264
Alınan nəticələr və onların müzakirəsi:
Naxçıvan MR-in müxtəlif iqlim şəraitinə malik rayonlarında bəslənilən qoyunların
S.gigantea ilə yoluxmasının öyrənilməsi nəticəsində əldə edilən məlumatların müqayisəli analizi
göstərir ki, heyvanların parazitlə yoluxma ekstensivliyi fərqlənir (cədvəl 1).
Cədvəl 1
Naxçıvan MR-in bəzi rayonlarında qoyunların Sarcocystis ilə yoluxması
(2013-2016-cı illər)
Rayonlar
Yoxlanılan
heyvanların
ümumi sayı
S.gigantea
S.tenella
Yoluxan
heyvanların
sayı
İE, %
Yoluxan
heyvanların
sayı
İE, %
Naxçıvan ş.
128
31
24,2
62
48,4
Şahbuz
23
-
-
11
47,8
Şərur
39
-
-
20
51,3
Babək
36
4
11,1
21
58,3
Culfa
22
-
-
13
59,1
Ordubad
19
4
21,1
11
57,9
Naxçıvan şəhər kəsim məntəqəsində kəsilən 128 baş qoyundan 31-də (24,2%), Ordubad
rayonunda tədqiqat apardığımız müddətdə müxtəlif fərdi təsərrüfatlarda kəsilən 120 baş qoyundan
7-də (5,83%), Babək rayonunda isə 36 baş qoyundan 4-də (11,1%) S.gigantea-nın makrosistalarına
təsadüf edilmişdir. Culfa rayonunda 22, Şahbuz rayonunda 23, Şərur rayonunda isə müayinə edilən
39 baş qoyunun heç birində S.tenella makrosistalarına təsadüf etmədik (cədvəl 1).
Ümumiyyətlə, yoluxan heyvanların müayinə edilən orqanlarından ancaq qida borusunda
S.gigantea makrosistalarına təsadüf edilmiş və ölçüləri götürülmüşdür.
Qoyunların qida borusu əzələlərində təsadüf etdiyimiz S.gigantea sistaları ağ rəngli, yumru
ellipsvarı formada olub yetkinlik dərəcəsinə görə fərqlənmişlər. Ən kiçik sistaların ölçüsü orta
hesabla 2-4x4-7 mm, böyüyünün isə 4-8x10-11 mm olmuşdur. Ən çox təsadüf edilən böyük
sarkosistalar 200 mq ağırlığında olmuşdur.
Qida borusu, diafraqma, qarın əzələləri, ürək və dil əzələləri tədqiq edilərkən onların
S.gigantea ilə yoluxması ilə bərabər S.tenella mikrosistalarına da təsadüf edilmişdir (cədvəl 1).
Qoyunların Sarcocystis tenella ilə yoluxmasının ekstensivliyinin öyrənilməsi nəticəsində
alınan nəticələrin rayonlar üzrə müqayisəli şəkildə analizi göstərir ki, invaziyanın ən yüksək
ekstensivliyi orta hesabla, Culfa rayonu ərazisində (59,1%), ən az ekstensivliyi isə Şahbuz rayonu
ərazisində rast (47,8%) gəlinmişdir.
Qoyunların eyni zamanda S.tenella ilə yanaşı S.gigantea ilə yoluxması haqqında məlumatları
müqayisəli şəkildə analiz etdikdə məlum olmuşdur ki, Naxçıvan MR-də qoyunların S.tenella ilə
yoluxması S.gigantea-ya nisbətən yüksəkdir, S.tenella mikrosistalarına tədqiqat apardığımız
respublikanın bütün fiziki-coğrafi zonalarda demək olar ki, təsadüf edilmişdir.
Qoyunların yaşından asılı olaraq S.gigantea ilə yoluxması da öyrənilmişdir. Bu məqsədlə 1
yaşa qədər, 1 yaş, 1 yaşdan yuxarı və 2 yaşdan yuxarı toğlu və yaşlı qoyunların qida borusu, qarın
əzələləri, ürək, dil və skelet əzələləri müayinə edilmişdir (cədvəl 2). Müayinə edilən orqanlardan
qida borusunda S.gigantea makrosistalarına təsadüf edilmişdir. Digər orqanlarda isə parazitin
sistalarına rast gəlinməmişdir.
Vizual müşahidələr zamanı güclü yoluxmalar hallarında yem borusunun şişdiyi müşahidə
edilmişdir. Kiçik ölçülü sistalar əzələ liflərinin arasında olduğundan əzələləri skalpel vasitəsilə
yardıqda sistalar görünmüşdur. Qida borusu əzələlərində təsadüf edilən S.gigantea sistaları
yumurtavarı formada olmuşdur. Sistalar yem borusunun udlağa yaxın hissəsində daha çox
lokalizasiya olunduğu aşkar edilmişdir.
265
Cədvəl 2
Qoyunların S.gigantea ilə yoluxmasının yaşdan asılılığı (2009-2013-cü illər)
Heyvanların
yaşı
Heyvanların sayı
İE, %
İİ
yoxlanılan
yoluxan
1 yaşa qədər
90
4
4,4
1-2
1 yaşdan yuxarı
110
8
7,3
4-6
2 yaşdan yuxarı
105
22
20,9
7-9
Cədvəl 2-də verilən məlumatlara əsasən göstərmək olar ki, heyvanların yaşı artdıqca
invaziyanın ekstensivliyi də artır. Yəni, heyvanların yaşı artdıqca onların S.gigantea ilə yoluxma
ekstensivliyi də artır. 1 yaşa qədər olan heyvanlarda invaziyanın ekstensivliyi 4,4% (90/4), 1 yaşdan
yuxarı olan heyvanlarda 7,3% (110/8), 2 yaşdan yuxarı olan heyvanlarda isə 20,9%-dir (105/22).
Qeyd edilən yaş qrupundan olan qoyunların qida borusunun S.gigantea ilə yoluxmasının
intensivliyinin öyrənilməsi göstərir ki, yaşlı heyvanlarda xəstəliyin intensivliyi cavan heyvanlara
nisbətən yüksək olmuşdur. 2 yaşdan yuxarı qoyunlarda qida borusunda 3 sm
2
sahədə 7-9 sista
yerləşdiyi halda, bir yaşa qədər olan heyvanların qida borusunun qeyd edilən sahəsində təsadüf
edilən sistaların sayı 1-2 olmuşdur. Eyni zamanda cavan heyvanlarda təsadüf etdiyimiz sistaların
ölçüləri (3,5-4x4,5-6,8mm), yaşlı heyvanlarda təsadüf etdiyimiz sistaların ölçülərindən (5,6-8,2x9-
10,5mm) kiçik olmuşdur.
Yaşlı heyvanlarda xəstəliyin ekstensivliyinin yüksək olması, onların fərdi inkişaf dövründə
parazitlə daha çox təmasda ola bilməsi ehtimalının yüksək olması ilə izah edilə bilər.
Cədvəl 2-dən göründüyü kimi yaşdan asılı olaraq qoyunların S.gigantea ilə yoluxma
ekstensivliyinin belə yüksək olması heyvanların yaşından çox, yemin, otlaq sahələrinin və s. itlər
tərəfindən parazitin sporosistaları ilə çirklənməsindən asılıdır.
Son sahibin ifraz etdiyi sporosistaların xarici mühitdə invazion xüsusiyyətinin uzun müddət
saxlaması ilə də əlaqədar olaraq otyeyən heyvanlarda invaziyanın ekstensivliyi həmişə yüksək
səviyyədə saxlanılır.
Belə bir nəticəyə gəlmək olar ki, heyvanların yoluxma ekstensivliyi onların saxlama
şəraitindən və otladıqları otlaq sahələrinin bu parazitin əsas sahibi olan xəstə pişiklər və itlər
tərəfindən ifraz olunan sporosistalar ilə “çirklənməsindən” asılıdır.
ƏDƏBİYYAT
1.
Azərbaycan heyvanlar aləmi. I cild, akad. M.Ə.Musayevin redaksiyası ilə, Bakı: Elm, 2012,
216 s.
2.
Bayramov A.B., Məhərrəmov M.M., Məmmədov İ.B. və b. Naxçıvan Muxtar Respublikasının
onurğasızlar faunasının taksonomik spektri. Naxçıvan, Əcəmi, 2014, 320 s.
3.
Məmmədov İ.B. Naxçıvan Muxtar Respublikasında ev qoyunlarının sarkosporidiozu//AMEA
zoologiya institutunun əsərləri, Bakı: Elm, 2006, c. XXVIII, s. 566-570
4.
Namazova A.A. Azərbaycanin bəzi rayonlarinda ekoloji şəraitdən asili olaraq qoyunlarin
sarkosporidilərinin (Sporozoa, Apicomplexa) parazitoloji və biokimyəvi tədqiqi. biol. elm.
nam. ... dis. avtoreferatı. Bakı, 2014, 23 s.
5.
Aydenizöz M., Karaer Z., İlkme A.N., Atmaca N.T. Kırıkkale belediyye mezbahasında
kesilen koyunlarda Sarcocystis türlerinin yaygınlığı, Türkiye Parazitoloji Dergisi, 2007, c.
31, № 4, s. 272-276
6.
Cem Ecmel Şaki., Serdar Deger., Edib Özer. Türkiyede Sarkosporidiosis//YYU Veteriner
Fakültesi Dergisi, Van, 2010, c.21 , s. 129-134
7.
Бейер Т.В. Клеточная биология споровиков возбудителей протозойных болезней
животных и человека. Ленинград: Наука, 1989,183 с.
8.
Вершинин И.И. Жизненные циклы, патогенность и дифференциация кокцидий родов
Sarcocystis и Cystosospora: Автореф. дис. … докт. бол. наук. Тюмень, 2000, 44 с.
Dostları ilə paylaş: |