188
miqdarı müvafiq olaraq 642 ton, 574 ton və 20 ton idi. İstehsal olunan 60 ton pambığın 10%-i vergi
şəklində ödənilirdi. Bunlarla yanaşı gənəgərçək, mərcimək, noxud, paxla, çəltik, çəyirdəkli
meyvələrdən ərik, alça, şaftalı əkinçiliyin əsasını təşkil edirdi.
Qoyun və keçilərin ümumi sayı 125 min başdan artıq idi. 315 yaşayış məntəqəsindən ibarət
Sancağın ümumi illik gəliri 2 milyon 629 min ağca təşkil edirdi. Qeyd etmək lazımdır ki, 1 ağca pul
vahidi təxminən 1 kq buğda ilə ekvivalent sayılırdı [9].
Nadir şah Əfşarın hakimiyyəti dövründə qanlı müharibələrin xərcini ödəmək üçün yeridilən
qəddar iqtisadi siyasət digər bölgələr kimi Naxçıvanın da iqtisadiyyatına güclü zərbə vurur, tez-tez
baş verən qiyamlar şahlığın dağılmasına və nəticədə yeni müstəqil xanlıqların, o cümlədən
Naxçıvan xanlığının yaranmasına səbəb olur.
Beləliklə, 1747-ci ildə 2 bölgədən və 9 mahalda ibarət Naxçıvan xanlığı yaranır. Xanlığın
Naxçıvan bölgəsinə Naxçıvan, Xök, Əlincə, Dərələyəz, Ordubad bölgəsinə isə Ordubad, Əylis,
Dəstə, Çənənəb və Biləv mahalları daxil edilir.
Azərbaycanın xanlıqlara parçalanması Rusiyanın Qafqazın mənimsənilməsi siyasətini güclən-
dirir. Rus çarının xüsusi nümayəndələri Azərbaycan haqqında San Piterburq üçün xüsusi
məlumatlar hazırlayır. Bu məlumatların əsasını regionun fiziki, iqtisadi və sosial coğrafiyası təşkil
edir, ayrı-ayrı xalqların dini, milli mənsubiyyətləri, adət ənənələri, təsərrüfat həyatı, yaşadıqları
areallar, onların say tərkibi, eyni zamanda regionun faydalı qazıntıları, təbii sərvətləri, oroqrafiyası,
hidrologiyası yolları və s. barədə gizli məlumatlar toplanır. Toplanan hərbi-strateji məlumatlar çar
arxivində qorunun və xanlıqların Rusiya ilə birləşdirilməsindən sonra onların əksər hissəsi xidməti
məqsədlər və yeni zəbt olunan ərazilərdə idarəetməni asanlaşdırmaq üçün çap edilirdi.
ƏDƏBİYYAT
1.
Левашов Е.А. Словарь географических названий. Москва, 1981, 551 с.
2. Bababəyli N.S. Gəmiqayanın bəzi geoloji xüsusiyyətləri və paleocoğrafi şəraitinə dair. AMEA
NB, Xəbərlər №1, Naxçıvan, 2005, s.137-142
3. Bababəyli N.S., Qurbanov Ə.K. və b. Naxçıvanda Vəlibaba mağarası. NDU, Xəbərlər, №16,
Naxçıvan, 2005, s.85-88
4. Babayev N.S., Qədirzadə Q. və b. Dərəşam mağarası. BDU-nun xəbərləri. Təbiət elmləri
seriyası. Bakı, 2002, №3, s.237-242
2.
Абд-ар Рашид ал Бакуви. Китаб талхис ал-асар ва аджаиб ал-малик ал каххар. Москва,
1971, (перевод З.М.Буниатова).
3.
Челеби Эвлия. Книга путешествия. Москва, 1979. 287 с.
7. Babayev S.Y. Jan Şardenin Naxçıvana səyahəti. Azərb.EA-nın xəbərləri. Yer haqqında elmlər
seriyası. 1972, №3, s.75-79
8. Osmanlı arşiv belgelerinde Nahçıvan. TC devlet arşivleri genel müdürlüğü. İs., 2011, 568 s.
ABSTRACT
Nazim Bababeyli
About economic-geographical character of Nakhchivan in period before beginning
of XVI and XIX centuries
Natural conditions and resources played an important role in the formation of the ancient
Nakhchivan, which was located on the ancient silk way. In different periods its economy was
completely destroyed and newly developed, were created architecture, ceramics, weaving, carpet
weaving, jewelry and others.
In article are shown and separately characterized different specialized branches.
189
РЕЗЮМЕ
Назим Бабабейли
Об экономико-географической характеристике Нахчыванского края
до начала XVI и XIX веков
Природные условия и ресурсы играли важную роль в формировании древнего Нахчы-
ванского края, находящегося на древнем шелковом пути. В различные периоды её экономика
была полностью разрушена и заново развита, были созданы архитектура, керамика, ткачество,
ковроделие, ювелирные изделия и другие направления по различным специальностям.
В статье указываются и по отдельности характеризуются различные специализированные
отрасли.
NDU-nun Elmi Şurasının 27 aprel 2017-ci il tarixli qərarı ilə
çapa tövsiyyə olunmuşdur. (protokol № 08)
.
190
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 3 (84)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 3 (84)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 3 (84)
ƏLİ HƏSƏNOV
ÜLVİYƏ İSGƏNDƏROVA
Naxçıvan Dövlət Universiteti
İSMƏT HƏSƏNOV
Naxçıvan Universiteti
UOT: 911.2
NAXÇIVAN MR ƏRAZİSİNDƏ SELLƏRİN COĞRAFİ YAYILMA XÜSUSİYYƏTLƏRİ
VƏ ONLARIN VURDUĞU ZİYANIN QİYMƏTLƏNDİRİLMƏSİ
Açar sözlər: Sel, yayılma xüsusiyyəti, tranzit sellər, səyyari bitki və heyvanlar, qiymətləndirmə
Ключевые слова: Наводнение, особенности распространения, транзитные
наводнение, подвижных растений и животных, оценка
Key words: Float, spreading properties, transit floatis, moveable hurb and animals,
evaluating
Son dövrlərdə baş verən təbii hadisələr icərisində daha cox fəlakət törədənləri sellərdir. Sel
haqqında xalq deyimlərində deyilir ki, “selin allahı olmaz”. Doğrudan da sel insanlara o qədər ziyan
vurur ki, onu bəzən hesablayıb çıxarmaq olmur. Naxçıvan MR ərazisi sellilik cəhətdən özünə
məxsus xüsusiyyətlərə malikdir. Tarixi dövr ərzində sellər respublika təsərrüfatına ciddi ziyanlar
vurubdur. İnsanlar daim bu ziyanlardan yan keçmək üçün yollar axtarmış və tədbirlər görməyə
çalışmışlar. Bu baxımdan elmi-tədqiqat işi aktual bir məsələyə həsr edilmişdir.
Sel şiddətli yağıntı düşməsindən və onun intensivliyindən asılı olaraq yaranır.
Ərazidə leysan yağışlarının intensviliyinin 1-2 hətta 2-8 mm dəqiqəyə çatması müşahidə
edilibdir. Sel hadisəsinin baş verməsi üçün leysan yağışlarla yanaşı suxurların litoloji tərkibi, çay
hövzəsinin kifayət qədər meyilliyi, bitki örtüyünün seyrək olması və s. amillərin rolu böyükdür.
Selin dağıdıcı qüvvəsinin artmasına səbəb isə müəyyən dövr davam edən quraqlıqdır (6 səh.52).
Qarın əriməsindən təsadüfi hallarda sel əmələ gələ bilər. Sellərin yarandığı sahə maksimum
yağıntı düşən sahədən aşağıda yerləşir. Sel hadisəsi uzun müddət davam edən quraqlıqdan sonra baş
verir. Quraqlıq nəticəsində aşınma sürətlənir, torpaq məsaməliliyini itirir, torpağın su udma
qabiliyyəti kəskin azalır. Leysan yağışı nəticəsində yağıntı düşən sahədə toplanan su aşınma
materiallarını yuyaraq aparır və dəşhətli hadisələr törədir.
Muxtar respublika ərazisini sel hadisəsinin təkrarlanmasına, intensivliyinə və s. görə 3 rayon
ayırmaq olar (6 səh. 53).
1.
Gilançaydan şərqdə yerləşən rayon. Burada adətən duru, daşlı-palçıqlı, gilli-palçıqlı sellər
fəal inkişaf etmişdir. Bu rayonda yerləşən Vənədçay, Əylisçay, Odubadçay, Gənzəçay və
Kotamçay sel hadisəsinin daha çox müşahidə edildiyi çaylardır.
2.
Gilançaydan qərbdə qalan rayon. Bu rayonda Gilançaydan Şərqi Arpaçaya qədər sel
hadisəsinin zəif müşahidə edildiyi rayon.
3.
Şərqi Arpaçaydan qərbdə yerləşən rayon.Bu rayonda sellərin miqdarı yenidən artir və
orta dərəcəli selli rayon kimi qiymətləndirilə bilər.(9 səh. 155-157)
Bu rayonlar daxilində sellərin daha intensiv olduğu sektorlar ayırmaq olar. Məsələn, birinci
rayonda Ordubadçay, Dübəndiçay, Əylisçay kimi hövzələrdə, ikinci rayonda Zərnətünçay,
Biçənəkçay, Cəhriçayın Kərməçataq, Lizbirtçay qollarında sellər daha intensiv baş verir. Sellərin
qarşısının alınmasıformalaşdığı rayonda və ona yaxın ərazilərdə aparılmalıdır.Tranzit sellərin
vurduğu ziyanların qarşısının alınmasının əlverişli yolu sellərə qarşı mühafizə tədbirlərini yaşayış
məntəqələrindən kənarda görməli və yaşayış məntəqələrində əgər sel ziyan vuracaqsa onun qarşısını
alan maneləri aradan qaldırmaq lazımdır.
Naxçıvançay və Əlincəçay hövzəsində yerləşən meşələr sel əmələ gəlməsinin qarşısını alır.
Bu çaylarda sel hadisəsi çox təsadüfi hallarda baş verir. Sellərə qarşı mübarizə tədbirlərini iki qrupa
hidrotexniki mühafizə (qeyri fəal) və fitomeliorativ (fəal) mühafizə növünə bölmək olar (6 səh.54).
Dostları ilə paylaş: |