272
4)
təcrübə in aparılması metodikasının optimallığı- təcrübənin texnikası ilə müəllimin
izahının uyğunluğu;
5)
inandırıcı olması;
6)
qısa müddətli olması;
7)
anlaşıqlı olması;
8)
etibarlı olması-təcrübə alınmadıqda şagirdlərdə inamsızlıq yaranır. Buna görə də etibarlı
olması üçün dərsdən əvvəl yoxlanmalıdır;
9)
təcrübənin nümayişindən əvvəl müəllim təcrübənin məqsədini qeyd edir, şagirdləri
təcrübəni müşahidə etməyə və nəticə çıxarmağa istiqamətləndirir.
Nümayiş təcrübəsi kimya tədrisində əyaniliyin effektli vasitəsidir. Belə ki, nümayiş pro-
sesində şagirdər yalnız maddələrin xarici görünüşünü deyil, həm də onların dəyişilməsini, kimyəvi
çevrilmələrin müxtəlif şəraitini müşahidə etməyi və nəticə çıxarmağı öyrənirlər. Kimya eks-
perimental elm olduğu üçün orta ümumtəhsil məktəblərinin 7-11-ci siniflərinin kimya dərsliklə-
rində verilən materialların şagirdlər tərəfindən daha asan mənimsənilməsi üçün kimya təcrübəsinə
geniş yer ayrılmışdır. Burada 7-11 siniflərin kimya kursunda nümayiş təcrübələrindən yalnız
bəzilərinin aparılmasına dair metodik işləmə verilir.
7-ci sinifin kimya kursunda «Oksigenin kimyəvi xassələri» mövzusu oksigenin qeyri-
metallar və metallarla qarşılıqlı təsirinə dair təcrübələrin nümayişi ilə öyrədilir.
Təchizat: oksigen qazı ilə doldurulmuş bankalar, ağac kömürü, kükürd, fosfor, maqnezium lenti,
dəmir metalı, Ca(OH)
2
, kimya qaşığı, spirt lampası, pinset.
Müəllim qeyri metalların (C,S,P) və metalların (Mg, Fe) oksigendə yanmasını aşağıdakı ardıcıllıqla
nümayiş etdirir.
Təcrübələrin aparılması metodikası.
Təcrübə 1. Karbonun oksigendə yanması.
Pinset vasitəsilə bir parça kömür götürüb spirt lampasının alovunda közərdilir. Közərmiş kömür
oksigenlə dolu olan bankaya daxil edilir. Şagirdlər kömürün(C) oksigendə açıq havaya nisbətən
daha gur yanmasını müşahidə edirlər. Müəllim bankada karbon dioksidin olmasını yanar çöpü
bankaya daxil etdikdə onun sönməsi ilə təsdiq edir. Karbon qazının əmələ gəlməsini əhəng suyunu
bulandırması ilə də numayş etdirir. Müəllimin tapşırığı ilə şagirdlər təcrübənin reaksiya tənliklərini
yazırlar:
CO
2
+ Ca(OH)
2
= CaCO
3
↓+ H
2
O
Təcrübə 2. Kükürdün oksigendə yanması.
Kimya qaşığında bir qədər kükürd tozu götürüb spirt lampasının alovunda yandırılır. Zəif
göy alovla yanan kükürdü oksigenlə dolu bankaya saldıqda göy alovun gücləndiyi müşahidə olunur.
Kükürdün oksigendə yanması nəticəsində kükürd -dioksidin əmələ gəlməsini müəllim onun kəskin
iyli qaz olması ilə izah edir. Şagirdlər kükürdün oksigendə yanma reaksiyasının tənliyini yazırlar:
Təcrübə 3. Fosforun oksigendə yanması.
Kimya qaşığında az miqdarda qırmızı fosfor götürüb spirt lampasının alovunda yandırılır. Zəif
alovla yanan fosforu oksigenlə dolu bankaya saldıqda parlaq alovla yanmağa başlayır. Şagirdlər
fosforun yanma məhsulunun ağ tüstü halında bankanı doldurmasını və müəyyən vaxtdan sonra
fosfor 5-oksidin qabın divarlarına çökdüyünü müşahidə edirlər. Onlar əvvəlki təcrübələrdən fərqli
olaraq bərk maddənin əmələ gəlməsinə dair nəticə çıxarırlar. Şagirdlərdən birı lövhədə reaksiya
tənliyini yazır:
Təcrübə 4.Dəmirin oksigendə yanması.
273
Müəllim şagirdlərə dəmir iynəni göstərir və qeyd edir ki, metallar yalnız qızdırıldıqda oksigendə
yanır.Şagirdlərin diqqəti dəmirin açıq havada və oksigendə yanmasına yönəldilir. Dəmirdən
hazırlanmış iynənin ucuna kiçik ağac parçası taxıb spirt lampasının alovunda yandırır və
oksigen olan bankaya daxil edir. Yanmanın gücləndiyini və dəmirin ətrafa dəmir yanığı Fe
3
O
4
(Fe
3
O
4
→ FeO + Fe
2
O
3
) qığılcımlarının səpələnməsi ilə alovsuz yanması müşahidə olunur.
8-ci sinifin kimya dərsliyində təcrübələrin nümayişi ilə tədris olunan mövzular bunlardır: «Qeyri-
üzvi birləşmələrin mühüm sinifləri», «Kimyəvi reaksiyaların təsnifatı», «Kimyəvi reaksiyaların
sürətinə təsir edən amillər», «Katalizator və katalitik reaksiyalar» və «Elektrolitik dissosiasiya».
Aşağıda bəzi mövzuların tədrisində nümayiş təcrübələrindən istifadə olunmasına dair metodik
işləmə verilir.
«Əsaslar»mövzusunun tədrisində müəllim əsaslar üçün xarakterik olan təcrübələri nümayiş
etdirməklə şagirdləri qeyri-üzvi birləşmələrə dair biliklərini inkişaf etdirir.
Təcrübə 1.Əsasların alınması və kimyəvi xassələri.
Təchizat: sönməmiş əhəng, mis(II) sulfat, natrium-hidroksid, çini kasa, sınaq şüşələri, stəkanlar,
şüşə çubuq, fenolftalein, lakmus və metiloranjın spirtdə məhlulları.
Təcrübənin aparılması metodikası.
Üç stəkan götürüb onların hər birinə 10 ml natrium-hidroksid məhlili tökülür. Sonra müəllim
indikatorların spirtdə məhlullarını nümayiş etdirir. Şagirdlər fenolftaleinin rəngsiz, lakmusun bə-
növşəyi, metiloranjın narıncı rəngdə olduğunu müşahidə edirlər. Müəllim birinci stəkana 3 damcı
fenolftalein, ikinci stəkana 3 damcı lakmus, üçüncü stəkana 3 ml metiloranj məhlulu əlavə edir.
Şagirdlər birinci stəkanda məhlulun moruğu rəngə, ikinci stəkanda göy rəngə və üçüncü stəkanda
sarı rəngə boyandığını müşahidə edirlər.
Müəllim stəkanların hər birinə indikatorların spirtdə məhlullarının rəngi alınana gədər tədri-
cən xlorid turşusu əlavə edir. Gözlənilən nəticə alındıqdan sonra müəllif təcrübədə müşahidə olunan
hadisəni izah edir. O, göstərir ki, sonda alınan məhlulda nə NaOH nə də HCl qalmayıb, onlar
ekvivalent miqdarda qarşılıqlı təsirdə olaraq duz və su əmələ gətiriblər. Neytral mühit yarandığına
görə indikatorların özlərinə məxsus rəngləri bərpa olunur. Şagirdlər qələvi ilə turşu arasında gedən
neytrallaşma reasiyasının tənliyini tərtib edirlər:
NaOH + HCl →NaCl + H
2
O
Müəllim qeyd edir ki, neytrallaşma reaksiyası həllolmayan əsaslarla turşular arasında da
gedir. Bunu təsdiq etmək üçün əvvəlcə həllolmayan əsas(Cu(OH)
2
) alır və onun turşu(HCl) ilə
reaksiyasını nümayiş etdirir:
CuSO
4
+ 2NaOH → Cu(OH)
2
↓ + Na
2
SO
4
Cu(OH)
2
+ 2HCl → CuCl
2
+ 2H
2
O
Şagirdlər 7-ci sinifin kimya kursunda aktiv metalların su ilə reaksiyasından metalların
hidroksidlərinin əmələ gəlməsini öyrənmişlər. Buradakalsium oksidin su ilə reaksiyasından əsasın
alınması göstərilir. Az miqdarda sönməmiş əhəng (CaO) götürüb çini kasaya tökülür və üzərinə eh-
tiyatla su əlavə olunur. Əmələ gələn məhlula 3 damcı fenolftalein tökülür. Şagirdlər fenolftaleinin
natrium-hidroksiddə olduğu kimi moruğu rəng almasını reaksiya nəticəsində qələvinin əmələ
gəlməsi ilə izah edirlər.
«Kimyəvi reaksiyaların sürətinə təsir edən amillər» mövzusunun təcrübələrin nümayişi ilə
öyrədilməsi şagirdlərdə reaksiyanın sürətinin qarşılıqlı təsirdə olan maddələrin təbiətindən, səthlə-
rinin ölçüsündən, qatılıqlarından,temperaturdan, katalizatordan və qaz halında olan maddələrin
təzyiqindən asılı olaraq dəyişməsi haqqında aydın təsəvvür yaradılır.Müəllim bumövzunu şagird-
lərin 7-ci sinifin kimya kursundan kimyəvi reaksiyanın sürətinə təsir edən amillər haqqında malik
olduqları biliklərinə istinad etməkləöyrədir.
Təcrübə 2. Reaksiyanın sürətinin qarşılıqlı təsirdə olan maddələrin təbiətindən asılılığı.
Təchizat: 200 ml həcmində 2 ədəd stəkan, 100 ml həcmində ölçü silindiri, şüşə çubuq, 1M
qatılıqda xlorid turşusu məhlulu, eyni çəkidə sink və maqnezium metalı.
Dostları ilə paylaş: |