Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə121/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   117   118   119   120   121   122   123   124   ...   134

260 
birinci aralıq sahibi Limnaea cinsinə aid olan mollyusklar, definitiv sahibi qağayıkimilər 
fəsiləsindən olan balıqyeyən quşlardır. 
D. nemachili Zhatkanbaeva et Schigin, 1986 
Sahibi: Kür çılpaqçası (9,1%), yoluxmanın intensivliyi 2 ədəd olmuşdur. 
Lokallaşması: beyin. 
Metaserkariləri  Nemachilus  cinsinə  aid  olan  çılpaqcaların  beynində  parazitlik  edir.  İnkişaf 
tsikli öyrənilməmişdir. 
D. paracaudum Iles, 1959 
Sahibləri:  külmə  (20,0%),  qızılüzgəc  (11,8%),  Kür  şirbiti  (18,8%),  çəkidə  (21,4%), 
Zaqafqaziya ilişgəni (15,4%); yoluxmanın intensivliyi 3-29 ədəd olmuşdur. 
Lokallaşması: göz bülluru. 
Metaserkariləri müxtəlif fəsilələrdən olan şirinsu balıqlarının göz büllurunda parazitlik edir; 
birinci aralıq sahibi Limnaea cinsinə aid olan mollyusklar, definitiv sahibi qağayılardır. 
D. spathaceum (Rudolphi, 1819) 
Sahibləri:  qızılüzgəc  (5,9%),  üstüzən  (2/5%),  gümüşü  dabanbalıq  (13,3%),  çəki  (14,2%); 
yoluxmanın intensivliyi 4-33 ədəd olmuşdur. 
Lokallaşması: göz bülluru. 
Metaserkariləri müxtəlif dəstələrdən olan şirinsu balıqlarının göz büllurunda parazitlik edir; 
birinci aralıq sahibi Limnaea cinsinə aid olan mollyusklar, definitiv sahibi qağayılardır. 
Tylodelphys clavata (Nordmann, 1832) 
Sahibi: iriboğaz xul (20,0%); yoluxmanın intensivliyi 2-5 ədəd olmuşdur. 
Lokallaşması: gözün şüşəvari cismi. 
Metaserkari  mərhələsində  müxtəlif  balıqlarda  parazitlik  edən  bu  trematodun  birinci  aralıq 
sahibləri şirin su ilbizləri, axırıncı sahibləri isə leyləkkimilər dəstəsinə aid olan quşlardır. 
Hysteromorpha triloba (Rudolphi, 1819) 
Sahibi: qızılüzgəc (23,5%), zərdəpər (7,1%), gümüşü dabanbalıq (13,3%), çəki (7,1%); 
yoluxmanın intensivliyi 4-19 ədəd olmuşdur. 
Lokallaşması: əzələlər. 
Bu  trematod  çəkikimilər  fəsiləsindən  olan  balıqlar  üçün  xarakterdir,  onun  birinci  aralıq 
sahibləri şirin su ilbizləri, əsas sahibləri isə qarabatdaqlar və maygülülərdir. 
Ornithodiplostomum scardinii (Schulman, 1952) 
Sahibləri:  qızılüzgəc  (29,4%),  zərdəpər  (14,2%);  yoluxmanın  intensivliyi  1-3  ədəd 
olmuşdur. 
Lokallaşması: beyin. 
Metaserkariləri  çəkikimilərin,  ən  çox  qızılüzgəcin,  baş  beynində  parazitlik  edir;  birinci 
aralıq sahibi Physa cinsinə aid olan mollyusklar, definitiv sahibi pazdimdikdir. 
Posthodiplostomum cuticola (Nordmann, 1832) 
Sahibləri:  külmə  (13,3%),  qızılüzgəc  (17,6%),  lil  balığı  (3/9),  altağız  (25,0%),  şəmayı 
(5,6%),  Kür  gümüşcəsi  (12,5%),  gümüşü  dabanbalıq  (6,7%),  çəki  (21,4%),  Zaqafqaziya  ilişgəni 
(23,1%), qızılı ilişgən (5,9%), iriboğaz xul (10,0%), yoluxmanın intensivliyi 3-23 ədəd olmuşdur. 
Lokallaşması: dəri, əzələlər. 
Metaserkariləri  müxtəlif  fəsilələrdən  olan  şirinsu  balıqlarında  parazitlik  edir,  birinci  aralıq 
sahibi Planorbis planorbis şirin su ilbizi, definitiv sahibi isə vağlardır. 
Ichthyocotylurus pileatus (Rudolphi, 1802) 
Sahibi: Kür altağızı (8,3%); yoluxmanın intensivliyi 3 ədəd olmuşdur. 
Lokallaşması: üzmə qovuğunun divarları. 
Metaserkariləri  müxtəlif  fəsilələrdən  olan  şirinsu  balıqlarında  parazitlik  edir;  birinci  aralıq 
sahibi qarınayaqlı mollyusklar, axırıncı sahibi balıqyeyən quşlardır. 
Fəsilə CLINOSTOMATIDAE Lühe, 1901 
Clinostomum complanatum (Rudolphi, 1819) 
Sahibləri:  külmə  (26,7%),  qızılüzgəc  (29,4%),  lil  balığı  (20,0%),  Kür  gümüşcəsi  (18,8%), 
çəki (28,6%), Kür  çılpaqçası (27,3%),  Zaqafqaziya  ilişgəni (7,7%), qızılı ilişgən  (11,8%), qumluq 


261 
xulu (18,2%); yoluxmanın intensivliyi 1-14 ədəd olmuşdur. 
Lokallaşması: dəri, əzələlər. 
Metaserkariləri müxtəlif şirin su balıqlarında parazitlik edən bu növün birinci aralıq sahibləri 
Limnaea  və  Radix  cinslərinə  aid  olan  şirin  su  ilbizləri,  əsas  sahibləri  isə  vağlar,  qutanlar  və 
qarabatdaqlardır. 
Yuxarıda  verilmiş  icmaldan  görünür  ki  aparılmış  helmintoloji  tədqiqatlar  nəticəsində 
aparılmış tədqiqatlar nəticəsində Aşağı Arazın balıqlarında 1 dəstəyə, 6 fəsiləyə və 11 cinsə aid olan 
15  növ  trematod  qeyd  edilmişdir.  Bunlardan  Asymphylodora  tincae,  Parasymphylodora 
markewitschi,  Phyllodistomum  elongatum,  Allocreadium  markewitschi,  Sphaerostomum  bramae 
növlərinin  axıncı  sahibi  balıqlar  olduğundan,  onlar  öz  inkişafını  balıqların  orqanizmində  başa 
çatdırıb  cinsi  yetkinliyə  çatır,  qalan  11  növ  isə  balıqları  ikinci  aralıq  sahib  kimi  istifadə  edərək, 
onların  orqanizmində  metaserkari  mərhələsində  parazitlik  edir.  Trematod  növlərinin  balıqların 
bədənində  lokallaşması  müxtəlif  cür  olmuşdur.  Belə  ki,  onların  4  növü  bağırsaqda,  4  növü  göz 
büllurunda,  3  növü  dəridə  və  əzələlərdə,  2  növü  beyində,  1  növü  sidik  axarlarında,  1  növü  üzmə 
qovuğunun  divarlarında  qeydə  alınmışdır.  Əldə  edilmiş  trematodların  1  növü  lil  balığı,  1  növü 
Nemachilus  cinsinə  aid  olan  çılpaqcalar,  6  növü  çəkikilər  fəsiləsinin  nümayəndələri  üçün 
xarakterikdir, 7 növ müxtəlif fəsilələrdən olan balıqlarda parazitlik edir. 
Qeyd  olunmuş  trematod  növlərinin  hər  biri  müxtəlif sayda balıq  növündə  tapılmışdır.  Belə 
ki,  Diplostomum  chromatophorum  və  Posthodiplostomum  cuticola  növlərinin  hər  biri  11  növ 
balıqda, Clinostomum complanatum – 9 növ növ balıqda, Sphaerostomum bramae – 6 növ balıqda, 
Diplostomum paracaudum – 5 növ balıqda, Allocreadium markewitschi, Diplostomum spathaceum 
və Hysteromorpha triloba – hər biri 4 növ balıqda, Ornithodiplostomum scardinii və Diplostomum 
helveticum – hər biri 2 növ balıqda, qalan 6 növün isə hər biri cəmi 1 növ balıqda qeyd olunmuşdur. 
Tədqiq  edilmiş  balıqların  trematod  faunası  müəyyən  dərəcədə  onların  həyat  tərzini  əks 
etdirir.Belə ki, onların arasında qızılüzgən ən zəngin trematod faunasına malikdir. Bu balıqda 8 növ 
trematod  tapılmışdır.  Bu  balıq  su  bitkilərinin  arasında  yaşadığından  trematodların  birinci  aralıq 
sahibi olan mollyusklarla daha çox təmasda olur və onlardan çıxan serkarilərin hücumlarına məruz 
qalır. Odur ki, onda olan 8 növ parazitdən 7 növü balıqlardan ikinci aralıq sahib kimi istifadə edir 
və serkarilərin balığa hücumu nəticəsində onu yoluxdurur. Digər balıqlardan dabanbalıq və çəkinin 
hər birində 6 növ, enlibaş, gümüşcə və Zaqafqaziya ilişgəninin hər birində 4 növ, külmə, üstüzən, lil 
balığı,  altağız,  zərdəpər,  Kür  şirbiti,  çılpaqca,  qızılı  ilişkən  və  iriboğaz  xulun  hər  birində  3  növ, 
şəmayı və qumluq xulunun hər birində 2 növ, qijovçuda 1 növ trematod qeyd olunmuşdur. Çapaqda 
və qambuziyada trematod tapılmamışdır.  
Qeyd  olunmuş  trematodlardan  Diplostomum  chromatophorum,  D.  helveticum,  D.  nemachili, 
D. paracaudum, D. spathaceum, Tylodelphys clavata, Hysteromorpha triloba, Ornithodiplostomum 
scardinii, Posthodiplostomum cuticola ədəbiyyat məlumatına görə balıqların xəstəlik törədiciləridir 
[13]. Clinostomum complanatum kifayət qədər yaxşı bişirilməmiş balıq məhsulları yeyərkən insanın 
həzm  sisteminə  düşdükdə onun  səhhəti  üçün  təhlükə  yaradır [14,  15].  Balıqdan  ikinci  aralıq sahib 
kimi  istifadə  edən  bütün  növlərin  serkariləri  suda  insanın  bədən  səthi  ilə  təmasda  olarsa,  dəriyə 
daxil olub dermatitə səbəb ola bilər [16]. 
Beləliklə, Aşağı Arazda balıqların helmintoloji tədqiqi nəticəsində 1 dəstəyə, 6 fəsiləyə və 11 
cinsə  aid  olan  16  növ  trematod  qeyd  edilmişdir.  Bunlardan  5  növün  axıncı  sahibi  balıqlar 
olduğundan, onlar öz inkişafını balıqların orqanizmində başa çatdırıb cinsi yetkinliyə çatır, qalan 11 
növ  isə  balıqları  ikinci  aralıq  sahib  kimi  istifadə  edərək,  onların  orqanizmində  metaserkari 
mərhələsində parazitlik edir. Qızılüzgəc su bitkilərinin arasında  yaşadığından trematodların birinci 
aralıq sahibi olan mollyusklarla çox təmasda ollduğundan onun trematod faunası başqa balıqların-
kından zəngindir. Qeyd olunmuş trematodlardan 9 növü balıq xəstəliklərinin törədiciləridir, 1 növ 
insanın  həzm  sisteminə  düşdükdə  onun  səhhəti  üçün  təhlükə  yaradır.  Balıqdan  ikinci  aralıq  sahib 
kimi  istifadə  edən  bütün  növlərin  serkariləri  suda  insanın  bədən  səthi  ilə  təmasda  olarsa,  dəriyə 
daxil olub dermatitə səbəb ola bilər. 
ƏDƏBİYYAT 
1.
 
Касымов А.Г. Пресноводная фауна Кавказа, Баку, Элм, 1972, 285 с. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə