Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə130/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   126   127   128   129   130   131   132   133   134

278 
 
CuSO
4
 + 2NaOH → Cu(OH)
2
 ↓+ Na
2
SO
4
 
 
 
Reaksiyanın tam tənliyi: 
 
 
 
  Təcrübə  3. Zülalların rəngli reaksiyaları. 
Təchizat:  zülal  məhlulu,  natrium-hidroksid,  mis(II)  sulfat,  qatı  nitrat  turşusu,qurğuşun(II) 
asetat, sınaq şüşələri, spirt lampası. 
Təcrübənin aparılması metodikası.  
 
Üç  sınaq  şüşəsi  götürüb  onların  hər  birinə  az  miqdarda  zülal  məhlulu  tökülür.  Birinci  sınaq 
şüşəsinə  əvvəlcə  3 ml natrium-hidroksid, sonra isə həmin həcmdə mis(II) sulfat əlavə olunur. Məhlu-
lun qırmızı-bənövşəyi rəng alması müşahidə olunur. İkinci sınaq şüşəsinəqatı nitrat tur-şusu əlavə edilir. 
Məhlul  sarı  rəngə  boyanır.  Üçüncü  sınaq  şüşəsinəqurğuşun(II)  asetat  və  natrium-hidroksid  tökülərək 
spirt lampasının alovunda qızdırılır. Nəticədə qara rəngli çöküntü əmələ gəlir. 
 
Müəllim nümayiş etdirdiyi təcrübələrdə müxtəlif rənglərin əmələ gəlməsinin zülalın quruluşu ilə 
əlaqəli olduğunu şagirdlərə izah edir. O, göstərir ki, birinci təcrübədə qırmızı- bənövşəyi rəngin əmələ 
gəlməsi tərkibində peptid qrupu olan zülallar üçün xarakterikdir. İkinci təcrübədə  sarı rəngin alınması 
zülalın    tərkibində  aromatik  aminturşuların  olduğunu  göstərir.  Üçüncü  sınaq  şüşəsində  qara  rəngli 
çöküntünün əmələ gəlməsi zülalın tərkibində kükürdün olduğunu  təsdiq edir. Beləliklə zülalların rəngli 
reaksiyalarının  nümayiş  etdirilməsi  şagirdlərdə  zülalların  quruluşuilə  onların  xassələri  arasında 
qanunauyğun əlaqənin olmasına dair  bilikləri təcrübə vasitəsilə möhkəmlədir. 
 
ƏDƏBİYYAT 
1.
 
M.M.Abbasov, V.M.Abbasov, N.Ə.Abışov,V.S.Əliyev. Kimya. Ümumtəhsil məktəblərinin 7-
ci sinfi üçün dərslik. Bakı, 2014.  
2.
 
M.M.Abbasov, A.H.Əliyev. Kimya 7-ci sinif. Müəllim üçün metodik vəsait.Bakı,2014. 
3.
 
R.Ə.Əliyeva, V..M.Abbasov, A.M.Məhərrəmov, M.M.Abbasov, S.R.Hacıyeva  və. b.Kimya. 
Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün dərslik. Bakı, 2015.  
4.
 
M.M.Abbasov, A.H.Əliyev. Kimya 8-ci sinf. Müəllim üçün metodik vəsait. Bakı, 2015. 
5.
 
V.M.Abbasov,  M.M.Abbasov,  R.Y.Əliyev  və b.Kimya. Ümumtəhsil  məktəblərinin  9-ci sinfi 
üçün dərslik.Bakı,2005.  
6.
 
V.M.Abbasov, A.M.Məhərrəmov, M.M.Abbasov  və b.Kimya. Ümumtəhsil məktəblərinin 10-
cu sinfi üçün dərslik.Bakı,2005.  
7.
 
V.M.Abbasov, A.M.Məhərrəmov,M.M.Abbasov  və b.Kimya. Ümumtəhsil məktəblərinin 11-
ci sinfi üçün dərslik. Bakı, 2007.  
8.
 
Э.Г.Золотников. Химический эксперимент в условиях развивающего обучения. Химия 
в школе, 2001, № 1. 
9.
 
А.А.Гусев.  Химический  эксперимент  как  важнейший  метод  обучения.www.  bfnm.  ru/ 
DSWMedia/gusevaa.doc 
10.
 
Л.А.  Цветков  .  Методика  демонстрационного  эксперимента  по  органической  химии. 
WWW.Xmikat.com/info.php?id=84.  
 
 
 


279 
ABSTRACT 
Bachruz Mammadov  
Methods of organization and carrying out of demonstration experiment In grades of 7-11 
The  methodical development  for  the  organization  and  carrying out  the  demonstration  experiments 
in  the  chemistry  course  of  7-11  classes  of  secondary  schools  are  described  in  the  article.  At  the 
beginning of  this article  the  value  of  a school  chemistry experiment in  the  course  of chemistry  of 
high school was briefly described.  The method of using the demonstration of chemical experiments 
is  developed  on specific  topics  of  chemistry  in  the  grades  of  7-11.  Special  attention  was  payed  to 
the combination of clarity with the word of the teacher,  as well as the  
implementation of the experiment, the explanation of the obtained results and the preparation of  
chemical reactions. 
 
 
РЕЗЮМЕ 
Бахруз Мамедов 
Методика организации и проведения демонстракционных экспериментов в 7-11 
классах  
 
`В  статье  дается  методическая  разработка  по  организации  и  проведению  демонс-
трационных  экспериментов  в  курсе  химии  7-11  классах  общеобразовательных  школ.  В 
начале  статьи  коротко  описано  значение  школьного  химического  эксперимента  в  курсе 
химии  средней  школы.  По  отдельным  темам  химии  7-11  классов  разработана  методика 
использования  демонстрационных  химических  экспериментов.  Уделено  особое  внимание 
сочетанию наглядности со словом учителя, а также выполнению эксперимента, обьяс-нению 
полученных результатов и составлению химических реакций. 
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə 
çapa tövsiyyə  olunmuşdur. (protokol № 08)

 
 
 
 


280 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
SAHİB HACIYEV 
sahib-haciyev@mail.ru 
HƏMİDƏ SEYİDOVA 
AMEA Naxçıvan Bölməsi 
hemide_seyidova@mail.ru 
UOT: 631.432 
“TORPAQŞÜNASLIQ VƏ TORPAQ COĞRAFİYASI” FƏNNİNDƏN ÇÖL 
TƏCRÜBƏSİNİN KEÇİRİLMƏSİ METODİKASI 
Açar sözlər: Çöl təcrübəsi, dağ, düzənlik, torpaq, bitki, eroziya, şoranlıq, antropogen təsir 
Key words: Field practice, mountain, soil, plant, animal, erosion, salinity, anthropogenic, influence 
Ключевые  слова:  Полевых  опыт,  гора,  равнина,  почва,  растения,  эрозия,      засоление, 
антропогенные факторы 
“Torpaqşünaslıq  və  Torpaq  Coğrafiyası”  elmində  tələbələrin  təlimi  müxtəlif    təşkilat 
formalarında  keçir.  Təlim  işinin  hər  bir  forması  digərindən  müəllim  və  tələbələrin  fəaliyyətinin 
xarakteri ilə, tələbələrin tərkibi ilə məşğələ zamanı onların təşkil edilməsi və onların təlim vaxtında 
rejimi ilə fərqlənir.  
Torpaqşünaslıq  fənninin  təlimi  zamanı  dərslər,  ekskursiyalar,  tapşırıqlar,  habelə  fakultetiv 
məşğələlər və məsləhətlər kimi təşkilat formalarından istifadə olunur.  Təlimin təşkilat formalarının 
əsas  məqsədi  Torpaqşünaslıq  fənninin  tələbələrə  dərin  və  hər  tərəfli  öyrətməkdən  ibarətdir.  Bu 
təşkilat formalarından biri də təbiətdə çöl təcrübələrinin keçirilməsi üçün ekskursiyalardır.  
Ekskursiya  zamanı  tələbələr  torpaq  haqqında  bir  çox  anlayışların  yaradılması  üçün  zəruri  olan 
canlı və məzmunlu təəssüratlar alırlar. Tələbələr tədqiqat obyektində hadisələri müşahidə edərkən onları 
müqayisə  edir,  oxşarlıq  və  fərqliliyinin  mühüm  xüsusiyyətlər  və  əlamətlərini  ayırır,  onların  arasında 
əlaqələr  yaradırlar.  Ekskursiyalarda  çöl  təcrübəsi  zamanı  praktik  işlərin  yerinə  yetirilməsi  tələbələrin 
öyrənilən materiala diqqət və marağını artırır,  qavrayışın  fəallaşmasına kömək  edir, bu da mükəmməl 
mənimsəməyə və möhkəm yadda saxlamaya səbəb olur. Tələbələr çöl təcrübələrində alət və cihazlarla 
işləməyin mühüm bacarıq və vərdişləri, habelə qiymətli əmək və təşkilatı bacarıqlar qazanırlar.  
Ölkə  ərazisinin  öyrənilməsi  tələbələri  gələcək  praktiki  fəliyyəti  üçün  təbiət  və  təsərrüfat 
haqqında  lazımi  biliklərlə  silahlandırır.  Çöl  təcrübələri  tələbələri  inandırır  ki,  torpaqşünaslıq  elmi 
təkcə onların keçdikləri dərslik deyil, onları əhatə edən həyatın özüdür.  
Azərbaycanın  torpaq-iqlim  şəraiti  kəskin  fərqləndiyinə  görə,  tələbələr  hər  bir  təsərrüfatın, 
eləcə də ayrı-ayrı sahələrin konkret torpaq örtüyünü hərətərəfli öyrənməli və onun yaxşılışdarılması 
tədbirlərini həyata keçirməlidirlər. Bunun üçün tələbələr müasir torpaq tədqiqatı üsullarını dərindən 
bilməli,  torpaqların  dəqiq  aqroistehsalat  qruplarını  aparmağı  öyrənməlidirlər.  Müasir  laboratoriya 
və çöl tədqiqatlarını yüksək səviyyədə aparmaq üçün hər bir tələbə torpaqların morfoloji, kimyəvi, 
fiziki xassələrini və təsnifatını dərindən bilməlidir. 
Analitik tədqiqat üsullarını bilmədən və torpağın tərkibindən asılı olaraq onun qida maddələri 
ilə  təmin  olunma  səviyyəsini  dəqiq  müəyyənləşdirmədən,  gübrələrin  növünü  və  normasını  təyin 
etmək  olmaz.  Ona  görə  də  müasir  torpaqşünaslıq  qarşısında  duran  əsas  problem-torpağın  münbit-
liyini  müntəzəm  artırmaq  yollarını  dəqiqləşdirməkdir.  Buna  nail  olmaq  üçün    hər  bir  mütəxxəsis 
torpağın  tərkibində  olan  qida  maddələrinin  ümumi  və  mütəhhərik  formalarını  bilməlidir.  Bunsuz 
kənd təssərüfatı  bitkilərinin  optimal qidalanma sistemini  və  differensial  gübrə  normasını  müəyyən 
etmək olmaz. Deməli, torpaqdan səmərəli istifadə etmək üçün onda gedən fiziki, kimyəvi və bioloji 
prosesləri elmi əsaslarla tənzim etməyi öyrənmək lazımdır. 
Qeyd etmək lazımdır ki, ölkəmizin ərazisində yayılmış torpaq tipləri mürəkkəb təbii və iqlim 
şəraitinin,  xüsusilə  də,  antropogen  təsirlərə  məruz  qalır.  Belə  şəraitdə  torpağın  təbii  və  süni 
münbitliyi  kəskin  surətdə  dəyişir.  Belə  dinamik  xassə  və  zonalar  konkret  aqrotexniki  tədbirlərin 
tövsiyə edilməsini tələb edir. Bu məqsədə nail olmaq üçün hər bir tələbə torpaq tədqiqatlarının və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə