281
analizlərinin müasir üsullarını dərindən bilməlidir.
Ona görə də tələbələr torpaqşünaslıq fənnini dəqiq və hərtərəfli öyrənmək üçün çöl
təcrübələrini keçməlidirlər. Çöl təcrübəsinin əsas məqsədi nəzəri bilikləri möhkəmlətməklə bərabər
tələbələrin torpaqşünaslıq elmi haqqında dünyagörüşünü artırmaqdan ibarətdir. Bunun üçün
tələbələr əvvəldə qeyd etdiyimiz kimi, təlimin təşkilat formalarından biri olan mühazirə dərslərini
dinləməli, təcrübi məşğələlərlə məşğul olmalı, ərazinin torpaqlarını, bitki örtüyünü, ümumiyyətlə,
torpaq əmələgətirən amilləri və onların bir-birinə qarşılıqlı təsirini öyrənməlidirlər.
Bu məqsədlə yazdığımız bu məqalədə xüsusi olarq tələbələrin çöl təcrübələrinin
keçirilməsinin metodikası haqqında qısa da olsa məlumat vermək istərdik.
Mövzu işlənərkən tarixin ayrı-ayrı inkişaf mərhələlərində Azərbaycan, o cümlədən Naxçıvan
MR-də çöl təcrübələrinə aid metodik vəsaitlər yazan alimlərin (İsayev Ə.İ., Əliyev T.Ə. 1973,
Cəfərov M.İ., Hacıyev O.M. 1984, Hacıyev S.Ə. 2000) müasir tələbərə cavab verən iş
təcrübələrindən istifadə olunmuşdur [1, 2, 3].
Təcrübələrdən göründüyü kimi çöl təcrübələrinin təşkili və keçirilməsi bir neçə mərhələdən
ibarət olur. Çöl təcrübələrin keçirilməsini hazırlıq, aparılması və yekunlaşdırılması mərhələlərinə
bölmək olar.
Hazırlıq mərhələsinə müəllim və tələbələrin çöl təcrübələrinə hazırlaşması daxildir. Müəllim
çöl təcrübəsinə hazırlaşarkən, birinci növbədə mövzuya aid proqram və dərsliyi diqqətlə öyrənməli,
təkrarlama üçün suallar seçilməli və ya gələcəkdə yeni anlayışların formalaşdırılmaları üçün
tələbələrin nə kimi lazımi təsəvvürlər alacağını qeyd etməli, tədqiqat üçün obyektlər seçməli və
onları hərtərəfli öyrənməlidirlər.
Ekskursiyaya hazırlıq dövründə müəllim öyrənilən məhəllin lazımi xəritələrini, ədəbiyyat
materiallarını toplayır, seçir, bu barədə öz biliyini bərpa edir, yada salır və genişləndirir. Xəritə,
ədəbi mənbələr üzrə yerli əhali ilə söhbətlər ekskursiya rayonu ilə tanış olmuş müəllim həmin yer
ilə bilavasitə tanış olmağa başlayır. Belə ki, məsələn, coğrafiya ixtisasının II kurs tələbələrinin
“Torpaqşünaslıq və Torpaq Coğrafiyası” fənnindən çöl təcrübələrinin təşkili zamanı torpaq-bitki
nümunələrinin götürülməsi zamanı sahəni seçərkən müəllim, topoqrafik və torpaq xəritələrinə
əsasən, tələbələrin çol təcrübəsində almalı olacaqları məlumat dairəsini müəyyən edir, hərəkət və
dayanacaq üçün təxmini marşurut təyin edir. Sonralar müəllim məhəlli öyrənərkən həmin planı
tamamlayır və marşurutu dəqiqləşdirir.
İkinci tələbələr hazırlıq mərhələsində təcrübədə çölə aid geyim, yemək götürməli və çöl
çantasında bəzi sanitar əşyaların olmasını da nəzərə almalıdırlar.
Üçüncü bir tərəfdən çöl təcrübəsində istifadə olunan dəftər, qələm, avadanlıq və cihazlar da
tələbələr tərəfindən hazırlanmalıdır. Eyni zamanda təcrübə dövrü hər bir tələbənin çöl gündəliyi
olmalı, hər gün ona verilən tapşırıqlar və yerinə yetirdikləri işlər qeyd olunmalı və obyektin şəkilləri
çəkilməlidir.
Çöl təcrübəsinin keçirilməsi mərhələsində müəllimlə birlikdə tələbələr müəyyən olunmuş
sahənin ətrafına yığışaraq, ilk dəfə olaraq ərazini müşahidə edir. Sonra torpaq kəsimi qoyulan
nöqtələr müəyyənləşdirilir. Çöldə torpaq kəsimi qazıldıqdan sonra laboratoriyada fiziki-kimyəvi
analizlərin aparılması üçün torpaq və ətrafında yayılan bitkilərdən nümunələr götürülür. Aparılan
analizlərin xarakterindən asılı olaraq götürülən torpaq nümunələri sahənin böyüklüyündən və
torpağın tipindən asılı olaraq müxtəlif olur. Təcrübə altında nümunələrin götürülməsi, sahənin
böyüklüyündən asılıdır. Belə ki, təcrübə bölmələri 500 kvadrat metrə olan bölmələrdən 10 nümunə,
500 kvadrat metrdən 1000 kvadrat metrə qədər olan bölmələrdən 20 nümunə, bir kvadrat metrdən
10 kvadrat metrə qədər olan təcrübə bölmələrindən isə 2-3 nümunə burla götürülür. Bölmələrin
formasından asılı olaraq nümunələr aşağıdakı qaydada yerləşdirilmiş nöqtələrədən götürmək
lazımdır. Analiz üçün torpaq nümunəsini torpaq kəsiminin hər bir genetik qatından-aşağı qatlardan
başlayaraq, üst qatlara doğru götürmək lazımdır. Nümunələr belə götürüldükdə üst qatlardan tökü-
lən torpaq aşağı qatın torpağı ilə qarışmır. Torpaq qatı qalın olduqda hər qatın üst, orta və aşağı
hissəsindən nümunə götürülür. Götürülən nümünə tədqiq olunan torpağın tipi üçün xarakter
olmalıdır.
Nümunələr yalnız torpağın əkin qatı öyrənildikdən sonra bütün qatlardan götürülə bilər.
282
Torpaq sahəsi təbii bitkilərlə örtülü olduqda ensiz çim qatı kəsilib götürülür. Meşəlik yerlərdən
nümunə götürülməmişdən əvvəl torpaq səthindən bitki qalığı, yarpaq və s. təmizlənməlidir.
Nümunələr tilləri 10-15 sm olmaqla kub şəklində bıçaq ilə kəsilib götürülür. Sahənin torpaq
örtüyü müxtəlif tipli olduqda hər torpaq tipindən bir nümunə götürmək lazımdır. Bitki örtüyü,
relyefi eyni olan torpaq tipindən qarışıq orta nümunə düzəltmək üçün 10-15 hektar sahənin bərabər
bölünmüş nöqtələrindən götürülmüş 7-8 fərdi torpaq nümunəsi qarışdırılır. Bu nümunələrin
götürüləcək yeri sahədə bərabər bölünür. Fərdi nümunələr arx kənarlarına yaxın, yol kənarlarındakı
torpaqlardan, peyin, gübrə yığılmış yerlərdən, müxtəlif tikililərin ətrafından götürülməməlidir.
Qarışıq torpaq nümunə quyudan, yaxud bütün şum qatı dərinlikdə qazılmış sahədən götürülür.
Nümunə götürmək üçün torpaq burundan, bel və ya bıçaqdan istifadə edilir.Əgər bütün vegetasiya
dövründə eyni təcrübə bölmələrindən bir neçə dəfə nümunə götürülməsi nəzərdə tutulursa, o zaman
birinci nümunə götürülən yer payacıq vurmaqla nişanlanır, növbəti nümunə əvvəlki yerdən 50-100 sm
aralı götürülür. Təcrübə bölmələri eyni torpaq tipi olduqda, yalnız bir bölmədən nümunə götürülür.
Müxtəlif torpaq nümunələrini bir-birinə qarışdırmaqla orta nümunə hazırlanır. Bütün fərdi
nümunələr faner taxtası va ya qalın kağız üzərinə tökülür və qarışdırılıb yayılır. Hər birindən eyni
miqdarda götürüb, təmiz kisəyə və ya kağıza bükmək lazımdır. Götürülən nümunənin miqdarı bir
kiloqramdan az olmamalıdır. Bu qədər orta nümunəni hazırlamaq üçün hər nümunə götürülən
yerdən 200-300 qr torpaq götürmək kifayətdir. Torpaq nümunəsi qoyulmuş kisənin və ya kağızın
üzərinə, içərisinə etiket bağlanır. Birinci etiket kisənin boğazına bağlanır və ya nümunə bükülmüş
kağızın üzərinə yapışdırılır. İkinci etiket kisəyə və ya büküm kağızının içərisinə qoyulur. Etiketlər
faner taxtadan va ya qalın kağızdan hazırlanır. Etiketləri qara karandaşla yazmaq əlverişlidir. Etiket
aşağıdakı formada yazılır. Nümunənini nömrəsi, götürülmə tarixi, rayonun adı, torpağın qatı,
dərinliyi sm ilə, tədqiqatçının familiyası. Nümunələr olan kisə və bağlamalar taxtadan hazırlanmış
qutulara yığılır və analiz üçün laboratoriyaya gətirilir.
Cöl təcrübələrinin yekun mərhələsində isə torpaq-bitki nümunələri laboratoriyaya gətiril-
dikdən sonra nəzərdan keçirilir, məqsəddən asılı olaraq qarışdırılır, qarışıq orta nümunə alınır və
yaxud qarışdırılmadan müqayisə edilir. Nümunələr qarışdırılmazdan əvvəl nəzərdən keçirilir. Hər
hansı nümunə diğər nümunələrdən kəskin fərqlənirsə, o qeydə alınır və ayrıca analiz edilir.
Torpaqları təcrübi məşğələ zamanı öyrənmək üçün ekskursiya metodunun istifadəsi ilə torpaq
kəsimlərini toplayıb laboratoriyaya yığmaq lazımdır. Götürülən nümunələr tədqiqatın xarakterindən
asılı olaraq (morfoloji, fiziki-kimyəvi, mexaniki və s.) müxtəlif metodlarla analiz olunur. Toplanılan
materiallar laboratoriyada işlənməli, təyin və analiz olunmalıdır.
Laboratoriyada işləyərkən hər bir tələbə texniki təhlükəsizlik qaydalarını da bilməlidir. Bu
qaydalar aşağıdakılardan ibarətdir.
1. Laboratoriyalarda zəhərli və ziyanlı maddələrlə işlədikdə bütün əməliyyatlar güclü
ventilyasiyaya malik olan sorucu şkafda aparılmalıdır.
2. Laboratoriyanın müvafiq yerində yanğından mühafizə guşəsi təşkil edilməlidir. Orada
yanğın söndürən balon, qumla dolu yeşik, su gələn boru və digər yanğına qarşı vəsaitlər olmalıdır.
3. Laboratoriyada olan bütün reaktiv, məhlul, turşu, duz, qələvi və s. maddələri olan qabların
üzərində onların adı aydın yazılmış yarlıq yapışdırılmalıdır.
4. Laboratoriyanın ən yaxşı görünən yerində texniki təhlükəsizlik qaydalarına dair təlimat
yazılmış lövhə, yaxud vərəqə vurulmalıdır.
5. Laboratoriyanın bütün əməkdaşları texniki təhlükəsizlik qaydalarını tam bilməlidirlər.
Onlara müntəzəm olaraq təlimat keçilməlidir.
Aparılmış tədqiqatlar əsasında çöl təcrübələrinin keçirilməsi tələbələrdə dünyagörüşün
formalaşmasına, əmək vərdişlərinin yaranmasına və bir vətəndaş kimi həyata hazırlanmasına zəru-
rət kimi şərait yaratmışdır. Eyni zamanda tarladan götürülən torpaq-bitki nümunələri üzrə aparılan
analizlərin nəticələri əsasında tələbələr torpaqların qiymətləndirilməsi üçün göstəricilərin seçilmə-
sini, torpaqların aqroistehsalat qruplaşdırılması və mədəni-təbii bitkiləri altında səmərəli istifadə
olunmasını öyrənirlər [4, 5, 6, 7, 8].
ƏDƏBİYYAT
1.
Cəfərov M.İ., Hacıyev O.M. Torpaqşünaslıq praktikum, Maarif nəşriyyatı, 1984, 179 s.
Dostları ilə paylaş: |