Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə97/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   93   94   95   96   97   98   99   100   ...   134

205 
Bu  yaşayış  məntəqələrində  rayon  əhalisinin  35,2  %-i  (17314  nəfər)  yaşayır.  Ərazidə  yerləşən 
kəndlər rayonun ümumi yaşayış məntəqələrinin 36,2 %-ini təşkil edir.  
Əlverişli  iqlim  və  relyef  şəraiti,  çayların  nisbətən  çoxluğuna  baxmayaraq  muxtar  respubli-
kanın  1000-1500  m  hündürlüyə  malik  bu  arealında  relyefin  meyilliyinin  yüksəlməsi  və  çayların 
ərazini  parçalayaraq  dərin  dərələr  yaratması  nəticəsində  600-1000  m-dək  hündürlüklə  müqaisədə 
burada həm yaşayış məntəqələrinin sayı, həm də əhalinin sayı azalır.  
Naxçıvan MR-də bu areal respublika üzrə kənd əhalisinin xüsusi çəkisinə görə qabaqcıl  yer 
tutur. Muxtar respublikanın 1 şəhər, 1 qəsəbə və 60 kənd olmaqla, ümumilikdə 62 yaşayış məntəqə-
si  burada  yerləşir.  Bu  areal  daxilində  yerləşən  vəmuxtar  respublikanın  ən  yüksək  şəhər  yaşayış 
məntəqəsi sayılan Şahbuz şəhərinin əhalisi 5200 nəfərdir ki, bu da ümumi şəhər əhalisinin 3,3 %-ini 
təşkil edir.Muxtar respublika üzrə ümumi yaşayış məntəqələrinin 28,4 %-i (62 yaşayış məntəqəsi), 
əhalinin isə 19,5%-i (86634 nəfər) bu arealın payına düşür.
 
Muxtar  Respublika  ərazisinin  əsasən  orta  dağlıq  hissələrini  1500-2000  metr  hündürlükdəki 
ərazilər tutur ki, bu da ümumi ərazinin 19,5 % təşkil edir(2, səh 23). Bu hündürlük qurşağının əhatə 
etdiyi ərazilərdə yerləşən yaşayış məntəqələri əsasən dağ çaylarının hər iki sahili boyu ensiz zolaq 
şəklində  yerləşdiyindən  onlar  ərazisinin  kiçikliyinə  və  əhali  sayının  azlığına  görə  digər  yaşayış 
məntəqələrindən  fərqlənir.  Bu  qurşaq  daxilində  Sədərək  və  Kəngərli  rayonu  ərazisində  heç  bir 
yaşayış məntəqəsi yoxdur. 
1500-2000  metr  hündürlükdə  Şərur  rayonu  ərazisində  yerləşən  yeganə  yaşayış  məntəqəsi 
Günnüt kəndidir ki, bu da rayon üzrə ümumiyaşayış məntəqələrinin 1,5%-ni təşkil edir. 11,36 km

əraziyə malik olan bu yaşayış məntəqəsində haliyədə yaşayış yoxdur.  
Babək  rayonunun  müvafiq  hündürlüyə  malik  ərazilərində  3  yaşayış  məntəqəsi  (Yuxarı 
Buzqov, Gərməçataq, Göynük kəndləri) yerləşir ki, bu da rayon üzrə ümumi yaşayış məntəqələrinin 
8,3  %-ini  təşkil  edir.  Bu  kəndlərdə  məskunlaşmış  əhalinin  sayı    1089  nəfər  olmaqla,  rayon  əha-
lisinin 1,5 %-inə bərabərdir.  
1500-2000  m  hündürlüyə  malik  ərazilərdə  yerləşən  yaşayış  məntəqələrinin  sayına  görə  Şahbuz 
rayonu muxtar respublikada birinci yeri tutur. Bu rayon ərazisində həmin qurşaq daxilində rayonun 24 
yaşayış məntəqəsindən 9-u yerləşir ki, bu da rayon üzrə yaşayış məntəqələrinin 37,5 %-inə bərabərdir. 
Ərazidə yaşayan əhalinin sayı 9047 nəfər olmaqla ümumi rayon əhalisinin 36,5 %-ni təşkil edir.  
Yaşayış  məntəqələrinin  17,4  %-inin  1500-2000  m  hündürlükdə  yerləşdiyi  Culfa  rayonu  bu 
göstəriciyə görə muxtar respublikada ikinci yerdədir. Milax, Teyvaz, Ərəfsə və Ləkətağ kəndlərinin 
ümumi əhalisinin sayı 3146 nəfər olmaqla, rayon əhalisinin 6,9 %-inə bərabərdir.  
Ordubad  rayonu  1500-2000  m  hündürlüyə malik  ərazilərində  yerləşən  kəndlərin  sayına  görə 
muxtar  respublikada  ikinci  yeri  tutur.  Rayon  üzrə  ümumi  yaşayış  məntəqələrinin  17  %-ni  təşkil 
edən 8 yaşayış məntəqəsində, rayon əhalisinin 10,8 %-i (5289 nəfər)  məskunlaşmışdır.  
Muxtar  respublikanın  25  kənd  yaşayış  məntəqəsi  1500-2000  m  hündürlüyə  malik  arealda 
yerləşməklə  ümumi  yaşayış  məntəqələrinin  11,5  %-ni  təşkil  edir.  Bu  yaşayış  məntəqələrində 
məskunlaşan əhalinin sayı 18570 nəfərə bərabərdir ki, bu da muxtar respublika əhalisinin 4,2 %-dir.  
Muxtar  respublikanın  2000-2500  m  hündürlüyə  malik  əraziləri  9.5%,  2500-3000  m  hündür-
lükdəki əraziləri 6,1 %, 3000 m-dən yuxarı əraziləri isə 1,5 %-ə bərabərdir (2, səh 23). Ümumilikdə 
2000 m-dən yuxarı hündürlüyə malik ərazilər ümumi ərazinin 17,1 %-ni təşkil edir. Bu hündürlükdə 
Sədərək,  Kəngərli  və  Babək  rayonları  ərazilərində  heç  bir  yaşayış  məntəqəsi  yerləşmir.  Qurşaq 
daxilində  Şərur rayonunun 1  yaşayış  məntəqəsi  (Havuş  kəndi),  Şahbuz  rayonunun 3  yaşayış mən-
təqəsi  (Biçənək,  Ağbulaq,  Gömür  kəndləri),  Culfa  rayonunun  1  yaşayış  məntəqəsi  (Boyəhməd 
kəndi),  Ordubad  rayonunun  5  yaşayış  məntəqəsi  (Nürgüt,  Nəsirvaz,  Pəzməri  kəndləri  və  Ağdərə, 
Parağaçay qəsəbələri) yerləşir. Bu hündürlükdə yerləşən məntəqələrin xüsusi çəkisi müvafiq olaraq 
ümumi  yaşayış  məntəqələrinin  Şərur  rayonu  üzrə  1,5  %-ni,  Şahbuz  rayonu  üzrə  12,5  %-ni,  Culfa 
rayonu  üzrə  4,3  %-ni,  Ordubad  rayonu  üzrə  isə  10,6  %-ni  təşkil  edir.  Havuş  kəndində  178  nəfər 
əhali yaşayır ki, bu da ümumi rayon əhalisinin 0,2 %-nə bərabərdir. Biçənək, Ağbulaq və Gömür 
kəndlərində məskunlaşmış əhalinin ümumi sayı 2457 nəfər olmaqla, rayon əhalisinin 10 %-ni təşkil 
edir.  Boyəhməd  kəndində  366  nəfər  yaşayır  ki,  bu  da  rayon  əhalisinin  0,8  %-dir.  Ordubad 


206 
rayonunun  bu  hündürlükdə  yerləşən  yaşayış  məntəqələrində  rayon  üzrə  ümumi  əhalinin  1,3  %-i 
(638 nəfər) məskunlaşmışdır. 
Parağaçay (2320 m) və Ağdərə (2300 m) qəsəbələri Ordubad rayonunun yüksək dağlıq sahə-
lərində  yerləşir.  Ağdərədə  əhali  yaşamır.  Rayonun  Parağaçay  qəsəbəsinin  yerləşdiyi  mütləq 
hündürlük  2320  m-dir.  87  nəfər  əhalisi  olan  qəsəbə  ölkədə  ən  yüksəkdə  yerləşən  qəsəbə  yaşayış 
məntəqəsidir. Ümumiyyətlə, 2000 m-dən yuxarıda yerləşən 10 yaşayış məntəqəsi muxtar respublika 
üzrə ümumi  yaşayış  məntəqələrinin  4,6  %-ini təşkil  edir.  Bu  yaşayış məntəqələrində  məskunlaşan 
3639  nəfər  əhali  muxtar  respublikanın  ümumi  əhalisinin  0,8  %-ni  təşkil  edir.  1979-cu  ildə  bu 
zonada 20 yaşayış məntəqəsində 9,7 min nəfər, o cümlədən 8,8 min nəfər kənd əhalisi yaşamışdır. 
Keçən müddət ərzində bu göstəricilər, demək olar ki, 2,0-2,7 dəfə azalmışdır (3, səh. 476). 
Muxtar respublikanın 1,5 %-ni (80 km
2
) hündürlüyü 3000 m-dən yuxarıda olan sahələr tutur. 
Bu  ərazilərdə  soyuq  iqlim  hakidir,  yüksək  dağıq  zonaların  landşaftı  kəskin  parçalanmışdır,  dik 
sıldırım yamaclar geniş sahəni tutur. Bu yerlərdə məskunlaşma üçün şərait yoxdur. 
 
ƏDƏBİYYAT
 
1.
 
http://www.statistika.nmr.az/x_news/news/2017-1/2017-I.pdf. 
2.
 
S.Babayev, Naxçıvan Muxtar Respublikasının Coğrafiyası, Bakı: Elm, 1999, 226 səh.  
3.
 
Müstəqillik  yollarında.  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  25  illiyinə  həsr 
edilmiş məqalələr toplusu. Bakı, “Şərq-Qərb” Nəşriyyatı, 2016, 628 səh.  
4.
 
serqqapisi@nakhchivan.az.  
 
ABSTRACT 
Shafag Aliyeva 
The conformity of the natural laws of the population’s placement due to the altitude  
zones in Nakhchivan Autonomous Republic 
The article deals with the population’s placement due to the altitude zones  In Nakhichivan 
Autonomous Republic.For this purpose the conformity of the natural laws of the population’s and 
settlement’s  placement  are  foregrounded.  The  distribution  matters  of  altitude  zones  of    the 
settlement  of  population    in  rural  and  urban  areas  of  occupation  zones  due  to  the  Autonomous 
republic and regions are  clarified.The  article  deals with that  1,5  % of  AutonomousRepublic  is  the 
area  which  its  height  is  over  3000  meters.  In  these  areas  the  cold  climate  is  dominated,  the 
landshape of high mountainous zones is sharply frangmented, and steep precipice slopes cover wide 
area.There is no situation of life in these places. 
РЕЗЮМЕ 
Шафак Алиева 
Закрномерность размещения  населения Нахчыванской  Aвтономной  
Республики в возвышенных зонах 
В  статье  говорится  о  вопросах  размешения    населения  Нахчыванской  Автономной 
Республики  на   вызвышенных зонах. С этой целью закономерное размещение  населения и 
населенных пунктов на разных возвышенных зонах  было  выдвинуто  на первый план. Была 
проанализирована  проблема  равномерного  распределения  размещения    населения    на 
возвышенных зонах.  Были уназаны отдельные населенные пункты на  возвышенных зонах  и 
относительность  размещения  населения.  Отмечается,  что  1,5  %-ов  (80  км
2
)  Автономной 
республики  занимают  участки,  имеющие  высоту  более  3000  км.  На  этой  территории 
господствует  холодный  климат,  ландшафт  высокогорных  зон  резко  расчленён,  широкие 
участки занимают отвесные склоны. Нет условий для проживания в этих местах. 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə 
çapa tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni çapa təqdim etdi: Coğrafiya üzrə fəlsəfə doktoru, dosent 
N. Babayev 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə