Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə101/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   97   98   99   100   101   102   103   104   ...   134

217 
Dağ - vadi küləkləri vadidəki havanı dərələrlə yuxarı qovmaqla çirklənmiş havanı dəyişmək rolunu 
oynayırlar.  Dağ-vadi  küləkləri  ilin  bütün  fəsillərində  çuxurda  yerləşmiş  Naxçıvan  MR-in 
ərazisindəki  bütün  canlıların  nəfəs  aldıqlarıhavanın  təmizlənməsində  mühüm  rol  oynayırlar.  Əgər 
küləyin  hərəkətinə  süni  maneələr  yaradılarsa,  bu  havanın  təmizlənməsinin  qarşısını  alır  və  külək 
burulğanların yaranmasına səbəb olur.  
Aparılmış elmi araşdırmalar nəticəsində müəyyənləşdirilmişdir ki, Naxçıvan MR-in ərazisinin 
iqliminə  düşünülməmiş  süni,  qeyri-təbii  maneələr  nəzərə  çarpacaq  dərəcədə  təsir  edir.  Burada 
yaşayan insanlar daima yaratdıqları yeni texniki sistemlər, mühəndis qurğuları, sənaye obyektləri və 
s. ilə təsir edirlər.  
Hal  hazırda  Naxçıvan  MR-in  enerji  təhlükəsizliyinin  təmin  olunması  üçün  təbii  qazdan  isti-
fadə  edilir.  Təbii  qazın  yandırılması  zamanı  havaya  atılan  zəhərli  tullantılar  və  ərazidəki  qaz  nəql 
edən boruların  yivli birləşmələrindəki təbii qaz itkiləri ərazinin ətraf mühitinə mənfi təsir  göstərir. 
Naxçıvan MR-in ərazisində təbii qazla işləyən iki elektrik stansiyası (gücləri 87 MVt və 60 MVt) il 
ərzində  atmosferə  2500  tondan  çox  zəhərli  maddələr  ötürür.  Bundan  əlavə  təbii  qazla  işləyən 
qazanxanalar,  istixanalar  və  sənaye  müəssisələri  il  ərzində  atmosferə  küllü  miqdarda  zəhərli 
maddələr  ötürürlər.  Bu  isə  çuxurda  yerləşmiş  Naxçıvan  MR-in  ərazisində  ekoloji  tarazlığın 
pozulması deməkdir. 
Naxçıvan MR-in çuxurda yerləşməsi ərazidə ekoloji tarazlığın qorunmasını daha aktual edir 
və ekoloji tarazlığın qorunmasını ön cərgəyə çəkir.  
Çuxurda  yerləşmiş  ərazidə  küləyin dayanıqlılığı  temperatur anomaliyası  yarada  bilər. Bu  isə 
yer səthindən 250-400 metr yüksəklikdə 8
0
C- dək temperatur fərqi yaranması deməkdir. Havanın bu 
halı temperaturun “süni” şəkildə qalxmasına, havanın çirklənməsinə səbəb olar və bu kiçik ərazidə 
atmosferin  çirklənməsi  ərazinin  iqliminə,  insanların  səhhətinə,  canlı  təbiətə  və  s.  ciddi  ziyan  vura 
bilər.  Belə  ki,  ərazidə  küləyin  dayanıqlı  vəziyyətində  atmosferin  çirklənməsi  sayəsində  100-150 
metr  yüksəklikdə  temperatur  mübadiləsi  pozular  və  əraziyə  düşən  günəş  şüalarının  intensivliyi 
azalar. Bu isə ərazidəki bütün canlılara və ətraf mühitə mənfi təsir deməkdir.  
Buludlar,  tüstü,  duman,  çən  havanın  şaquli  hərəkətinə  mane  olaraq  çirkləndirici  maddələrin 
atmosferdə  birbaşa  hərəkətinə  mane  olurlar.  Belə  hallarda,  çirkləndirici  maddələrin  atmosferdə 
toplanması dəfələrlə artır. Havanın durğun olduğu şəraitdə bütün çirkləndirici maddələr atmosferdə 
toplanırlar. Çirkləndirici maddələrin insan orqanizminə təsirinin miqdarı, vaxtı və tərkibindən asılı 
olaraq insanlarda kəskin və xroniki xəstəliklər baş verə bilər. 
  
Külək  tutan    yerlərdə  düşünülmədən  əkilmiş  ağaclar  və  bitkilər  quruyurlar.  Küləyin  istiqa-
mətini nəzərə almadan tikilmiş çoxmərtəbəli uca binalar, hündür divarlar, süni bəndlər və s. mane-
ələr küləyin sürətinin azalmasına səbəb olur [1].  
Vadidən ərazini əhatə edən dağların  yamaclarına  yönələn isti küləyin  yolunda süni maneələr 
hava  burulğanların  yaranmasına  səbəb  olurlar  və  isti  küləyin  sürəti  nəzərə  çarpacaq  qədər  azalır. 
Dağ  yamaclarına  qalxan  isti  külək  azacıq  soyuyaraq  yenidən  aşağı  enərək  çox  qızır.  Bununla  da 
ərazidə  temperatur  balansı  pozular  və  “  parnik  effekti”  yaranar.  Bununla  da  temperatur  balansı 
pozulur.  Hündür  tikililərin,  binaların,  hündür  divarların,  böyük  kanalların  və  s.  yanında  küləyin 
burulğan halı güclənir və küləyin sürəti azalır. Naxçıvan MR-in ərazisində küləyə edilən bu təsirlər 
maneələrin hündürlüklərindən 2 dəfə hündür yüksəkliklərə qədər və maneənin arxasında hündürlü-
yündən təqribən 20 dəfə çox məsafədə  yayılırlar. Maneənin arxasında  yaranan burulğan maneənin 
qarşısında  yaranan  burulğandan  dəfələrlə  güclü  olaraq  çox  uzaq  məsafələrə  yayılır.  Bu  isə  öz 
növbəsində  atmosferdə  hava  axınının  dövretmə  şəklinin  dəyişməsinə  səbəb  olur  və  temperatur 
balansı pozulur. Ərazidə iqlim dəyişikliyi baş verir [4]. 
Beləliklə  yeni  sənaye  müəssisəsinin  yerinin  seçilməsi  zamanı,  bölgə  atmosferində  havanın 
çirklənməsinin  optimal  variantını  tapmaq  üçün,  seçilən  yerdə  “atmosferdə  havanın  meteoroloji 
ehtiyatından”  (AME)  istifadə  olunur.  Belə  ki,  seçilən  yerin  atmosferinin  meteoroloji  ehtiyatı 
çirkləndirici maddələrin atmosferdə həm toplanmasına, həm də özünü təmizləməsinə şərait yaradır. 
AME aşağıdakı düsturla təyin olunur: 
 


218 
Burada:  
P
x k
 – kül ə yi n s ürətinin 0 -1  m/s arasında  t əkrarl anm ası ,   %;  
P
d
 – dum anlı   günl əri n t əkrarl anm ası ,      %. 
R
y
 –   yağı ntılı   günlərin t əkrarl anm ası  > 0,5 mm,     %;  
P
k
 - külə yi n  sürətini n t əkrarl anm ası  > 6  m/s,     %.  
Atmosferin  meteoroloji  ehtiyatı  böl gəd əki   met eoroloji   m üş ahi d ə  məntəqəsində  vaxt 
intervalı (ay, mövsüm, il) üçün hesablanır. 
Bu  zam an   əgər  AM E-nin  qi ym əti  bi rd ən  azdırs a,  onda  bi r  zam an  ərzind ə 
atmosferin   özünü  təmizləməsi  prosesi  çirkləndirici  maddələrin  atmosferdə  toplanması  prosesinə 
üstün gələcəkdir.  Bu  halda çirkləndirici maddələrin atm os ferd ə  səpəl ən ərək  dağıl ır.  
Əgər AME-nin qiyməti birdən çoxdursa, onda bir zaman ərzində atmosferdə 
havanı çirkləndirən maddələrin atmosferdə toplanması prosesi atmosferin özünü təmizləməsi 
prosesinə üstün gələcəkdir. Bu hal da atmosfer ə  atıl an  zərərli , çirkləndirici maddələrin 
atmosferdə toplanması prosesi baş verəcək. 
Yuxarıda  deyilənləri  nəzərə  alaraq,  gələcəkdə  tikilməsi  planlaşdırılan  müəssisənin 
yerləşdirilməsi üçün tikinti sahəsinin yerini AMP-in qiymətinin birdən az olduğu bölgədə seçilməsi 
məqsədə uyğundur [5]. 
İnsanların  təbii,  əsirlərlə  yaranmış  ekoloji  mühitə  müdaxilə  etmələri,  yəni  iqlimin  insan 
səhhətinə yararlı şəkildə saxlanması mexanizminin dağıdılması nəticəsində iqlim öz dayanıqlılığını 
itirə  bilər  və  iqlim  tamamilə  yararsız  hala  keçərək  əsrlər  ərzində  təbii  yolla  müəyyən  dayanıqlılıq 
şəklinə düşmüş iqlim dəyişə bilər.  
Bu arzuedilməz  problemin  həlli  yerli  küləklərin  qarşısında  yaradılan süni maneələrin  aradan 
qaldırılması hesabına həll oluna bilər. Bu mğqsədə nail olmaq üçün istehsalatın bütün sahələrinin 
inkişaf etdirilməsi zamanı ətraf mühitə vurulacaq zərər aradan qaldırılmalıdır. 
Yuxarıda  deyilənləri  nəzərə  alaraq,  gələcəkdə  tikilməsi  planlaşdırılan  müəssisənin 
yerləşdirilməsi  üçün  tikinti  sahəsinin  yerini  AME-nin  qiymətinin  birdən  az  olduğu  bölgədə 
seçilməsi məqsədə uyğundur. 
NƏTİCƏ 
Aparılmış elmi araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Naxçıvan MR-in ərazisində 
küləklərin  hərəkətinə  mane  olan  problemlərin  həll  edilməsi  üçün  aşağıdakı  məsələlər  öz  həllini 
tapmalıdırlar:   
- Naxçıvan MR-də ekoloji tarazlığın qorunub saxlanması üçün yerli küləklərin hərəkət istiqamətinə 
uyğun olaraq ərazidə aparılan tikinti işləri daima nəzarətdə saxlanılmalıdır; 

 
atmosferdə  havanı  çirkləndirən  zəhərli  maddələrin  mənbələri  müəyyənləşdirilərək,  onların 
qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir; 

 
sənaye obyektlərində işlədilən texnoloji avadanlıqlar ekoloji mühitə uyğunlaşdırılmalıdır. 
İstehsalatın  bütün  sahələrinin  inkişaf  etdirilməsi  zamanı  ətraf  mühitə  vurulacaq  zərərin 
azaldılması naminə ərazidə işlədilən texnoloji avadanlıqlar ekoloji mühitə uyğunlaşdırılmalıdır: 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Ахатов А.Г.,  Экология, Энциклопедический словарь, Казань, ТКИ, Экополис, 1995г,  
с. 368. 
2.
 
Абдрахманов Р.С., Переведенцев Ю.П. Возобновляемые источники Энергии, Казань.- 
Изд. Казанского Ун-та.- 1992   c. 120 -134.  
3.
 
Budaqov B.Ə., Azərbaycan təbiəti, Bakı, “Maarif”, 1988, s. 15- 41.  
4.
 
Роман  Саблин,  Зелёный  Драйвер-Код  к  экологичной  жизни  в  городе,  Издательства 
Зеленая Книга», ISBN  2005г.,  с. 15-87. 
5.
 
Пианка Эрик. Эволюционная экология. — М.: Мир, 1981. — 399 с. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə