Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə104/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   100   101   102   103   104   105   106   107   ...   134

224 
xəstəliklərinin ənənəli halda yayılması, eroziya, şorlaşma, şorakətləşmə, üzvi çöküntülərin azalması ilə 
humus  əmələgəlmənin  zəifləməsi  və  s.  kimi proseslərin  baş  verməsi  biopotensialın  müxtəlif  dərəcədə 
itirilməsinə  aid  edilir.  Birdəfəlik  itirilməyə  isə  nisbi  mənada  olsa  da  açıq  üsulla  faydalı  qazıntıların 
çıxarılması, emalı, nəqli uzun çəkən quraqlıqla əlaqədar səhralaşma, meşələrin kütləvi qırılması və s. aid 
edilir. Gədəbəy-Daşkəsən mədənlərində töküntü süxurları ilə örtülmüş mədən sahələri əgər rekultivasiya 
olunmazsa  bu  ərazilərdə  geniş  sahələrdə  yüksək  potensial  münbitliyə  malik  torpaq  bitki  örtüyünün 
bioməhsuldarlığı bir dəfəlik itirilmiş olar.  
Odur  ki,  Gədəbəy-Daşkəsən  mədənlərində  toplanmış  töküntü  süxurları  dik  yamaclı  dağlıq 
vilayətlərdə  yayıldığı  üçün  onların  səthindən  atmosfer  çöküntüləri  ilə  miqrasiya  etdirilməsi 
asanlıqla  baş  verdiyinə  görə  mənfi  fəsadlar  yaradıcı  təsiri  güclü  olduğuna  görə  hökmən  
rekultivasiyanın texniki və bioloji üsulu ilə torpaq-bərpa işlərinin aparıması həyati vacib problem 
kimi qarşıya  qoyulmalıdır.  Əminliklə  demək olar ki,  Gədəbəy-Daşkəsən    massivində  yayılmış və 
ətraf aləmin ekologiyasına "xəstə orqanizm" kimi varlığının yerində asanlıqla bioməhsuldar meşə-
meliorativ və aqrolandşaft ansanbılını yaratmaq olar. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Mövsümov.Z.R,  Məmmədov.M.İ    Aqrokimyəvi  göstəricilərə  görə  torpaqların  aqroistehsalat 
qruplaşdırılması/  Azərbaycan  Respublikası  torpaq  islahatının  elmi  təminatı,  Respublika 
Konfransının materiyalları, Bakı, 2002. S.176-179 
2.
 
Yaqubov.Q.Ş Azərbaycan Respublikasının texnogen pozulmuş torpaqlarının tədqiqi, genetik 
xüsusiyyətləri və onların rekultivasiya yolları. Bakı, 2003, 203 s 
3.
 
Yaqubov.Q.Ş  Texnogen  pozulmuş  torpaqların  ekoloji  xəritəsinin  tərtibi  və  ona  dair  izahat 
vərəqinin yazılmasına dair müvəqqəti göstəriş. Bakı,2011, 29 s. 
4.
 
Голованов А.И., Зимин Ф.М, Сметанин В.И. Рекултивация нарушенных земель. Москва 
“Колоск”, 2009,325с 
5.
 
Добровольский.Г.В.  Гришина  Л.В.,Розанов  В.Г.влияние  человека  на  почву  как 
компонент биосфера. Почвоведение, №12, 1983. С 55-65 
6.
 
Вильямс.В.Р. Почвоведение ОГНЗ “Сольхозгиз”, Москва:1947, 456 с 
7.
 
Докучаев.В.В. Собранное сочинение . М-Л, Изд-во АН СССР, Т VI 1951,, 595 с 
8.
 
Докучаев.В.В. Избранные сочинение. Изд-во с-х литературы. М. 1954, 707 с 
9.
 
Салаев  Э.М.  Диагностика  и  классификация  почь  Азербайджана.  Изд-во,“Элм”, 
Баку,1991,239с 
 
ABSTRACT 
Zuleykha Eyyubova 
 
Еnvironmental condition of the land the north-east slope of the Lesser Caucasus  
(for example Dashkasan and Gadabay districts ) 
 
İn  this  article  described  the  tyoical  classification  of  morphogenetic  forms  of  technogenic 
landscape in slope of northeast  Lesser Caucasus. 2500 land plants which  is the active  elements of 
ecosystens has turned a  technogenic desert  as  a  result  of technogenic  influences  and  by  reason  of 
the  extraction,  processing  and  transportation  of  mineral  resources.  Lost  reserves  of  hummus  is 
measured  in  large  volumes  on  top  layer  of  accumulative  hummus  lands  which  is  affected  by 
pollution  and  violations.  Recultivation,  restoration  of  land  by  technical  of  land  by  technical  and 
biological method must be considered as important issue. 
 
 
 
 
 


225 
РЕЗЮМЕ 
Зулейха Эюбова 
 
Экологическое состояние почвы  северо-восточного склоне Малого Кавказа  
(На  примере Дашкесенского и Гедебайского районов) 
 
В  статье  приводтяся  разработки  классификации  техногенных  форм  рельефа, 
пространеных на севере-восточных склонах Малого Кавказа, по морфогенетическим особен-
ностям.  Почвенно-растительный  покров  как  самый  активный  элемент  экосистем  в  связи  с 
добычей переработкой и транспортировкой полезных ископаемах на данной массиве 1700 га 
площади превращен в техногенную «пустыню». Было выявлено, что запасы гумусированных 
слоев  почвы,  погребенных  под  карьерных,  террасных  и  других  техногенных  отвалах 
составляет  громадные  количество.  Поэтому  карьерные  отвалы  накоплинные  на  горно-
рудных комплексах Дашкесанского и Гедабекского районов, распространены в основном на 
сильно покатых  склонах, и  они  являеются  потенциально    опасными очагами  к  эрозии.  Для 
предтвращениях этих опасных явлений необходимо разработки мероприятий
 по 
технической 
и биологической рекультивации данной местности. 
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə 
çapa tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni çapa təqdim etdi: Coğrafiya üzrə fəlsəfə doktoru, dosent 
N. Babayev 
 
 

 
 


226 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
 
TİBB ELMLƏRİ 
MALİKƏJDƏR İBRAHİMOV 
Naxçıvan Dövlət Universiteti 
ELMAR RZAYEV 
Naxçıvan Dövlət Universiteti
 
AYNUR ƏLİYEVA 
Naxçıvan Diaqnostika və müalicə mərkəzi 
UOT:616.33 
MULTİPL MİYELOM
 
Açar sözlər: miyelom, kök hüceyrə, sümük iliyi
 
Ключевые слова: Мултипл  миелома, стволовые клетки, костный мозг 
Key words: multiple myeloma, stem cells, bone marrow 
Multipl  miyelom  xərçəng  xəstəliyinin  bir  növüdür.  Miyelom,  bir  növ  ağ  qan  hüceyrəsi  olan 
plazma  hüceyrələrindən  başlayan  xəsrçəngdir.  Plazma  hüceyrəli  xərçənglərin  ən  çox  rast  gəlinən  
növüdür.  
Multipl miyelom olaraq da adlandırılan miyelom xəstəliyi  normal halda sümük iliyində  olan 
plazma  hüceyrələrindən  qaynaqlanan  sümük  iliyi  mənşəli  xərçəngdir.  Plazma  hüceyrələri  immune 
sistemin  vacib  komponentlərindəndir.  Normal  plazma  hüceyrələri  infeksion  xəstəliklərlə  mübari-
zədə  antitillər  hazırlayırlar    (bunlara  immunglobulinlər  də  deyilir).  Miyelomda  anormal  plazma 
hüceyrələri    “paraprotein”  olaraq  bilinən  və  faydalı  bir  funksiyası  olmayan  tək  bir  antitel  tipi 
istehsal edilir.  
Miyelomun  diaqnozu  və  sonrakı  müşahidələrində  daha  çox  bu  proteinlərin  miqdarının 
ölçülməsindən istifadə edilir. Sümük iliyi bədəndəki  uzun-borulu sümüklərin ortasında  olan sün-
gərəbənzər hissədir (Şəkil 1). Sümük iliyi plazma hüceyrələrini əsas mənbəyi olmaqla  yanaşı qan 
hüceyrələrinin  də  (eritrosit,  leykosit,  trombosit)    əsas  istehsal  yeridir.  Miyelom  xəstəliyi  zamanı  
plazma  hüceyrələrinin  DNT-si    zədələnərək  xərçəng  xarakterində  olan  hüceyrələrə  çevrilir.  Bu 
anormal plazma hüceyrələri miyelom hüceyrələri kimi qəbul edilir.        
         Bir çox xərçəng formasından fərqli olaraq  miyelom zamanı  bir kütlə yaxud şişlik  yaranmır. 
Bunun əvəzinə miyelom hüceyrələri sümük iliyi içərisində normal olaraq bölünməyə və çoxalmağa 
davam edir. Miyelom, sümük iliyinin yetişkinlərdə normal olaraq aktiv olduğu bölgələri, yəni onur-
ğa, kəllə qutusu, çanaq, döş qəfəsi, çiyin və qalça ətrafındakı  sahələri  əhatə edir. Bu xarakterinə 
görə multiple-çox şaxəli miyelom  olaraq adlandırılır. Qollar və  ayaqlar bu xəstəlik zamanı təsirə 
məruz qalmır. Buna görədə bu bölgələrin funksiyası tam olaraq saxlanılır və bu xəstəliyin differen-
sasiyasında vacib əlamət hesab edilir. Miyelomla əlaqədar olan  problemlərin çoxu  sümük iliyində 
miyelom hüceyrələri və qan (bəzən sidikdə) mövcud olan paraproteinlərin hesabına yaranır.  
Normal qan hüceyrələri  
Qan hüceyrələrinin çoxu kökhüceyrə adı verilən sümük iliyindəki ana hüceyrələrdən yaranır. 
Sümük iliyi borulu sümüklərin içərisində olan yumuşaq bir maddədir. 
Kök hüceyrələri bir neçə növ qan heceyrəsi yaradır hər növün xüsusi bir funksiyası vardır.  

 
Ağ qan hüceyrələri (leykositlər) immune sistemimizdə vacib rolu oynayırlar. İnfeksiyalara 
qarşı mübarizədə rolu var. Leykositlərində bir neçə növü vardır . 

 
Qırmızı qan hüceyrələri (eritrositlər) oksigenin bədənin bütün toxumalarına daşıyır. 

 
Trombositlər qanamanı nəzarət altında saxlayan vacib komponentdir. Travmatik hallarda 
qan axınının dayanmasında köməkçi rolu var. 
Plazma hüceyrələri antitel istehsal edən ağ qan hüceyrələridir. Antitellər immun sistemin bir 
parçasıdır. Antitellər orqanizmi bakteriyalardan və digər  mikroblardan-zərərli  maddələrdən qoru-
mağa çalışır  və immun stemin digər komponentləri ilə yanaşı işləyir. Plazma hüceyrələri hər növü 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə