Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə85/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   81   82   83   84   85   86   87   88   ...   134

176 
Beləliklə,  müəyyən  edilmişdir  ki,  qurğuşun  konsentratının  hidrogen-peroksidlə  oksidləşmə-
sindən  əmələ  gələn  qurğuşun  sulfat  çöküntüsü  natrium  etilendiamintetraasetatla  (Trilon  B)  həll 
edilərək  məhlula  keçirilir.  Iş rejimi:  1q PbSO
4
  üçün  20 ml  10  %-li  natrium  etilendiamintetraasetat 
məhlulu, temperatur 40-60 
0
C, vaxt 15-20 dəqiqə. 
 İşin praktik olaraq müsbət cəhətlərindən biri alınan qurğuşun sulfat məhlulunun tərkibində 
konsentratda  olan  digər  ağır  metalların  (Fe,  Zn,  Cu  və  s.)  sulfatlarının  olmaması  (onlar  məhlulda 
qalır),  digər  üstünlüyü  isə  kompleksin  elektrolizlə  reduksiyasından  təmiz  qurğuşun  metalının  
alınmasıdır. 
 
 
ƏDƏBİYYAT 
1.
 
Гараев, А.М., Рзаева А.Б., Гулиев Р.Я. Cпособ окисления сульфида свинца  гидрохими-
ческим методом. Science and world, Volgograd, № 6 (22), 2015, vol.1 
2.
 
Миронкина  Н.  В.  Pазработка  технологии  извлечения  неблагородных  элементов  из 
исходных  концентратов  и  промпродуктов  аффинажного    производства.  Автореферат, 
Иркутск – 2013 
3.
 
Полянский Н.Г. Аналитическая химия элементов. Свинец, М, Наука, 1986, 356 c.
 
ABSTRACT 
Rafig Guliyev, Nazila Mahkmudova 
Transition lead sulfate sodium jetilendiamin tetraacetatom solution 
In  work,  it  is  carried  out  dissolution  of  sulfate  of  lead  of  the  lead  concentrate  received  in 
case  of  oxidation  with  pergidroly  hydrogen  and  from  other  sources  in  solution  ethylene  diamine 
tetraacetate  of  sodium  (Trilon  B).  Shows  results  that  lead  sulfate  dissolution  sharply  depends  on 
concentration of ethylene  diamine  tetraacetate  of  sodium.  As, 20  ml  of  5,0%  -  it  sodium  ethylene 
diamine tetraacetate solution at 250 C temperature dissolves 0, 507 g of sulfate of lead, and in case 
of  20  ml  15%  solution  of  ethylene  diamine  tetraacetate  of  sodium  dissolves  0,905  g  of  sulfate  of 
lead.  It  is  established  that,  for  dissolution  of  1  g  of  sulfate  of  lead  at  a  temperature  of  40-600C, 
within 15-20 minutes it is necessary for 15-20 ml 10% ethyl sodium ethylene diamine tetraacetate. 
From the practical point of view, one of positive aspects of  work lack of  sulfates of heavy 
metals  (Fe,  Zn,  Cu,  etc.)  as  a  part  of  received  a  concentrate  (they  remain  in  solution),  and  other 
benefit in case of electrolysis of a concentrate receipt of net lead 
РЕЗЮМЕ 
Рафиг Гулиев, Назиля Махмудова 
Переход сульфата свинца в раствор этиленди амин тетра ацетатом натрия
 
В  работе,  проведено  растворение  сульфата  свинца  полученного  при  окислении 
концентрата  свинца  с  пергидролем  водорода,  а  также  из  других  источников  в  растворе 
этилендиаминтетраацетате  натрия  (Тrilon  B).  Результаты  показывают,  что  растворение 
сульфата свинца резко зависит от концентрации этилендиаминтетраацетата натрия. Так как, 
20 мл 5,0% раствора этилендиаминтетраацетата натрия при температуре  25
0
С растворяет 0, 
507 г сульфата свинца, а в случае 20 мл 15% раствор этилендиаминтетраацетата
 
 натрия рас-
творяет 0,905 г сульфата свинца. Установлено что, для растворения 1 г сульфата свинца при 
температуре  40-60 
0
С,  в  течение  15-20  минут  необходимо  15-20  мл  10%  этилендиаминтет-
раацетат натрия. 
С практической точки зрения, из положительных аспектов работы можно отметить от-
сутствие сульфатов тяжелых металлов (Fe, Zn, Cu и т.д.) в составе полученного концентрата 
(они остаются в растворе), а также то преимущество, что при электролизе концентрата полу-
чается чистый свинец. 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə 
çapa tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni çapa təqdim etdi: Kimya elmləri doktoru, professor 
T.Əliyev
 
 


177 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
 
FİZZƏ MƏMMƏDOVA 
AMEA Naxçıvan Bölməsi 
ada.nat.res@mai.ru 
UOT:
 
543.545 
Cu
2+
 və Cd
2+
 - İONLARININ DUOLİTE C 467 İONİTİ İLƏ SORBSİYASI 
Açar  sözlər:  Cu
2+
,  Cd
2+
  ionları,  sorbsiya  izotermləri,  tarazlıq,  kinetik  və  termodinamik 
kəmiyyətlər, desorbsiya  rejimi 
Key  words:  resin  Duolite  C-467,  Cu
2+
  and  Cd
2+
  ions,  isotherms  of  sorption,  equilibrium, 
kinetic and thermodynamic values, regimes of waste 
Ключевые  слова:  ионит  Duolite  С  –  467,  ионы  Cu 
2+
 
 
и  Cd 
2+
,  изотермы  сорбции, 
равновесные, кинетические и термодинамические величины, режим десорбции 
Amino-fosfon  funksional  qruplu  polifunksional  kompleksəmələgətirici  Duolite  C  467  ioniti 
ilə Cu
2+
 və Cd
2+
 ionlarının sorbsiyasının tarazlıq şəraiti, kinetikası öyrənilmiş, proseslərin tarazlıq, 
kinetik  və  termodinamik  parametrləri  hesablanmışdır.  İşlənmiş  ionitin  desorbsiya  rejimi  müxtəlif 
qatılıqlı və təbiətli turşularla öyrənilmişdir. İonitin qənaətbəxş sorbsiya tutumu, kinetik göstəriciləri, 
Cu
2+
  və  Cd
2+
  ionlarının  aşağı  qatılıqlarında  onun  bu  ionlara  qarşı  yüksək  paylanma  əmsalları  ilə 
xarakterizə olunması istər axıntı, istərsə də  sənaye tullantı sularından bu ionların uğurla çıxarılması 
üçün istifadə edilə bilər. 
Təcrübi hissə 
İonit xelatəmələgətirici sorbentlər qrupuna aid olub, matrisası makroməsaməli, ölçüləri 16-50 
meş.,  Na  –  formalı,  ümumi  həcmi  tutumu  1,0  mq-ekv/ml,  toplam  dəyişmə  tutumu  3,5  mq-ekv/q, 
normal işləyə biləcəyi turşuluq həddi – pH=1-10-dur [1]. İonit - CH
2
–NH–CH
2
–PO
3
Na
2
 funksional 
qruplu  olduğundan  metal  ionları  ilə  ionitin  qarşılıqlı  təsiri  sorbent  fazasından  Na
+
  -  ionlarının 
məhlula keçməsi ilə müşayiət olunur. Eyni zamanda ionitin tərkibindəki N və -PO
3
- qruplaşmasının 
iki  oksigen  atomunun  sərbəst  elektron  cütlərinin  hesabına  metal  ionları  ilə  komplekslərin 
yaranmasını da nəzərdən qaçırmaq olmaz [2]. 
Məhlulda Cu
2+
 ionlarının miqdarı yodometrik, Cd
2+
 ionlarının miqdarı isə erioxrom qarası T-
dən indikator kimi istifadə etməklə kompleksonometrik təyin edilmişdir [3]. 
İonitin təmiz və öyrənilən ionlarla işlənmiş formalarının İQ-spektrləri Nikolet İR-10 markalı 
İQ-spektrometrdə  400-4000  sm
-1
  intervalında  çəkilmişdir.  Bu  məqsədlə  ionit  nümunələri  aqat 
həvəngdəstədə  əzilərək  toz  halına  salınmış,  bu  nümunələrin  KBr-lə  preslənərək  həbləri  hazır-
lanmışdır.  İQ-spektrlərdə  yaranan  aydın  udulma  zolaqlarına  əsasən  ionitin  və  öyrənilən  ionlarla 
işlənmiş nümunələrin funksional qrupları haqda mühakimə yürüdülmüşdür. 
Udulan  metal  ionlarının  miqdarı  onların  başlanğıc  və  sorbsiyadan  sonrakı  qatılıqları 
arasındakı  fərqə  əsasən:  ST=V(C

–  C
t
)  /  m,  paylanma  əmsallarının  qiymətləri  P=ST/C
t
  (ml/q) 
formulu ilə hesablanmışdır. Kinetik təcrübələrin metodikası, kinetik və termodinamik parametrlərin 
hesablanması [4]-ə uyğun yerinə yetirilmişdir. 
Seçilən qatılıq intervalında sorbsiya proseslərinin başlanğıcı üçün F-in  -dən və ln(1-F)-in 
t-dən  xətli  asılılıqları  öyrənilən  proseslərin  sürətinin  daxili  diffuziyanın  nəzarətində  olduğunu 
göstərir. Sorbsiya proseslərinin sürətinin daxili diffuziyanın nəzarətində olduğu hallar üçün Q.Boyd 
və  həmkarlarının  təklif  etdiyi  model  keçərli  olduğundan,  daxili  diffuziya  əmsallarının  qiymətləri: 
2
2
/
o
i
r
D
B


 formulu  ilə  hesablanmışdır.  Bu  tənlikdə  B-sürət  sabiti,  1/san,  Di-daxili  diffuziya 
əmsalı, sm
2
/san, r
o
– şişmiş halda ionit dənəsinin radiusudur (sm). Eyni radiuslu – 0.0275 sm sorbent 
nümunələrindən  istifadə  edilmiş,  bu  məqsədlə  şişmiş  sorbent  kütləsi  standart  ölçülü  ələklərdən 
ələnmiş və diametri 0.055 sm-lik ələkdən keçən nümunələr təcrübələrdə istifadə edilmişdir.  
  Cədvəl. Duolayt C – 467 ioniti ilə Cu
2+
və Cd
2+
 ionlarının sorbsiyasının tarazlıq parametrləri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə