Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə108/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   104   105   106   107   108   109   110   111   ...   134

234 
rələri arasındakı sabitlik yaradılmazsa, anaflikasiya yaradan təhlükəli qida allergiyaları ortaya çıxar. 
Bu tarazlığı T requlyator hüceyrələrə təsir edərək həyata keçirən  probiotik bakteriyaların üstünlük 
təşkil  etdiyi,immun  sistemi  idarə  edən  sağlam  mikrofloradır.  Probiotik  bakteriyaların  metabolik, 
toksiki və şiş əleyhinə təsiri də var.          
Probiotiklərin təsir mexanizmləri 
Yunanca bir termin olan probiotik “Yaşam üçün” mənasını ifadə edir. Rus bioloqu Elie Met-
chnikov  yaşlanmanın bağırsaqdakı bakteriyaların səbəb olduğu xroniki və aktiv bir zəhərlənmə ol-
duğunu demişdir və süd turşusu bakteriyalarının ömrü uzatdığını iddia etmişdir. 
Probiotik termini ilk dəfə 1965-ci ildə Lilly və Stillvell tərəfindən bir orqanizmanın  digərinin 
böyüməsini  təmin  etmək  üçün  sintez  etdiyi  maddəni  adlandırmaq  üçün  antibiotik  terminin  əksi 
olaraq istifadə edilmişdir. 
Probiotik və Bağırsaq florasının əhəmiyyəti 
Bağırsağın selikli qişasının səthi 200
 
m

dır. Qastrointestinal sistem(GİS)florası normalda sterildir. 
Floranın mənbəyi döl doğuş yollarından keçərkən buradan oral yolla qəbul etdiyi mikroorqanizmlərdir. 
Doğuşdan dərhal sonra yenidoğulmuşun bağırsaq florasında Escherichia colli və Streptokklar üstünlük 
təşkil edir. Ana südü ilə qidalanmağa başladıqda E.colli, Bacterioides, Sreptokklar və Clostridia azalar, 
Bifidobakteriyalar  artar.  Qastrointestinal  immun  sistemi  formalaşdıran  bu  bakteriyalardır  və  bunlar 
olmazsa immun sistem normal funksiyasını yerinə yetirə bilməyəcəkdir. 
Qastrointestinal  sistem  florasına  stress,iqlim,antibiotik,emosional  faktorlar  və  s.təsir  edir. 
Qastrointestinal  sistemdə  çoxlu  sayda  patogen  və  qeyri-patogen  mikroorqanizmlər  var  və  sağlam 
insanlarda  bunlar  tarazlıq  halındadır.  Qastrointestinal  sistem  florasında  olan  qeyri-patogen  mikro-
orqanizmlərin  miqdarı  xəstəlik,  stress,  düzgün  qidalanmamaq  və  antibiotiklər  kimi  bağırsaq 
florasını dəyiştirən prepratların istifadəsinə bağlı olaraq azalar və müxtəlif  xəstəliklər baş qaldırır. 
  Qastrointestinal  sistemdə  patogenlərə  qarşı  qarışıq  bir  müdafiə  mexanizmi  vardır.  Florada 
olan köməkçi bakteriyalar musin ifrazını, immun hüceyrələrin çoxalması kimi qoruyucu mexanizm-
ləri  stimulə  edər.  Flora  bakteriyaları  ilə  bağırsağın  epitel  hüceyrələri  və  intestinal  limfoid  toxuma 
arasında  daimi  qarşılıqlı  bir  əlaqə  var.  Bağırsaq  bakteriyaları  TLR  və  NOD  proteinlər  tərəfindən 
tanınar. Mexanizm tam aydın olmasa da dentritik hüceyrələr B hüceyrələr vasitəsilə İgA sintezini 
artırar. Probiotiklər öd turşuları və yağ turşularını bağırsaq patogen mikroorqanizmlərinin təsirindən 
qoruyaraq  bunların  zərərli  maddələrə  çevrilməsinin  qarşısını  alır.  Ammonyak,  indol,  merkapton, 
toksiki aminlər və sulfatlar kimi zərərli maddələr ifraz edən mikroorqanizmlərin çoxalmasını inhibə 
edən  probiotiklər  həmçinin  bunların  həzm  sistemində  toplanmasını  və  sorulmasını  da  azaldır. 
Probiotiklər  biotin,  pridoksin,  pantoten  turşusu,  fol  turşusu  kimi  B  qrup  vitaminlərin    sintezində 
mühüm rol oynayır. 
Probiotik preparatların xüsusiyyətləri və tövsiyyə olunan qəbul dozası 
Probiotik  olaraq  istifadə  olunan  bir  çox  mikrorqanizma  vardır.  Bir  mikrorqanizmanın 
probiotik olması üçün : 

 
İnsan mənşəli olması 

 
Patogenik olmamaması, aşağı pH 

 
Pankreas, mədə və öd turşularına dözümlü olması 

 
İntestinal sistemdə həyat fəaliyyətini davam etdirə bilməsi 

 
İncə bağırsaqla əlaqəli immun hüceyrələrə siqnal göndərmə qabiliyyətinin olması 

 
Maddələr mübadiləsinə təsir etmə xüsusiyyəti. 
 
Lactobacillus  GG  probiotik  olaraq  ən  çox  istifadə  olunan  mikroorqanizmadır.Probiotik 
preparatlar  bir  çox  vitamin,  fermentlərlə  zənginləşdirilərək  istifadəyə  buraxılır.  Bu  probiotiklər 
qurudulmuş  bakteriya  kulturalarından  hazırlanılır.  Gündəlik  olaraq  qəbul  etdiymiz  qidaların 
tərkibində  (qatıq,  pendir,  turşu,  çörək,  piyvə,  şərab,  kefir)  probiotik  bakteriyalar-Lactobasillər, 
Bifidubakeriyalar, Enterococcus, Streptococcuslar vardır. 
 
Probiotiklərin  dozalanması  haqqında  dəqiq  bir  rəqəm  yoxdur.  Bəzi  preparatlar  10
8
kolon 
unitesi (CFU/gün)dozasında təsir edərkən bəziləri böyükdür 10
10
CFU/gün dozunda təsir edir, lakin 
bəzi xəstələrin müalicəsində fərqli dozalanma tətbiq edilir 
Cədvəl 1. Ticari olaraq probiotik istehsalında istifadə edilən mikroorqanizmalar 


235 
Laktobasillər 
l. acidophilus 
l. casei subsp.rhamnosus 
l.delbrueckii subsp.bulgaricus 
l.reuteril.brevir. 
l.cellobiosus. 
l.curvatus 
l.fermentum 
l.plantarum 
Bifidobakteriyalar  
B.bifidum 
B.infantis 
B.adolescentis 
Bşlongum 
B.animalis 
B.thermophilum 
 
Maya göbələyi 
Saccharomyces boulardii 
S. cerevisiae 
Gram pozitiv koklar 
Lactococcus subsp.cremons 
Streptococcus subsp.thermophilus 
Enterococcus faecium 
S.diacetylactis 
S.intermedius 
 
Sağlam  şəxslərdə  Lactobacillus,  Bifidubacterium,  Streptococcus,  Thermophilus  və 
Saccharomyces prebiotik preparatlarının qəbulu heç bir təhlükə törətmir. Enterococcus, Escherichia 
colli  və  Bacillus  kimi  digər  probiotiklərin  istifadəsi  spesfik  xəstəliklər  zamanı  tövsiyyə  olunur. 
İmmuniteti  zəif  olan,  cərrahi  əməliyyat  keçirən  şəxslərin  infeksiyalara  yoluxma  ehtimalı  yüksək 
olduğu üçün probiotiklərin istifadəsində ehtiyyatlı olunmalıdır. 
 
Gastrointestinal xəstəliklər zamanı probiotiklərin istifadəsi 
Bəzi  probiotiklərin  GİS  xəstəliklərinin  müalicəsində  effekti  yüksəkdir.  Lactobacillus  və 
Bifidobakteriyalar qrupu probiotikləri daha çox tətbiq edilir. Bəzi probiotik növləri invitro mühitdə 
mədə-onikibarmaq  bağırsaq  törədicisi  olan  Helicobacter    Pylorinin  çoxalmasının  qarşısını  alsa  da, 
invivo  mühitdə  bu  məlum  deyil.  Bifidobacterium  bifidum  invitro  və  invivo  mühitdə  H.pylorinin 
çoxalmasının  qarşısını  alır.  H.  pylori  infeksiyalarında  Lactobaciulusun  istifadəsi  mədədə  iltihabi 
prosesi  azaldır  və  antibakterial  müalicənin  effektini  artırır.Probiotiklərin    qıcıqlanmış  bağırsaq 
sindromunda istifadəsi müsbət effekt verir. Qıcıqlanmış bağırsaq sindromlu 50 xəstədə səkkiz həftə 
boyunca  müxtəlif  probiotik  növlərinin  istifadəsi  probiotik  qəbul  etməyən  xəstələrə  görə  xəstəlik 
simptomlarını azaltdığı müəyyənləşdirilmişdir. 
Crhon  xəstəliyinin remissiya dövründə S.boulardi qəbul edən xəstədə simptomların azaldığı 
müşahidə edilmişdir.  
Qaraciyər xəstəliklərində probiotiklər. 
Qaraciyər  çatmamazlığı  səbəbiylə  MSS-də  funksiya  pozğunluğu  olaraq  bilinən  hepatoen-
sefalopatiya  sirrozun  ağırlaşması  kimi  yaranır.  Kliniki  olaraq  beyin  funksiyalardında  pozğunluq 
olmayan  yüngül  formalı  hepatoensefalopatiyalı  şəxslərin  müalicəsində  probiotiklər  yaxşı  effekt 
verir. Hepatik ensefalopatiyada probiotiklərin təsir mexanizmi 

 
-Bağırsaq keçiriciliyini azaldır 

 
-Portal qan dövranında amonyak miqdarını azaldır 

 
-Bakterial ureaza fermentinin aktivliyini azaldır. 

 
-pH-ı azaltmaqla amonyakın sorulmasını azaldır. 

 
-Sidik  cövhərini  karbon  dioksidə  parçalayan  ureaza  fermenti  bağırsaq  bakteriyalarının 
metobolizmasında mühüm əhəmiyyətə malikdir. 
Enterobacteriya,  Streptococcus,  Clostridiya  və  Eubacteriya  kimi  bağırsaq  bakteriyaları 
ureaza  fermenti  ifraz  edirlər  və  gündəlik  olaraq  əmələ  gələn  sidik  cövhərinin  20-25%i  bu  yolla 
yaranır.  Bağırsaqda  bu  yolla  əmələ  gələn  amonyak  qapı  venası  vastəsilə  qaraciyərə  gəlir. 
Ammonyak qaraciyərdə amin turşuya parçalanır ya da sidik cövhərinin yenidən sintez olunması ilə 
zərərsizləşdirilir.  Sirroz  zamanı  isə  qaraciyər  bu  funksiyanı  yerinə  yetirə  bilmədiyi  üçün  ammon-
yakın ümumi qan dövranında miqdarı artır. 
Süd  turşusu  bakteriyaları  süd  turşusu  və  aseton  turşusu  əmlə  gətirərək  bağırsaq  daxili  pHı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə