Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə102/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   98   99   100   101   102   103   104   105   ...   134

219 
РЕЗЮМЕ 
Махбуб Казымов 
Местные ветры расположенный в котловине нахчыванской ар и их рол при  
решении  экологических проблем 
В статье показаны результаты научных исследований о роли горно-долинных ветров в 
сохранении  экологического  баланса  на  территории  Нахичеванской  АР,  расположенный  в 
котловине.  Рассмотрены  вопросы  зависимости  воздушного  потока  от  высоты  и  управление 
местными  ветрами  в  зависимости  от  местных  условий.  Проанализирована  динамика 
антропогенных  изменений  котловины  и  влияние  указанных  изменений  на  характеристику 
местных  ветров.  Показаны  результаты  научно  –  исследовательских  работ  по  защите 
экологической  равновесий  и  экологической  чувствительности  расположенный  в  котловине 
Нахичеванской АР. 
 
 
 
ABSTRACT 
Mahbub Kazimov 
Local  winds  located in the basin  nakhchivan ar  and  roll in solving  ecological  problems 
The article shows the results of research on the role of mountain-valley winds in maintaining 
the ecological balance in the territory of Nakhchivan AR, located in the basin.  Dependence of the 
flow  air  from  height  and  managing  of  the  ground-based  (land-based,  surface)  winds  have  been 
investigated  depending  on  the  local  condition.  Antropoqen  have  been  influence  of  the  dynamics 
analysis to feature of the local winds.  
The  results  of  scientific  -  research  work  for  the  protection  of  ecological  balance  and 
environmental sensitivity in the Nakhichevan Autonomous Republic is located in the basin. 
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə 
çapa tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni çapa təqdim etdi: Coğrafiya üzrə fəlsəfə doktoru, dosent 
N. Babayev 
 
 
 


220 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
ZÜLEYXA EYYUBOVA 
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu 
zuzum30@gmail.com 
UOT 577.4/47.924  
KİÇİK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACININ TORPAQ-EKOLOJİ VƏZİYYƏTİ 
(DAŞKƏSƏN VƏ GƏDƏBƏY RAYONLARI TİMSALINDA) 
Açar sözlər: humus, texnogen, karxana, biopotensial 
Key words: hummus, technogenic, quarry, biopotential 
Ключевые слова: гумус, техноген, карьер, биопотенциал 
Kiçik  Qafqazın  şimal-şərq  yamacının  mineral  qazıntı  sərvətləri  ilə  zənginliyi  dağ-mədən 
sənayesinin  dinamik  inkişaf  etdirilməsinə  gətirib  çıxartmışdır.  Yeraltı  faydalı  qazıntı  yataqlarının 
istismar tarixinə və metodlarına fikir versək çox hallarda açıq  üsulla istismara üstünlük verildiyi məlum 
olmuşdur.  Beləliklə,  vaxtı  ilə  al-əlvan  ekolandşaft  durumu  ilə  nəzəri  cəlb  edən  bu  coğrafi  məkanda 
qazıntı sərvətlərin çıxarılması, emalı və nəqli ilə əlaqədar ətraf aləmin təbii landşaftında xüsusən onun 
ən  qiymətli  ünsürü  olan  torpaq-bitki  sistemində  destruktiv  durum  forması  yaranmışdır.  Yuxarıda 
göstərilən  texnogen  səbəblər  nəticəsində  ətraf  mühitdəki  landşaftın  təbii  ünsürləri  olan  torpaq-bitki 
sisteminin  özünübərpa  prosesi  üçün  çəkən  dövr  tələb  olunur.  Belə  ki,  faydalı  qazıntı  yataqlarının 
istismara  cəlb  edilməsi zamanı  güclü  texnikanın tətbiqi  ilə  landşaftın  həmin  ünsürlərinin pozulmasına 
sərf  olunan  vaxt  isə  saatlarla  ölçülür.  Bununla  əlaqədar  texnogen  ərazilərdə  bir  tərəfdən  kənd 
təsərrüfatında  istifadə  olunan  torpaq  sahələri  istifadə  dövriyyəsindən  kənarlaşdırılır,  digər  tərəfdən 
ümumilikdə ətraf mühitin ekoloji durumunda mənfi təsirli fəsadlar yaradır. 
Daşkəsən-Gədəbəy  massivi  respublikamızda  dağ-mədən  sənayesinin  ən  qədim  və  ən  geniş 
yayıldığı  “texnogen”  ərazisi  hesab  olunur.  Bu  massivdəki  faydalı  qazıntı  yataqlarının  istismarı 
mürəkkəb geoloji-geomorfoloji quruluşa, müxtəlif dikliyə və baxarlılığa malik olan orta və yüksək 
dağlıq qurşağın  yamaclarında aparılır. Mədənlərdə istismar işləri açma üsulu ilə aparıldığına görə 
yamaclarda çox saylı terraslar, terras töküntüləri, faydasız süxur yığınları yamacların bütün landşaft 
komponentlərinin təbii durumu o dərəcədə pozulmuşdur ki, bu pozuntuların fiziki-coğrafi baxımdan 
təsvir  edilməsində  böyük  çətinliklər  meydana  gəlmişdir.  Bu  massivdə  faydalı  qazıntı  sərvətlərinin 
(qızıl, mis, gümüş, dəmir, alüminium, barıt və qeyri-polimetalların) çıxarılması, emalı və nəqli ilə 
əlaqədar ekosistemin fəal ünsürləri olan torpaq-bitki sistemi ərazinin 2000 hektardan çoxu texnogen 
təsirlər  nəticəsində  texnogen  “səhralara”  çevrilmişdir.  Dağ-mədənaltı  yerlər  bütün  hallarda  qobu, 
dərə,  vadi  və  çay  şəbəkələri  ilə  şiddətli  parçalanmış  yamaclarda,  dağüstü  yaylalarda  və  ərazinin 
ekosistemində  ən  dəhşətli  fəlakət  atmosfer  yağıntıları  zamanı  yaranan  səth  axınları  ilə  işlənmiş 
süxur  töküntülərinin  tərkibindəki  toksiki  xarakterli  elementlərin  şiddətli  miqrasiyasıdır.  Nəticədə 
çay yataqlarında və qapalı çökəkliklərdəki kənd təsərrüfatı sahələrində toksiki xarakterli çöküntülər 
yaranır ki, bununla da normal inkişaf etmiş torpaqların təbii münbitliyi sıradan çıxır, çay sularından 
suvarma məqsədi ilə istifadədə bioekoloji və biogeokimyəvi problemlər yaranır. 
Yüksək  münbitliyə  malik  torpaq  örtüyü  daha  intensiv  pozulmalara,  səthlərinin  faydasız  və 
istifadədən  sonra  yaranan  lazımsız  süxurlarla  örtüldükləri  üçün  səth  yuyulma  və  axınlara  çox 
meyilli  olurlar.  Ona  görə  də  faydasız  süxurların  sürətli  miqrasiyasının  baş  verməsi  ilə  meyllik 
istiqamətində yayılmış torpaq örtüyü daha çox boş süxur çöküntüləri ilə çirklənmələrə məruz qalır. 
Ona görə də bu bölgədə dağ-mədən sənayesinin intensiv inkişaf etdirilməsi ilə yanaşı ətraf mühitin, 
xüsusən torpaq-bitki sisteminin qorunmasına xüsusi diqqət yetirilməlidir. 
Daşkəsən-Gədəbəy  massivində  məlum  olduğu  kimi  ətraf  mühitin  ekogeosistemdə  ən  çox 
texnogen  yük  nəinki  mədənləraltı  sahələrdə  eləcə  də  mədənlərdəki  karxanalar  ətrafı  ərazilərdə 
özünü  qabarıq  şəkildə  göstərmiş  və  göstərməkdə  davam  edir.  İşlənmiş  süxur  tullantıları  suda  həll 
olunaraq yüksək dərəcədə miqrasiya xüsusiyyətli sink, xrom, nikel, mis, qurğuşun, kobalt, itrium və 
civə  kimi  elementlərlə  zəngindirlər.  İstismarı  dayandırılmış  karxanalarda  toplanmış  tullantıların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə