəaliyyəti başlanıldı.  
Azərbaycanda neft hasilatı, neft emalı və istehlakı güclü inkişaf etmişdir. 
Azərbaycan  neftinin  Avropaya  daşınması  üçün  Bakı-Tblisi-Ceyhan  əsas  ixrac  neft  kəməri 
çəkildi.  Bu  kəmər  vasitəsi  ilə  gələcəkdə  Xəzərin  şərqində  yerləşən  ölkələrdən  də  neftin  Avropaya 
nəqlini həyata keçirmək mümkündür.  
Buna  Azərbaycan  Trans-Qafqaz  mövqeyi  imkan  verir.  Ölkənin  tranzit  mövqeyi  iqtisadiy-
yatının  digər  sahələrinin  də  sürətli  inkişafına  təsir  edən  amillərdən  biridir.  Respublikamızda  neft 
sənayesi ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına xüsusi diqqət yetirilir. Xüsusilə turizm, kənd 
təsərrüfatı və digər yeni qeyri-neft sənaye sahələri yaradılmışdır.  
Müəssisələrin  artması  ölkədə  insanların  məşğulluq  səviyyəsinin-iş  yerlərinin  də  sayının 
artmasını göstərir. İş yerləri dövlət və özəl olmaqla iki qrupa ayrılır. Müstəqillikdən əvvəl az sayda 
qeyri-dövlət müəssisələri var idi. Hazırda özəl müəssisələr və orada işləyənlərin sayı üstünlük təşkil 
edir. Dövlət müəssisələri dövlət hesabına maliyyələşdirilir. Qeyri-dövlət müəssisələri əsasən sahib-
karlıq fəaliyyəti ilə əlaqədardır. Sahibkarlar hər  hansı fəaliyyət növü üzrə müəssisələr  yaradan və 
ona  rəhbərlik  edən  şəxslərdir.  Onlar  vəsaitləri  hesabına  yeni  iş  yerləri  açır  və  iqtisadiyyatı  inkişaf 
etdirilir.  
Qeyd  etmək  lazımdır  ki,  turizm  dünya  iqtisadiyyatının  dinamik  inkişaf  edən  sahələrindən 
biridir. İnkişafın yüksək sürəti böyük həcmdə valyuta kəsirləri, iqtisadiyyatın başqa sahələrinə də təsir 
göstərdiyindən son nəticədə beynəlxalq miqyasda turizm sənayesi ildən ilə genişlənir (2.3 səh).  
Turizmin  özünün  strateji  inkişaf  sahəsi  olan  və  inteqrasiya  üçün  vacib  amil  olduğu,  onun 
sosial və iqtisadi rolunu müəyyənləşdirir. Turizm daha çox milli-etnik və texnoloji amil olaraq əha-
linin  yaş  tərkibi  onun  istehlak  davranışında  daha  çox  maddi  və  mənəvi  nemətlərin  seçilməsi 
qabiliyyətindən asılıdır.  
Turizm  cəmiyyətin  inkişafının  elə  mərhələsində  baş  verir  ki,  insan  öz  əmək  fəaliyyətini 
dayandırıb  özünü  çörəklə  təmin  etmək  ehtiyatlarından  daha  çox  istirahət  haqqında  düşünür  və 
turizm səyahətinə çıxır. 
Bu gün danılmaz faktdır ki, Azərbaycan turizmi sürətlə inkişaf etməkdədir. Son illər ərzində 
turizm  infrastrukturu  yaradılması  sahəsində  həm  respublikanın  paytaxtı  Bakı  şəhərində,  həm  də 
regionlarda  böyük  işlər  görülür.  Respublikamızda  müxtəlif  turizm  tədbirləri  keçirilir,  turizm 
şirkətlərinin sayı çoxalır, yerləşmə vasitələrinin sayı günü-gündən artır, turizmə aid müxtəlif reklam 
materialları buraxılır. 
“Turizm  və  rekreasiya  zonaları”,  “Azərbaycan  kurortları”  haqqında  ölkə  prezidentinin 
fərmanlarının və Dövlət proqramlarının qəbul edilməsi olduqca təqdirə layiqdir.  
Son illərdə ölkə prezidentinin sərəncamı ilə yaradılmış 8 milli park ekoturizmin inkişafına təkan 
vermişdir.  Bundan  əlavə  ölkəmizdə  mədəni,  ekoloji,  ekstremal,  idman  turizmi  üçün  əlverişli  şərait 
vardır. Məsələn, idman turizmi (alpinizim) üçün dağlar, səhayətlər keçirmək üçün keçidlər mövcuddur.  
Lakin, onları genişləndirmək, eləcə də başqa turizm növlərinin inkişafı üçün səyləri artırmaq lazımdır. 
Azərbaycan Respublikasında turizm təhsili ildən-ilə təkmilləşir və genişlənir. 
Azərbaycan  iqtisadiyyatının  sosial-iqtisadi  inkişafının  sahə  və  ərazi  problemləri  olan  daya-
nıqlı və tarazlı dinamikası respublikanın təbii, insan və coğrafi resurslarının səmərəli istifadəsi və 
bazar  münasibətləri  şəraitində  imkanların  alternativ  layihələr  əsasında  iqtisadi  dövrüyəyə  cəlb 
edilməsi  ilə  mümkündür.  Respublikanın  inkişaf  konsepsiyası  onun  resurslarının  kompleks  istfadə 
edilməsi  yolu  ilə  maksimum  həyat  səviyyəsi  və  təhlükəsiz  həyat  fəaliyyətini  qərarlaşdırmaqdan 
ibarət olur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə