Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə100/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   96   97   98   99   100   101   102   103   ...   134

213 
 
Şəkil 5. Şirvan şəhərində neftlə çirklənməyə məruz qalmış ərazilər 
 
 


214 
ƏDƏBİYYAT 
 
1.
 
E. Qəmərli. Şirvan şəhəri,  Bakı, “Müəllim”, 2012, 212 s. 
2.
 
F.Əliyev, A.Bədəlov, E.Hüseynov, F.Əliyev. Ekologiya,  Bakı, “Elm”, 2012, 828 s. 
3.
 
H.Aslanov, S.Səfərli. Azərbaycanın neftlə çirklənmiş torpaqları, onların rekultivasiyası və 
mənimsənilməsi, Bakı, Elm 2008, 190 s. 
4.
 
Şirvan şəhərinin Dövlət Şəhərsalma Kadastrının Yaradılması ,  “İntegris” MMC Baş plan 
layihəsinin izahat yazısı, Bakı 2014, 344 s 
 
РЕЗЮМЕ 
Фарида Ширалиева 
Воздействие нефтедобычи в г. Ширване на окружающую среду 
 
Часть  территории  г.  Ширван,  которая  является  частью  Нижно-Куринской  впадины, 
является  одним  из  наиболее  изученных  с  точки  зрения  нефти  и  газа.  История  нефтяной 
разведки  территории  начинается  с  первой  половины  XIX  века.  Добыча  нефти  привело  к 
появлению и развития промышленного города Ширван. Тем не менее, следует отметить что с 
развитием  нефтяной  промышленности  расширилась  и  сфера  экологических  проблем  в 
регионе.  Так,  транспортировка  и  разлив  нефти,  буровые  отходы  привели  к  загрязнению 
территории нефтью и нефтепродуктами. 
 
 
ABSTRACT 
Farida Shiraliyeva 
 
Impact of oil extraction on the enviromental in Shirvan city 
 
Shirvan  city,  including  a  part  of  the  Lower  Kura  depression  is  one  of  the  best  studied  in 
terms  of  oil  and  gas.  The  history  of  oil  exploration  area  begins  with  the  first  half  of  the  XIX 
century.  Oil  led  to  the  emergence  and  development  of  Shirvan  as  an  industrial  city.  However,  it 
should  be  noted  that  with  the  development  of  the  oil  industry  and  has  expanded  the  scope  of  the 
environmental problems in the region. Therefore, oil transportation and spills, drilling products and 
sludge disposal area has resulted in the pollution of oil and oil products. 
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə 
çapa tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni çapa təqdim etdi: Coğrafiya üzrə fəlsəfə doktoru, dosent 
N. Babayev 
 
 
 
 


215 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
 
MƏHBUB  KAZIMOV 
AMEA Naxçıvan Bölməsi 
mahbubkazimov@yahoo.com 
UOT:
 
551.555 
ÇÖKƏKLİKDƏ YERLƏŞƏN NAXÇIVAN MR-DƏ YERLİ KÜLƏKLƏR VƏ 
ONLARIN EKOLOJİ PROBLEMLƏRİN HƏLLİNDƏ ROLU 
Açar  sözlər:  hava  axını,  ətraf  mühit,  çirklənmə,  ekoloji  tarazlıq,  dağ-vadi  küləkləri,  iqlimin 
dayanıqlığı 
Keywords:  flow  of  air,  environment,  pollution,  ecological  balance,  mountain-valley  winds, 
climate stability 
Ключевые  слова:  воздушный  поток,  окружающая  среда,  загрязнение,  экологическое 
равновесие, горно-долинные ветры, устойчивость климата 
Naxçıvan  MR-in  ərazisinin  çuxurda  yerləşməsi  səbəbindən  yerli  küləklər  dağ-vadi  xüsusiy-
yətlərinə  malikdirlər.  Gündüzlər  küləklər  vadidən  dağlara,  gecələr  isə  dağlardan  vadiyə  tərəf  əsir. 
Onlar  dağların  relyefindən  asılı  olaraq  əyri  şəkildə  hərəkət  edirlər.  Bu  növ  hava  axını  bütün 
vadilərdə  mövcuddur.  Lakin  Naxçıvan  MR  ərazisində  bu  növ  güclü  hava  axını  özünü  elə  kəskin 
şəkildə büruzə verir ki,  Naxçıvan MR-in iqlimi quru və kəskin kontinental iqlim  adlanır. Gecələr 
ətraf dağların  yamaclarından aşağı  gələn soyuq  hava  axını temperaturun kəskin azalmasına səbəb 
olur və gecə temperatur gündüzdəkindən 10 - 15
0
C  fərqli olur. 
Bundan əlavə, çökəklikdə yerləşən Naxçıvan MR- in ərazisini əhatə edən dağlar atmosferdəki 
hava  axınlarının  əraziyə  sərbəst  daxil  olmasına  mane  olurlar.  Bu  dağlar  hava  axınlarının 
hərəkətlərinə mane olaraq onlara yavaşıdıcı təsir göstərir. Naxçıvan MR-in ərazisinin daxilində olan 
nisbətən  alçaq  dağlar  (Vəlidağ,  Ardıc,  Küküdağ,  İlanlıdağ,  Ordubaddağ  və  s.)  da  hava  axını  bu 
dağların yanından ötüb keçərkən küləyin istiqamətinin və sürətinin dəyişməsinə səbəb olurlar [3].  
Quru  və  qızmar  yerli  küləklər  “fen”  və  “bora”  -  nın  müxtəlif  növləri  olaraq    yerli  əhali 
arasında "isti külək"  ya “bürkü"  adlanır. Bu küləklərin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, 
onlar özləri ilə isti və quru hava axını gətirirlər. Bu quru, isti küləklər əsasən yay aylarında əsirlər. 
İsti küləklər zamanı nisbi rütubət  
20% - dək azalır, temperatur +35
0
C–dən +45
0
C–dək qalxır (Şəkil 1): 
 
    
 
  nisbi rütubət xətti, faizlə (aprel - sentyabr)      


216 
Şəkil 1.  Naxçıvan MR ərazisində isti küləklər qurşağı 
Çökəklikdə  yerləşən Naxçıvan MR- da  gündüzlər və  yay aylarında havanın qızması, gecələr 
və qış aylarında havanın soyuması dağlara nisbətən daha gərgin olur. Şəkil 2-də çökəklikdə yerləşən 
Naxçıvan MR- nın ərazisində qışda temperaturun paylanmasının sxemi göstərilmişdir: 
      
 
Şəkil 2. Naxçıvan MR-in ərazisində temperaturun paylanma sxemi. 
 Çökəklikdə yerləşən Naxçıvan MR- da gündüzlər və yay aylarında havanın 
 qızması, gecələr və qış aylarında havanın soyuması dağlara nisbətən daha gərgin olur. Şəkil 
2-də  çökəklikdə  yerləşən  Naxçıvan  MR-in  ərazisində  qışda  temperaturun  paylanmasının  sxemi 
göstərilmişdir: 
Cənub və cənubi - şərq  yamacında (çökəkliyin dibi istisna olmaqla) temperatur  şimal və şi-
mali - qərb yamacına nisbətən yüksək olur. Qış aylarında ərazinin dağlıq hissələrində temperatur  –
25 
0
C- dən aşağıda olduğu halda, çökəkliyin dibində temperatur –10
0
C-dən –15
0
C-dək olur. 
Tərəfimizdən  Ordubad  rayonunda  aparılan  müşahidələr  zamanı  müəyyənləşdirilmişdir  ki, 
sürətli  hava  axını  onun  hərəkətinə  mane  olan  Zəngəzur  silsilə  dağlarına  yaxınlaşaraq  bu  dağların 
önündə toplanır və hava axınında burulğanlığın artması müşahidə olunur [2].  
        Naxçıvan MR-in külək ehtiyatları üç zonaya bölünmüşdür (Şəkil 3): 
 
  –  3 m/san- dən az;
 –  3 m/san - dən 6 m/san - dək; 
  –  6 m/san - dən yuxarı. 
Şəkil 3.  Naxçıvan MR-in  ərazisində  külək ehtiyatları.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə