Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə106/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   102   103   104   105   106   107   108   109   ...   134

229 

 
Sümük iliyi  materialı  qalçadan yoxsa digər sümükdən götürülür? 

 
Prosedura harada aparıla bilər? 

 
Öncədən nə etmək lazımdır ? 

 
Nə qədər vaxt aparır? Şüurum özümdə olur? 

 
Ağrılı proseduramıdır? Ağrını azaltmaq yaxud kəsmək üçün nə etməliyəm? 

 
Hərhansı bir riski varmı? Proseduradan sonar infeksiya yaxud qanama risqi varmı? 

 
Əgər miyelom varsa sonrakı addım nə olacaq? 
Xəstəliyin mərhələləri 
Müayinə zamanı  multipl miyelom olduğu aşkarlanarsa ən yaxşı müalicənin planlanması üçün 
xəstəliyin mərhələsini təyin etmək çox vacibdir. Bu zaman : 

 
Qan  testləri:  Xəstəliyin  mərhələsinin  təyinində  albumin  və  beta-2-mikroqlobulin 
araşdırılmalıdır. 

 
Komputer tomoqrafiya müayinəsi: Müxtəlif hissələri daha incə şəkildə araşdırır.
 

 
 Maqnit rezonans tomoqrafiyası: Sümüklərdəki prosesləri daha yaxşı araşdırır.
 
Müayinə  zamanı  multipl  miyelom  asimptomatik,  I,    II  və    III  mərhələ  kimi  təsnif  olunur.   
Mərhələlənmə  xərçəngin  sümük  yaxud  böyrəklərdə  zədələmə  olub  olmadığını  əhatə  edir.  Asim-
ptomatik  multipl  miyelom  herhansı    bir  simptom  olmadığı  mərhələsidir.  Bu  zaman  sümük  
zədələnməsi    yoxdur.  Simptomatik    olduğu    hal  (sümük  zədələnməsinin  olması  )  erkən  xəstəlik       
(I mərhələ) mərhələsidir.  II və III mərhələ  daha öncəki mərhələdir.  Bu zaman bədəndə daha çox 
miyelom hüceyrəsinin olması deməkdir. 
Müalicə 
Multipl  miyelomlu  xəstəliyinin    bir  sıra  müalicə  imkanları  var.  Bunlara  müşahidə  altında 
qalması,  induksiya    müalicəsi  və  kök  hüceyrə    transplantasiyasıdır.  Şüa  terapiyası  bəzən  ağrılı 
sümük  müalicəsində  istifadə  edilir.  Kombinə  müalicələrdə  istifadə  edilir.  Xəstəyə  təyin  olunan 
müalicə  prinsipləri    prosesin  nə  qədər    irəliləmiş  olduğundan  asılıdır.  Əgər  xəstədə  asimptomatik 
mielom varsa  xəstəyə dərhal antineoplastik (xərçəng əleyhinə) ihtiyac olmaya bilər. Asimptomatik 
xəstələrdə ciddi müşahidədə qalmalıdırlar. Əgər xəstə simptomatikdirsə indüksiya müalicəsi. Bəzən 
kök  hüceyrə transplantasiyası  müalicənin  vaciş hissəsidir.  Miyelomun  müalicəsi  zamanı  xəstəliyin 
simptomları və ağırlaşmaları nəzarət altına alınır. Xəstəliyi remissiya fazasında saxlamaq üçün uzun 
müddətli və  mütəmadi kimyəvi müalicə aparılmalıdır. Müalicə  müddətində həkim xəstəlik zamanı 
istifadə olunan dərmanların yan təsirlərini, proqressivləşməni və proqnozunu sizə açıqlaya bilər.   
        Müalicə  protokolunu  onkoloq  hemotoloq  təyin  edir.  Xərçəng  əleyhinə  dərman  vasitələri 
sağlam  hüceyrələrə  də  öldürücü  təsiri  olduğu  üçün  əlavə  təsirlərə  malikdir.  Müalicə  zamanı 
protocol sualları həkim və xəstəni maraqlandırır: 

 
Miyelom hansı mərhələdədir ? 

 
Xəstəlik böyrəkləri zədələyibmi ? 

 
Biopsiya nəticəsində hansı patoloji hüceyrə növləri aşkarkanıb ? 

 
Müalicə kombinasiyası necə olacaq  

 
Hər müalicə müsbət effetk verirmi ? 

 
Hər müalicənin yan təsirləri və riskləri nədir?  
 
Xəstəliyin dinamik müşahidədə saxlanılması 
 
Asimptomatik  mielom  zamanı  yaxud  I  mərhələdə    kimyəvi  dərman  müalicəsi  aparılmaya 
bilər.  Bu  zaman  hər  3  aydan  bir  laborator  müayinələrlə  qanda  və  sidikdə  patoloji  proteinlərin 
miqdarı yoxlanılır. Daha uzun müddət nəzarətsiz qalma isəgələcəkdə müalicənin effektini risk altına 
alır. 
 
İndüksiya müalicəsi  
Miyelomu  müalicə  etmək  üçün  bir  sıra  fərqli  dərmanlar  istifadə    edilir.  Daha  çox  kombi-
nasiyalı dərmanlar istifadə edilir. Hər qrup fərqli yolla xərçəng hüceyrələrini məhv edir.  
Kimyəvi  müalicə: Kimyəvi müalicə bəzi  sürətli böyüyən miyelom hüceyrələrini məhv edir. Eyni 
zamanda sağlam hüceyrələri də öldürür.  


230 

 
Hədəfə  istiqamətlənmiş  müalicə:  Hədəf  istiqamətli  müalicədə  əsas  məqsəd  miyelom 
hüceyrələrinin  artb  çoxalması  və  böyüməsinin  qarşısının  alınmasıdır.    Eyni  zamanda  bu 
hüceyrələrin böyüməsini artıran patoloji proteinlərin də qarşısını alır. 

 
Steroidlər:  Bəzi  steroid  dərman  vasitələri  antineoplastik  təsir  edir.  Steroidlər  mielom 
hüceyrələrin  inkişafını  dayandırır.  Steroidlər  tək  halda  yaxud  kombinasiyalı  halda  istifadə 
edilir.   

 
Dərmanlar  oral  yaxud  vena  daxili  istifadə  edilə  bilər.  Dərmanları  ağızdan  və  ya  damar 
yolundan verilə bilər.  Dərmanları ev və xəstəxana daxili şəraitdə qəbul etmək olar. 

 
Qan hüceyrələri : Miyelomun müalicəsində istifadə olunan dərmanıar sağlam hüceyrələri də 
azaltdığına  görə  xəstədə  immunitet  azalır.  Xəstələr  də  tez-ez  infeksion  proseslər  başlayır. 
Trombosit azlığına bağlı göyərmələr başlayır. Eritrositlər azaldığı üçün xəstələrdə halsızlıq və 
yorğunluq görünür 

 
Saç  köklərindəki  hüceyrələr:  Kimyəvi  dərman  vasitələri  saç  tökülmələrinə  səbəb  olur. 
Bunun  səbəbi  saç  dibini  möhkəm  saxlayan  hüceyrələr  kimyəvi  terapiya  zamanı  məhv  olur. 
Müalicədən  sonar  isə  saçlar  yenidən  bərpa  olunur.  Yeni  çixan  saçın  rəngi  və  qalınlığı  fərqli 
ola bilər.  

 
Həzm  sistemini    əhatə  edən  hüceyrələr:  Kimyəvi  müalicə  zamanı  hədəfə  istiqamətlənmiş 
müalicədə iştəhasızlıq, bulantı, qusma, ishal, qəbizlik,  ağız ve dildə yaralara səbəb olur.  
Miyelom  müalicəsi  zamanı  baş    gicəllənməsi,  baş  ağrısı,şüurun  qaranlıqlanması,  əl  –ayaqda 
keyimə,  paresteziya,  qan  təzyiqinin  düşməsi  kimi  yanaşı  effktlər  müşahidə  edilir.  Bunlar 
müalicə bitəndən sonra tamam keçir   
Kök Hüceyrə transplantasiyası  
Multipl  miyelomlu  xəstələrdə  ən  yararlı  müalicə  kök  hüceyrə  transplantasiyasıdır.    Bu 
müalicə  yüksək  doz  steroid  və  kimyəvi  terapiya  almanın  qarşısını  alır.  Yüksək  doz  isə  həm 
mielomlu  hüceyrələri  həm  də  sağlam  hüceyrələri  məhv  edir.  Kök  hüceyrələri  damar  yolundan 
verilir  (hemotransfuziyası  kimi).  Yeni  qan  hüceyrələri  saölam  kök  hüceyrələri  istehsal  etməyə 
başlayır.  Dərman  vasitəsi  ilə  məhv  olmuş  hüceyrələrin  yerinə  sağlam  hüceyrələr  yaranır.  Kök 
hüceyrə köçürülməsi xəstəxana şəraitində aparılır. Kök hüeyrəsi xəstənin özündən yaxud donordan 
köçürülə bilər. Müalicə müddətində bir yaxud iki dəfə köçürülmə aparıla bilər.  

 
Kök hüceyrə köçürülməsi : Otoloq olaraq yəni orqanizmin öz hüceyrələrindən istifadə edərək 
həyata  keçirilir.  Bunun  üçün  yüksək  dozada  kimyəvi  maddə  verilməzdən  öncə  orqanizmdəm 
kök hüceyrələri alınır.  Kök hüceyrələr dondurulub saxlanılır.  Yüksək doz kimyəvi terapiyadan 
sonar dondurulmuş hüceyrələr əridilərək orqanizmə köçürülür. 

 
Ailə  üzvlərindən  yaxud  başqa  donordan  alınma:  Allogenik  kök  hüceyrə    köçürülməsi  bir 
donor tərəfindən alınaraq istifadə  edilir. Xəstənin öz qardaş- bacısı yaxud valideyinləri donor 
ola bilər.  

 
Tək  yumurta  ekizindən  alınma:  Əgər  tək  yumurta  ekizi  varsa    singenik  kök  hüceyrə 
köçürülməsi aparılır. 
Miyelomlu  xəstələrdə  kök  hüceyrə  almanın  iki  yolu  var  .  Daha  çox  qandan  alınır  (periferik  qan 
kök hüceyrələr nəqli). İkinci yol sümük iliyindən alınıd  (sümük iliyi nəqli). 
Kök  hüceyrə    transplantasiyasından  sonra    xəstə  xəstəxanada  bir  neçə  həftə  və  ya  ay    qala 
bilər. Alınan yüksək dozada kimyəvi terapiya səbəbindən  infeksion tutma riski yüksəkdir. Trans-
plantasiyadan bir müddət sonar köçürülən qan hüceyrələri yeni-sağlam hüceyrələr  istehsal etməyə 
başlayır.  
Müalicə zamanı əlavə tədbirlər 
Dəstek müalicəsi 
Multipl miyelom  müalicəsi  zamanı yanaşı digər xəstəliklər ola bilər. Bütün bu müalicə önü 
hallar dəqiq araşdırılmalıdır. Dəstək müalicəsi zamanı infeksion xəstəliklərlə mübarizə, ağrı zamanı 
ağrısızlaşdırmaq, psixoloji yardım alına bilər.  
İnfeksiyalar 
Multipl miyelomlu xəstələrin əksəriyyəti çox tez  infeksiya tutması mümkündür. Bu hallarda 
geniş təsirli antibiotic istifadə oluna bilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə