Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə127/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   123   124   125   126   127   128   129   130   ...   134

272 
4)
 
təcrübə  in  aparılması  metodikasının  optimallığı-  təcrübənin  texnikası  ilə  müəllimin 
izahının uyğunluğu; 
5)
 
inandırıcı olması; 
6)
 
qısa müddətli olması; 
7)
 
anlaşıqlı olması; 
8)
 
etibarlı olması-təcrübə alınmadıqda şagirdlərdə inamsızlıq yaranır. Buna görə də etibarlı 
olması üçün dərsdən əvvəl yoxlanmalıdır; 
9)
 
təcrübənin  nümayişindən  əvvəl  müəllim  təcrübənin  məqsədini  qeyd  edir,  şagirdləri 
təcrübəni müşahidə etməyə və nəticə çıxarmağa istiqamətləndirir.  
 
Nümayiş  təcrübəsi  kimya  tədrisində  əyaniliyin  effektli  vasitəsidir.  Belə  ki,  nümayiş  pro-
sesində şagirdər yalnız maddələrin xarici görünüşünü deyil, həm də onların dəyişilməsini, kimyəvi 
çevrilmələrin  müxtəlif  şəraitini  müşahidə  etməyi  və  nəticə  çıxarmağı  öyrənirlər.  Kimya  eks-
perimental  elm  olduğu  üçün  orta  ümumtəhsil  məktəblərinin  7-11-ci  siniflərinin  kimya  dərsliklə-
rində  verilən  materialların  şagirdlər  tərəfindən  daha  asan  mənimsənilməsi  üçün  kimya  təcrübəsinə 
geniş  yer  ayrılmışdır.  Burada  7-11  siniflərin  kimya  kursunda    nümayiş  təcrübələrindən  yalnız 
bəzilərinin aparılmasına dair metodik işləmə verilir. 
 
7-ci  sinifin  kimya  kursunda  «Oksigenin  kimyəvi  xassələri»  mövzusu  oksigenin  qeyri-
metallar və metallarla qarşılıqlı təsirinə dair təcrübələrin nümayişi ilə öyrədilir. 
Təchizat:  oksigen  qazı  ilə  doldurulmuş  bankalar,  ağac  kömürü,  kükürd,  fosfor,  maqnezium  lenti, 
dəmir  metalı, Ca(OH)
2
, kimya qaşığı, spirt lampası, pinset. 
Müəllim qeyri metalların (C,S,P) və metalların (Mg, Fe) oksigendə yanmasını aşağıdakı ardıcıllıqla 
nümayiş etdirir. 
Təcrübələrin aparılması metodikası. 
 
Təcrübə 1. Karbonun oksigendə yanması.  
Pinset  vasitəsilə  bir  parça  kömür  götürüb  spirt  lampasının  alovunda  közərdilir.  Közərmiş  kömür 
oksigenlə  dolu  olan  bankaya  daxil  edilir.  Şagirdlər  kömürün(C)  oksigendə  açıq  havaya  nisbətən 
daha  gur  yanmasını  müşahidə  edirlər.  Müəllim  bankada  karbon  dioksidin  olmasını  yanar  çöpü 
bankaya daxil etdikdə onun sönməsi ilə təsdiq edir. Karbon qazının əmələ gəlməsini əhəng suyunu 
bulandırması ilə də numayş etdirir. Müəllimin tapşırığı ilə şagirdlər  təcrübənin reaksiya tənliklərini 
yazırlar: 
 
 
CO
2
 + Ca(OH)
2
 = CaCO
3
 ↓+ H
2

 
Təcrübə 2.  Kükürdün oksigendə yanması.  
Kimya  qaşığında  bir  qədər  kükürd  tozu  götürüb  spirt  lampasının  alovunda  yandırılır.  Zəif 
göy alovla yanan kükürdü oksigenlə dolu bankaya saldıqda göy alovun gücləndiyi müşahidə olunur. 
Kükürdün oksigendə yanması nəticəsində kükürd -dioksidin əmələ gəlməsini müəllim onun kəskin 
iyli qaz olması ilə izah edir. Şagirdlər kükürdün oksigendə yanma reaksiyasının tənliyini yazırlar: 
 
 
 
Təcrübə 3.  Fosforun oksigendə yanması. 
Kimya  qaşığında  az  miqdarda  qırmızı  fosfor  götürüb  spirt  lampasının  alovunda  yandırılır.  Zəif 
alovla  yanan  fosforu    oksigenlə  dolu  bankaya  saldıqda  parlaq  alovla  yanmağa  başlayır.  Şagirdlər 
fosforun  yanma  məhsulunun  ağ  tüstü  halında  bankanı  doldurmasını    və  müəyyən  vaxtdan  sonra 
fosfor  5-oksidin  qabın  divarlarına  çökdüyünü  müşahidə  edirlər.  Onlar  əvvəlki  təcrübələrdən  fərqli 
olaraq  bərk  maddənin  əmələ  gəlməsinə  dair  nəticə  çıxarırlar.  Şagirdlərdən  birı  lövhədə  reaksiya 
tənliyini yazır: 
 
 
 
Təcrübə 4.Dəmirin oksigendə yanması. 


273 
Müəllim  şagirdlərə  dəmir  iynəni  göstərir  və  qeyd  edir  ki,  metallar  yalnız  qızdırıldıqda  oksigendə 
yanır.Şagirdlərin  diqqəti  dəmirin  açıq  havada  və  oksigendə  yanmasına  yönəldilir.  Dəmirdən 
hazırlanmış iynənin ucuna kiçik ağac parçası taxıb spirt lampasının alovunda yandırır və  
 
 
 
oksigen  olan  bankaya  daxil  edir.  Yanmanın  gücləndiyini  və  dəmirin  ətrafa    dəmir  yanığı  Fe
3
O
4
 
(Fe
3
O

 → FeO + Fe
2
O
3
) qığılcımlarının səpələnməsi ilə alovsuz yanması müşahidə olunur. 
8-ci  sinifin  kimya  dərsliyində  təcrübələrin  nümayişi  ilə  tədris  olunan  mövzular  bunlardır:  «Qeyri-
üzvi  birləşmələrin  mühüm  sinifləri»,  «Kimyəvi  reaksiyaların  təsnifatı»,  «Kimyəvi  reaksiyaların 
sürətinə  təsir  edən  amillər»,  «Katalizator  və  katalitik  reaksiyalar»  və  «Elektrolitik  dissosiasiya». 
Aşağıda  bəzi  mövzuların  tədrisində  nümayiş  təcrübələrindən  istifadə  olunmasına  dair  metodik 
işləmə verilir. 
   «Əsaslar»mövzusunun  tədrisində  müəllim  əsaslar  üçün  xarakterik  olan  təcrübələri  nümayiş 
etdirməklə şagirdləri qeyri-üzvi birləşmələrə dair biliklərini inkişaf etdirir. 
Təcrübə 1.Əsasların alınması və kimyəvi xassələri. 
Təchizat:  sönməmiş  əhəng,  mis(II)  sulfat,  natrium-hidroksid,  çini  kasa,    sınaq  şüşələri,  stəkanlar, 
şüşə çubuq, fenolftalein, lakmus və metiloranjın spirtdə məhlulları. 
Təcrübənin aparılması metodikası. 
Üç    stəkan  götürüb  onların  hər  birinə  10  ml  natrium-hidroksid  məhlili  tökülür.  Sonra  müəllim 
indikatorların  spirtdə  məhlullarını  nümayiş  etdirir.  Şagirdlər  fenolftaleinin  rəngsiz,  lakmusun  bə-
növşəyi, metiloranjın narıncı rəngdə olduğunu müşahidə edirlər. Müəllim birinci  stəkana 3 damcı 
fenolftalein,  ikinci  stəkana  3  damcı  lakmus,  üçüncü  stəkana  3  ml  metiloranj  məhlulu  əlavə  edir. 
Şagirdlər birinci stəkanda məhlulun moruğu rəngə, ikinci stəkanda göy rəngə və üçüncü stəkanda 
sarı rəngə boyandığını müşahidə edirlər. 
 
Müəllim stəkanların hər birinə indikatorların spirtdə məhlullarının rəngi alınana gədər tədri-
cən xlorid turşusu əlavə edir. Gözlənilən nəticə alındıqdan sonra müəllif təcrübədə müşahidə olunan 
hadisəni  izah  edir.  O,  göstərir  ki,  sonda  alınan  məhlulda  nə  NaOH  nə  də  HCl  qalmayıb,  onlar 
ekvivalent miqdarda qarşılıqlı təsirdə olaraq duz və su əmələ gətiriblər. Neytral mühit yarandığına 
görə indikatorların özlərinə məxsus rəngləri bərpa olunur. Şagirdlər qələvi ilə turşu arasında gedən 
neytrallaşma reasiyasının tənliyini tərtib edirlər: 
NaOH + HCl →NaCl + H
2

 
Müəllim  qeyd  edir  ki,  neytrallaşma  reaksiyası  həllolmayan  əsaslarla  turşular  arasında  da 
gedir.  Bunu    təsdiq  etmək  üçün  əvvəlcə  həllolmayan  əsas(Cu(OH)
2
)    alır  və  onun  turşu(HCl)  ilə 
reaksiyasını nümayiş etdirir: 
CuSO
4
 + 2NaOH → Cu(OH)
2
 ↓ + Na
2
SO
4
 
Cu(OH)
2
 + 2HCl → CuCl
2
 + 2H
2

 
Şagirdlər  7-ci  sinifin  kimya  kursunda  aktiv  metalların  su  ilə  reaksiyasından  metalların 
hidroksidlərinin  əmələ  gəlməsini  öyrənmişlər.  Buradakalsium  oksidin  su  ilə  reaksiyasından  əsasın 
alınması  göstərilir. Az miqdarda sönməmiş əhəng (CaO) götürüb çini kasaya tökülür və üzərinə eh-
tiyatla su əlavə olunur. Əmələ gələn məhlula 3  damcı fenolftalein tökülür. Şagirdlər fenolftaleinin 
natrium-hidroksiddə  olduğu  kimi  moruğu  rəng  almasını  reaksiya  nəticəsində  qələvinin    əmələ 
gəlməsi ilə izah edirlər. 
 
«Kimyəvi  reaksiyaların  sürətinə  təsir  edən  amillər»  mövzusunun  təcrübələrin  nümayişi  ilə 
öyrədilməsi  şagirdlərdə reaksiyanın  sürətinin  qarşılıqlı  təsirdə  olan  maddələrin  təbiətindən,  səthlə-
rinin  ölçüsündən,  qatılıqlarından,temperaturdan,  katalizatordan  və  qaz  halında  olan  maddələrin 
təzyiqindən  asılı  olaraq  dəyişməsi  haqqında  aydın  təsəvvür  yaradılır.Müəllim  bumövzunu    şagird-
lərin  7-ci sinifin  kimya  kursundan kimyəvi  reaksiyanın sürətinə təsir  edən amillər  haqqında malik 
olduqları biliklərinə istinad etməkləöyrədir. 
Təcrübə 2. Reaksiyanın sürətinin qarşılıqlı təsirdə olan maddələrin təbiətindən asılılığı. 
Təchizat:  200  ml  həcmində    2  ədəd  stəkan,  100  ml  həcmində  ölçü  silindiri,  şüşə  çubuq,  1M 
qatılıqda xlorid turşusu məhlulu, eyni çəkidə sink və maqnezium metalı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə