270
ABSTARCT
Zarovshan Babayeva
On using NTT in the process of “teaching to learn” in teaching biology
The article deals with the comprehensive study of priority directions of using NTT in the
process of “teaching to learn” in teaching biology. The application problems of technologies and
their developmental directions in learning of biological process have been shown. The points that
should be taken into consideration in the process of “teaching to learn” have thoroughly been expla-
ined in the paper. The responsibilities of the lecturer in this process have been clarified.
The paper also deals with establishing of new pedagogical cognition on "teaching to learn"
technology of educational process, and it is noted that this requires the maximum usage of the
student's cognitive abilities. New educational technologies that are widely used in the universities
and secondary schools in the world practice, the priority of wide usage of interactive training meth-
ods at present, have been focused on. It is noted that the teacher should first teach children how to
learn and then ask them to do it themselves.
РЕЗЮМЕ
Зарофшан Бабаева
При использовании NTT в процессе «обучения учиться» в преподавании биологии
Статья посвящена комплексному изучению приоритетных направлений использования
НТТ в процессе «обучения учиться» в преподавании биологии. Прикладные проблемы
технологий и их показаны направления развития в изучении биологического процесса.
Точки, которые должны быть приняты во внимание в процессе «обучения учиться», были
подробно объяснены в статье. Была прояснена ответственность лектора в этом процессе.
В статье также рассматривается создание нового педагогического познания по техно-
логии преподавания для обучения учебного процесса, и отмечается, что для этого требуется
максимальное использование познавательных способностей студента. В настоящее время
сосредоточены новые образовательные технологии, которые широко используются в
университетах и средних школах мировой практики, приоритет широкого использования
интерактивных методов обучения в настоящее время. Отмечается, что учитель должен
сначала научить детей, как учиться, а затем попросить их сделать это самостоятельно.
NDU-nun Elmi Şurasının 27 aprel 2017-ci il tarixli qərarı ilə
çapa tövsiyyə olunmuşdur. (protokol № 08)
.
271
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 3 (84)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 3 (84)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 3 (84)
BƏHRUZ MƏMMƏDOV
Naxçıvan Dövlət Universiteti
UOT:372.8/57
7-11-Cİ SİNİFLƏRDƏ NÜMAYİŞ TƏCRÜBƏLƏRİNİN TƏŞKİLİ VƏ
APARILMASI METODİKASI
Açar sözlər: kimya təcrübəsi, nümayiş təcrübəsi, kimyəvi hadisələr, kimyəvi reaksiya
Кюлчевые слова: химический экспермент, демонстрационный эксперимент,
химические явления, химическая реакция
Key words: school chemistry experiment, demonstration experiment, chemical phenomena,
chemical reaction.
Respublikamızda həyata keçirilən yeni təhsil konsepsiyası məktəblərdə şagirdlərin yalnız mü-
əyyən həcmdə bilik almalarını deyil, həm də onların aldıqları bilikləri tətbiq etmək bacarıqlarının inkişaf
etdirilməsini nəzərdə tutur. Hazırda orta ümumtəhsil məktəblərinin kimya proqramları və onların
əsasında hazırlanmış dərsliklərdə şagirdlərin yaş səviyyəsinə uyğun bilik, bacarıq və vərdişlərə
yiyələnmələri üçün geniş imkanlar mövcuddur. Kimya fənninə dair şagirdlərin bilikləri kimyəvi
anlayışlar, nəzəriyyə və qanunlara əsaslanaraq, hesablama məsələlərinin müxtəlif tiplərini həll etmək,
təhlükəsizlik texnikası qaydalarına əməl etmək, sadə cihazları quraşdırmaqla kimya eksperimentini
aparmaq, müşahidə etmək və nəticə çıxarmağı bacarmaq və s. ilə müəyyən olunur. Təlim prosesində
şagirdlərin bilik və bacarıqları nəzəriyyə ilə praktikanın vəhdəti əsasında dərinləşir, onlar arasında
mürəkkəb əlaqələr yaranır.
Kimya təcrübəsi kimya tədrisində nəzəriyyə ilə praktikanın əlaqəsini həyata keçirən mühüm təlim
metodudur. Məktəb kimya kursunda kimya təcrübəsi yalnız tədqiqat metodu, yeni bilik mənbəyi
olmayıb, həm də özünə məxsus öyrənmə obyektidir. Kimya təcrübəsinin kimya dərslərində tətbiqinin
metodikasına dair kifayət qədər müxtəlif tədqiqatlar aparılmışdır. Lakin, Respublikamızın orta
ümumtəhsil məktəblərində kurikulumun tətbiqi ilə əlaqədar olaraq dərs-liklərin məzmunu əsaslı şəkildə
dəyişir. Buna uyğun olaraq mövzulara daxil olunan kimya təcrübəsinin seçilməsində də dəyişiklik
yaranır. Buna görə də kimya təcrübəsinin təşkili və aparılması metodikasına yenidən baxmaq zərurəti
yaranmışdır..
Məktəb kimya eksperimentinin aşağıdakı növləri var:
1) nümayiş təcrübəsi; 2) laboratoriya təcrübələri; 3) laboratoriya işləri; 4) praktik
işlər; 5) laboratoriya praktikumu; 6) ev təcrübələri.
Məqalədə 7-11-ci siniflərdə nümayiş təcrübələrinin təşkili və keçirilməsinə dair metodik işləmə
verilir. Kimya dərslərində nümayiş təcrübələrinin kimya müəllimi və ya laborant aparır. Bəzi hallarda
müəllimin hazırladığı şagird də apara bilər.
Kimya dərslərində nümayiş təcrübələrinin aparılmasına 7-ci sinifin kimya kursunda başlanır.
Nümayiş təcrübəsi şagirdlərdə kimyaya marağın oyadılması, kimyəvi hadisələrin mahiyyətinin açılması,
təcrübənin aparılması və laboratoriyada təhlükəsizlik texnikasıqaydalarına əməl olunması, onlarda
bacarıq və vərdişlərin yaradılması, kimyəvi maddələr, cihazlarla tanışlıq və s. məqsədilə aparılır. Mək-
təb kimya kursunda (7-11-ci siniflər) təcrübənin aparılması şagirdlər üçün çətin və təhlükəli olduqda,
müvafiq avadanlıq (kimyəvi maddələr və cihazlar) kifayyət qədər olmadıqda dərslərdə nümayiş
təcrübəsindən istifadə olunur.
Nümayiş təcrübəsinin aparılmasına aşağıdakı əsas tələblər qoyulur :
1)
əyanilik-qabların və reaktivlərin həcminin böyük olması, sinifin son sıralarında aydın
görün-məsi. Nümayiş stolunda təcrübəyə aid olmayan reaktiv və qabların olması;
2)
cihazın sadə və qusursuz olması;
3)
müəllim və şagirdlər üçün təhlükəsiz olması, təlükəsizlik qaydalarına əməl olunması,
zəhərli, qələvi və uçucu maddələrlə bütün təcrübələrin sorucu şkafda aparılması;
Dostları ilə paylaş: |