Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə125/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   121   122   123   124   125   126   127   128   ...   134

268 
İstər  yeni  təlim  texnologiyalarından,  istərsə  də  «interaktiv  metodlardan  istifadə  edən 
biologiya  müəllimi  özü  interaktiv  texnologiyalardan  istifadəyə  hazır  olmalı,  dərsə  qədər  didaktik 
materiallar,  tapşırıqlar  hazırlamalı, dərsdə şərh  edəcəyi  mövzunu  əvvəlcədən nəzərə  almağı  bacar-
malıdır.  Əvvəlki  illərdən  fərqli  olaraq  hazırda  ali  və  orta  məktəblərdə  əksər  müəllimlər  artıq  yeni 
təlim texnologiyalarından istifadə еdirlər. Məktəblərin maddi-texniki bazasının zənginləşdirilməsini 
nəzərə  alsaq, indi bu problem 60%-70%  həllini tapmış hesab olunur. Əslində  «interaktiv»  anlamı 
«qarşılıqlı fəaliyyətə əsaslanan» deməkdir. «İnteraktiv» anlayışı altında məşğələ vasitəsilə öyrənən-
lərə  biliklərin  verilməsi  zamanı  onların  idrak  fəaliyyəti  başa  düşülməlidir.  Yeni  pedaqoji  tex-
nologiyaların tətbiqi şəraitində təlimin başlıca ideyası nəyi isə birlikdə öyrənməkdir. Təhsilin infor-
masiyalaşdırılması,  konstruktiv  təlim,  interaktiv  metod  və  üsullar,  respublikamızda  2000-ci  illərin 
əvvəllərindən start götürmüş informasiyalaşdırma strategiyası artıq orta və ali məktəblərdə prioritet 
sahə təşkil edir.  
Fikrimizcə,  bu,  iki  tərəfin,  yəni  öyrənən-öyrədənin  bir-biri  ilə  anlaşması  sayəsində  səmərə 
verə bilər. Məktəblərdə fənlərin tədrisində kompüter texnologiyasından istifadə edilməsi şagirdlərin 
bir  intellekt  kimi  də  formalaşmasına  kömək  edir.  Təhsil  sistemi  hər  gün  dəyişən  texnologiyaların 
inkişaf  ritmi  ilə  rəqabət  edə  bilməsə  də,  bu  inkişafdan  faydalanır,  tədris  prosesinə  fərqlilik  gətir-
məyə çalışır. Bu rəqabət həmişə olacaq və təhsil sahəsində  yeniliklər etmək istəyən metodistlər də 
fərqli  metodika  axtarışlarını  davam  etdirəcəkdir.  Beləliklə,  texnologiyalar  dəyişdikcə,  inkişaf 
etdikcə yeni pedaqoji metodikalar da daim yenilənəcək, bir-birini əvəz edəcəkdir. 
Biologiyanın tədrisində yüksək səmərəyə nail olmağın birinci şərti mövzunun məzmunundan 
asılı olaraq əyanilik prinsipinə əməl edilməsidir. Əyanilik prinsipinin əsasında dayanan bir sıra qa-
nunauyğunluqların nəzərə alınması tədris prosesinin təşkilində mühüm əhəmiyyət daşıyır:  1. İnsa-
nın  hiss  orqanları  xarici  qıcıqlara  qarşı  müxtəlif  həssaslığa  malikdir;  2.  Əlaqə  imkanlarının 
reseptorlar  vasitəsilə  mərkəzi  sinir  sisteminə  informasiyanı  ötürmə  qabiliyyəti  müxtəlifdir:  optik 
əlaqə  kanalı  -  1,6x10
6
  bit/san;  takdil  (lamisə)  əlaqə  -  0,13x10
6
  bit/san;  akustik  əlaqə  -  0,32x10
6
 
bit/san.  Görmə  orqanları  daha  çox  həssas  olduğundan  onlar  eşitmə  orqanlarına  nisbətən  beyinə  5 
dəfə, takdil orqanlara nisbətən isə təxminən 13 dəfə çox informasiya verir; 3. Beyinə görmə orqan-
ları (optik kanal) vasitəsilə daxil olan informasiya hafizədə asan, tez və möhkəm iz buraxır. Təbii 
ki,  bioloji  proseslərin  sadə  mühazirə  şəklində  izahı  öyrənmə  prosesini  durğun,  monoton  edir. 
Əksinə,  sadalanan  bioloji  proseslərin  interaktiv  üsullarla  YTT-dən  istifadə  edərək  multimedialı 
təqdimatı  öyrənmə  prosesinə  xüsusi  canlılıq  gətirir.  Çünki  canlı  təbiətin  obyektlərinin  bilavasitə 
müşahidə edilməsi, onların müqayisə və təyin edilməsi, onlar üzərində tədqiqat aparılması идракын 
inkişafına səbəb olur.  
Bəzən  öyrənənlər  əyaniliklə  əyani  metodu  qarışıq  salırlar.  Bu  problemi  də  yeni  texnolo-
giyaların vasitəsilə həll etmək олаr.  Məsələn,  «Böyük və kiçik qan dövranı» mövzusunun tədrisi 
zamanı  bilik  mənbəyi  mövzuya  aid  videoматериал,  digər  multimedialı  təqdimatlardırsa,  bu  əyani 
metoddur.  Müəllimin  izahı  fonunda  hər  hansı  slaydların  nümayişi  isə  əyanilikdir.  Tədqiqatlar  za-
manı müəyyənləşdirdik ki, müəllimlər bəzən bu faktı nəzərə almır, passiv dinləyici auditoriyası qar-
şısında  çıxış  etməyə  üstünlük  verirlər.  Qədim  Çin  filosofu  Konfusinin  dediyi  aşağıdakı  müdrik 
kəlam  şagird  müstəqilliyini,  fəallığını  düzgün  əks  etdirir:  «Qulaq  asıram  -  unuduram,  görürəm  - 
yadda saxlayıram, özüm edirəm-anlayıram». Biologiyadan öyrənənlərin praktik bilik və bascarıqları 
onların müstəqil işlərində mühüm rol oynamaqla biliklərin tətbiqinə də şərait yaradır.  
Sosioloqların nəticələrinə görə ən yaxşı və mükəmməl deyilmiş mühazirənin yalnız 35%-i yad-
daşda qalır. Lakin şagirdin özünün fəaliyyətinə şərait yaradılarsa, bu həm uzunmüddətli yaddaqalmaya, 
durğunluğun  aradan  qaldırılmasına,  çox  zaman  isə  yeni  araşdırmaların  üzə  çıxmasına  səbəb  olur.  Bu 
mənada  biologiyanın  tədrisi  prosesində  informasiya  texnologiyalarından  istifadə  öyrənənlərin  bütün 
duyğu üzvlərinə təsir etməkdə əvəzsiz rol oynayır, onları tədris prosesinə cəlb edir.  
         Dünyada sürətlə gedən inkişaf təlim texnologiyalarına da təsir edir. Araşdırmalar zamanı çox 
maraqlı  təcrübələrə  rast  gəldik.  Elmqlobal.com  adresində  (138)  fərqli  format  diqqətimizi  çəkdi. 
Burada  müxtəlif  avadanlıqlar  istifadə  olunur:  müəllim  əlindəki  tabletdə  müəyyən  işlər  görərkən 
bunu elektron lövhədə bütün sinif izləyə bilir. Doğrudur, bu üsul istifadə etdiyimiz avadanlıqlardan 
prinsipcə çox fərqlənməsə də, effekti böyükdür. Fikrimizcə, bu cür fərqli avadanlıqlar öyrənənlərdə 


269 
həyəcan  yarada,  biologiya  elminin  öyrənilməsində  əlavə  stimul  ola  bilər.  Müəllim  auditoriyada 
gəzişərək  mühazirə  aparır.  Bəzən  bioloji  prosesin  əyani  şəkildə  baxılması  üçün  tabletdə  yığılmış 
informasiyalardan əli ilə işarə edir və bunu öyrənənlər lövhədə izləyir ki, bu, interaktivlik üçün də 
şərait  yaradır.  Təklif  edilmiş  elektron  vəsaitlər  yadda  saxlama  və  anlama  mərhələlərinin  daha 
mükəmməl olaraq reallaşmasına xidmət edir. Təbii ki, bu vəsaitlər virtual olmayan maddi  məhsul 
istehsalına  yönəlmiş    təlimi  heç  cür  əvəz  edə  bilməz.  Bu  vəsaitlər  nəzəri  bilikləri  daha  dərindən 
mənimsənilməsinə və başa düşülməsinə xidmət edir. İnternet saytlarında «Təhsildə  İKT»;  «ICT in 
biology»;  «ИКТ  в  биологии»  və  s.  başlıqlı  ilə  bir  çox  məqalələr,  elmi  araşdırmalar,  layihələrlə 
tanış olmaq mümkündür. 
        Başqa  bir  medodikada  Youtube-dan  götürülmüş  biologiyaya  aid  videomaterialların  səsini 
bağlamaqla  izahının  auditoriyadan  tələb  edilməsi  də  öyrənənlər  arasında  marağa  və  yarışmaya 
səbəb olmuşdur. Ümumiyyətlə, тədris materiallarının mənimsənilməsinin dörd səviyyəsi мялумдуr: 
öyrənmə, yadda saxlama, anlama və tətbiqetmə.  
       Tətbiq  etdiyimiz  sistem  bundan  ibarətdir  ki,  hər  auditoriyanın  tələb  və  təklifləri  də  nəzərə 
alınsın.  Məsələn,  botanikadan  hazırlanmış  multimedialı  təqdimatda  üllistrasiyaları  izahlı  təqdimi 
zəruri  olduğu  halda,  ümumi  biologiyada  daha  mürəkkəb  fizioloji  proseslər  müəllimin  шярщи  ilə 
nümayiş  olunmalı,  müzakirə  üçün  də  vaxt  ayrılmalıdır.  Bundan  məqsəd  aşağı  sinif  şagirdlərinin 
həm  eşitmə,  həm  də  görmə  analizatorunu  eyni  anda  qıcıqlandırıb  yüksək  səmərə  qazanmaq  və 
prosesi daha asan  yolla  başa salmaqdır.  Botanika-zoologiya  fənlərinin tədrisi zamanı bitki və hey-
vanların təsnifatı, morfologiyası və s. məsələlərin öyrədilməsini əyləncəli, daha maraqlı təqdim edib 
yüksək  səmərə  almaq  olar:  Botanika  üzrə  rəngarəng  şəkillərlə  zəngin  slaydların  nümayiş  etdirilib 
müqayisə  etmək,  şəkildəki  bitkinin  hansı  sinfə,  fəsiləyə  aidliyini  və  s.  soruşmaq;  Zoologiya  üzrə 
əyləncəli krosvordların tərtib edilməsi.  
ƏDƏBİYYAT 
1.
 
Babayeva Z.Y. Biologiyanin tədrisində yeni təlim texnologiyalarindan istifadənin metodikasi 
(metodik vəsait). Təhsil, Bakı, 2009, 152 səh. 
2.
 
Babayeva Z.Y.Biologiyanın tədrisində interaktiv təlimdən istifadə. «Tədris prosesinin təkmil-
ləşdirilməsinin pedaqoji-psixoloji problemləri» beynəlxalq konfransın materialları, Naxçıvan, 
2011, 3 səh. 
3.
 
Babayeva Z. Integrating the latest technology in the teaching Biology. "International Journal 
of Home Science". Archives, 2016 (Vol-2, Issue-1) Part A, p.1-4  
4.
 
R. Smythe & K. F. Lovatt. Applications of the computer in biology teaching: computer 
assisted  and  computer  managed  learning  DOI:  10.1080/00219266.1979.  9654256  pages 
207-220/  Published  online:  13  Dec  2010/  http://www.tandfonline.  com/doi  /abs/ 
10.1080/00219266.1979.9654256  
5.
 
Абышов Н.А. Применение ИКТ повысит качество образования // Дистанционное и виртуаль-
ное обучение, 2011, №3, 56-63  
6.
 
Петрова О.Г. Чему и как можно научить в среде электронного обучения 1:1. Электрон-
ный  ресурс.  Материалы  Международной  конференции  "Чему  и  как  учиться  и  учить  в  XXI 
веке. Сбор. Тез. докл. М., 2008 
7.
 
http://www.smartcongress.ru/#!/c1bwl    
8.
 
http://mimio.az/light/?page_id=68   
9.
 
tqdk.gov.az/news/monitoring/120/   
10.
 
http://kayzen.az/tag/Konfutsi/    
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə