278
CuSO
4
+ 2NaOH → Cu(OH)
2
↓+ Na
2
SO
4
Reaksiyanın tam tənliyi:
Təcrübə 3. Zülalların rəngli reaksiyaları.
Təchizat: zülal məhlulu, natrium-hidroksid, mis(II) sulfat, qatı nitrat turşusu,qurğuşun(II)
asetat, sınaq şüşələri, spirt lampası.
Təcrübənin aparılması metodikası.
Üç sınaq şüşəsi götürüb onların hər birinə az miqdarda zülal məhlulu tökülür. Birinci sınaq
şüşəsinə əvvəlcə 3 ml natrium-hidroksid, sonra isə həmin həcmdə mis(II) sulfat əlavə olunur. Məhlu-
lun qırmızı-bənövşəyi rəng alması müşahidə olunur. İkinci sınaq şüşəsinəqatı nitrat tur-şusu əlavə edilir.
Məhlul sarı rəngə boyanır. Üçüncü sınaq şüşəsinəqurğuşun(II) asetat və natrium-hidroksid tökülərək
spirt lampasının alovunda qızdırılır. Nəticədə qara rəngli çöküntü əmələ gəlir.
Müəllim nümayiş etdirdiyi təcrübələrdə müxtəlif rənglərin əmələ gəlməsinin zülalın quruluşu ilə
əlaqəli olduğunu şagirdlərə izah edir. O, göstərir ki, birinci təcrübədə qırmızı- bənövşəyi rəngin əmələ
gəlməsi tərkibində peptid qrupu olan zülallar üçün xarakterikdir. İkinci təcrübədə sarı rəngin alınması
zülalın tərkibində aromatik aminturşuların olduğunu göstərir. Üçüncü sınaq şüşəsində qara rəngli
çöküntünün əmələ gəlməsi zülalın tərkibində kükürdün olduğunu təsdiq edir. Beləliklə zülalların rəngli
reaksiyalarının nümayiş etdirilməsi şagirdlərdə zülalların quruluşuilə onların xassələri arasında
qanunauyğun əlaqənin olmasına dair bilikləri təcrübə vasitəsilə möhkəmlədir.
ƏDƏBİYYAT
1.
M.M.Abbasov, V.M.Abbasov, N.Ə.Abışov,V.S.Əliyev. Kimya. Ümumtəhsil məktəblərinin 7-
ci sinfi üçün dərslik. Bakı, 2014.
2.
M.M.Abbasov, A.H.Əliyev. Kimya 7-ci sinif. Müəllim üçün metodik vəsait.Bakı,2014.
3.
R.Ə.Əliyeva, V..M.Abbasov, A.M.Məhərrəmov, M.M.Abbasov, S.R.Hacıyeva və. b.Kimya.
Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün dərslik. Bakı, 2015.
4.
M.M.Abbasov, A.H.Əliyev. Kimya 8-ci sinf. Müəllim üçün metodik vəsait. Bakı, 2015.
5.
V.M.Abbasov, M.M.Abbasov, R.Y.Əliyev və b.Kimya. Ümumtəhsil məktəblərinin 9-ci sinfi
üçün dərslik.Bakı,2005.
6.
V.M.Abbasov, A.M.Məhərrəmov, M.M.Abbasov və b.Kimya. Ümumtəhsil məktəblərinin 10-
cu sinfi üçün dərslik.Bakı,2005.
7.
V.M.Abbasov, A.M.Məhərrəmov,M.M.Abbasov və b.Kimya. Ümumtəhsil məktəblərinin 11-
ci sinfi üçün dərslik. Bakı, 2007.
8.
Э.Г.Золотников. Химический эксперимент в условиях развивающего обучения. Химия
в школе, 2001, № 1.
9.
А.А.Гусев. Химический эксперимент как важнейший метод обучения.www. bfnm. ru/
DSWMedia/gusevaa.doc
10.
Л.А. Цветков . Методика демонстрационного эксперимента по органической химии.
WWW.Xmikat.com/info.php?id=84.
279
ABSTRACT
Bachruz Mammadov
Methods of organization and carrying out of demonstration experiment In grades of 7-11
The methodical development for the organization and carrying out the demonstration experiments
in the chemistry course of 7-11 classes of secondary schools are described in the article. At the
beginning of this article the value of a school chemistry experiment in the course of chemistry of
high school was briefly described. The method of using the demonstration of chemical experiments
is developed on specific topics of chemistry in the grades of 7-11. Special attention was payed to
the combination of clarity with the word of the teacher, as well as the
implementation of the experiment, the explanation of the obtained results and the preparation of
chemical reactions.
РЕЗЮМЕ
Бахруз Мамедов
Методика организации и проведения демонстракционных экспериментов в 7-11
классах
`В статье дается методическая разработка по организации и проведению демонс-
трационных экспериментов в курсе химии 7-11 классах общеобразовательных школ. В
начале статьи коротко описано значение школьного химического эксперимента в курсе
химии средней школы. По отдельным темам химии 7-11 классов разработана методика
использования демонстрационных химических экспериментов. Уделено особое внимание
сочетанию наглядности со словом учителя, а также выполнению эксперимента, обьяс-нению
полученных результатов и составлению химических реакций.
NDU-nun Elmi Şurasının 27 aprel 2017-ci il tarixli qərarı ilə
çapa tövsiyyə olunmuşdur. (protokol № 08)
.
280
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 3 (84)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 3 (84)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 3 (84)
SAHİB HACIYEV
sahib-haciyev@mail.ru
HƏMİDƏ SEYİDOVA
AMEA Naxçıvan Bölməsi
hemide_seyidova@mail.ru
UOT: 631.432
“TORPAQŞÜNASLIQ VƏ TORPAQ COĞRAFİYASI” FƏNNİNDƏN ÇÖL
TƏCRÜBƏSİNİN KEÇİRİLMƏSİ METODİKASI
Açar sözlər: Çöl təcrübəsi, dağ, düzənlik, torpaq, bitki, eroziya, şoranlıq, antropogen təsir
Key words: Field practice, mountain, soil, plant, animal, erosion, salinity, anthropogenic, influence
Ключевые слова: Полевых опыт, гора, равнина, почва, растения, эрозия, засоление,
антропогенные факторы
“Torpaqşünaslıq və Torpaq Coğrafiyası” elmində tələbələrin təlimi müxtəlif təşkilat
formalarında keçir. Təlim işinin hər bir forması digərindən müəllim və tələbələrin fəaliyyətinin
xarakteri ilə, tələbələrin tərkibi ilə məşğələ zamanı onların təşkil edilməsi və onların təlim vaxtında
rejimi ilə fərqlənir.
Torpaqşünaslıq fənninin təlimi zamanı dərslər, ekskursiyalar, tapşırıqlar, habelə fakultetiv
məşğələlər və məsləhətlər kimi təşkilat formalarından istifadə olunur. Təlimin təşkilat formalarının
əsas məqsədi Torpaqşünaslıq fənninin tələbələrə dərin və hər tərəfli öyrətməkdən ibarətdir. Bu
təşkilat formalarından biri də təbiətdə çöl təcrübələrinin keçirilməsi üçün ekskursiyalardır.
Ekskursiya zamanı tələbələr torpaq haqqında bir çox anlayışların yaradılması üçün zəruri olan
canlı və məzmunlu təəssüratlar alırlar. Tələbələr tədqiqat obyektində hadisələri müşahidə edərkən onları
müqayisə edir, oxşarlıq və fərqliliyinin mühüm xüsusiyyətlər və əlamətlərini ayırır, onların arasında
əlaqələr yaradırlar. Ekskursiyalarda çöl təcrübəsi zamanı praktik işlərin yerinə yetirilməsi tələbələrin
öyrənilən materiala diqqət və marağını artırır, qavrayışın fəallaşmasına kömək edir, bu da mükəmməl
mənimsəməyə və möhkəm yadda saxlamaya səbəb olur. Tələbələr çöl təcrübələrində alət və cihazlarla
işləməyin mühüm bacarıq və vərdişləri, habelə qiymətli əmək və təşkilatı bacarıqlar qazanırlar.
Ölkə ərazisinin öyrənilməsi tələbələri gələcək praktiki fəliyyəti üçün təbiət və təsərrüfat
haqqında lazımi biliklərlə silahlandırır. Çöl təcrübələri tələbələri inandırır ki, torpaqşünaslıq elmi
təkcə onların keçdikləri dərslik deyil, onları əhatə edən həyatın özüdür.
Azərbaycanın torpaq-iqlim şəraiti kəskin fərqləndiyinə görə, tələbələr hər bir təsərrüfatın,
eləcə də ayrı-ayrı sahələrin konkret torpaq örtüyünü hərətərəfli öyrənməli və onun yaxşılışdarılması
tədbirlərini həyata keçirməlidirlər. Bunun üçün tələbələr müasir torpaq tədqiqatı üsullarını dərindən
bilməli, torpaqların dəqiq aqroistehsalat qruplarını aparmağı öyrənməlidirlər. Müasir laboratoriya
və çöl tədqiqatlarını yüksək səviyyədə aparmaq üçün hər bir tələbə torpaqların morfoloji, kimyəvi,
fiziki xassələrini və təsnifatını dərindən bilməlidir.
Analitik tədqiqat üsullarını bilmədən və torpağın tərkibindən asılı olaraq onun qida maddələri
ilə təmin olunma səviyyəsini dəqiq müəyyənləşdirmədən, gübrələrin növünü və normasını təyin
etmək olmaz. Ona görə də müasir torpaqşünaslıq qarşısında duran əsas problem-torpağın münbit-
liyini müntəzəm artırmaq yollarını dəqiqləşdirməkdir. Buna nail olmaq üçün hər bir mütəxxəsis
torpağın tərkibində olan qida maddələrinin ümumi və mütəhhərik formalarını bilməlidir. Bunsuz
kənd təssərüfatı bitkilərinin optimal qidalanma sistemini və differensial gübrə normasını müəyyən
etmək olmaz. Deməli, torpaqdan səmərəli istifadə etmək üçün onda gedən fiziki, kimyəvi və bioloji
prosesləri elmi əsaslarla tənzim etməyi öyrənmək lazımdır.
Qeyd etmək lazımdır ki, ölkəmizin ərazisində yayılmış torpaq tipləri mürəkkəb təbii və iqlim
şəraitinin, xüsusilə də, antropogen təsirlərə məruz qalır. Belə şəraitdə torpağın təbii və süni
münbitliyi kəskin surətdə dəyişir. Belə dinamik xassə və zonalar konkret aqrotexniki tədbirlərin
tövsiyə edilməsini tələb edir. Bu məqsədə nail olmaq üçün hər bir tələbə torpaq tədqiqatlarının və
Dostları ilə paylaş: |