Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə92/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   88   89   90   91   92   93   94   95   ...   134

193 
Muxtar  respublika  ərazisində  baş  verə  biləcək  selli  ərazilər  pasportlaşdırılmalı  sellərdən 
mühafizə  uçun    regionlarda  hansı  tədbirlərin  görüləcəyi  müəyyələşdirilməlidir.  Sel  ocaqlarında 
fitomeliorativ  tədbirlər  görülməli,  ağac  və  kollar  əkilməlidir.  Sellərin  qarşısının  alınması  üçün 
hidrotexniki qurğular yaradılmalıdır. 
Selli  regionlarda  tikilmiş  yaşayış  və  ictimai  binaların  mühafizə  olunması  ücün  indidən 
tədbirlər görülməli, selli rayonların mikroxəritələri (9 səh.74) hazırlanmalıdır. 
Sel prosesi baş verərkən onlardan mühafizə olunmaq, dəymiş ziyanların  aradan qaldırılması, 
xilasetmə işləri haqqında xalq arasında maarifləndirmə işləri aparılmalıdır.
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Babayev S.Y. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Bakı, “Elm” 1999. 226s. 
2.
 
Abbasov M.A. Naxçıvan MSSR-ın geomorfologiyası. Bakı, 1970. 160s. 
3.
 
Азизбеков. Ш.А. Геология  Нахичеванской АССР. Москва, 1961. 502с. 
4.
 
Шыхлинский Э.М. Климат Азербайджана. Баку, 1968.343с 
5.
 
Алиев Г.А.Зейналов А.К.Почвы Нахицеванской АССР. Баку, 1988.239с 
6.
 
Ə.M.Həsənov “Haxçıvan MR-in təbii sərvətləri və onlardan istifadə yolları”. Bakı-2001, 246  
7.
 
Əliyev T.Ə., Mərdanlı A.H., Qasımov H.Z.  Təbii xarekterli ekoloji 
8.
 
fəlakətlər. (dərs vəsaiti)    2013, 102 s. 
9.
 
Əli  Həsənov.  Təbii  fəlakətlər  və  onların  əvvəlcədən  iqtisadi  qiymətləndirilməsi.  NDU  Elmi 
əsərləri. Qeyrət -2009,  səh. 155-157 
10.
 
Şirinov N. İnsan və relyef. Bakı, Azərnəşr-1991, 117 səh. 
 
 
ABSTRACT 
Ali Hasanov 
Ulviya Iskenderova 
Ismet Hasanov 
Geogrphical spread features of floods on the territory of the Nakhchivan Autonomous 
Republic and assessment of the damage degree. 
During  the  recent  period  the  floods  are  those  natural  catasrrophes  which  happened  more 
frequently and committed terrible disasters. Glansing through the folklore we can come across with 
such  a  saying  “the  flood  has  no  God”.  Indeed,  damages  committed  by  floods  are  so  great  that 
sometimes it is impossible to calculate. The territory of Nakhchivan Autonomous Republic has its 
own flooding pecularities. Historically  floods have cаused to damages in the sphera of agriculture 
of  republic,  its  landscape,  flora  and  fauna.  The  damage  which  floods  bring  to  the  people  and  to 
landscape  being  the  natiural  desasters  have  been  investigated,  the  species  of  “mobile  plants”  and 
“animals” appearing as a result of floodings have been determined. Preparation and implementation 
of  the  preventive  anti-flood  measures  aactual  proposals  were  offered,  the  map  of  the  region  has 
been developed according to the level of flooding of the region. Area is divided into 3 regions and 
each region is divided into sectors with intensive flood level. 
 
РЕЗЮМЕ 
Али Гасанов 
Улвия Искендерова 
Исмат Гасанов 
Географические особенности распространения наводнений на территории 
Нахчыванской Автономной Республики и оценка степени ущерба 
В  последнее  время  наводнения  являются  природными  катастрофами,  которые 
случаются  чаще  и  творят  ужасные  бедствия.  Если  рассмотреть  фольклор,  мы  можем 
встретить  такое  высказывание:  «У  потока  нет  Бога».  Действительно,  ущерб,  нанесенный 
наводнениями,  настолько  велик,  что  иногда  его  невозможно  вычислить.  На  территории 


194 
Нахчыванской  Автономной  Республики  наводнения имеют  свои  особенности.  Исторически 
наводнения наносят ущерб сельскому хозяйству республики, ее ландшафту, флоре и фауне. 
В  статье  были  изучены  повреждения,  которые  наводнения,  являющийся  природными 
бедствиями,  приносят  людям  и  ландшафту,  а  так  же  были  определены  виды  «подвижных 
растений» и «животных», возникающих в результате наводнений. Предложена подготовка и 
реализация действующих превентивных противопаводковых мер, карта региона разработана 
в соответствии с уровнем затопления региона. Район разделен на 3 региона, и каждый регион 
делится на секторы с интенсивными наводнениями. 
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə 
çapa tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni çapa təqdim etdi: Coğrafiya üzrə fəlsəfə doktoru, dosent 
N. Babayev 
 
 
 
 
 
 
 
 
 
 
 


195 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
LƏTİFƏ NOVRUZOVA 
Naxçıvan Dövlət Universiteti 
UOT:
 
911.8 
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA TURİZM POTENSİALINDAN 
İSTİFADƏ İMKANLARI 
 
Key  words:  tourism  potensial,  historical  monuments,  nature  monuments,  treatment  
balceologic  monuments, tourism-recreation service  
Ключевые  слова:  Туристический  потенциал,  исторические  памятники,  природные 
памятники,  лечебно  бальнеологические  учреждения,  туристическо  рекреационное 
обслуживание 
Müasir dövrdə xidmət sahələri içərisində turizm ən gəlirli sahələrdən birinə çevrilmişdir. Bu 
sahə  turizm  potensialı  ilə  zəngin  olan  inkişaf  etmiş  ölkələrlə  yanaşı,  bir  çox  mikrodövlətlərdə  də 
inkişaf etmiş və onların iqtisadiyyatının başlıca sahəsini təşkil edir. İqtisadiyyatın yeni və perspek-
tivli  sahəsi  kimi  turizm  Naxçıvan  Muxtar  Respublikasında  da  geniş  imkanlara  malikdir.  Muxtar 
respublika  özünün  təmiz  havası,  təbii  gözəlliyə  malik  olan  əraziləri,  mineral  bulaqarı,  müalicəvi 
duzu,  zəngin  tarixi  və  mədəni  abidələri  ilə  nəinki  respublikamızın  müxtəlif  yerlərindən,  həm  də 
müxtəlif xarici ölkələrdən turistlərin cəlb olunması üçün yüksək potensial imkanlara malikdir. 
Turizmin  inkişafı  ölkəyə  valyuta  gəliri  gətirməklə  yanaşı,  həmçinin  sosial  problemlərin 
həllində,  işsizliyin  aradan  qaldırılmasında,  əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsində,  miqrasi-
yanın,  xüsusən  də  ucqar  dağ  kəndlərinin  boşalmasının  qarşısının  alınmasında  mühüm  rol  oynaya 
bilər. Turizmin dinamik inkişafı həm də onunla bağlı təsərrüfat sahələrindən olan tikinti, nəqliyyat, 
ticarət, ictimai-iaşə, xalq istehlakı malları istehsalı və s.-in inkişafını sürətləndirər. (1s.126) 
Turist axınının istiqamətlənməsində təbii-coğrafi, tarixi-mədəni, balneoloji amillərlə yanaşı, 
ölkədə siyasi sabitliyin, təhlükəsiz həyat şəraitinin olmasının da rolu böyükdür. İnsanların rifah halı 
yaxşılaşdıqca,  urbanizasiya  prosesi  iləəlaqədar  şəhər  həyat  tərzi  artdıqca,  insanların  səhhətinə 
nəzarəti gücləndikcə turist səfərlərinə çıxanların da sayı artır. Əgər turist səfərlərinəçıxanların 60%-
dən  çoxunu  istirahət,  əyləncə,  müalicə  məqsədilə  səfərəçıxanlar  təşkil  edirsə,  digərlərini  işgüzar 
(iqtisadi  əlaqələr  qurmaq,  simpozium,  konfrans,  mədəni  tədbirlərdə  iştirak  edənlər),  dini  və  s. 
məqsədlərlə səfərəçıxanlar təşkil edir. 
Naxçıvanın  zəngin  təbiəti,  qədim  tarixi, zəngin  mədəniyyətə  malik  olması,  qonaqpərvərlik 
ənənələri, regionun hər yerində, hətta ən ucqar dağ kəndlərində belə, müasir infrastrukturun  yara-
dılması muxtar respublikada turizmin inkişafını sürətləndirməyə imkan verir. Ərazinin 2/3 hissəsini 
hündürlüyü  1000  m-dən  yüksək  olan  dağlıq  sahələr  təşkil  edir.  Zəngəzur  və  Dərələyəz  silsilələri, 
alçaq  və  orta  dağlıq  sahələr,  Batabat  yaylası  rekreasiya  sərvətlərinin  müxtəlifliyinə  görə  seçilir. 
Naxçıvan  Muxtar  Respublikasında  yüksək  dağ  kurort  yerləri  vardır.  Bunlardan  ən  məhşurları 
Şahbuz rayonunda Ağbulaq, Batabat, Culfa rayonunda Ləkətağ, Ordubad rayonunda Nəhəcir, Tivi 
və s-dir. Bunlardan Ağ bulaqda müasir tələblərə cavab verən istirahət kompleksi yaradıldığı halda, 
digərlərində hələlik belə istirahət yerləri yoxdur. Ona görə də bölgəyə gələn turistlər ev kirayələrək 
kənd  turizmindən  istifadə  etməli  olurlar.  Kənd  turizminin  inkişafı  yerli  əhali  üçün  əlavə  gəlir 
mənbəyinəçevrilir.  İstirahətə gələn qadınlara ev işlərindən ayrılmaqla istirahət etmək imkanı verir. 
Uşaqlar  təbiət  qoynunda  dincələrək  təbiətə  daha  da  yaxınlaşırlar.  Kənd  turizmi  həm  də  ailəyə  az 
vəsait  sərf  etməklə  yaşayış  mühitini  dəyişməyə  imkan  verir.  Bu  baxımdan  kənd  turizminin 
reklamını və onun təşkilini həyata keçirmək olar.  
Dağlıq  ərazilərdə  qış  dövrünün  şaxtalı  keçməsi  və  qalın  qar  örtüyünün  yaranmasına 
baxmayaraq,  oroqrafik  şəraitlə  əlaqədar  olaraq  muxtar  respublikada  dağ  xizək  idmanının  inkişafı 
üçün imkanlar məhduddur. 
Turizm  elə  bir    sahədir  ki,  onun  üçün  mövsümülük  xarakterikdir.  Respublikada  əhalinin  tu-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə