Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə96/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   92   93   94   95   96   97   98   99   ...   134

203 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
ŞƏFƏQ ƏLİYEVA 
Naxçıvan Dövlət Universiteti 
UOT: 911.3 
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA ƏHALİNİN YÜKSƏKLİK QURŞAQLARI 
ÜZRƏ YERLƏŞMƏSİ QANUNAUYĞUNLUQLARI 
Açar sözlər: əhali, məskunlaşma, yaşayış məntəqəsi, yüksəklik qurşağı, relyef 
Key words: population, residental, settlement, altitude zone, relief 
Ключевые слова: население, обитание, населеннфй пункт, возвышенная зона, рельеф 
Azərbaycanda  relyefin  yüksəklik  qurşaqları  üzrə  paylanması,  onlardan  təsərrüfatda  istifadə 
edilməsi, əhalinin və təsərrüfat sahələrinin yüksəkliklər üzrə paylanması ayrı-ayrı dövrlərdə alimlər 
tərəfindən  öyrənilmişdir.  Onlardan  B.Ə.  Budaqov,  R.X.Piriyev,  M.A.Müseyibov,  İ.E.Mərdanov, 
E.Q.Mehrəliyev,  Ş.K.Dəmir-qayayev,  Z.N.Eminov  və  başqa  alimlərin  apardıqları  tədqiqat  işlərini 
qeyd etmək olar. 
Kiçik  Qafqazın  cənub-qərb  hissəsində  yerləşən  Naxçıvan  Muxtar  Respublikası  tipik  dağlıq 
ölkə olmaqla əsasən düzənlik və dağlıq hissələrdən ibarətdir. Ərazinin relyefi Araz vadisinin Kotam 
kəndi  yaxınlığında  600  metr  mütləq  yüksəkliklə  3906  metr  yüksəkliyə  malik  Qapıcıq  zirvəsi 
arasında  dəyişməklə  orta  yüksəkliyi  1400  metrə  barabərdir.  01  yanvar  2017-ci  il  tarixə  olan 
statistikaya əsasən Naxçıvan Muxtar Respublikasında 218 yaşayış məntəqəsi mövcud olmuşdur ki, 
bunların  da  5-i  şəhər,  8-i  qəsəbə,  205-i  isə  kənd  yaşayış  məntəqələridir.  Bu  dövrdə  muxtar 
respublika üzrə əhalinin  sayı 449143 nəfər, orta sıxlıq isə 82 nəfər olmuşdur (1).  Lakin mürəkkəb 
relyefə  malik  olan  muxtar  respublika  ərazisində  yaşayış  məntəqələrinin  və  əhalinin  yüksəklik 
qurşqaları üzrə yerləşməsi qeyri bərabər şəkildə paylanmışdır. 
Dərələyəz  və  Zəngəzur  dağlarının  cənuba  doğru  uzanan  ayrı-ayrı  qolları  və  yüksəklikləri 
vasitəsilə Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Ordubad və s. düzənliklərə ayrılan Arazboyu maili 
düzənliyi ümumi ərazinin 32 faizini təşkil edir(2, səh 23). Bu ərazi 600 metrlə 1000 metr arasında 
mütləq  yüksəkliyə  malik  olmaqla  yaşayış  məntəqələrinin  və  əhalinin  daha  sıx  məskunlaşması  ilə 
fərqlənir.  Ərazinin  hamar  relyefi,  əlverişli,  quru  iqlim  şəraiti,  əksər  yerlərdə  çay  şəbəkələrinə  və 
suvarma  sistemlərinə  malik  olması,  münbit  torpaq  örtüyü  və  kənd  təsərrüfatına  yararlı  sahələrin 
mövcudluğu bu zonanın mənimsənilməsinə səbəb olmuşdur. 
Belə  ki,  Sədərək  rayonu  ərazisində  yerləşən  4  yaşayış  məntəqəsindən  3-ü  (ümumi  yaşayış 
məntəqələrinin  75%-i),  Heydərabad  qəsəbəsi,  Sədərək  və  Qaraağac  kəndləri  Arazboyu  düzənliyin 
müəyyən bir hissəsini əhatə edən Sədərək düzündə yerləşir. Rayon əhalisinin 100%-i (15608 nəfər) 
600-1000 metr hündürlüyə malik bu ərazidə məskunlaşmışdır. 
Muxtar respublika ərazisinin geniş bir hissəsini əhatə edən və kənd təsərrüfatında mühüm rol 
oynayan Şərur  düzənliyi  yaşayış  məntəqələrinin  sıxlığına və əhalinin  məskunlaşmasına  görə  digər 
ərazilərdən  seçilir.  Şərur  rayonunda  yerləşən  66  yaşayış  məntəqəsindən  59-u  (ümumi  yaşayış 
məntəqələrinin  89,4%-i)  bu  ərazidə  yerləşməklə  burada  yaşayan  əhalinin  sayı  ümumi  rayon 
əhalisinin 95,2 %-ini (108018 nəfər) təşkil edir. 
Şərur  düzündən  şərqdə    Qarabağlar-Xok-Tazı  uçan  yüksəkliyi  ilə  Duzdağ  tirəsi  arasında 
yerləşən  Böyükdüzdə  arid  iqlim,  şoran  torpaqlar  və  əlverişsiz  hidroloji  şərait  əhalinin  və  yaşayış 
məntəqələrinin nisbətən seyrək məskunlaşmasına səbəb olmuşdur. Əsasən Kəngərli rayonunu əhatə 
edən  bu  zonada  rayonun  11  yaşayış  məntəqəsindən  7-si  (ümumi  yaşayış  məntəqələrinin  63,6%-i), 
rayon əhalisinin isə 65,1%-i (20486 nəfər) burada məskunlaşmışdır. 
Naxçıvan düzü Arazboyu düzənliyin böyük bir hissəsini təşkil edir. O, qərbdən Cəhri-Duzdağ 
tirəsi ilə, cənub-qərbdən Arazla, cənub-şərqdən Nehrəm-Ərəzin yüksəkliyi ilə, şimal-şərqdən Sirab, 
Nəhəcir, Xaçaparaq xətti üzrə Sarıdağ-Nəhəcir və Qırxlar dağının ətəkləri ilə əhatə olunur. Bu düz 
Naxçıvan çayı, onun aşağı axınındakı qolları, bir sıra təpəliklər, yarğanlar və dərələrlə parçalanır (2, 
səh 24). Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, Qaraçuq, Qaraxanbəyli, Bulqan, Tumbul və Hacıniyyət 


204 
kəndləri  bu  ərazidə  yerləşir.  Buradakı  7  yaşayış  məntəqəsində  əhalinin  100%-i  (91076  nəfər) 
məskunlaşmışdır ki, bunun da 85,7%-i ( 78037 nəfər) Naxçıvan şəhərinin payına düşür.  
Babək rayonunun təbii coğrafi mövqeyi rayonda əhalinin qədim dövrlərdən məskunlaşmasına 
və  uzun  müddət  yaşamasına  şərait  yaratmışdır.  Rayonun  36  yaşayış  məntəqəsindən  22-si  (ümumi 
yaşayış  məntəqələrinin  61,1%-i)  hündürlüyü  1000  m-dək  olan  ərazidə  yerləşir.  Bu  yaşayış 
məntəqələrində rayon əhalisinin 65,6 %-i ( 48119 nəfər) məskunlaşmışdır. 
 
Arazboyu düzənliyin Culfa rayonu ərazisinə düşən hissəsində rayonun 23 yaşayış məntəqəsin-
dən 6-sı  yerləşir ki, bu  da  Culfa  rayonu üzrə  ümumi  yaşayış  məntəqələrinin  26,1  %-ni  təşkil  edir. 
Rayon əhalisinin 57,9%-i (26357 nəfər) hündürlüyü 1000 metrədək olan ərazidə məskunlaşmışdır.  
Arazboyu  maili  düzənliyin  cənub-şərq  qurtaracağı  əlverişli  təbii  iqlim  şəraiti  və  su  ehtiyat-
larının nisbətən zənginliyi ilə seçilir. Ordubad rayonunun 47 yaşayış məntəqəsindən 17-si (ümumi 
yaşayış  məntəqələrinin  36,2  %-i),  rayon  əhalisinin  isə  52,7  %-i  (25920  nəfər)  burada  məskun-
laşmışdır.  
Naxçıvan  MR-də  əhalinin  əsas  hissəsi  600  metrdən  1000  metrədək  hündürlüyə  malikərazi 
daxilində  məskunlaşmışdır.  Kənd  əhalisinin  67,6  %-i,  şəhər  əhalisinin  96,7  %-i  bu  arealın  payına 
düşür(3, səh 474). Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Culfa, Ordubad şəhərləri, Heydərabad, Qıvraq, 
Babək,  Əliabad,  Şəhriyar  qəsəbələri  və  112  kənd  yaşayış  məntəqəsi  bu  yüksəkliklər  daxilində 
yerləşir.  Bu  da  muxtar  respublika  üzrə  ümumi  yaşayış  məntəqələrinin  55,5  %-ini  (121  yaşayış 
məntəqəsi), əhalinin isə 75,5%-ini (335584 nəfər) təşkil edir.  
Muxtar  Respublikanın  1000-1500  metr  hündürlüyə  malik  əraziləri  ümumi  ərazinin  30,5  
faizini  əhatə  edir(2,  səh  23).  Bu  ərazilər  alçaq  dağlıq  zonanı  əhatə  etməklə  şəhər  və  kəndlərin 
salınması, müxtəlif istiqamətli təsərrüfat işlərinin aparılması üçün əlverişli relyef şəraitinə malikdir. 
Naxçıvan Muxtar Respublikasının ermənilər tərəfindən işğal olunmuş yeganə yaşayış məntə-
qəsi olan Sədərək rayonunun Kərki kəndi 1000-1500 m hündürlük qurşaqları arasında yerləşməklə 
7,81km
2
  əraziyə  malikdir.  Müəyyən  ərazilərdə  hündürlük  hətta  2000  m-ə  çatır.  Vaxtı  ilə  70-dən 
artıq  ailənin,  350  nəfərə  yaxın  əhalinin  yaşadığı  bu  kənd  1990-cı  il  yanvarın  15-də  ermənilər 
tərəfindən işğal olundu. Kərkük yadigarı olan qədim yurd, hər qarışında bir neçə minilliyin tarixini 
yaşadan qədim oğuz yurdu beləcə ermənilərin əlinə keçdi (4).
 
1000-1500  m  hündürlüklər  arasında  yerləşən  Şahbulaq,  Yuxarı  Yaycı,  Həmzəli,  Axura  və 
Tənənəm kəndləri Şərur rayonunun ümumi yaşayış məntəqələrinin 7,6 %-ini təşkil etməklə əsasən 
Arpaçay  və  onun  qollarınınəhatə  etdiyi  hövzədə  məskunlaşmışdır.  Bu  ərazidə  yaşayan  ümumi 
əhalinin sayı 5284 nəfər olmaqla rayon əhalisinin 4,6 %-ini təşkil edir.  
Qarabağlar, Çalxanqala, Xıncab, Təzəkənd yaşayış məntəqələrində Kəngərli rayon əhalisinin 
34,9 %-i məskunlaşmışdır ki, bu da ümumi rayon əhalisinin payında 10975 nəfər təşkil edir. 1000-
1500 m hündürlüklər arasında yerləşən bu 4 kənd rayonun ümumi yaşayış məntəqələrinin 36,4 %-
inə bərabərdir.  
Müvafiq  hündürlüyə  malik  ərazilərdə  Babək  rayonunun  36  yaşayış  məntəqəsindən  11-i 
yerləşir  ki,  bu  da  ümumi  yaşayış  məntəqələrinin  30,6%-inə  bərabərdir.  Əsasən  Naxçıvançayın  və 
onun  ən  böyük  qolu  olan  Cəhriçayın  hövzəsində  yerləşən  bu  yaşayış  məntəqələrində  rayon  əha-
lisinin 32,9 %-i (24112 nəfər) məskunlaşmışdır.  
Muxtar respublikanın dağlıq ərazisi hesab edilən Şahbuz rayonunun bütün yaşayış məntəqləri 
1000 metrdən hündürdə yerləşir. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 22 kənd yaşayış məntəqəsi 
mövcuddur. Bu yaşayış məntəqələrindən 12-si 1000-1500 m hündürlüklər arasında yerləşir ki, bu da 
ümumi  yaşayış məntəqələrinin  50  %-i deməkdir.  Bu  yaşayış məntəqələrində  rayon əhalisinin  53,5 
%-i (13265 nəfər) məskunlaşmışdır.  
Culfa  rayonunun  yaşayış  məntəqələri  əsasən  muxtar  respublikanın  üçüncü  əsas  çayı  sayılan 
Əlincəçayın  yatağı  boyu  yerləşmişdir.  Xüsusilə,  1000-1500  m  hündürlükdə  yerləşən  yaşayış 
məntəqələri  rayonun  ümumi  yaşayış  məntəqələrinin  52,2  %-i  olmaqla  12  kəndi  əhatə  edir.  Bu 
zonada  yerləşən  kəndlər  rayonun  ümumi  yaşayış  məntəqələrinin  50  %-dən  çoxunu  təşkil  etsə  də, 
burada yaşayan əhali ümumi rayon əhalisinin 34,4 %-inə bərabərdir ki, bu  15684 nəfərdir.  
Ordubad  rayonunun  47  yaşayış  məntəqəsindən  17-si  1000-1500m  hündürlüyə  malik  ərazi-
lərdə yerləşməklə əsasən Gilançay, Ordubadçay və digər böyük çaylar ətrafında məskunlaşmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə