Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə98/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   94   95   96   97   98   99   100   101   ...   134

207 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
FƏRİDƏ ŞİRƏLİYEVA 
Azərbaycan Dövlət Aqrar Universiteti 
farida@integris.az 
UOT: 622:502.1 
ŞİRVAN ŞƏHƏRİNDƏ NEFT HASİLATININ ƏTRAF MÜHİTƏ TƏSİRİ 
Açar sözlər: neft və neft məhsulları, neft hasilatı, ekoloji fəsadlar, ətraf mühit 
Keywords: oil and oil products, oil extraction, environmental impacts, environment 
Ключевые  слова:  нефть  и  нефтепродукты,  добыча  нефти,  экологические  послед-
ствия, окружающая среда 
Şirvan  şəhərində  neft  hasilatının  tarixi.  Azərbaycanda  neft  sənayesinin  inkişafı  beş 
mərhələli dövrü əhatə edir: 
I mərhələ 1847-1920 ci illəri əhatə edir. Bu dövrdə Bibiheybət, Balaxanı ərazilərindən neftin 
quyulardan çıxarılması mexaniki  üsulla həyata keçirilmişdir. 
II  mərhələ  1920-1950-ci  illəri  əhatə  edir.  7  noyabr  1949-cu  ildə  ilk  dəfə  olaraq  Neft 
daşlarında dənizdən neft əldə edildi. 
III mərhələ 1950-1969-cu illəri əhatə edir. Bu dövrdə dənizdən neft əldə edilməsi ilə bərabər 
Qum  adası,  Səngəçal,  Xərə-Zirə  ərazilərində  qaz  yataqları  da  aşkarlandı.  Həmçinin  Aşağı  Kür 
çökəkliyində Kürovdağ, Mişovdağ, Kürsəngi, Qarabağlı neft-qaz yataqları da istismara verilmişdir. 
IV  mərhələ  1969-1991-ci  ilə  qədərki  dövrü  əhatə  edir.  Bu  mərhələ  ümummilli  liderimiz 
Heydər  Əliyevin  SSRİ  də  rəhbərlik  etdiyi  illərlə  bağlı  olaraq  inkişaf  etmişdir.  Bu  illərdə  şelf 
zonasından neftin əldə olunması 350 m dərinliyədək artırılmışdır. 1984-cü ildə Bakı Dərin Özüllər 
zavodu istismara verimişdir. 
V  mərhələ  1991-ci  ildən  bu  günümüzə  qədər  olan  dövrü  əhastə  edir.  Xüsusilə  1994-cü  il 
sentyabrın  20-də  Bakıda  “Xəzər  dənizinin  Azərbaycan  sektorunda  Azəri,  Çıraq,  Günəşli 
yataqlarının  dərinlikdə  yerləşən  hissəsinin  birgə  işlənməsi  və  hasil  olunan  neftin  pay  şəklində 
bölüşdürülməsi” haqqında dünyanın ən iri neft şirkətləri ilə bağlanmış “Əsrin müqaviləsi” ilə neft 
sənayesi özünün ən yüksək inkişaf pilləsinə çatmışdır. 
Abşeron yarımadası və Xəzər dənizində neft-qaz yataqlarının istismarı ilə yanaşı, Aşağı Kür 
çökəkliyi  də  bu  baxımdan  həmişə  diqqət  mərkəzində  olmuşdur.  Aşağı  Kür  çökəkliyi  Abşeron 
yarımadasından fərqli olaraq daha çox qazlılığı ilə seçilir. Təsadüfi deyil ki, bu ərazilərdə neft-qaz 
yataqlarının aşkarlanması və istismarı Azərbaycanda neft sənayesinin inkişafı mərhələləri içərisində 
öz əksini tapmışdır. 
Şirvan şəhərində neft yataqlarının olması haqqında ilk mülahizələr alman geoloqu G.V.Abixin 
adı ilə bağlıdır. “Qafqaz geologiyasının atası“  adlandırılan G.V.Abix ilk dəfə olaraq 1849-cu ildə 
Kürün  aşağı  axarlarında,  Babazənən  adlı  yerə  gəlmiş  və  burada  tədqiqatlar  aparmışdır.  Tədqiqat 
işlərinin nəticələrinin müsbət olması faktı onun 1859-cu ildə yenidən bu ərazilərə gəlməsinə səbəb 
olmuşdur. Kürovdağ və Mişovdağ ərazilərində palçıq vulkanlarını təhlil edərkən Abix Kürovdağın 
neftliliyi haqqında fikir söyləmişdir. Beləliklə Şirvanda neft yataqlarının olması haqqında ilk faktlar 
irəli sürülmüş oldu [1].  
Bir-birinin  ardınca  1890-cı  ildə  A.M.Konşin,  1913-1917-ci  illərdə  S.İ.Çarnotski  Kürovdağ 
ərazisində aparılan geoloji tədqiqatlar işləri nəticəsində burada neft əlamətlərinin olması faktlarını 
təsdiq etmişdilər. 
Kürovdağda ilk kəşfiyyat quyusu 1913-cü ildə neft sahibkarı Zubalev tərəfindən qazılmışdır. 
426 m dərinliyində quyunun qazılmasına baxmayaraq, neft əlaməti aşkar olunmamışdır. 
Respublikanın  neft  sənayesinin  təchizat  bazalarından  uzaqlıqda  yerləşən  bu  ərazidə  qazma 
işlərinin  aparılması  olduqca  çətin  idi.  Çünki  yolsuzluqla  əlaqədar  olaraq  qazma  avadanlığını  və 
texnikanı  ora  vaxtında  çatdırmaq  ciddi  çətinliklər  yaradırdı.  Bütün  bunlara  baxmayaraq  mümkün 
vasitələrlə  yollar  düzəldilir  və  bununla  da  çətinliklər  qısa  müddətdə  aradan  qaldırlır,  qazma  işləri 


208 
lazımi  sürətlə  davam  etdirilirdi.  Nəhayət  18  iyun  1955-ci  ildə  Kürovdağda  neft  quyusunun  qazıl-
ması ilə Şirvan şəhərinin inkişafında mühüm rol oynayan “Şirvanneft” NQÇİ-nin əsası qoyuldu. 2 
saylı  kəşfiyyat  quyusu  Məhsuldar  Qatın  I  horizontundan  31  ton  neftlə  istismara  daxil  edilmişdir. 
Bundan  sonra  mərkəzi  hissədə  intensiv  surətdə  istismar  quyularının  qazılmasına  başlanmışdır. 
Bununla yanaşı, ərazidə axtarış kəşfiyyat işləri davam etdirilir və çox keçməmiş yatağın şimal-qərb 
və cənub-şərq hissələrinin də neftliliyi aşkara çıxarılır.  
1956-cı ildə Kalmasda neft, neft-qaz və qaz yataqları, 1955-ci ildə Mişovdağda neft yataqları 
kəşf edildi. Layların neft çıxarma əmsalını artırmaq məqsədilə respublikada ilk dəfə оlaraq laylara 
süni  təsir  edilmiş,  müsbət  nəticə  alınmışdır.  Nəticədə  Hacıqabul  gölünün  ətrafında  respublikanın 
sənaye  potensialının  və  əhalinin  sayında  əhəmiyyətli  yer  tutan  yeni  bir  şəhər  yaranmağa  başladı. 
Ətrafdakı  zəngin  neft  yataqları,  respublika  əhəmiyyətli  dəmir  və  avtomobil  yollarının  qovşağında 
əlverişli  nəqliyyat  coğrafi  mövqe,  Kür    çayına  yaxınlıq,  həm  də  Bakı  kimi  iri  sənaye  mərkəzinə 
yaxınlıq Şirvanın Respublikanın iri şəhərlərindən biri kimi inkişafına səbəb oldu (şək.3). 
Müasir  dövrdə  neft  hasilatının  vəziyyəti.  “Kürovdağ  neft  yatağının    daxil  olduğu  blokun 
bərpası,  işlənməsi  və  hasilatın  pay  bölgüsü    haqqında”  Azərbaycan  Respublikasının  Prezidenti 
İlham  Əliyevin  1  iyul  2004-cü  il  Sərəncamına  əsasən  5  noyabr  2004-cü  ildə  SOCAR-la  Böyük 
Britaniyanın  “Caspian  Energy  Group”  şirkəti  arasında  saziş  imzalanmışdır.  Hal-hazırda  yataq  1 
sentyabr  1997-ci  ildən  müştərək  müəssisə  ("ŞirvanOYL"),  5  oktyabr  2009-cu  ildən  isə  əməliyyat 
şirkəti ("Şirvan Opereytinq Compani Limited") tərəfindən istismar edilir.  
Azərbaycanın qurudakı ən böyük neft yataqlarından olan Kürovdağ yatağı 
 
Bakı şəhərindən 
120 km cənub-qərbdə yerləşir, Aşağı Kür neftli-qazlı rayonuna daxildir. Yataq şərti olaraq üç bloka 
bölünüb-Şimal,  Mərkəzi  və  Cənub  blokları.  Ümumi  sahəsi  115  km²-dir.    İstismara  başlanandan  1 
aprel  2011-ci  ilə  kimi  yataqda  1153  quyu  qazılmışdır.  Bütövlükdə  ötən  dövr  ərzində  Kürovdağ 
yatağından 40 milyon tondan artıq neft çıxarılmışdır (şək.2). 
SOCAR-ın  birinci  vitse-prezidenti,  akademik  Xoşbəxt  Yusifzadə  “Kürovdağ”  yatağının 
kəşfi ilə əlaqədar demişdir:- Ötən əsrin 50-ci illərinin əvvəllərində keçmiş SSRİ-nın neft sənayesi 
rəhbərlərində  elə  bir  fikir  yaranmışdı  ki,  Azərbaycandakı  karbohidrogen  ehtiyatları  tükənib  və 
respublikanın  quru  ərazisində  irimiqyaslı  geoloji-kəşfiyyat  işlərinin  aparılmasına  ehtiyac  yoxdur. 
Lakin 1955-ci ildə Kürovdağ, bir il sonra Mişovdağ, 1960-cı ildə Qarabağlı, 1962-ci ildə Kürsəngi 
və digər yataqların açılması Azərbaycanın alim-geoloq, geofizik və digər mütəxəssislərinin  bütün 
proqnozlarını  doğrultdu  və  respublikamızda  geoloji-kəşfiyyat  işlərinin  dayandırılması  ilə  bağlı 
bütün  cəhdləri  heçə  endirdi.  İri  Kürovdağ  yatağının  işlənilməsi  ilə,  demək  olar  ki,  quruda  neft 
hasilatının  səviyyəsi sabitləşdi. 
Son  illərdə  Şirvanda  neft-qaz  sektorunda  geriləmə  müşahidə  edilir.  Dövlət  Statistika 
Komitəsinin  Şirvan  şəhərində  neft  hasilatına  dair  2014-cü  il  son  hesabatına  əsasən  xam  neftin 
istehsalı 2005-ci illə müqayisədə azalmışdır (şək.1). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1. 2014-cü ildə Şirvan şəhəri üzrə ümumi xam neft istehsalı 
0.0
100.0
200.0
300.0
400.0
500.0
2005
2010
2011
2012
2013
2014
Xam neft (ümumi), min ton 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə