Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə120/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   116   117   118   119   120   121   122   123   ...   134

258 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
YEGANƏ ŞƏKƏRƏLİYEVA  
Azərbaycan Tibb Universiteti 
E-mail: sh_yegana@rambler.ru 
UOT 576.895.122 
 
AŞAĞI ARAZIN BALIQLARININ TREMATODLARININ  
EKOLOJİ-FAUNİSTİK TƏHLİLİ 
Açar sözlər: Araz çayı, balıq, parazit, helmint, trematod, metaserkarı 
Key words: the Araz River, fish, parasite, helminth, trematode, metacercaria 
Ключевые слова: река Араз, рыба, паразит, гельминт, трематода, метацеркария  
Araz  çayı  öz  mənbəyini  Türkiyədə  yerləşmiş  Bingəldağ  sıra  dağlarında  2990  m 
hündürlükdən  götürür.  Çayın  uzunluğu  1072  km,  hövzəsinin  sahəsi  101,9  min.  km2-dir.  Aranlığa 
çıxana qədər sürəti 4 m/san-yə çatır. Mil-Qarabağ və Muğan düzləri daxilində axın daha sakit olur. 
Suyunun  bulanlığına  dərəcəsinə  (2,5-24,8  q/m3)  görə  dünya  çayları  arasında  ilk  yerlərdən  birini 
tutur.  Kür  çayının  sağ  qolu  olub  Sabirabad  rayonunda  ona  qovuşur.  Arazda  30  növə  qədər  balıq 
yaşayır  ki,  bunların  da,  bir  neçə  yarımnöv  istisna  olmaqla,  əksəriyyəti  Kür  üçün  də  səciyyəvidir. 
Arazın  bizim  tədqiqat  apardığımız  aşağı  hissəsində  ilanbalıq,  külmə,  Qafqaz  enlibaşı,  qızılüzgəc, 
həşəm,  üstüzən,  Amur  enlibaşı,  lil  balığı,  Kür  altağızı,  Kür  qumlaqçısı,  zərdəpər,  Kür  şirbiti, 
şəmayı,  Zaqafqaziya  gümüşcəsi, Kür  gümüşcəsi, qıjovçu, çapaq, kərkə,  gümüşü dabanbalıq, çəki, 
Kür çılpaqçası, Zaqafqaziya ilişgəni, qızılı ilişgən, qambusiya, sıf, iriboğaz xul, qumluq xulu qeyd 
olunmuşdur.  Su-bataqlıq  quşlarından  Aşağı  Arazda  böyük  maygülü,  kiçik  maygülü,  qaraboyun 
maygülü, kiçik danquşu, sarı vağ, Misir vağı, iri ağ vağ, kürən vağ, adi qağayı, ağqanad sterna kimi 
balıqyeyən növlər vardır [1, 2, 3]. 
Azərbaycanın  daxili  su  hövzələrinin  və  Xəzər  dənizinin  bir  çox  rayonlarının  balıqlarının 
parazit faunası haqqında xeyli ədəbiyyat məlumatı olsa da [4, 5], həm balıq təsərrüfatı üçün, həm də 
təbiətin  mühafizəsi  nöqteyi-nəzərindən  müstəsna  əhəmiyyəti  olan  Aşağı  Arazın  balıqlarının 
parazitləri, o cümlədən trematodları, bizim apardığımız tədqiqatlara qədər öyrənilməmişdi. 
Material və metodika 
2009-2014-cü illərdə biz Aşağı Arazda  yaşayan balıqların trematod faunasını tədqiq etmişik. 
Bu  məqsədlə aşağıda adı  çəkilən  20  növə  aid 258  ədəd balıq  üzərində  tam helmintoloji  yarma  [6] 
aparılmışdır: külmə-Rutilus rutilus caspicus (Jakovlev, 1870), Qafqaz enlibaşı- Leuciscus cephalus 
orientalis (Nordmann, 1840), adi qızılüzgəc-Scardinius erythrophthalmus (Linnaeus, 1758), Qafqaz 
üstüzəni-Leucaspius  delineatus  delineatus  (Hecker,  1843),  lil  balığı-Tinca  tinca  (Linnaeus,  1758), 
Kür altağızı – Chondrostoma cyri Kessler, 1877, zərdəpər-Barbus capito (Güldenstaedt, 1773), Kür 
şirbiti – B. lacerta cyri (Filippi, 1865), şəmayı-Chalcalburnus chalcoides (Güldenstaedt, 1772), Kür 
gümüşcəsi-Alburnus  filippi  Kessler,  1877,  qıjovçu-Alburnoides  bipunctatus  eichwaldi  (Filippi, 
1863), çapaq-Abramis brama orientalis Berg, 1949, gümüşü dabanbalıq-Carassius  auratus gibelio 
Bloch,  1782,  çəki-Cyprinus  carpio  Linnaeus,  1758,  Kür  çılpaqçası-Barbatula  brandti  (Kessler, 
1877), Zaqafqaziya ilişgəni-Cobitis taenia satunini Gladkov, 1935, qızılı ilişgən-C. aurata (Filippi, 
1865), qambuziya-Gambusia affinis (Baird et Girard, 1853), iriboğaz xul-Neogobius kessleri gorlap 
Iljin,  1949,  qumluq  xulu-N.  fluviatilis  pallasi  (Berg,  1949).  Bunun  nəticəsində  tapılmış  bütün 
trematodlar  toplanıb  müvafiq  üsullarla  fiksə  edilmiş  və  kameral  tədqiqatlar  üçün  laboratoriyaya 
gətirilmişdir.  
Tədqiqatin nəticələri və onlarin müzakirəsi 
Aparılmış  tədqiqatlar  nəticəsində  adı  çəkilən  balıqlarda  16  növ  trematod  aşkar  edilmişdir. 
Aşağıda  həmin  növlərin  təsnifat  icmalı  verilir.  Bu  zaman  parazitlərin  hər  bir  sahibinin  adının 
yanında  yoluxmanın  ekstensivliyi  (%)  və  yoluxmanın  intensivliyi  (ədəd),  həmçinin  biologiyası 
haqqında  müxtəlif  ədəbiyyat  mənbələrindən  [7,  8,  9,  10,  11]  götürülmüş  çox  qısa  məlumatlar  də 
göstərilir. 


259 
Sinif TREMATODA Rudolphi, 1808 
Dəstə FASCIOLIDA Skrjabin et Schulz, 1937 
Fəsilə MONORCHIDAE Odhner, 1911 
Asymphylodora tincae (Issaitschikoff, 1923) 
Sahibi: lil balığı (100,0%),  yoluxmanın intensivliyi 33-114 ədəd olmuşdur. 
Lokallaşması: bağırsaq. 
Çəkikimilər  fəsiləsindən  olan  balıqların  parazitidir,  birinci  aralıq  sahibləri  müxtəlif  şirin  su 
ilbizləri, ikinci aralıq sahibləri isə dib orqanizmləridir. 
Parasymphylodora markewitschi (Kulakowskaja, 1923) 
Sahibi: gümüşü dabanbalıq (6,7%), yoluxmanın intensivliyi 2 ədəd olmuşdur. 
Lokallaşması: bağırsaq. 
Çəkikimilər fəsiləsinə aid balıqların bağırsaq parazitidir, birinci və ikinci aralıq sahibi şirin su 
qarınayaqlı mollyusklarıdır. 
Fəsilə Gorgoderidae Looss, 1899 
Phyllodistomum elongatum Nybelin, 1926 
Sahibi: Kür altağızı (16,7%), yoluxmanın intensivliyi 2-9 ədəd olmuşdur. 
Lokallaşması: sidik axarları. 
Çəkikimilər  fəsiləsinə  aid  olan  balıqlarda  parazitlik  edir,  birinci  aralıq  sahibi  Sphaerium  və 
Pisidium  cinslərinə  aid  olan  tayqapaqlı  mollyusklardır.  Bu  helmintin  serkariləri  suya  düşdükdə 
quyruqları  şişib  çox  iriləşir  və  balıq  onları  ağcaqanad  sürfəsi  hesab  edərək  udur.  Ədəbiyyat 
məlumatına görə [12] bu balıqların həmin parazitlə əsas yoluxma yoludur. O da qeyd olunur ki, bu 
trematodun  serkariləri  onların  birinci  aralıq  sahibi  olan  mollyuskun  bədənində  metaserkariyə  də 
çevrilə  bilirlər  və  balıq  bu  cür  vollyusku  yedikdə  yoluxur.  Lakin  bu  yolla  yalnız  mollyuskun 
çanağını sındıra bilən iri balıqlar yoluxurlar.  
Fəsilə ALLOCREADIIDAE Looss, 1902 
Allocreadium markewitschi Kowal, 1949 
Sahibləri:  Qafqaz  enlibaşında  (14,2%),  qızılüzgəcdə  (17,6%),  üstüzəndə  (1/5),  gümüşü 
dabanbalıqda (6,7%), yoluxmanın intensivliyi 2-8 ədəd olmuşdur. 
Lokallaşması: bağırsaq. 
Çəkikimilər fəsiləsindən olan balıqların bağırsaq parazitidir. 
Fəsilə OPECOELIDAE Ozaki, 1925 
Sphaerostomum bramae Mueller, 1776 
Sahibləri:  Qafqaz  enlibaşın  (14,2%),  üstüzən  (2/5%),  Kür  şirbiti  (12,5%),  Kür  şəmayısı 
(11,1%), Kür gümüşcəsi (18,8%), çəki (14,2%), yoluxmanın intensivliyi 4-15 ədəd olmuşdur. 
Lokallaşması: bağırsaq. 
Çəkikimilərin bağırsaq parazitidir, bəzən yırtici balıqlarda da müşahidə olunur; birinci aralıq 
sahibi Bithynia tentaculata mollyusku, ikinci aralıq sahibi zəlilərdir. 
Fəsilə DIPLOSTOMATIDAE Poirier, 1886 
Diplostomum chromatophorum (Brown, 1931) 
Sahibləri:  Qafqaz  enlibaşında  (21,4%),  qızılüzgəcdə  (23,5%),  zərdəpərdə  (21,4%),  Kür 
şirbitində  (25,0%),  Kür  gümüşcəsində  (25,0%),  qıjovçuda  (12,5%),  Kür  çılpaqçasında  (18,2%), 
Zaqafqaziya  ilişgənində  (7,7%),  qızılı  ilişgəndə (17,6%),  iriboğaz  xulda  (20,0%),  qumluq  xulunda 
(9,1%), yoluxmanın intensivliyi 1-34 ədəd olmuşdur . 
Lokallaşması: göz bülluru. 
Metaserkariləri müxtəlif fəsilələrdən olan şirinsu balıqlarının göz büllurunda parazitlik edir; 
birinci  aralıq  sahibləri  Limnaea  cinsinə  aid  olan  şirinsu  mollyuskları,  definitiv  sahibləri 
qağayımkimilər fəsiləsindən olan balıqyeyən quşlardır. 
D. helveticum (Dubois, 1923)  
Sahibləri: Qafqaz enlibaşın (7,1%), gümüşü dabanbalıq (20,0%), yoluxmanın intensivliyi 3-
12 ədəd olmuşdur. 
Lokallaşması: göz bülluru. 
Metaserkariləri müxtəlif fəsilələrdən olan şirinsu balıqlarının göz büllurunda parazitlik edir; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə