180
ABSTRACT
Fizza Memmedova
The sorption of Cu
2+
and Cd
2+
ions by resin duolite c – 467
The conditions of equilibrium and kinetics of sorption of Cu
2 +
and Cd
2 +
ions from resin
Duolite C-467amino-phosphonate functional group, calculated the equilibrium, kinetic and
thermodynamic parameters of the process. Found that in all cases the rate of sorption is under
internal diffusion in the selected range of concentrations. It is proved that between selectivity and
kinetic sorption capacity of the ion exchanger has a relationship. The regimes of waste stripping the
resin desorbents different concentration and nature.
NDU-nun Elmi Şurasının 27 aprel 2017-ci il tarixli qərarı ilə
çapa tövsiyyə olunmuşdur. (protokol № 08)
.
Məqaləni çapa təqdim etdi: Kimya elmləri doktoru, professor
T.Əliyev
181
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 3 (84)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 3 (84)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 3 (84)
NİGAR RZAYEVA
Akad.Y.H.Məmmədəliyev adına AMEA-nın
Neft-Kimya Prosesləri İnstitutu
UOT:
543.544
GÜNƏBAXAN YAĞININ TURŞULARININ İMİDAZOLİNAMİNLƏRİ ƏSASINDA
KONSERVASİYA MAYELƏRİ
Açar sözlər: atmosfer korroziyası, oksidləşmiş günəbaxan yağı, nitrobirləşmə, imidazolin
Key words: atmosfer corrosion, oxidized sunflower oil, nitro compound, imidazolyn
Ключевые слова: атмосферная коррозия, окисленное подсолнечное масло,
нитросоединение, имидазолин
Konservasiya mayeləri atmosfer korroziyasından mübarizədə geniş istifadə olunur [1-4].
Konservasiya mayelərinin yaradılmasında inhibitor kimi azotlu birləşmələr geniş istifadə edilir [5-
8]. Lakin əksər azotlu birləşmələrin xammal ehtiyatı az və tükənən, qiymətləri isə baha olduğundan
onların istifadə imkanları məhduddur. Odur ki, bərpa olunan xammallar əsasında yeni konservasiya
mayelərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir.
Son illər Neft Kimya Prosesləri İnstitutunda aparılan tədqiqatlar bitki yağlarının xammal kimi
istifadəsinin mümkün olduğunu göstərir [9-13]. Biz günəbaxan yağı turşularının polietilen poliamin
(PEPA) ilə müxtəlif mol nisbətlərində imidazolin aminlər sintez etmişik.
Sonra alınan imidazolinlərin günəbaxan yağı turşuları ilə 1:1÷1:6 mol nisbətlərində kom-
pleksləri alınmış və T-30 distillatına 10% əlavə edilməklə kompozisiya hazırladıq və konservasiya
mayesi kimi sınaqdan keçirdik. Günəbaxan yağı turşuları və PEPA ilə 1:1 mol nisbətində alınmış
imidazolinin günəbaxan yağı turşuları ilə kompleksləri əsasında konservasiya mayesinin nəticələri
cədvəl 1-də verilir. Cədvəldən göründüyü kimi sınaqdan keçirilən kompozisiyaların müdafiə
effektləri kifayət qədər yüksək deyil.
Cədvəl 1.Günəbaxan yağı turşularının PEPA ilə 1:1 mol nisbətində alınmış imidazolinin
günəbaxan yağı turşuları əsasında alınmış komplekslər əsasında konservasiya mayelərinin sınaq-
larının nəticələri. Kompleksin kompozisiyada miqdarı 10% (müdafiə müddəti – sutka).
Nümunələr
“Q-4”
hidrokamerada
Dəniz
suyunda
0,001%-li
H
2
SO
4
məhlulu
1) T-30 + imidazolin və günəbaxan yağı
turşularının 1:1 mol nisbətində kompleksi
127
54
51
182
2) T-30 + imidazolin və günəbaxan yağı
turşularının 1:2 mol nisbətində kompleksi
89
40
59
3) T-30 + imidazolin və günəbaxan yağı
turşularının 1:3 mol nisbətində kompleksi
68
43
40
4) T-30 + imidazolin və günəbaxan yağı
turşularının 1:4 mol nisbətində kompleksi
121
57
72
5) T-30 + imidazolin və günəbaxan yağı
turşularının 1:5 mol nisbətində kompleksi
95
76
72
6) T-30 + imidazolin və günəbaxan yağı
turşularının 1:6 mol nisbətində kompleksi
37
22
21
Günəbaxan yağı turşuları və PEPA 2:1 mol nisbətində alınan imidazolinin günəbaxan yağı
turşuları ilə kompleksləri əsasında hazırlanmış kompozisiyaların sınaqlarının nəticələri cədvəl 2-də
verilir.
Cədvəl 2.Günəbaxan yağı turşularının PEPA ilə 2:1 mol nisbətində alınan imidazolinin
günəbaxan yağı turşuları ilə kompleksləri əsasında konservasiya mayelərinin sınaqlarının nəticələri
(polad-3; kompozisiyada kompleksin miqdarı – 10%), sutka.
Nümunələr
“Q-4”
hidrokamerada
Dəniz
suyunda
0,001%-li
H
2
SO
4
məhlulunda
1) T-30 + imidazolinin günəbaxan yağı
turşularının 1:1 mol nisbətində kompleksi
41
24
23
2) T-30 + imidazolinin günəbaxan yağı
turşularının 1:2 mol nisbətində kompleksi
61
41
40
3) T-30 + imidazolinin günəbaxan yağı
turşularının 1:3 mol nisbətində kompleksi
42
25
24
Cədvəl 2-dəki nəticələr göstərir ki, molekulda 2 imidazolin fraqmenti olduqda kompozisi-
yanın müdafiə effekti kəskin azalır.
Günəbaxan yağının müdafiə effektini artırmaq üçün günəbaxan yağı katalizator iştirakı ilə
oksidləşdirilmiş və molekulda olan ikiqat rabitələr oksigenli qruplarla funksionallaşdırılmışdır.
Müəyyən edilmişdir ki, oksidləşmiş günəbaxan yağı heç bir əlavə edilmədən polad-3 nümunəsini
dəniz suyunda 35 sutka, 0,001%-li sulfat turşusu məhlulunda 32 sutka müdafiəni təmin edir. Bu,
oksidləşməmiş günəbaxan yağının dəniz suyunda müdafiə müddətindən 5 dəfə, sulfat turşusunda isə
5,33 dəfə çoxdur. Tədqiqat göstərir ki, oksidləşmiş günəbaxan yağı əsas götürülməklə müxtəlif
kompozisiyalar hazırlamaq mümkündür.
İmidazolinlərin distillə olunmuş təbii neft turşuları ilə də kompleksləri alınmışdır. Bu kompleksləri
T-30 distillatına əlavə etməklə (10%) kompozisiyalar hazırlanmışdır. Kompozisiyaların sınaqlarının
nəticələri cədvəl 3-də verilir.
Cədvəl 3. Günəbaxan yağı turşularının PEPA ilə 1:1 mol nisbətində alınan imidazolininin
distillə olunmuş təbii neft turşuları ilə kompleksləri və T-30 distillatı əsasında kompozisiyaların
sınaqlarının nəticələri, sutka.
Dostları ilə paylaş: |