Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə128/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   124   125   126   127   128   129   130   131   ...   134

274 
Təcrübənin aparılması metodikası. 
 
İki stəkanın hər birinə 100 ml xlorid turşusu töküb onlardan birinə sink, digərinə maqnezium 
salınır. Stəkanlarda hidrogenin qabarcıqlarının  ayrılması intensivliyinə görə müxtəlif metalın eyni 
turşu  ilə  qarşılıqlı  təsirinin  sürətiniə  dair  nəticə  çıxarılır.  Şagirdlər  apardıqları  müşahidədən  belə 
nəticəyə  gəlirlər  ki,  maqneziumla  xlorid  turşusu  arasında  reaksiya  daha  sürətlə  gedir.  Müəllim  bü 
təcrübədə  metalların  aktivliyi  haqqında  şagirdlərdə  təsəvvür  yaradır.  Nümayiş  təcrübənin 
tənliklərini yazmaq şagirdlərə tapşırılır: 
Mg + 2HCl = MgCl
2
 + H
2
↑ 
Zn + 2HCl = ZnCl
2
 + H
2
↑ 
Təcrübə 3. Reaksiyanın sürətinin qarşılıqlı təsirdə olan maddələrin qatılığından asılılığı.  
Təchizat:  200 ml həcmində  3 ədəd stəkan, 100 ml həcmində ölçü silindiri, saniyəölçən,  
1M qatılıqda natrium tiosulfat Na
2
S
2
O
3
 · 5H
2
O  və sulfat turşusu H
2
SO
4  
məhlulları, su.  
Təcrübənin aparılması metodikası.  
 
Distillə  suyunda    natrium  tiosulfatın  təzə  məhlulu  hazırlanır.  Ölçü  silindri  vasitəsilə  dəqiq 
ölç-məklə  stəkanların  hər  birinə  birinci  cədvəldə  göstərilən  həcmdə  natrium  tiosulfat  məhlulu  və 
distillə suyu əlavə olunur. Stəkanlardakı natrium tiosulfat məhlullarının bərabər həcmlərində qatılıgı 
5 : 10 : 15 = 1: 2: 3 nisbətindədir. Laborantın və  şagirdlərdən birinin köməkliyi ilə eyni zamanda 
stəkanların  hər  birinə  cədvəldə  qeyd  olunan  bərabər  həcmdə  sulfat  turşusu  məhlulu  tökülür. 
Şagirdlər stəkanlarda bulanmanın əmələ gəlməsinə qədər sərf olunan zamanı qeyd edirlər. Üçüncü 
stəkanda  natrium  tiosulfat  məhlulunun  qatılığı  çox  olduğuna  görə  məhlul  daha  tez  bulanır.  İkinci 
stəkanda  məhlulun  bulanmasına  iki  dəfə  çox  zaman  tələb  olunacaq.  Birincu  stəkanda  bulantının 
əmələ gəlməsinə sərf olunan zaman üç dəfə çox olacaqdır.  
Müəllimin köməyi ilə nümayiş təcrübədən aşağıdakı nəticə  çıxarılır:  
 
Kimyəvi reaksiyanın sürəti qarşılıqlı təsirdə olan maddələrin qatılıqları ilə düz mütənasibdir. 
 
Bu  təcrübə  dərsdə  nisbətən  az  vaxt  daxilində  şagirdlərin  kimyəvi  reaksiyanın  sürətinə 
qatılığın təsirini əyani olaraq görmələri üçün nümayiş etdirilir. Lakin, müəllim praktik məşğələ dər-
sində   bu təcrübə şagirdlərin  iştirakı ilə  aparıb, reaksiyanın  sona  çatmasına  sərf olunan  zamanı və 
reaksiyanın orta sürətini təyin edə bilər. 
Reaksiya iki mərhələdə gedir: 
I. Na
2
S
2
O
3
 + H
2
SO

 = H
2
S
2
O

 + Na
2
SO
4
 
II. H
2
S
2
O

 = S↓ + H
2
O + SO
2
 
Reaksiyanın tam tənliyi: 
Na
2
S
2
O
3
 + H
2
SO

 = Na
2
SO

 + H
2
O + SO

 + S↓ 
Kimyəvi reaksiyanın qatılıqdan asılılığı . Cədvəl 1 
 
 
 
 
 
 
 
 
 
9-cu  sinfin  kimya  kursunda  nümayiş  təcrübələrinin  aparılması  planlaşdırılan  bölmələr 
bunlardır: metallar və onların umumi xassələri; dövri sistemin I-III qruplarının əsas yarımqrupları 
elementləri;  əlavə  yarımqrup  metallarının  ümumi  icmalı;  Halogenlər;  oksigen  yarımqrupu;  azot 
yarımqrupu. 
 
9-cu sinfin kimya kursunda şagirdlərin bilik, bacarıq və vərdişlərinin formalaşmasında  bö-
yük rolu olan nümayiş  təcrübələri üçün geniş imkanlar mövcuddur. 9-cu sinif şagirdlərinin kimya 
təcrübələrinin  aparılması  baxımından  7-ci  və  8-ci  sinif  şagirdləri  ilə  müqayisədə    daha    müstəqil 
olurlar. Buna görə də onlar  istər müəllimin dərsdə nümayiş etdirdiyi təcrübələrinin hazırlanmasında 
və istərsə də məktəb şagird təcrübələrinin aparılmasında fəal iştirak edirlər.  
Eksperiment, 
№ 
Natrium 
tiosulfat 
məhlulu, 
ml 
 Distillə 
suyu,ml 
Ümumi 
həcm, 
ml 
Sulfat 
turşusu 
məhlulu, 
ml  


10 
15 


10 

15 


15 

15 



275 
 
9-cu  sinfin  kimya    proqramında    mövzuların  məzmununa  daxil  olan  kimya  təcrübələrinin 
çoxunun  nimayiş  təcrübələri  halında    aparılması  mümkündür.  Burada  «Qələvi  metalların 
xarakteristikası»  mövzusununda  kalium  və  natriumun  kimyəvi  xassələrinə  dair  təcrübələrinin 
aparılması metodikası verilir. 
 
Təcrübə  1.Qələvi metalların (Lİ, Na, K)aktivliklərinin müqayisəsi.          
Təchizat:litium,  natrium  vəkalium  metalları,  distillə  suyu  fenolftaleinin  spirtdə  məhlulu, 
kristallizator, bıçaq, pinset, süzgəc kağızı. Təcrübə sorucu şkafda aparılır. 
Təcrübənin aparılması metodikası. 
 
Üç  kiçik  ölçülü  kristallizatorun  hər  birinə  yarısına  qədər  distillə  suyu  tökülür  və  bir  neçə 
damcı  fenolftaleinin  spirtdə  məhlulu  əlavə  olunur.  Sonra  kerasində  saxlanılan  litium,  natrium    və 
kalium  metallarından  bıçaqla  kəsib  pinset  vasitəsilə  götürülərək  süzgəc  kağızı  ilə  qurudulur.  Eks-
perimentlərə  başlamazdan  əvvəl  müəllim  şagirdləri  təlimatlandırır.  Onlara  bildirir  ki,  qələvi 
metallar  aktivliklərindən  asılı  olaraq    su  ilə  reaksiyaları  sürətli  olur  və  kənara  sıçraya  bilər.  Buna 
görə də reaksiyaları kənardan müşahidə etmək lazımdır.  
 
Müəllim əvvəlcə litium  metalını pinsetlə göturüb birinci kristallizatora salır. Şagirdlər liti-
umun  su ilə reaksiyası nəticəsində kürə formasında, çox da sürətli olmayan hərəkətini və məhlulun 
moruğu  rəng  almasını  müşahidə  edirlər.  Müəllim  natrium  parçasını  ikinci  kristallizatora  salır. 
Natrium parçasının su ilə reaksiyası sürətlə gedir və kürə formasında fırlanır, məhlul moruğu rəngə 
boyanır.  Kaliumu  üçüncu  kristallizatora  saldıqda  su  ilə  reaksiyası  çox  sürətlə  gedir.  Kalium 
parçasının kürə formasında “qaçışı” və güclü istilik ayrılması nəticəsimdə bənövşəyi alovla yanması 
şagirdlərdə  maraq oyadır. Müəllimin tapşırığı ilə şagirdlər reaksiya tənliklərini tərtib edirlər: 
2Li + 2H
2
O = 2LiOH + H
2
↑ + Q 
2Na + 2H
2
O = 2NaOH + H
2
↑ + Q 
2K + 2H
2
O = 2KOH + H
2
↑ + Q 
Təcrübələrin nümayişi başa çatdıqdan sonra  aşağıdakı nətiələr çıxarılır: 
1.
 
Qələvi metalların su ilə reaksiyası nəticəsində hidrogen alınır.  
2.
 
Reaksiya nəticəsində metalların hidroksidləri əmələ gəlir və məhlula qələvi xassəsi verdiyinə 
görə fenolftalein moruğu rəng alır. 
3.
 
Metalların su ilə reaksiyası nəticəsində  istilik ayrılır. 
4.
 
Qələvi metalların aktivliyi  kaliuma doğru   Li → Na → K  artır. 
Təcrübə  2. Yodun müxtəlif həlledicilərdə həllolması. 
Təchizat : yod, kalium yodid, distillə suyu, benzol , stəkanlar, spirt. 
Təcrübənin aparılması metodikası. 
 
Az miqdarda yod kristalları həvəngdə toz halına salınır. Dörd stəkan götürüb hər birinə yod 
tökülür. Birinci stəkana  10 ml distillə suyu, ikinciyə 10 ml kalium yodid, üçüncüyə 10 ml benzol, 
dördüncüyə  10  ml  spirt  əlavə  olunur.  Şagidlər  yodun  suda  az  həllolduğunu  və  açıq  sarı  rəngli 
məhlul  alındığını  müşahidə  edirlər.  Yod  spirtdə  qonur,  benzolda  qırmızı-bənövşəyi,  kalium  yo-
diddə  qırmızı-qonur  rəngli  məhlullar  əmələ  gətirir.  Üzvi  həlledicilərdə  məhlulların  rəngi  əmələ 
gələn solvatlardan asılı olur. Yod kalium yodidlə poliyodid kompleksi əmələ gətirir:  
I
2
 + KI → KI
3
 
 
Beləliklə,  şagirdlər  yodun  üzvi  həlledicilərdə  və  qələvi  metalların  yodidlərində  yaxşı 
həllolmasını öyrənirlər. 
Təcrübə  3.Sulfat turşusu və  SO
4
2-
 ionunun təyini. 
Təchizat:  natrium-sulfat,  sink-sulfat,  duru  sulfat  turşusu,  duru  xlorid  turşusu,  sink  metalı, 
barium-xlorid məhlulu, sınaq şüşələri. 
Təcrübənin aparılması metodikası. 
 
Dörd sınaq şüşəsi  götürüb, hər birində mayenin həcmi 10 ml olmaqla  birinə natrium-sulfat, 
digərinə sink-sulfat, üçüncüyə sulfat turşusu, dördüncüyə xlorid turşusu  tökülür.  Sınaq şüşələrinin 
hər birinə bir sink parçası salınır. Şagirdlər  üçüncü və dördüncü sınaq şüşəsində hidrogen qazının 
alındığını  müşahidə  edirlər.  Sonra  sınaq  şüşələrinin  hər  birinə  5  ml  barium-xlorid  məhluluəlavə 
olunur.  Dördüncü  sınaq  şüşəsi  müstəsna  olmaqla  qalanlarında  ağ  çöküntünün  əmələ  gəlməsi  mü-
şahidə olunur. Beləliklə, şagirdlər  üçüncü və dördüncü sınaq şüşəsinin hansında sulfat turşusunun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə