258
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 3 (84)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 3 (84)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 3 (84)
YEGANƏ ŞƏKƏRƏLİYEVA
Azərbaycan Tibb Universiteti
E-mail: sh_yegana@rambler.ru
UOT 576.895.122
AŞAĞI ARAZIN BALIQLARININ TREMATODLARININ
EKOLOJİ-FAUNİSTİK TƏHLİLİ
Açar sözlər: Araz çayı, balıq, parazit, helmint, trematod, metaserkarı
Key words: the Araz River, fish, parasite, helminth, trematode, metacercaria
Ключевые слова: река Араз, рыба, паразит, гельминт, трематода, метацеркария
Araz çayı öz mənbəyini Türkiyədə yerləşmiş Bingəldağ sıra dağlarında 2990 m
hündürlükdən götürür. Çayın uzunluğu 1072 km, hövzəsinin sahəsi 101,9 min. km2-dir. Aranlığa
çıxana qədər sürəti 4 m/san-yə çatır. Mil-Qarabağ və Muğan düzləri daxilində axın daha sakit olur.
Suyunun bulanlığına dərəcəsinə (2,5-24,8 q/m3) görə dünya çayları arasında ilk yerlərdən birini
tutur. Kür çayının sağ qolu olub Sabirabad rayonunda ona qovuşur. Arazda 30 növə qədər balıq
yaşayır ki, bunların da, bir neçə yarımnöv istisna olmaqla, əksəriyyəti Kür üçün də səciyyəvidir.
Arazın bizim tədqiqat apardığımız aşağı hissəsində ilanbalıq, külmə, Qafqaz enlibaşı, qızılüzgəc,
həşəm, üstüzən, Amur enlibaşı, lil balığı, Kür altağızı, Kür qumlaqçısı, zərdəpər, Kür şirbiti,
şəmayı, Zaqafqaziya gümüşcəsi, Kür gümüşcəsi, qıjovçu, çapaq, kərkə, gümüşü dabanbalıq, çəki,
Kür çılpaqçası, Zaqafqaziya ilişgəni, qızılı ilişgən, qambusiya, sıf, iriboğaz xul, qumluq xulu qeyd
olunmuşdur. Su-bataqlıq quşlarından Aşağı Arazda böyük maygülü, kiçik maygülü, qaraboyun
maygülü, kiçik danquşu, sarı vağ, Misir vağı, iri ağ vağ, kürən vağ, adi qağayı, ağqanad sterna kimi
balıqyeyən növlər vardır [1, 2, 3].
Azərbaycanın daxili su hövzələrinin və Xəzər dənizinin bir çox rayonlarının balıqlarının
parazit faunası haqqında xeyli ədəbiyyat məlumatı olsa da [4, 5], həm balıq təsərrüfatı üçün, həm də
təbiətin mühafizəsi nöqteyi-nəzərindən müstəsna əhəmiyyəti olan Aşağı Arazın balıqlarının
parazitləri, o cümlədən trematodları, bizim apardığımız tədqiqatlara qədər öyrənilməmişdi.
Material və metodika
2009-2014-cü illərdə biz Aşağı Arazda yaşayan balıqların trematod faunasını tədqiq etmişik.
Bu məqsədlə aşağıda adı çəkilən 20 növə aid 258 ədəd balıq üzərində tam helmintoloji yarma [6]
aparılmışdır: külmə-Rutilus rutilus caspicus (Jakovlev, 1870), Qafqaz enlibaşı- Leuciscus cephalus
orientalis (Nordmann, 1840), adi qızılüzgəc-Scardinius erythrophthalmus (Linnaeus, 1758), Qafqaz
üstüzəni-Leucaspius delineatus delineatus (Hecker, 1843), lil balığı-Tinca tinca (Linnaeus, 1758),
Kür altağızı – Chondrostoma cyri Kessler, 1877, zərdəpər-Barbus capito (Güldenstaedt, 1773), Kür
şirbiti – B. lacerta cyri (Filippi, 1865), şəmayı-Chalcalburnus chalcoides (Güldenstaedt, 1772), Kür
gümüşcəsi-Alburnus filippi Kessler, 1877, qıjovçu-Alburnoides bipunctatus eichwaldi (Filippi,
1863), çapaq-Abramis brama orientalis Berg, 1949, gümüşü dabanbalıq-Carassius auratus gibelio
Bloch, 1782, çəki-Cyprinus carpio Linnaeus, 1758, Kür çılpaqçası-Barbatula brandti (Kessler,
1877), Zaqafqaziya ilişgəni-Cobitis taenia satunini Gladkov, 1935, qızılı ilişgən-C. aurata (Filippi,
1865), qambuziya-Gambusia affinis (Baird et Girard, 1853), iriboğaz xul-Neogobius kessleri gorlap
Iljin, 1949, qumluq xulu-N. fluviatilis pallasi (Berg, 1949). Bunun nəticəsində tapılmış bütün
trematodlar toplanıb müvafiq üsullarla fiksə edilmiş və kameral tədqiqatlar üçün laboratoriyaya
gətirilmişdir.
Tədqiqatin nəticələri və onlarin müzakirəsi
Aparılmış tədqiqatlar nəticəsində adı çəkilən balıqlarda 16 növ trematod aşkar edilmişdir.
Aşağıda həmin növlərin təsnifat icmalı verilir. Bu zaman parazitlərin hər bir sahibinin adının
yanında yoluxmanın ekstensivliyi (%) və yoluxmanın intensivliyi (ədəd), həmçinin biologiyası
haqqında müxtəlif ədəbiyyat mənbələrindən [7, 8, 9, 10, 11] götürülmüş çox qısa məlumatlar də
göstərilir.
259
Sinif TREMATODA Rudolphi, 1808
Dəstə FASCIOLIDA Skrjabin et Schulz, 1937
Fəsilə MONORCHIDAE Odhner, 1911
Asymphylodora tincae (Issaitschikoff, 1923)
Sahibi: lil balığı (100,0%), yoluxmanın intensivliyi 33-114 ədəd olmuşdur.
Lokallaşması: bağırsaq.
Çəkikimilər fəsiləsindən olan balıqların parazitidir, birinci aralıq sahibləri müxtəlif şirin su
ilbizləri, ikinci aralıq sahibləri isə dib orqanizmləridir.
Parasymphylodora markewitschi (Kulakowskaja, 1923)
Sahibi: gümüşü dabanbalıq (6,7%), yoluxmanın intensivliyi 2 ədəd olmuşdur.
Lokallaşması: bağırsaq.
Çəkikimilər fəsiləsinə aid balıqların bağırsaq parazitidir, birinci və ikinci aralıq sahibi şirin su
qarınayaqlı mollyusklarıdır.
Fəsilə Gorgoderidae Looss, 1899
Phyllodistomum elongatum Nybelin, 1926
Sahibi: Kür altağızı (16,7%), yoluxmanın intensivliyi 2-9 ədəd olmuşdur.
Lokallaşması: sidik axarları.
Çəkikimilər fəsiləsinə aid olan balıqlarda parazitlik edir, birinci aralıq sahibi Sphaerium və
Pisidium cinslərinə aid olan tayqapaqlı mollyusklardır. Bu helmintin serkariləri suya düşdükdə
quyruqları şişib çox iriləşir və balıq onları ağcaqanad sürfəsi hesab edərək udur. Ədəbiyyat
məlumatına görə [12] bu balıqların həmin parazitlə əsas yoluxma yoludur. O da qeyd olunur ki, bu
trematodun serkariləri onların birinci aralıq sahibi olan mollyuskun bədənində metaserkariyə də
çevrilə bilirlər və balıq bu cür vollyusku yedikdə yoluxur. Lakin bu yolla yalnız mollyuskun
çanağını sındıra bilən iri balıqlar yoluxurlar.
Fəsilə ALLOCREADIIDAE Looss, 1902
Allocreadium markewitschi Kowal, 1949
Sahibləri: Qafqaz enlibaşında (14,2%), qızılüzgəcdə (17,6%), üstüzəndə (1/5), gümüşü
dabanbalıqda (6,7%), yoluxmanın intensivliyi 2-8 ədəd olmuşdur.
Lokallaşması: bağırsaq.
Çəkikimilər fəsiləsindən olan balıqların bağırsaq parazitidir.
Fəsilə OPECOELIDAE Ozaki, 1925
Sphaerostomum bramae Mueller, 1776
Sahibləri: Qafqaz enlibaşın (14,2%), üstüzən (2/5%), Kür şirbiti (12,5%), Kür şəmayısı
(11,1%), Kür gümüşcəsi (18,8%), çəki (14,2%), yoluxmanın intensivliyi 4-15 ədəd olmuşdur.
Lokallaşması: bağırsaq.
Çəkikimilərin bağırsaq parazitidir, bəzən yırtici balıqlarda da müşahidə olunur; birinci aralıq
sahibi Bithynia tentaculata mollyusku, ikinci aralıq sahibi zəlilərdir.
Fəsilə DIPLOSTOMATIDAE Poirier, 1886
Diplostomum chromatophorum (Brown, 1931)
Sahibləri: Qafqaz enlibaşında (21,4%), qızılüzgəcdə (23,5%), zərdəpərdə (21,4%), Kür
şirbitində (25,0%), Kür gümüşcəsində (25,0%), qıjovçuda (12,5%), Kür çılpaqçasında (18,2%),
Zaqafqaziya ilişgənində (7,7%), qızılı ilişgəndə (17,6%), iriboğaz xulda (20,0%), qumluq xulunda
(9,1%), yoluxmanın intensivliyi 1-34 ədəd olmuşdur .
Lokallaşması: göz bülluru.
Metaserkariləri müxtəlif fəsilələrdən olan şirinsu balıqlarının göz büllurunda parazitlik edir;
birinci aralıq sahibləri Limnaea cinsinə aid olan şirinsu mollyuskları, definitiv sahibləri
qağayımkimilər fəsiləsindən olan balıqyeyən quşlardır.
D. helveticum (Dubois, 1923)
Sahibləri: Qafqaz enlibaşın (7,1%), gümüşü dabanbalıq (20,0%), yoluxmanın intensivliyi 3-
12 ədəd olmuşdur.
Lokallaşması: göz bülluru.
Metaserkariləri müxtəlif fəsilələrdən olan şirinsu balıqlarının göz büllurunda parazitlik edir;
Dostları ilə paylaş: |