274
Təcrübənin aparılması metodikası.
İki stəkanın hər birinə 100 ml xlorid turşusu töküb onlardan birinə sink, digərinə maqnezium
salınır. Stəkanlarda hidrogenin qabarcıqlarının ayrılması intensivliyinə görə müxtəlif metalın eyni
turşu ilə qarşılıqlı təsirinin sürətiniə dair nəticə çıxarılır. Şagirdlər apardıqları müşahidədən belə
nəticəyə gəlirlər ki, maqneziumla xlorid turşusu arasında reaksiya daha sürətlə gedir. Müəllim bü
təcrübədə metalların aktivliyi haqqında şagirdlərdə təsəvvür yaradır. Nümayiş təcrübənin
tənliklərini yazmaq şagirdlərə tapşırılır:
Mg + 2HCl = MgCl
2
+ H
2
↑
Zn + 2HCl = ZnCl
2
+ H
2
↑
Təcrübə 3. Reaksiyanın sürətinin qarşılıqlı təsirdə olan maddələrin qatılığından asılılığı.
Təchizat: 200 ml həcmində 3 ədəd stəkan, 100 ml həcmində ölçü silindiri, saniyəölçən,
1M qatılıqda natrium tiosulfat Na
2
S
2
O
3
· 5H
2
O və sulfat turşusu H
2
SO
4
məhlulları, su.
Təcrübənin aparılması metodikası.
Distillə suyunda natrium tiosulfatın təzə məhlulu hazırlanır. Ölçü silindri vasitəsilə dəqiq
ölç-məklə stəkanların hər birinə birinci cədvəldə göstərilən həcmdə natrium tiosulfat məhlulu və
distillə suyu əlavə olunur. Stəkanlardakı natrium tiosulfat məhlullarının bərabər həcmlərində qatılıgı
5 : 10 : 15 = 1: 2: 3 nisbətindədir. Laborantın və şagirdlərdən birinin köməkliyi ilə eyni zamanda
stəkanların hər birinə cədvəldə qeyd olunan bərabər həcmdə sulfat turşusu məhlulu tökülür.
Şagirdlər stəkanlarda bulanmanın əmələ gəlməsinə qədər sərf olunan zamanı qeyd edirlər. Üçüncü
stəkanda natrium tiosulfat məhlulunun qatılığı çox olduğuna görə məhlul daha tez bulanır. İkinci
stəkanda məhlulun bulanmasına iki dəfə çox zaman tələb olunacaq. Birincu stəkanda bulantının
əmələ gəlməsinə sərf olunan zaman üç dəfə çox olacaqdır.
Müəllimin köməyi ilə nümayiş təcrübədən aşağıdakı nəticə çıxarılır:
Kimyəvi reaksiyanın sürəti qarşılıqlı təsirdə olan maddələrin qatılıqları ilə düz mütənasibdir.
Bu təcrübə dərsdə nisbətən az vaxt daxilində şagirdlərin kimyəvi reaksiyanın sürətinə
qatılığın təsirini əyani olaraq görmələri üçün nümayiş etdirilir. Lakin, müəllim praktik məşğələ dər-
sində bu təcrübə şagirdlərin iştirakı ilə aparıb, reaksiyanın sona çatmasına sərf olunan zamanı və
reaksiyanın orta sürətini təyin edə bilər.
Reaksiya iki mərhələdə gedir:
I. Na
2
S
2
O
3
+ H
2
SO
4
= H
2
S
2
O
3
+ Na
2
SO
4
II. H
2
S
2
O
3
= S↓ + H
2
O + SO
2
Reaksiyanın tam tənliyi:
Na
2
S
2
O
3
+ H
2
SO
4
= Na
2
SO
4
+ H
2
O + SO
2
+ S↓
Kimyəvi reaksiyanın qatılıqdan asılılığı . Cədvəl 1
9-cu sinfin kimya kursunda nümayiş təcrübələrinin aparılması planlaşdırılan bölmələr
bunlardır: metallar və onların umumi xassələri; dövri sistemin I-III qruplarının əsas yarımqrupları
elementləri; əlavə yarımqrup metallarının ümumi icmalı; Halogenlər; oksigen yarımqrupu; azot
yarımqrupu.
9-cu sinfin kimya kursunda şagirdlərin bilik, bacarıq və vərdişlərinin formalaşmasında bö-
yük rolu olan nümayiş təcrübələri üçün geniş imkanlar mövcuddur. 9-cu sinif şagirdlərinin kimya
təcrübələrinin aparılması baxımından 7-ci və 8-ci sinif şagirdləri ilə müqayisədə daha müstəqil
olurlar. Buna görə də onlar istər müəllimin dərsdə nümayiş etdirdiyi təcrübələrinin hazırlanmasında
və istərsə də məktəb şagird təcrübələrinin aparılmasında fəal iştirak edirlər.
Eksperiment,
№
Natrium
tiosulfat
məhlulu,
ml
Distillə
suyu,ml
Ümumi
həcm,
ml
Sulfat
turşusu
məhlulu,
ml
1
5
10
15
3
2
10
5
15
3
3
15
-
15
3
275
9-cu sinfin kimya proqramında mövzuların məzmununa daxil olan kimya təcrübələrinin
çoxunun nimayiş təcrübələri halında aparılması mümkündür. Burada «Qələvi metalların
xarakteristikası» mövzusununda kalium və natriumun kimyəvi xassələrinə dair təcrübələrinin
aparılması metodikası verilir.
Təcrübə 1.Qələvi metalların (Lİ, Na, K)aktivliklərinin müqayisəsi.
Təchizat:litium, natrium vəkalium metalları, distillə suyu fenolftaleinin spirtdə məhlulu,
kristallizator, bıçaq, pinset, süzgəc kağızı. Təcrübə sorucu şkafda aparılır.
Təcrübənin aparılması metodikası.
Üç kiçik ölçülü kristallizatorun hər birinə yarısına qədər distillə suyu tökülür və bir neçə
damcı fenolftaleinin spirtdə məhlulu əlavə olunur. Sonra kerasində saxlanılan litium, natrium və
kalium metallarından bıçaqla kəsib pinset vasitəsilə götürülərək süzgəc kağızı ilə qurudulur. Eks-
perimentlərə başlamazdan əvvəl müəllim şagirdləri təlimatlandırır. Onlara bildirir ki, qələvi
metallar aktivliklərindən asılı olaraq su ilə reaksiyaları sürətli olur və kənara sıçraya bilər. Buna
görə də reaksiyaları kənardan müşahidə etmək lazımdır.
Müəllim əvvəlcə litium metalını pinsetlə göturüb birinci kristallizatora salır. Şagirdlər liti-
umun su ilə reaksiyası nəticəsində kürə formasında, çox da sürətli olmayan hərəkətini və məhlulun
moruğu rəng almasını müşahidə edirlər. Müəllim natrium parçasını ikinci kristallizatora salır.
Natrium parçasının su ilə reaksiyası sürətlə gedir və kürə formasında fırlanır, məhlul moruğu rəngə
boyanır. Kaliumu üçüncu kristallizatora saldıqda su ilə reaksiyası çox sürətlə gedir. Kalium
parçasının kürə formasında “qaçışı” və güclü istilik ayrılması nəticəsimdə bənövşəyi alovla yanması
şagirdlərdə maraq oyadır. Müəllimin tapşırığı ilə şagirdlər reaksiya tənliklərini tərtib edirlər:
2Li + 2H
2
O = 2LiOH + H
2
↑ + Q
2Na + 2H
2
O = 2NaOH + H
2
↑ + Q
2K + 2H
2
O = 2KOH + H
2
↑ + Q
Təcrübələrin nümayişi başa çatdıqdan sonra aşağıdakı nətiələr çıxarılır:
1.
Qələvi metalların su ilə reaksiyası nəticəsində hidrogen alınır.
2.
Reaksiya nəticəsində metalların hidroksidləri əmələ gəlir və məhlula qələvi xassəsi verdiyinə
görə fenolftalein moruğu rəng alır.
3.
Metalların su ilə reaksiyası nəticəsində istilik ayrılır.
4.
Qələvi metalların aktivliyi kaliuma doğru Li → Na → K artır.
Təcrübə 2. Yodun müxtəlif həlledicilərdə həllolması.
Təchizat : yod, kalium yodid, distillə suyu, benzol , stəkanlar, spirt.
Təcrübənin aparılması metodikası.
Az miqdarda yod kristalları həvəngdə toz halına salınır. Dörd stəkan götürüb hər birinə yod
tökülür. Birinci stəkana 10 ml distillə suyu, ikinciyə 10 ml kalium yodid, üçüncüyə 10 ml benzol,
dördüncüyə 10 ml spirt əlavə olunur. Şagidlər yodun suda az həllolduğunu və açıq sarı rəngli
məhlul alındığını müşahidə edirlər. Yod spirtdə qonur, benzolda qırmızı-bənövşəyi, kalium yo-
diddə qırmızı-qonur rəngli məhlullar əmələ gətirir. Üzvi həlledicilərdə məhlulların rəngi əmələ
gələn solvatlardan asılı olur. Yod kalium yodidlə poliyodid kompleksi əmələ gətirir:
I
2
+ KI → KI
3
Beləliklə, şagirdlər yodun üzvi həlledicilərdə və qələvi metalların yodidlərində yaxşı
həllolmasını öyrənirlər.
Təcrübə 3.Sulfat turşusu və SO
4
2-
ionunun təyini.
Təchizat: natrium-sulfat, sink-sulfat, duru sulfat turşusu, duru xlorid turşusu, sink metalı,
barium-xlorid məhlulu, sınaq şüşələri.
Təcrübənin aparılması metodikası.
Dörd sınaq şüşəsi götürüb, hər birində mayenin həcmi 10 ml olmaqla birinə natrium-sulfat,
digərinə sink-sulfat, üçüncüyə sulfat turşusu, dördüncüyə xlorid turşusu tökülür. Sınaq şüşələrinin
hər birinə bir sink parçası salınır. Şagirdlər üçüncü və dördüncü sınaq şüşəsində hidrogen qazının
alındığını müşahidə edirlər. Sonra sınaq şüşələrinin hər birinə 5 ml barium-xlorid məhluluəlavə
olunur. Dördüncü sınaq şüşəsi müstəsna olmaqla qalanlarında ağ çöküntünün əmələ gəlməsi mü-
şahidə olunur. Beləliklə, şagirdlər üçüncü və dördüncü sınaq şüşəsinin hansında sulfat turşusunun
Dostları ilə paylaş: |