260
birinci aralıq sahibi Limnaea cinsinə aid olan mollyusklar, definitiv sahibi qağayıkimilər
fəsiləsindən olan balıqyeyən quşlardır.
D. nemachili Zhatkanbaeva et Schigin, 1986
Sahibi: Kür çılpaqçası (9,1%), yoluxmanın intensivliyi 2 ədəd olmuşdur.
Lokallaşması: beyin.
Metaserkariləri Nemachilus cinsinə aid olan çılpaqcaların beynində parazitlik edir. İnkişaf
tsikli öyrənilməmişdir.
D. paracaudum Iles, 1959
Sahibləri: külmə (20,0%), qızılüzgəc (11,8%), Kür şirbiti (18,8%), çəkidə (21,4%),
Zaqafqaziya ilişgəni (15,4%); yoluxmanın intensivliyi 3-29 ədəd olmuşdur.
Lokallaşması: göz bülluru.
Metaserkariləri müxtəlif fəsilələrdən olan şirinsu balıqlarının göz büllurunda parazitlik edir;
birinci aralıq sahibi Limnaea cinsinə aid olan mollyusklar, definitiv sahibi qağayılardır.
D. spathaceum (Rudolphi, 1819)
Sahibləri: qızılüzgəc (5,9%), üstüzən (2/5%), gümüşü dabanbalıq (13,3%), çəki (14,2%);
yoluxmanın intensivliyi 4-33 ədəd olmuşdur.
Lokallaşması: göz bülluru.
Metaserkariləri müxtəlif dəstələrdən olan şirinsu balıqlarının göz büllurunda parazitlik edir;
birinci aralıq sahibi Limnaea cinsinə aid olan mollyusklar, definitiv sahibi qağayılardır.
Tylodelphys clavata (Nordmann, 1832)
Sahibi: iriboğaz xul (20,0%); yoluxmanın intensivliyi 2-5 ədəd olmuşdur.
Lokallaşması: gözün şüşəvari cismi.
Metaserkari mərhələsində müxtəlif balıqlarda parazitlik edən bu trematodun birinci aralıq
sahibləri şirin su ilbizləri, axırıncı sahibləri isə leyləkkimilər dəstəsinə aid olan quşlardır.
Hysteromorpha triloba (Rudolphi, 1819)
Sahibi: qızılüzgəc (23,5%), zərdəpər (7,1%), gümüşü dabanbalıq (13,3%), çəki (7,1%);
yoluxmanın intensivliyi 4-19 ədəd olmuşdur.
Lokallaşması: əzələlər.
Bu trematod çəkikimilər fəsiləsindən olan balıqlar üçün xarakterdir, onun birinci aralıq
sahibləri şirin su ilbizləri, əsas sahibləri isə qarabatdaqlar və maygülülərdir.
Ornithodiplostomum scardinii (Schulman, 1952)
Sahibləri: qızılüzgəc (29,4%), zərdəpər (14,2%); yoluxmanın intensivliyi 1-3 ədəd
olmuşdur.
Lokallaşması: beyin.
Metaserkariləri çəkikimilərin, ən çox qızılüzgəcin, baş beynində parazitlik edir; birinci
aralıq sahibi Physa cinsinə aid olan mollyusklar, definitiv sahibi pazdimdikdir.
Posthodiplostomum cuticola (Nordmann, 1832)
Sahibləri: külmə (13,3%), qızılüzgəc (17,6%), lil balığı (3/9), altağız (25,0%), şəmayı
(5,6%), Kür gümüşcəsi (12,5%), gümüşü dabanbalıq (6,7%), çəki (21,4%), Zaqafqaziya ilişgəni
(23,1%), qızılı ilişgən (5,9%), iriboğaz xul (10,0%), yoluxmanın intensivliyi 3-23 ədəd olmuşdur.
Lokallaşması: dəri, əzələlər.
Metaserkariləri müxtəlif fəsilələrdən olan şirinsu balıqlarında parazitlik edir, birinci aralıq
sahibi Planorbis planorbis şirin su ilbizi, definitiv sahibi isə vağlardır.
Ichthyocotylurus pileatus (Rudolphi, 1802)
Sahibi: Kür altağızı (8,3%); yoluxmanın intensivliyi 3 ədəd olmuşdur.
Lokallaşması: üzmə qovuğunun divarları.
Metaserkariləri müxtəlif fəsilələrdən olan şirinsu balıqlarında parazitlik edir; birinci aralıq
sahibi qarınayaqlı mollyusklar, axırıncı sahibi balıqyeyən quşlardır.
Fəsilə CLINOSTOMATIDAE Lühe, 1901
Clinostomum complanatum (Rudolphi, 1819)
Sahibləri: külmə (26,7%), qızılüzgəc (29,4%), lil balığı (20,0%), Kür gümüşcəsi (18,8%),
çəki (28,6%), Kür çılpaqçası (27,3%), Zaqafqaziya ilişgəni (7,7%), qızılı ilişgən (11,8%), qumluq
261
xulu (18,2%); yoluxmanın intensivliyi 1-14 ədəd olmuşdur.
Lokallaşması: dəri, əzələlər.
Metaserkariləri müxtəlif şirin su balıqlarında parazitlik edən bu növün birinci aralıq sahibləri
Limnaea və Radix cinslərinə aid olan şirin su ilbizləri, əsas sahibləri isə vağlar, qutanlar və
qarabatdaqlardır.
Yuxarıda verilmiş icmaldan görünür ki aparılmış helmintoloji tədqiqatlar nəticəsində
aparılmış tədqiqatlar nəticəsində Aşağı Arazın balıqlarında 1 dəstəyə, 6 fəsiləyə və 11 cinsə aid olan
15 növ trematod qeyd edilmişdir. Bunlardan Asymphylodora tincae, Parasymphylodora
markewitschi, Phyllodistomum elongatum, Allocreadium markewitschi, Sphaerostomum bramae
növlərinin axıncı sahibi balıqlar olduğundan, onlar öz inkişafını balıqların orqanizmində başa
çatdırıb cinsi yetkinliyə çatır, qalan 11 növ isə balıqları ikinci aralıq sahib kimi istifadə edərək,
onların orqanizmində metaserkari mərhələsində parazitlik edir. Trematod növlərinin balıqların
bədənində lokallaşması müxtəlif cür olmuşdur. Belə ki, onların 4 növü bağırsaqda, 4 növü göz
büllurunda, 3 növü dəridə və əzələlərdə, 2 növü beyində, 1 növü sidik axarlarında, 1 növü üzmə
qovuğunun divarlarında qeydə alınmışdır. Əldə edilmiş trematodların 1 növü lil balığı, 1 növü
Nemachilus cinsinə aid olan çılpaqcalar, 6 növü çəkikilər fəsiləsinin nümayəndələri üçün
xarakterikdir, 7 növ müxtəlif fəsilələrdən olan balıqlarda parazitlik edir.
Qeyd olunmuş trematod növlərinin hər biri müxtəlif sayda balıq növündə tapılmışdır. Belə
ki, Diplostomum chromatophorum və Posthodiplostomum cuticola növlərinin hər biri 11 növ
balıqda, Clinostomum complanatum – 9 növ növ balıqda, Sphaerostomum bramae – 6 növ balıqda,
Diplostomum paracaudum – 5 növ balıqda, Allocreadium markewitschi, Diplostomum spathaceum
və Hysteromorpha triloba – hər biri 4 növ balıqda, Ornithodiplostomum scardinii və Diplostomum
helveticum – hər biri 2 növ balıqda, qalan 6 növün isə hər biri cəmi 1 növ balıqda qeyd olunmuşdur.
Tədqiq edilmiş balıqların trematod faunası müəyyən dərəcədə onların həyat tərzini əks
etdirir.Belə ki, onların arasında qızılüzgən ən zəngin trematod faunasına malikdir. Bu balıqda 8 növ
trematod tapılmışdır. Bu balıq su bitkilərinin arasında yaşadığından trematodların birinci aralıq
sahibi olan mollyusklarla daha çox təmasda olur və onlardan çıxan serkarilərin hücumlarına məruz
qalır. Odur ki, onda olan 8 növ parazitdən 7 növü balıqlardan ikinci aralıq sahib kimi istifadə edir
və serkarilərin balığa hücumu nəticəsində onu yoluxdurur. Digər balıqlardan dabanbalıq və çəkinin
hər birində 6 növ, enlibaş, gümüşcə və Zaqafqaziya ilişgəninin hər birində 4 növ, külmə, üstüzən, lil
balığı, altağız, zərdəpər, Kür şirbiti, çılpaqca, qızılı ilişkən və iriboğaz xulun hər birində 3 növ,
şəmayı və qumluq xulunun hər birində 2 növ, qijovçuda 1 növ trematod qeyd olunmuşdur. Çapaqda
və qambuziyada trematod tapılmamışdır.
Qeyd olunmuş trematodlardan Diplostomum chromatophorum, D. helveticum, D. nemachili,
D. paracaudum, D. spathaceum, Tylodelphys clavata, Hysteromorpha triloba, Ornithodiplostomum
scardinii, Posthodiplostomum cuticola ədəbiyyat məlumatına görə balıqların xəstəlik törədiciləridir
[13]. Clinostomum complanatum kifayət qədər yaxşı bişirilməmiş balıq məhsulları yeyərkən insanın
həzm sisteminə düşdükdə onun səhhəti üçün təhlükə yaradır [14, 15]. Balıqdan ikinci aralıq sahib
kimi istifadə edən bütün növlərin serkariləri suda insanın bədən səthi ilə təmasda olarsa, dəriyə
daxil olub dermatitə səbəb ola bilər [16].
Beləliklə, Aşağı Arazda balıqların helmintoloji tədqiqi nəticəsində 1 dəstəyə, 6 fəsiləyə və 11
cinsə aid olan 16 növ trematod qeyd edilmişdir. Bunlardan 5 növün axıncı sahibi balıqlar
olduğundan, onlar öz inkişafını balıqların orqanizmində başa çatdırıb cinsi yetkinliyə çatır, qalan 11
növ isə balıqları ikinci aralıq sahib kimi istifadə edərək, onların orqanizmində metaserkari
mərhələsində parazitlik edir. Qızılüzgəc su bitkilərinin arasında yaşadığından trematodların birinci
aralıq sahibi olan mollyusklarla çox təmasda ollduğundan onun trematod faunası başqa balıqların-
kından zəngindir. Qeyd olunmuş trematodlardan 9 növü balıq xəstəliklərinin törədiciləridir, 1 növ
insanın həzm sisteminə düşdükdə onun səhhəti üçün təhlükə yaradır. Balıqdan ikinci aralıq sahib
kimi istifadə edən bütün növlərin serkariləri suda insanın bədən səthi ilə təmasda olarsa, dəriyə
daxil olub dermatitə səbəb ola bilər.
ƏDƏBİYYAT
1.
Касымов А.Г. Пресноводная фауна Кавказа, Баку, Элм, 1972, 285 с.
Dostları ilə paylaş: |