Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə84/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   80   81   82   83   84   85   86   87   ...   134

174 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
RAFİQ QULİYEV 
qraf1945@mаil.ru 
NAZİLƏ MAHMUDOVA 
AMEA Naxçıvan Bölməsi 
UOT:
 
542.921
 
QURĞUŞUN SULFATIN NATRİUM ETİLENDİAMİNTETRAASETATLA 
 MƏHLULA KEÇİRİLMƏSİ 
Açar  sözlər:  qurğuşun  konsentratı,  etilendiamintetraasetat,  qurğuşun  sulfat,  qurğuşun 
trilonat 
Key words: lead concentrate, jetilendiamintetraacetat sodium, sulphate of lead, lead trilonat 
Ключевые  слова:  концентрат  свинца,  этилендиаминтетраацетат  натрия,  сульфат 
свинца, трилонат свинца
 
Qurğuşun konsentratının pirometallurgiya metodu ilə işlənməsi, oksigenlə oksidləşməsi, qatı 
nitrat və sulfat turşuları ilə qarşılıqlı təsiri zamanı oksidləşmə məhsullarının qalıqlarında, həmçinin 
tüstü  tozlarında  xeyli  miqdarda  qurğuşun  sulfat  toplanır.  İşdə  xammallardan  və  konsentratın 
hidrogen  peroksidlə  oksidləşməsindən  alınan  qurğuşun  sulfatın  [1]  müxtəlif  həlledicilərlə  o 
cümlədən  natrium  etilendiamintetraasetat  (Trilon  B)  məhlulu  ilə  həll  edilərək  qalıqdan  ayrılması 
şəraiti verilmişdir. Qurğuşun sulfat çətin həll olan maddələr sırasına daxildir [hh=1,8.10
-8
,
 
25
0
 C ]. 
Natrium  etilendiamintetraasetat  pH=4,5-8,0  həddində  məhlulda  H
2
edta
2-
  formasında  olur.  Natrium 
etilendiamintetraasetat  anionu  bir  sıra  metal  kationları  ilə  pH–ın  müxtəlif  qiymətlərində  çox 
davamlı  və  seçici  kompleks  birləşmələr  əmələ  gətirirlər.  Metal  komplekslərinin  davamlılığı  kati-
onun  təbiətindən  və  mühitin  pH-dan  asılıdır.  Ədəbiyyat  materiallarından  məlumdur  ki,  əlverişli 
şəraitdə qurğuşun ionları natrium etilendiamintetraasetatla (H
2
edta
2-
) pH-ın 4 – 8 qiymətlərində çox 
davamlı  kompleks  birləşmə  əmələ  gətirir.  Qurğuşun  sulfatın  H
2
edta
2-
  məhlulunda  həll  olması  bu 
reaksiyalar üzrə baş verir.
 
PbSO
4
 + H
2
edta
2-
 = H
2
Pbedta + H
2
SO
4
 
Reaksiya nəticəsində həllolma qabiliyyəti yüksək olan və çox davamlı (LgK=18,8) kompleks 
birləşmə əmələ gəlir.  
Bir sıra  metallar da natrium etilendiamintetraasetatla (Trilon B) müxtəlif pH – da kompleks 
birləşmələr  əmələ  gətirirlər.  Qurğuşun  üçün  pH  –ın  qiyməti  5  –  7,  mis  üçün  pH=  3,0  –  4,5,  sink 
üçün pH =  8,0  – 9,5  və  s.  Bu  isə  qurğuşunun  məhluldan  selektiv ayrılmasına şərait  yaradır.  Qeyd 
edilənləri nəzərə alaraq qurğuşun sulfatın natrium etilendiamintetraasetatda (Trilon B-də) həllolma 
prosesi pH–ın 5,0 – 7,0 həddində yerinə yetirilmişdir. Bu halda metalların çox hissəsi qalıqda qalır 
və  qurğuşun  kompleksi  xeyli  dərəcədə  təmizlənmiş  şəkildə  olur.  İşin  sonrakı  gedişində  (qurğuşun 
kompleksinin alınmasında) təcrübələr pH -ın 5,0 – 7,0 qiymətində aparılmışdır.  
Bir  sıra  təcrübələrlə  prosesin  gedişinə  təsir  edən  digər  faktorlar  müəyyən  edilmişdir. 
Təcrübələrin  hesablamalarını  asanlaşdırmaq  üçün  konsentratın  oksidləşmə  məhsulunun  elə  bir 
miqdarı  (3,5-  3,8  q)  götürülmüşdür  ki,  orada  qurğuşun  sulfatın  kütləsi  1,0  q  olsun.  Təcrübələrdə 
nümunə  qurğuşun  sulfat  kimi  göstərilmiş  və  onun  həll  olmasının  natrium  etilendiamintetraasetat 
məhlulunun qatılığından asılılığı öyrənilmişdir. Natrium etilendiamintetraasetatın qatılığı 50-150 q/l 
arası dəyişmişdir. B:M nisbəti 1:10 həddində götürülmüşdür. Cədvəllərdə EDTA -nın qatılığı faizlə 
göstərilmişdir. 
 
 
 
 
 
 


175 
Cədvəl 1
 
Qurğuşun sulfatın həll olmasının natrium etilendiamintetraasetatın 
qatılığından asılılığı, tem-r – 25
0
C . vaxt – 20 dəq, B:M = 1: 20 
 
 
 
 
 
Alınan  nəticələr  göstərir  ki,  qurğuşun  sulfatın  həll  olması  natrium  etilendiamintetraasetat 
məhlulunun qatılığından kəskin surətdə asılıdır. Belə ki, 25 
0
C temperaturda 20 ml 5,0 % -li natrium 
etilendiamintetraasetat  məhlulu  0,507  q  qurğuşun  sulfat  həll  etdiyi  halda,  20  ml  15  %-li  natrium 
etilendiamintetraasetat məhlulu 0,905 q PbSO
4
 –ü həll edir.  
Ədəbiyyat  materiallarına  əsasən  qurğuşun  sulfatın  suda  həll  olması  20 
0
С  temperaturda  45 
mq/l təşkil etdiyi halda, 90 
0
С temperaturda  artaraq 178 mq/l olmuşdur. Bu qiymətlərə əsaslanaraq 
qurğuşun  sulfatın  natrium  etilendiamintetraasetat  məhlulunda  həll  olmasının  da  temperaturdan 
asılılığı mümkündür. Ona görə həll olma prosesi müxtəlif temperaturlarda aparılmışdır.  
Cədvəl 2 
Qurğuşun sulfatın həll olmasına temperaturun təsiri.
 
Məh-un həcmi - 20 ml, vaxt – 20 dəq, B:M= 1:20 
PbSO
4
 , q 
Tem-r, 
0

C
edta
, % 
Məh-da PbSO
4
, % 
1,0 
25 
15,0 
89,46 
1,0 
50 
15,0 
98,85 
1,0 
70 
15,0 
99,28 
1,0 
90 
15,0 
99,49 
Cədvəldən  göründüyü  kimi  qurğuşun  sulfatın  həll  olmasına  temperaturun  müəyyən  qədər 
təsiri var. Temperatur 25 
0
C – dən 70 
0
C–ə qədər artdıqda qurğuşun sulfatın həll olması demək olar 
ki,  başa  çatır.  Bu  temperaturu  (50  –  70 
0
C)  proses  üçün  optimal  hesab  etmək  olar.  Təcrübələrlə 
müəyyən  edilmişdir  ki,  qurğuşun  sulfatın  tam  həll  olaraq  məhlula  keçməsi  maqnit  qarışdırıcı  ilə 
qarışdırmaqla  15–20  dəqiqə  müddətində  başa  çatır.  Təcrübələr  əsasən  bu  müddətdə  aparılmışdır. 
Alınan qurğuşuntrilonatın qatılığı 40 - 45 q/l təşkil edir.
 
İşin  gedişinə  nəzarət  etmək  üçün  aşağıdakı  analiz  metodu  seçilmişdir.  Həll  olmadan  sonra 
süzülmüş məhlul (filtirat) bir müddət sakit saxlanılır, həcmi müəyyən edilir və məhluldan müəyyən 
miqdar götrülür, əvvəlcə [3.s.105] sulfid metodu, sonra isə atom absorbsiyon spektrometrlə qurğu-
şunun miqdarı təyin edilir.  
H
2
[Pbedta]  kompleksi  davamlı  (LgK=18,8)  olduğundan  su  ilə  durulaşdırdıqda  hidrolizə 
uğramır.  Kompleks  məhlulunu  yuxarı  temperaturda    (70-80
0
C)  1:1-10  nisbətində  su  ilə  durulaş-
dırdıqda belə qurğuşun sulfat əmələ gəlmir. Qurğuşunla bir sıra çöküntü əmələ gətirən birləşmələr 
(çökdürücülər)  məsələn:  kaliumbixromat  və  kalium  yodid  məhlulda  qurğuşunla  uyğun  olaraq 
PbCrO
4
 (hh=1,8. 10
-14
 )və PbI
2
 (hh= 1,1.10
-9
 ) çox davamlı birləşmə (çöküntü) əmələ gətirdiyi halda 
qurğuşun  etilendiamintetraasetat  kompleksindən  qurğuşunu  çıxara  bilmirlər.  Qurğuşuntrilonat 
kompleksi əsasi mühitdə (pH= 9,0- 10,0) qurğuşun hidroksid çöküntüsü əmələ gətirmir. Lakin nat-
rium sulfidlə təsir etdikdə kompleks dağılır və qurğuşun sulfid əmələ gəlir. Eyni zamanda qurğuşun 
trilonat  kompleksini  sulfat  turşusu  ilə  turşulaşdırdıqda  (pH=2,5)  kompleks  parçalanır  və  qurğuşun 
sulfat  ayrılmağa  başlayır,  pH-ın  2,0-1,5  qiymətlərində  isə  formalaşaraq  bütünlüklə  məhluldan 
ayrılır,  məhlulda  isə  etilendiamintetraasetat  turşusu  qalır.  Ayrılıb  təmizlənmiş  qurğuşun  sulfat 
yenidən qələvi-etilendiamintetraasetat məhlulları qarışığında həll edilir və qurğuşun alınması üçün 
elektroliz prosesinə verilir. 
PbSO
4
 
, q 
C
edta
 , % 
Məh-n həcmi, ml 
Məh-da PbSO
4
, % 
1,0 
5,0 
20 
50,7 
1,0 
10,0 
20 
82,4 
1,0 
15,0 
20 
90,5 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə