Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə133/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   126   127   128   129   130   131   132   133   134

285 
Ölkəmizdə  fəaliyyət  göstərən  məktəb  psixoloqları  daha  çox  diqqət  tələb  edən  və  müzakirə 
olunan praktik psixoloqlardır. Məktəb psixoloqunun fəaliyyətinin özünəməxsus xüsusiyyətləri var-
dır. Bu xüsusiyyətlər onların fəaliyyət göstərdikləri təhsil müəssisələrinin funksiyalarından qaynaq-
lanır. Burada əsas məsələ gənc nəslin sağlam psixoloji inkişafı, təlim və tərbiyəsidir. Bunun öhdə-
sindən  gəlmək  üçün  isə  bir  sıra  peşə  bacarıqlarına  yiyələnməlidir.  Peşə  bacarıqlarına  yiyələnməsi 
onun  şəxsi  keyfiyyətlərindən  aslıdır.  Bu  baxımdan  məktəb  psixoloqunun  şəxsi  keyfiyyətlərinin, 
peşə bacarıqlarının öyrənilməsi vacib məsələlərdəndir.  
Məktəbdə psixoloji xidmətin üç mühüm əhatə sahəsi mövcuddur:1. Müasir məktəb şəraitində 
psixoloji biliklərin professional tətbiqinin yol, vasitə və metodlarını yaratmaq məqsədilə şagirdlərdə 
psixi  inkişafın  və  şəxsiyyətin  formalaşmasının  qanunauyğunluqlarını  öyrənmək  (elmi  aspekt);  2. 
Tədris proqramlarının tərtibi, dərsliklərin hazırlanması, didaktik və metodik materialların psixoloji 
əsaslarının işlənməsi, müəllimin psixoloji hazırlığı və s. sahələri özünə daxil etməklə bütün təlim 
tərbiyə  prosesini  psixoloji  cəhətdən  təmin  etmək(tətbiqi  aspekt);  3.Psixoloqların  məktəbdə  bilava-
sitə  işləmələri  (praktik  aspekt).  Əlbəttə  bu  aspektlərin  məqsəd  və  vəzifələrinin  yerinə  yetirilməsi 
üçün icaraçıdan xüsusi peşəkar hazırlıq tələb edir.(1, s.244) 
Təhsil  sisteminin  psixoloqu  üçün  əhəmiyyətli  peşəkar  keyfiyyətlərinin  formalaşması  və 
inkişafı  probelminə  diqqət  1990-cı  ildən,  V.İ.Dolqovoy,  İ.B.  Dubrovinoy,  V.N.Karandaşev,  
A.A.Krılov,  R.S.Nemov, R.V.Ovçarov, V.E.Paxalyana, E.İ.Roqov,  İ.V.Şevsov öz tədqiqatlarında 
əks  etdirərək  vurğulayırlar  ki,  yerli  nəzəriyyə  və  praktika  bu  məsələ  barəsində  dəqiq  məlumata 
malik deyil. (4,s.63) 
VV.Rubsova görə psixoloq öz fəaliyyətini düzgün qura bilməsi üçün ilk əvvəl özünü təhsilin 
qayğısına qalmalıdır: 
•  psixologiya sahəsində keçirilən elmi-praktik konfranslar, dəyirmi masa və  diskussiyalarda, 
təcrübəli praktik psixoloqların seminarlarında iştirak etmək; 
•  məktəb təcrübəsi üçün spesifik və ya qeyri spesifikpsixoloji vəziyyətin, hal və situasiyaların 
yaranma səbəbləri, təzahürləri və həlli yolları ilə bağlı biliklərini genişləndirmək; 
•  diaqnostika və korreksiya təcrübəsini artırmaq; 
•  kitabxana  və  ya  mağazalarda,  kitab  sərgilərində,  təhsil  yarmarkalarında  olmaq,  İKT-dən 
istifadə etməklə yeni psixoloji ədəbiyyatlarla tanış olmaq; 
•  yaş, inkişaf və təlim psixologiyasının müasir metodları ilə tanış olmaq; 
•  dünyanın tanınmış praktik psixoloqlarının biblioqrafiyası və iş təcrübəsi ilə tanış olmaq; 
•  magistratura, doktorantura pillələri üzrə ixtisas təhsilini artırmaq, ixtisasartırma kurslarından 
keçmək.(6,  s.4)Рубцов  В.В.  Служба  практической  психологии  образования: 
современное состояние и перспективы развития // Вопросы психологии, 2003, №6, с. 
32-40. 
Türkiyənin psixoloqları da məktəb psixoloqunun fəaliyyəti, vəzifələri, peşə bacarıqları, şəxsi 
xüsusiyyətlərini  araşdıran  tədqiqatlar  aparmışdır.  Məsələn,  türk  tədqiqatçısı  Muslu-Köseoğlu 
İstanbulda  məktəb,  xəstəxana  və  psixoloji  mərkəzlərdə  fəaliyyət  göstərən  praktik  psixoloqların 
empatiya bacarığının, iş stresinin şəxsi xüsusiyyətlər  arasındakı aslılığı müəyyən etmişdir. Mehmet 
Salih Özgün “Okul Psikolojik Danışmanlarının Kişilik Özellikleri İleMesleki Yetkinlik Beklentileri 
Arasindaki  İlişkinin  İncelenmesi”,E.Ceyhan  “Mesleki  Sorun  Düzeyleri  FarklıOkul  Rehber 
Öğretmenlerinin  Kişisel  ve  Sosyal  Uyum  Düzeylerinin  İncelenmesi”,    A.Malkoç-İstengel    “Okul 
Rehber Öğretmenlerinin Kişilik Özellikleri ve İşStresleri Arasındaki İlişki Düzeyinin İncelenmesi”  
adlı  tədqiqat  işlərində  məktəb  psixoloqlarının  peşəkarlıq  səviyyəsinin  şəxsi  keyfiyyətlərindən 
asılılığını öyrənmişdir.  
Məktəbdə  psixoloji  xidmətin  geniş  inkişaf  etdiyi  ABŞ-da  məktəb  psixoloqunun  işində 
problemin həllinin xüsusi prinsipləri və texnikası bir çox mütəxəssislər tərəfindən müzakirə edilir.  
Amerikada fəaliyyət göstərən CACREP (The Council for Accreditation of Counseling and Related 
Educational  Programs)  adlanan  təşkilat  məktəb  psixoloqlarının  sahib  olmalı  şəxsi  keyfiyyətləri, 
peşə bilikləri və peşə bacarıqlarını aşağıdakı kimi sıralayıb:  
a)
 
Məktəb  psixoloqları  şagirdləri  hər  tərəfli  inkişaf  etdirmək  üçün  inkişaf  etdirici  psixoloji 
proqramlar hazırlamaq və tətbiq etmək bacarığına sahib olmalıdır. 


286 
b)
 
Şagirdlərin  təlimdə  müvəffəqiyyətini  artıra  bilmək  üçün  lazım  olan  metodikaları  istifadə 
etməyi bacarmalıdır. 
c)
 
Müəllimlərlə,  məktəb  rəhbərliyi  ilə,  ailələrlə  və  müxtəlif  qruplarla  konsultasiya  aparmaq 
üçün lazım olan bilik  və bacarıqlarına sahib olmalıdır. 
d)
 
Hüquqlarını və etik qaydaları bilməlidir.  
e)
 
Məktəb  psixoloqu  olaraq  şagirdlər  üçün  inkişafetdirici  proqramalar  hazırlamalı  və  tətbiq 
etməlidir. 
f)
 
Təhsil sistemində olan digər müəssisələrlə əlaqə qurmağı və birlikdə işləməyi bacarmalıdır. 
(3, s.16-19). 
R.M.Hause  və  R.L.Hayesa  görə,  məktəb  psixoloqlarının  indiki  vəzifələri;  psixoloji  xidmət 
göstərmək,  daha  çox  fərdi  problemlərlə  maraqlanmaq,  şagirdlərin  problemlerini  terapevt  kimi  həll 
etmək,  fərdi  və  qruplarla  işləmək,  ən  vacibi  isə  onların  psixoloji  və    sosial  inkişafına  diqqət 
yetirməkdir.    Məktəb  psixoloqlarının  gələcəkdəki  vəzifələri  isə  indikindən  daha  fərqli  və  geniş 
olacaqdır.  Belə  ki,  məktəb  psixoloqları  şagirdlərin  akademik  müvəffəqiyyətini  düşünən,  bütün 
məktəb  və  sistemlə  maraqlanan,konkret  vəzifələri  olan,  bütün  şagirdləri  psixoloji  inkişafını  əhatə 
edəcək  proqramlar  hazırlayan,  məktəb  və  cəmiyyətdəki  digər  insanlarla  əməkdaşlıq  edən 
mütəxəssislər olacaqdır.(8, s. 250) 
Göründüyü  kimi  məktəb  psixoloqunun  peşə  hazırlığı  onun  insan  psixikası  haqqında 
inteqrasiyalı biliklərə malik olması ilə müəyyənləşir. Ona görə də çox sahəli xidmət göstərməli olan 
məktəb psixoloqu bir sıra bacarıq və səriştələrə,  şəxsi və ixtisas keyfiyyətlərinə malik olmalı,  yaş, 
pedaqoji,  fizioloji,  psixoloji,  sosial  elmlər  sahəsindəki  biliklərdən  yararlanmalıdır.  Praktik 
psixoloqun  peşənin  tələb  etdiyi  şəxsi  keyfiyyətlərə  və  ixtisas  bacarıqlarına  sahib  olması  onun 
fəaliyyətinin səmərəliliyinə, işini düzgün, dəqiq, səriştəli  yerinə yetirməsinə  mühüm təsir göstərir. 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
M.Ə.Həmzəyev. Pedaqoji psixologiya. Bakı, Maarif,1991, 296s. 
2.
 
İlhan Yalçın. 21.Yüzyılda Psikolojik Danışman. Ankara Üniversitesi Eğitim Bilimleri Fakültesi 
Dergisi,2006, cilt:39, sayı 1, 117-133s. 
3.
 
Hatice  Hatipoğlu.  Okullarda  yürütülen  psikolojik  danışma  ve  rehberlik  uygulamalarının 
belirlenmesi ve bazı değişkenler açısından incelenmesi. Yüksek lisans tezi, Adana,2010,156s. 
4.
 
П.А.  Геннадьевна.  психологическая  защита  как  профессионально  важное  качество 
педагогов-психологов  в  процессе  профессионализации.  Диссертация  на  соискание 
ученой степен кандидата психологических наук. Ярославль, 2014, 250с. 
5.
 
Вопросы практической психодиагностики и консультирования в ВУЗЕ / Под ред. Обозов 
Н.Н., Л.: Изд-во ЛГУ, 1984,153с. 
6.
 
Рубцов  В.В.  Служба  практической  психологии  образования:  современное  состояние  и 
перспективы развития, Вопросы психологии, 2003, №6, с. 32-40. 
7.
 
Степанова, М.А. О критериях профессионализма школьного психолога / М.А. Степанова 
Вопросы психологии. – 2002. – № 1. – С. 85-95. 
8.
 
House,  R.  M.,  Hayes,  R.  L.  (2002),  “School  Counselors:  Becoming  Key  Players  in  School 
Reform”, Professional School Counseling, 5 (4), 249- 257. 
 
 
ABSTRACT 
Aynur İskhandarova 
The bases of the scientific-theoretical of learning personal 
 qualities of practical psychologist 
Identified the most important individual-personal qualities of the psychologist: the ability to 
communicate;  ability  to  explain  correctly  and  quickly  find  the  solution  in  this  situation;  to  be 
persistent  and confident  in making  decisions; to be  patient, tolerant,  and  emotionally stable; to be 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə