Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə112/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   108   109   110   111   112   113   114   115   ...   134

242 
2.
 
Prosesin ağırlığına görə:yüngül, orta ağırlıqlı və ağır-müvafiq olaraq I, II,III 
3.
 
Gedişin xarakterinə görə: kəskin, yarımkəskin, residivləşən 
Xəstəliyin ilk klinik əlamətləri uşağın həyatının ilk aylarında, çox vaxt 3-4 aylarında, bəzən 
1-1,5  ayında  müşahidə  olunur.  Uşaq  narahat,  ağlağan  olur,  qıcıqlara  qarşı  həssaslıq  artır 
(hiperesteziya),  iştah  azalır,  yuxu pozğunluğu, diksinmə müşahidə  olunur.  Bunlarla  yanaşı  qırmızı 
dermoqrafizm, çox tərləmə müşahidə olunur. Tərləmə yatdıqda və döş əmdikdə artır, tər turş qoxulu 
olur, tərləmə ən çox başın tüklü hissəsində olur. Uşaq başını balışa sürtür, ənsə nahiyyəsinin tükləri 
tökülür,  əzələ  hipotoniyası,  qəbizlik,  böyük  əmgəyin  kənarlarında  yumşalma  müşahidə  edilir.  Bu 
mərhələdə  sümüklərdə  rentgenolji  dəyişikliklər  olmur.  Bu  mərhələdə  qanda  hipofosfatemiya, 
normokalsiemiya,  asidoz  müşahidə  olunur.  Qələvi  fosfataza  artır.  Sidikdə  hiperfosfaturiya,  hiper-
aminoasiduriya  müşahidə  olunur.  Başlanğıc  dövr  1,5  həftədən  1  aya  qədər  sürür,  sonra  xəstəlik 
müalicə olunmazsa çiçəklənmə dövrünə keçir. 
Çiçəklənmə  dövründə    skeletdə  aydın  dəyişikliklər  müşahidə  olunur.  Böyük  əmgəyin 
kənarlarında  yumşalma,  kəllə  tikişlərinin  aralanması,  kraniotabes  müşahidə  edilir.  Kəllənin  təpə 
sümükləri  nahiyyəsində  1,5-2  sm  ölçülü  yumşalma  nahiyyələri  müşahidə  edilir.Yumşalma 
nəticəsində  kəllənin  quruluşu  dəyişilir,  başın  assimmetriyası,  braxisefaliya  yaranır.  Bu  mərhələdə 
sümük  toxumasının  hiperplaziyası  üstünlük  təşkil  edir,  belə  ki,  kəllə  sümüklərində  alın,  təpə 
qabarları  böyüyür.  Başın  çevrəsi  hipertenzion-hidrosefal  sindrom  nəticəsində  artmış  olur.  Döş 
qəfəsində  deformasiya  yaranır,  öndən  döş  qəfəsi  içəri  batır  (çəkməçi  döşü)  və  ya  qabarır  (toyuq 
döşü).  Onurğa  sütununda  əyriliklər  artır,  raxitik  kifoz  müşahidə  edilir.  Sonralar  uşaq  yeriməyə 
başladıqda patoloji lordoz, bəzi hallarda skolioz yaranır. 
Epifizlərin  deformasiyası  və  metafizlərin  genişlənməsi  hesabına  qabırğaların  sümük 
hissəsinin  qığırdağa  keçən  yerində  “raxit  təsbehləri”  ,barmaqlararası  oynaqlarda  “mirvari  sapı” 
,biləklərdə  qalınlaşma  hesabına  “raxit  bilərziyi”  əmələ  gəlir.  Bud,  qamış,  incik  sümüklərinin 
diafizlərində yumşalma nəticəsində aşağı ətraflarda “X-vari” və ya “O-vari” deformasiyalar ( coxa 
vara, coxa valga) əmələ gəlir. Böyük əmgək 1,5-2 yaşında və daha gec müddətdə bağlanır. Dişlərin 
çıxması gecikir, əksər hallarda süd dişlərinin kariesi müşahidə edilir. 
Ağır gedişli raxit zamanı əzələ hipotoniyası və bağ oynaq aparatında boşalma müşahidə edilir. 
Qarın  divarı  və  mədə  bağırsaq  əzələlərinin  zəifliyindən  uşağın  qarnı  irəli  gəlir,  böyük  olur  - 
“qurbağa qarnı”. Belə uşaqlar gec oturur, gec ayağa qalxır və gec yeriyir. Ağır gedişli raxit zamanı 
qara ciyər, mədə-bağırsaq sisteminin funksiyaları, zülal, lipid mübadiləsi pozulur. 
Döş  qəfəsinin  deformasiyası,  əzələlərin,  diafraqmanın  hipotoniyası  və  sinir  sistemindəki 
pozğunluqlarla  əlaqədar  olaraq  ağ  ciyərlərin  ventilyasiyası  pozulur.  Nəticədə  belə  uşaqlarda  ağ 
ciyərlərdə iltihaba meyylik olur və eləcə də ürəkdə distrofik dəyişikliklər müşahidə edilir. Ürəkdəki 
distrofik  dəyişikliklər  və  qanda  elektrolitlərin  miqdarının  dəyişməsi  hesabına  qan  dövranında 
pozğunluq  əmələ  gəlir  və  nəticədə  qan  təzyiqi  aşağı  düşür,  taxikardiya  qeyd  olunur.  Ürək  tonları 
karlaşır, qısa sistolik küy eşidilir,  ürəyin sərhədi böyüyür. 
Rekonvalessensiya dövründə  uşağın ümumi vəziyyəti yaxşılaşır, sinir və vegetativ pozuntular 
bərpa  olunur,  lakin  əzələ  hipotoniyası  və  sümük  əlamətləri  hələ  də  qalır.  Qanda  fosforun  miqdarı 
normallaşır,  hipokalsiemiya  əvvəlki  kimi  qalır,  hətta  kalsium  daha  da  azala  bilər.Turşu-qələvi 
müvazinəti  qələviliyə  doğru  meyl  edir,  alkaloz  əmələ  gəlir.  Qələvi  fosfatazanın  miqdarı  isə  bu 
dövrdə normallaşır. 
Raxit xəstəliyinin dövrünü və gedişini dəqiqləşdirmək üçün qanda kalsium,fosfor səviyyəsini, 
qələvi fosfatazanın aktivliyini öyrənmək və sümüklərin rentgenoloji müayinəsini aparmaq lazımdır. 
Qan  zərdabında  fosforun  konsentrasiyası  0,65  mmol/l-ə  qədər  azala  bilər,  kalsiumun  konsen-
trasiyası 2-2,2 mmol/l olur. Qan zərdabında qələvi fosfatazanın aktivliyi artır   (400 V/l). 
Raxit xəstəliyi  zamanı  xarakterik  rentgenoloji  dəyişikliklər  əmələ  gəlir.  Sümüklərin  intensiv 
böyümə  zonalarında,  əsasən  enxondral  sümükləşmə  zonalarında  osteoporoz  əmələ  gəlir.Epifizlə 
diafiz  arasındakı  yarıq  metafizin  böyüməsi  hesabına  genəlir,epifiz  qədəhəbənzər  forma  alır,çünki 
periostal sümükləşmə enxondral sümükləşməyə nisbətən az pozulur. Çox vaxt sümüküstlüyü altında 
sınıqlar olur. Ağır raxit zamanı rentgendə köndələn yerləşən, 2-3 mm ölçülü şəffaf xəttlər “Lozer 


243 
xəttləri”,  yalançı  sınıqlar  görünür.  Sümüküstlüyünün  altında  əmələ  gələn  sümük  vaxtında 
minerallaşa  bilmədiyi üçün rentgendə şəffaf görünür. 
Raxitin başlanğıc dövründə sümüklərdə zəif osteoporoz görünür. 
Müalicə:Müalicədə  məqsəd  kalsium-fosfor  mübadiləsini  normallaşdırmaq,metabolik 
asidozu  və  D  vitamini  defisitini  aradan  qaldırmaqdır.  Raxitin  müalicəsi  qeyri-spesifik  və  spesifik 
medikamentoz müalicədən ibarət olur. 
Raxitin qeyri spesifik müalicəsində uşağın həyat şəraitini,rejimini yaxşılaşdırmaq,açıq havada 
gəzdirmək, günəş vannaları qəbul etdirmək lazımdır. Qidalanma yaşa və tələbata uyğun təyin edilir. 
Spesifik  müalicə  təyin  edildikdə  xəstəliyin  dövrü,gedişi,ağırlıq  dərəcəsi  nəzərə  alınmalıdır. 
Təbii qidalanan uşaqlara D vitamini təyin etməzdən əvvəl kalsium preparatları təyin edilir. Süni və 
qarışıq qidalanan uşaqlara əvvəlcədən kalsium təyin etmək lazım deyil. 
Raxitin  başlanğıc  dövründə  vit  D  sutkada  500-625  BV  dozada  verilir.  Raxitin  çiçəklənmə 
dövründə  vit  D  2000-5000  BV  dozada  30-45  gün  Sulkoviç  sınağının  nəzarəti  altında  verilir 
(Sulkoviç  sınağı  həftədə  1  dəfə  aparılır).  Kurs  doza  200000-400000  BV-dir.  Müalicədən  effekt 
alındıqdan sonra D vitamininin profilaktik dozasına –sutkada-400-500 BV –yə keçirilir. Profilaktika 
2  yaşına qədər və 3-cü  yaşın qış aylarında aparılır. Risk qrupundan (şəraiti  yaxşı olmayan, tez-tez 
xəstələnən uşaqlar) olan uşaqlara isə əsas kurs müalicədən sonra 1-2 kurs residiv əleyhinə müalicə 
aparmaq  məsləhət  görülür.  Residiv  əleyhinə  müalicə  əsas  kurs  müalicədən  3  ay  sonra  (yay 
aylarından başqa) sutkada 2000-5000 BV doza ilə aparılır(3-4 həftə). Asidozu azaltmaq məqsədilə 
C,B1,B2,B6 vitaminləri təyin edilir. Energetik mübadiləni yaxşılaşdırmaq məqsədilə ATF 0,5-1 ml 
ə/dax  15-30  gün  müddətinə  təyin  edilir.  Vitaminlərdən  B1,B2,B6,C,A,E  vitaminlərinin  təyini 
vacibdir. 
Raxitin rekonvalessensiya dövründə duz vannaları (1 xörək qaşığı dəniz duzu 10 l suya 5-10 
dəq.),  süst  uşaqlar  üçün  8-10  vanna,  masaj,  müalicəvi  gimnastika  1,5-2  ay  müddətinə  aparılır. 
Bunlar  uşağın  sinir  siteminə  müsbət  təsir  göstərib,  sümük  və  əzələlərdə  gedən  mübadilə  prosesini 
aktivləşdirərək uşağın ümumi vəziyyətini yaxşılaşdırır. 
Profilaktika:Raxit  xəstəliyinin  profilaktikası  antenatal  dövrdən  başlanılır,  postnatal  dövrdə 
də davam etdirilir. Profilaktika spesifik və qeyri spesifik xarakterli olmalıdır. 
Antenatal  dövrdə  qeyri-spesifik  profilaktika:Hamilə  qadın  gündüzlər  təmiz  havada  olmalı, 
qidalanma rejiminə diqqət etməli,tam keyfiyyətli qidalanmalıdır. 
Hamiləliyin axrıncı iki ayı qış payız aylarına düşərsə, D vitamini ilə profilaktika aparılmalıdır. 
Hamilə  qadının  D  vitamininə  sutkalıq  tələbatı  400  BV  təşkil  edir.Bu  məqsədlə  tərkibində  D 
vitamini olan polivitaminlər təyin edilməlidir. Ancaq risk qrupundan olan (böyrək, ürək, qara ciyər 
xəstəlikləri  olduqda,  cift  uşaqlıq  qan  dövranı  pozulduqda)  və  yaşı  30-35  dən  yuxarı  qadınlara  D 
vitamini təyin etmək olmaz. 
Raxitin  postnatal  qeyri-spesifik  profilaktikası  həyatın  ilk  günlərindən  başlanılmalıdır,təbii 
qidalanma,təmiz havada olub günəş vannası qəbul etmək,masaj,idman. 
Raxitin  spesifik  profilaktikası  D  vitamini  ilə  aparılır.Raxitin  spesifik  profilaktikasına  yarımçıq 
doğulmuşlarda II, vaxtında doğulmuşlarda III həftədən başlamaq lazımdır. D vitamini ilə yanaşı C, 
B1, B2, E vitaminləri təyin olunur. 
Dərin  yarımçıqdoğulmuşlara  4-6-cı  həftədən  başlayaraq  D  vitamini  400  BV  dozada  verilir. 
Raxitin spesifik profilaktikası yaxşı olar ki,2-3 yaşa qədər aparılsın ( 3- cü yaşın qış aylarında). 
 
ƏDƏBİYYAT 
1.
 
Behrman RE,Kliegman RM,Arvin AM. Nelson Text book of Pediatrics.15 th ed. 
Philadelphia,WB Sounders 1996 chapter 45-3 
2.
 
ST.Louis,Times Mirror / Mosby collage Publishing 1989,pp 339-378 
3.
 
Н.П.Шабалов «Детские болезни» Москва 2008 Том 1 
4.
 
A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 
5.
 
Prof.Dr.Cengiz Yakıncı,Uzm.Dr.Z.Şule .Haskoloğlu Çocuk Hastalarda Tedavi El Kitabı 2010 
6.
 
Doç.Dr.İlyas Yolbaş  Pediatrist Tanı-Tedavi ve Reçete Rehberi El Kitabı  2016 
7.
 
http:// en.m.wikipedia.org. Rickets 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə