Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)


Alınan nəticələr və onların müzakirəsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə123/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   119   120   121   122   123   124   125   126   ...   134

264 
Alınan nəticələr və onların müzakirəsi: 
Naxçıvan  MR-in  müxtəlif  iqlim  şəraitinə  malik  rayonlarında  bəslənilən    qoyunların  
S.gigantea ilə yoluxmasının öyrənilməsi  nəticəsində  əldə  edilən  məlumatların  müqayisəli analizi 
göstərir ki, heyvanların parazitlə yoluxma ekstensivliyi fərqlənir (cədvəl 1). 
Cədvəl 1 
Naxçıvan MR-in bəzi rayonlarında qoyunların Sarcocystis ilə yoluxması  
(2013-2016-cı illər) 
Rayonlar 
Yoxlanılan 
heyvanların  
ümumi  sayı 
S.gigantea 
S.tenella 
Yoluxan 
heyvanların 
sayı 
İE, % 
Yoluxan 
heyvanların 
sayı 
İE, % 
Naxçıvan ş. 
128 
31 
24,2 
62 
48,4 
Şahbuz 
23 


11 
47,8 
Şərur 
39 


20 
51,3 
Babək 
36 

11,1 
21 
58,3 
Culfa  
22 


13 
59,1 
Ordubad  
19 

21,1 
11 
57,9 
Naxçıvan  şəhər  kəsim  məntəqəsində  kəsilən  128  baş  qoyundan  31-də  (24,2%),  Ordubad 
rayonunda tədqiqat apardığımız müddətdə müxtəlif fərdi təsərrüfatlarda  kəsilən 120 baş qoyundan 
7-də (5,83%), Babək rayonunda isə 36 baş qoyundan 4-də (11,1%) S.gigantea-nın makrosistalarına 
təsadüf edilmişdir. Culfa rayonunda 22, Şahbuz rayonunda 23, Şərur rayonunda isə müayinə edilən  
39 baş qoyunun heç birində S.tenella makrosistalarına təsadüf etmədik (cədvəl 1). 
Ümumiyyətlə,  yoluxan  heyvanların  müayinə  edilən  orqanlarından  ancaq  qida  borusunda 
S.gigantea  makrosistalarına təsadüf edilmiş və ölçüləri götürülmüşdür.  
Qoyunların qida borusu əzələlərində  təsadüf etdiyimiz S.gigantea  sistaları ağ rəngli, yumru 
ellipsvarı  formada  olub  yetkinlik  dərəcəsinə  görə  fərqlənmişlər.  Ən  kiçik  sistaların  ölçüsü  orta 
hesabla  2-4x4-7  mm,  böyüyünün  isə  4-8x10-11  mm  olmuşdur.  Ən  çox  təsadüf  edilən  böyük 
sarkosistalar 200 mq ağırlığında olmuşdur. 
Qida  borusu,  diafraqma,  qarın  əzələləri,  ürək  və  dil  əzələləri  tədqiq  edilərkən  onların 
S.gigantea ilə yoluxması ilə bərabər S.tenella mikrosistalarına da təsadüf edilmişdir (cədvəl 1).  
Qoyunların  Sarcocystis  tenella  ilə  yoluxmasının  ekstensivliyinin  öyrənilməsi  nəticəsində  
alınan  nəticələrin  rayonlar  üzrə  müqayisəli  şəkildə  analizi  göstərir  ki,  invaziyanın  ən  yüksək 
ekstensivliyi orta hesabla, Culfa rayonu ərazisində  (59,1%), ən az ekstensivliyi isə Şahbuz rayonu 
ərazisində rast (47,8%) gəlinmişdir.  
Qoyunların eyni zamanda S.tenella ilə yanaşı S.gigantea ilə yoluxması haqqında məlumatları 
müqayisəli  şəkildə  analiz  etdikdə  məlum  olmuşdur  ki,  Naxçıvan  MR-də  qoyunların  S.tenella  ilə 
yoluxması  S.gigantea-ya  nisbətən  yüksəkdir,  S.tenella  mikrosistalarına  tədqiqat  apardığımız 
respublikanın  bütün fiziki-coğrafi zonalarda demək olar ki, təsadüf edilmişdir.  
Qoyunların yaşından asılı olaraq S.gigantea ilə yoluxması da öyrənilmişdir. Bu məqsədlə  1 
yaşa qədər, 1 yaş, 1 yaşdan yuxarı və 2  yaşdan  yuxarı toğlu və yaşlı qoyunların qida borusu, qarın 
əzələləri,  ürək,  dil  və  skelet  əzələləri  müayinə  edilmişdir  (cədvəl  2).  Müayinə  edilən  orqanlardan 
qida  borusunda  S.gigantea  makrosistalarına  təsadüf  edilmişdir.  Digər  orqanlarda  isə  parazitin 
sistalarına  rast gəlinməmişdir.  
Vizual  müşahidələr  zamanı  güclü  yoluxmalar  hallarında  yem  borusunun  şişdiyi  müşahidə 
edilmişdir.  Kiçik  ölçülü  sistalar  əzələ  liflərinin  arasında  olduğundan  əzələləri  skalpel  vasitəsilə 
yardıqda  sistalar  görünmüşdur.  Qida  borusu  əzələlərində  təsadüf  edilən  S.gigantea  sistaları 
yumurtavarı  formada  olmuşdur.  Sistalar  yem  borusunun  udlağa  yaxın  hissəsində  daha  çox 
lokalizasiya olunduğu aşkar edilmişdir.   
 


265 
Cədvəl 2 
Qoyunların S.gigantea ilə yoluxmasının yaşdan asılılığı (2009-2013-cü illər) 
Heyvanların 
yaşı 
Heyvanların sayı 
İE, % 
İİ 
yoxlanılan 
yoluxan 
1 yaşa qədər 
90 

4,4 
1-2 
1 yaşdan yuxarı  
110 

7,3 
4-6 
2 yaşdan yuxarı 
105 
22 
20,9 
7-9 
Cədvəl  2-də  verilən  məlumatlara  əsasən  göstərmək  olar  ki,  heyvanların  yaşı  artdıqca 
invaziyanın  ekstensivliyi  də  artır.  Yəni,  heyvanların  yaşı  artdıqca  onların  S.gigantea  ilə  yoluxma 
ekstensivliyi də artır. 1 yaşa qədər olan heyvanlarda invaziyanın ekstensivliyi 4,4% (90/4), 1 yaşdan 
yuxarı olan heyvanlarda 7,3% (110/8), 2 yaşdan yuxarı olan heyvanlarda isə 20,9%-dir (105/22). 
Qeyd  edilən  yaş  qrupundan  olan  qoyunların  qida  borusunun  S.gigantea  ilə  yoluxmasının 
intensivliyinin  öyrənilməsi  göstərir  ki,    yaşlı  heyvanlarda  xəstəliyin  intensivliyi  cavan  heyvanlara 
nisbətən  yüksək  olmuşdur.  2  yaşdan  yuxarı  qoyunlarda  qida  borusunda  3  sm
2
  sahədə  7-9  sista 
yerləşdiyi  halda,  bir  yaşa  qədər  olan  heyvanların  qida  borusunun  qeyd  edilən  sahəsində  təsadüf 
edilən  sistaların  sayı  1-2  olmuşdur.  Eyni  zamanda  cavan  heyvanlarda  təsadüf  etdiyimiz  sistaların 
ölçüləri (3,5-4x4,5-6,8mm),  yaşlı heyvanlarda təsadüf etdiyimiz sistaların ölçülərindən (5,6-8,2x9-
10,5mm) kiçik olmuşdur. 
Yaşlı  heyvanlarda  xəstəliyin  ekstensivliyinin  yüksək  olması,  onların  fərdi  inkişaf  dövründə 
parazitlə daha çox təmasda ola bilməsi ehtimalının yüksək olması ilə izah edilə bilər.  
Cədvəl  2-dən  göründüyü  kimi  yaşdan  asılı  olaraq  qoyunların  S.gigantea  ilə  yoluxma 
ekstensivliyinin belə  yüksək  olması  heyvanların  yaşından   çox,  yemin,  otlaq  sahələrinin  və s. itlər 
tərəfindən parazitin sporosistaları ilə çirklənməsindən asılıdır.      
Son sahibin ifraz etdiyi sporosistaların xarici mühitdə invazion xüsusiyyətinin uzun müddət 
saxlaması  ilə  də  əlaqədar  olaraq  otyeyən  heyvanlarda  invaziyanın  ekstensivliyi  həmişə  yüksək 
səviyyədə saxlanılır.  
Belə  bir  nəticəyə  gəlmək  olar  ki,  heyvanların  yoluxma  ekstensivliyi  onların  saxlama 
şəraitindən  və  otladıqları  otlaq  sahələrinin  bu  parazitin  əsas  sahibi  olan  xəstə  pişiklər  və  itlər 
tərəfindən ifraz olunan sporosistalar ilə “çirklənməsindən” asılıdır. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Azərbaycan  heyvanlar  aləmi.  I  cild,  akad.  M.Ə.Musayevin redaksiyası  ilə,  Bakı:  Elm,  2012, 
216 s. 
2.
 
Bayramov A.B., Məhərrəmov M.M., Məmmədov İ.B. və b. Naxçıvan Muxtar Respublikasının 
onurğasızlar faunasının taksonomik spektri. Naxçıvan,  Əcəmi, 2014, 320 s. 
3.
 
Məmmədov İ.B. Naxçıvan Muxtar Respublikasında ev qoyunlarının sarkosporidiozu//AMEA 
zoologiya institutunun əsərləri, Bakı: Elm, 2006, c. XXVIII, s. 566-570 
4.
 
Namazova  A.A.  Azərbaycanin  bəzi  rayonlarinda  ekoloji  şəraitdən  asili  olaraq  qoyunlarin 
sarkosporidilərinin  (Sporozoa,  Apicomplexa)  parazitoloji  və  biokimyəvi  tədqiqi.  biol.  elm. 
nam. ...  dis. avtoreferatı. Bakı, 2014, 23 s. 
5.
 
Aydenizöz  M.,  Karaer  Z.,    İlkme  A.N.,  Atmaca  N.T.    Kırıkkale    belediyye    mezbahasında 
kesilen  koyunlarda    Sarcocystis  türlerinin  yaygınlığı,  Türkiye  Parazitoloji  Dergisi,  2007,  c. 
31, № 4, s. 272-276 
6.
 
Cem  Ecmel  Şaki.,  Serdar  Deger.,  Edib  Özer.  Türkiyede  Sarkosporidiosis//YYU    Veteriner 
Fakültesi  Dergisi, Van,  2010, c.21 , s. 129-134  
7.
 
Бейер  Т.В.  Клеточная  биология  споровиков  возбудителей  протозойных  болезней 
животных и человека. Ленинград: Наука, 1989,183 с. 
8.
 
Вершинин И.И.  Жизненные  циклы, патогенность и дифференциация кокцидий родов  
Sarcocystis и Cystosospora: Автореф. дис. … докт. бол. наук. Тюмень, 2000, 44 с.    


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə