Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə99/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   95   96   97   98   99   100   101   102   ...   134

209 
Şəkil 2. Kürovdağ saziş sahəsi 
 


210 
 
Şəkil 3. Şirvan şəhərində mövcud neft hasilatı əraziləri 
Neft  hasilatının  ətraf  mühitə  təsiri.  Torpaqların neft və neft məhsulları  ilə uzunmüddətli 
çirklənməsi və onun ekoloji təsiri ekosistemin öz-özünə bərpa etmə prosesinə mənfi təsir göstərir ki, 
bu da ekoloji balansın pozulmasına gətirib çıxarır. Şirvan şəhərində torpaq sahələrinin mazut, neft 


211 
və  neft  məhsulları,  eyni  zamanda  neft  sənayesi  müəssisələrinin  tullantı  suları  ilə  çirklənməsi 
yararsız  hala  düşməsinə  səbəb  olmuşdur.  Bir  quyunu  istismara  buraxanda,  onun  düzgün  qaydalar 
əsasında axıra kimi işlənməsi gözlənilməlidir. Orada neft tükəndikdən və ya sulaşma baş verdikdən 
sonra  başqa  obyektə  keçmək  lazımdır.  Digər  obyektə  keçdikdən  sonra  köhnə  quyu  mütləq 
bağlanmalıdır. Sonra yuxarı təbəqə açıla bilər.  Bir quyudu hər horizontun öz xətti var. Horizontlar 
qarışıq  işlədilən  zaman  neft  suları  bir  horizontdan  digərinə  axa  bilər  ki,  bu  da  quyuda  sulaşma, 
gilləşməyə  səbəb  olur.  Bütün  sadalanan  problemlərin  qarşısının  alınması  üçün  quyuların  istismarı 
zamanı texnoloji qaydalara əməl olunmalıdır. 
Ətraf  mühitin  neft  suları  ilə  çirklənməsinin  qarşısının  alınması  və  bu  suların  səmərəli 
istifadəsi iki istiqamətdə aparılmalıdır: 
1.
 
Neft  sularının  lazımi  dərəcədə  təmizlənərək  yenidən  neftli  laylara  və  yaxud  başqa  bir  sulu 
laya vurulması; 
2.
 
Neft sularının müasir texnoloji üsulla kompleks emal edilməsi. 
   Şirvan  şəhərində    neft  və  qazçıxarma  mədənlərində  lay  sularından  təkrar  istifadə  və  ya 
quyulara  vurulma  istiqamətində  tədbirlər  görülür.  Lakin  bununla  belə  lay  sularının  ətraf 
ərazilərə,  sututarlara  axıdılmasının  qarşısı  tam  alınmamışdır  və  neftlə  torpaqların  və  su 
hövzələrin  çirklənməsinə  səbəb  olmuşdur.  Neftli  sular  on  illərlə  istifadəsiz  qalaraq  ətrafda 
olan  çökəkliklərə  axıdılaraq  həm  ətraf  mühitin  çirklənməsinə,  həm  də  iqisadi  itkilərə  səbəb 
olmuşdur [2].  
Şirvan şəhərinin ərazisində neftlə çirklənmiş torpaqların sahəsi 355 hektara qədərdir (şək.4). 
Neftlə  çirklənmiş  torpaq  sahələri  əsasən  Şirvan  şəhərinin  qərb  (Bayramlı  qəsəbəsindən  şimala 
doğru)  və  cənub-şərq  (Hacıqıhramanlı  qəsəbəsindən  qərb  və  şimal-qərbə  doğru)  sərhədləri  yaxın-
lığında  daha  çox  yayılmışdır.  Neftlə  çirklənmiş  tоrpaqlar  əsasən  neft  mədənləri  arasında,  neft 
buruqları ətrafındadır. Neft anbarlarında və buruq ətrafında belə sahələr ləkələr halındadır. Çirklən-
mə  mənbələri  olaraq  neft  məhsulları  və  lay  sularını  göstərmək  olar.  Dərin  qatda  neftlə  çirklənmiş 
sahələrdə  bitki  örtüyü  yоxdur.  Bitki  örtüyü  şоran  оlmayan  sahələrdə  efemer  bitkiləri,  şоran 
sahələrdə  şоranlıq  bitkiləri,  sulfatlı  şоranlıqlarda  isə  yulğun  və  s.  vardır.  Bir  çоx  yerlərdə  neftlə 
çirklənmə  maye  halındadır.  Ancaq  zəif  neftlə  çirklənmiş  sahələrdə  (0-10  sm  qalınlığında)  bitium-
laşma prоsesi nəzərə çarpır [3]. Şirvan şəhərində neft quyularına yaşayış məntəqələrinin daxilində 
rast gəlmək mümkündür. Bu da həm təhlükəsizlik, həm də ekoloji baxımdan fəsadlar yaradır. Neft 
hasilatı obyektlərinin ətraf ərazilərə təsirinin azaldılması üçün neft sənayesi müəssisələri üçün 200 
m,  yaşayış  mənətəqələri  və  digər  sənaye  obyektləri  daxilində  yerləşmiş  neft  quyuları  üçün  50  m 
sanitar-mühafizə zolağı nəzərdə tutulmuşdur (şək.5). 
Şəkil 4. Şirvan şəhərində neft əraziləri 
Şirvan  şəhərində  torpaq  sahələri  ilə  yanaşı  su  hövzələri  də  neftlə  çirklənməyə  məruz 
qalmışdır.  Respublikamızın  böyük  göllərindən  hesab  olunan  Hacıqabul  gölünün  müəyyən  hissəsi 
Şirvan  şəhəri  daxilindədir.  Hacıqabul  gölünün  köçəri  quşların  miqrasiyası  dövründə  onların 
müvəqqəti istirahəti və bataqlıqda yaşayan su quşlarının, o cümlədən, nəsli kəsilməkdə olan  
 
növlərin  yuva  qurmaları  üçün  əlverişli  şəraitə  malik  olduğunu  nəzərə  alsaq,  onun  ekoloji 
vəziyyətinin  yaxşılaşdırılması  istiqamətində  tədbirlər  görülməlidir.  Gölə  daxil  olan  tullantı 


212 
sularından,  dib  çöküntüsündən  və  gölün  müxtəlif  nöqtələrindən  su  nümunələri  götürülərək  təhlil 
olunmuşdur. Aparılmış təhlillərin nəticələri göstərir ki, gölün suyu duzluluq və ion tərkibinə görə 
yüksək  dərəcədə  minerallaşmışdır.  Suyun bəzi  inqrediyentlər  üzrə  normadan  artıq  çirklənməsi baş 
vermiş  və  gölün  suyunda  tədqiq  olunan  neft  məhsullarının,  sintetik  səthi  aktiv  maddələrin,  ağır 
metalların,  dib  çöküntülərində  isə  neft  məhsullarının,  fenolların  və  ağır  metalların  normadan  2-5 
dəfə artıq olması aydın olmuşdur. Hazırda Hacıqabul gölünün məişət-təsərrüfat və balıqçılıq təsər-
rüfatı  əhəmiyyətli  su  hövzəsi  kimi  istifadəsi  mümkün  hesab  olunmur.  Bütün  bunların  nəticəsində 
suyun  hidroloji  rejimi  pozulmuş,  gölün  təbii  təmizlənmə  qabiliyyəti  azalmış  və  göl  qurumağa 
başlamışdır.  
Cədvəl 1. 
Təyin olunan 
komponentlər 
 
Ölçü 
vahidi 
 
Komponentlərin 
miqdarı 
Yol Verilən 
Qatılıq Həddi  
   (YVQH ) 
Neft və neft məhsulları 
mq/l 
0,09 
0,05 
Hacıqabul gölündən götürülmüş  su nümunəsi üzərində  aparılmış fiziki  kimyəvi analizlərin 
nəticələri, 12.01.2013 –cü il tarixi üçün 
Kür çayının Şirvan şəhərindən keçən hissəsi də neft və neft məhsulları ilə çirklənmədən yan 
keçməmişdir. Şirvan, Salyan, Neftçala məntəqəsində aparılmış monitorinqin nəticələrinə əsasən bu 
ərazilərdə Kürün sularında bixromat oksidləri, fenollar, neft məhsulları və heksoxloran pestisidinin 
miqdarı digər məntəqələrlə müqayisədə 1.5-2.0 dəfə çoxdur [4]. 
Cədvəl 2. 
Məntəqə 
İllər 
Neft və neftməh-sulları, 
mq/l 
Şirvan 
2005 
0,05 
Şirvan 
2008 
0,05 
Şirvan 
2010 
0,02 
Qeyd: Bu monitorinqlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi əsasında 2010-cu ilə 
qədər aparılmışdır. 
Nəticə. “Şirvan şəhərinin Dövlət Şəhərsalma Kadastrının yaradılması” layihəsi çərçivəsində 
2013-2033-cü  ilə  qədərki  dövrdə  şəhərin  perspektiv  inkişafı  baxımından  ehtiyat  torpaq  sahələri 
olduğu  üçün  neft  əraziləri  mühəndis  infrastrukturu  zonası  daxilində  olduğu  kimi  saxlanılmışdır.  
Lakin  hesabat  dövrü  başa  çatdıqdan  sonra  bu  ərazilərə  yenidən  baxılması  və  ərazinin  hansı 
istiqamətdə  inkişaf  etdirilməsi  üçün  yeni  tələblərin  qəbul  olunması  mütləq  məsələlərdəndir.  Buna 
baxmayaraq  ətraf  mühitin  mühafizəsi  naminə  Şirvan  şəhərində  qalıq  neft  məhsullarının  sahədən 
çıxarılması ilə bağlı işlər yerinə yetirilməlidir. Torpaqlar neft məhsullarından yuyulmalı, mexaniki 
(fiziki-kimyəvi),  bioloji,  kimyəvi,  termik  və  biotexnoloji  üsullar  tətbiq  olunaraq  rekultivasiya 
tədbirləri  həyata  keçirilməlidir.  Həmçinin  Hacıqabul  gölü,  onun  hal-hazırkı  ekoloji  vəziyyəti  ilə 
əlaqədar yaranmış problemlər və bu problemlərin həlli xüsusi prioritet təşkil edən məsələlərdən biri 
kimi  qarşıya  qoyulmuşdur.  Gələcək  inkişaf  planında  Hacıqabul  gölü  sahilində  idman,  sağlamlıq, 
əyləncə və istirahət məkanları da daxil olmaqla şəhər-park layihəsi nəzərdə tutulmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə