Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə116/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   112   113   114   115   116   117   118   119   ...   134

250 
ilə  əlaqədar  dəyişməsin  statistik  olduğu  müəyyən  edilmişdir  (P<0,05).  Bir  sözlə  AST-nin 
aktivliyinin  artmasına  baxmayaraq,  pereaminləşmə  reaksiyalarında  iştirak  edən  aminturşuların 
miqdarı  dəyişmir.  Bu  yəqinki,  əmələ  qələn  asparaqin  və  qlutamin  turşularının  onların  iştirakı  ilə 
gedən digər kimyəvi reaksiyalara cəlb edilməsi ilə əlaqədardır. 
Cücələrin  beynində  AST-nin  aktivliyi    ilə  asparagin  və  qlutamin  turşuları  arasında 
korrelyasiya  koefisientinin  hesablanması  qlutamin  və  asparagin  turşularının  miqdarı  arasında 
müsbət korrelyasiyanın olduğunu göstərir. Beyində qeyd edilən aminturşuların miqdarının azalması 
AST-nin aktivliyinin azalması ilə müşayət olunur. 
Cədvəldən göründüyü kimi, əzələlərdə AST-nin aktivliyinin azalması ilə qlutamin turşusunun 
miqdarı  arasında  müsbət  korrelyasiya  (r=+0,196),  asparagin  turşusunun  miqdarının  azalması 
arasında mənfi (r=-0,772) korrelyasiya əlaqələri vardır. AST-nın aktivliyi ilə qlutamin turşusunun 
miqdarı arasında belə müsbət korrelyasiyanın olmasına baxmayaraq, böyük əminliklə söyləmək olar 
ki,  əzələlərdə qlutamin turşusunun miqdarının artması AST-nin aktivliyi ilə əlaqədar deyil, çünki, 
bu fermentin aktivliyi xəstə quşların əzələlərində azalır.   
Xəstə  quşların  qaraciyər,  beyin  və  əzələ  toxumalarında  AST-nin  aktivliyinin  dəyişməsi  ilə 
paralel,  digər  bir  fermentin-ALT-nin  iştirakı  ilə  müşayət  olunan  pereaminləşmə  reaksiyalarının 
pozulması da müşahidə olunur. Cədvəldə verilən məlumatlardan göründüyü kimi, cücələrin qaraci-
yərində  ALT-nin  aktivliyində  invaziyanın  3-cü  günü,  şizontların  birinci  generasiyası  dövründə 
əhəmiyyətli  dəyişikliklər  baş  vermir.  Parazitinin  inkişafının  sonrakı  mərhələlərində,  şizontların 
ikinci generasiyası qaraciyərdə ALT-nin aktivliyinin artmasına, beyində isə azalmasına səbəb olur. 
Bu  dövrdə  ALT-in  aktivliyi  kontrol  qrupun  müvafiq  göstəricilərindən  qaraciyərdə  3,11%  yüksək, 
beyin toxumasında isə 11,6% aşağı olur.  Qaraciyərdə ALT-nin aktivliyinin artması invaziyanın 7-ci 
günü də davam edir, 10-cu gün isə azalır (P<0,01). 
Beyində  ALT-nin  aktivliyi  invaziyanın  bütün  günləri  kontrol  qrupun  göstəriciləri  ilə  müqa-
yisədə azalır. İnvaziyanın 5-ci günü, fermentin aktivliyi normaya yaxınlaşır, 7-ci gün bu göstəricisi 
kontrol  qrupun  göstəricilərindən  3,48%  yüksək  olur  (P<0,01).  İnvaziyanın  10-cu  günü    ALT-nin 
aktivliyi yenidən invaziyanın 7-ci günü ilə müqayisədə 20,77% azalır. 
Cədvəldə verilən məlumatların müqayisəli analizindən aydın olur ki, beyində ALT-nın aktiv-
liyi  birtipli  xarakter  daşımır,  onun  aktivlik  əyrisi  düzxətli  olmayıb  parazitin  sahibin  bağırsağında 
inkişaf  mərhələlərindən  asılıdır.  Yoluxdurulan  cücələrin  əzələlərində  də  ALT-nin  aktivliyinin 
dəyişildiyi müəyyən edilmişdir. ALT-nin aktivliyinin invziyanın 3-cü və 5-ci günləri azaldığı qeydə 
alınmşdır. 7-ci gün bu fermentin aktivliyi normaya yaxınlaşır. İnvaziyanln 10-cu gün yenidən aza-
laraq bu göstəricisi ancaq kontrol qrupun göstəricisindən deyil, fermentinin aktivliyinin azalmasının 
qeydə alındığı 5-ci günün göstəricisindən də aşağı olur. Əzələlərdə invaziyanın 3-cü və5-ci günləri 
ALT-nin aktivliyi eyni səviyyədə olur. 
Alınan  məlumatlar  göstərir  ki,  tədqiq  edilən  cücələr  arasında  normada  ALT  və  AST-nin  ən 
yüksək aktivliyi əzələlərdə qeydə alınır. Qaraciyər və beyində isə AST və ALT-nin aktivliyi demək 
olar ki eynidir. Təcrübə  qrupundan olan  cücələr arasında AST-nin ən  yüksək aktivliyi qaraciyərdə 
invaziyanın 7-ci günü, ən aşağı aktivliyi yoluxdurmadan 10 gün sonra əzələlərdə qeydə alınmışdır. 
Yoluxdurulan cücələrin qaraciyər, beyin və bud əzələlərində ALT-nin ən aşağı aktivliyi invaziyanın 
10-cu  günü,  ən  yüksək  aktivliyi  yoluxdurmadan  7  gün  sonra  qaraciyərdə  qeydə  alınmışdır.  Belə-
liklə, ALT-nin aktivliyinın yoluxdurulan cücələrin qaraciyər, beyin və əzələlərində parazitin inkişaf 
mərhələlərindən asılı olaraq dəyişildiyi müəyyən edilmişdir. Cücələrin beyin və əzələlərində ALT-
nin aktivliyinin dəyişməsi parazitin inkişaf mərhələlərinə uyğun olaraq ya artır, ya da azalır. 


251 
Cədvəl 1 
Yoluxdurulan  cücələrin  qaraciyər  və  beynində  AST-nin  aktivliyi  ilə  qlutamin  və  asparagin 
turşularının miqdarı arasında müsbət korrelyasiya əlaqələrinin (müvafiq olaraq r=+0,861, r=+0,688 
və  r=+0.742,  r=+0,137)  olduğu  müəyyən  edilmişdir.  Tədqiqatın  nəticələri  göstərir  ki,  əzələlərdə 
AST-nin  aktivliyi  ilə  qlutamin  turşusunun  miqdarı  arasında  müsbət  zəif  (r=+0,196),  asparagin 
turşusunun miqdarı arasında isə mənfi (r=-0,772) korrelyasiya əlaqələri mövcuddur. 
Beyin  toxumasında  invaziyanın  5-10  günü  müddətində  ALT-nin  aktivliyinin  statistik  dürüst 
artdığı  və  qlutamin  turşusunun  miqdarının  azaldığı  (r=+0,751)  qeydə  alınmışdır.  Xəstə  cücələrin 
əzələlərində, ALT-nin aktivliyi ilə qlutamin turşusunun miqdarı arasında müsbət əlaqə (r=+0,196) 
mövcuddur.  ALT-nin  aktivliyin  artması  qlutamin  turşusunun  artması  və  asparagin  turşusunun 
azalması ilə müşayət olunur. 
Nəticələr 
1.  Müəyyən  edilmişdir  ki,  Eimeria  tenella  paraziti  ilə  yoluxdurulan  cücələrin  qaraciyərində 
AST-nin  aktivliyi  invaziyanı  7-ci  günü  10,19%  artır  (P<0,001).  Yoluxdurulan  cücələrin  qaraciyər 
və  beynində  AST  və  ALT  fermentlərinin  aktivliyi  ilə  qlutamin  və  asparagin  turşularının  miqdarı 
arasında müsbət korrelyasya əlaqələri mövcuddur.  
2.  Cücələrin  bud əzələlərində  AST  və ALT fermentlərinin aktivliyi  ilə  qlutamin  turşusunun 
miqdarı  arasında  müsbət,  asparagin  turşusunun  miqdarı  arasında  isə  mənfi  korrelyasiya  əlaqələri 
mövcuddur.  AST-nın  aktivliyi  ilə  qlutamin  turşusunun  miqdarı  arasında  müsbət  korrelyasiyanın 
olmasına baxmayaraq, qlutamin turşusunun miqdarının artması AST-nin aktivliyi ilə əlaqədar deyil, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə