276
olmasınıhidrogen qazının alınmasına görə deyil, barium-sulfat çöküntüsünün alınması ilə təyin
edirlər:
H
2
SO
4
+ Zn → ZnSO
4 +
H
2
↑
2HCl + Zn → ZnCl
2 +
H
2
↑
ZnSO
4
+ BaCl
2
→ BaSO
4
↓ + ZnCl
2
ZnCl
2
+BaCl
2
≠
10-cu sinifdə nümayiş təcrübələrinin aparılması mümkün olan bölmələr: karbon yarımqrupu
elementləri, doymuş karbohidrogenlər; doymamış karbohidrogenlər; aromatik karbohidrogenlər.
10-cu sinfin mövcud proqramına görə kimya kursu karbon yarımqrupu elementləri ilə baş-
layır. Məktəb kimya proqramının belə quruluşu elmi və metodik prinsiplərə uyğundur. Belə ki, üzvi
kimya, kimya elminin karbon birləşmələrini və onların çevrilmələrini öyrənən sahəsidir. Karbonun
qeyri üzvi birləşmələr kimyası da çox zəngindir. Buna görə də karbon elementi qeyri-üzvi
birləşmələrlə üzvi birləşmələr arasında körpü rolunu oynayır. Başqa sözlə qeyri-üzvi birləşmələrlə
üzvi birləşmələr arasında kəskin sərhəd yoxdur. Karbonunvə onun qeyri-üzvi birləşmələrinin
quruluşu və xassələrinə dair elmi-nəzəri biliklər onun üzvi birləşmələrinin öyrənilməsinin əsasını
təşkil edir.
Təcrübə 1. Karbonatlar və hidrokarbonatların xassələri.
Təchizat: əhəng suyu, xlorid turşusu, Vürs kolbası, qazaparan boru, rezin tıxaclar, sınaq
şüşələri, distillə suyu, kalsium karbonat.
Təcrübənin aparılması metodikası.
Qaz almaq üçün istifadə olunan sadə cihaz quraşdırılır. Bürs kolbasına bir qədər təbaşir
toküb üzərinə xlorid turşusu əlavə etməklə karbon dioksid alınır və aşağıdakı eksperimentin aparıl-
masında istifadə olunur.
Sınaq şüşəsi götürüb ona əhəng suyu tökülür. Sınaq şüşəsinə bulantı əmələ gələnəqədər kar-
bon dioksid buraxılır. Bülantı əmələ gəldikdən sonra karbon dioksidin axını davam etdirilir. Nə-
ticədə əvvəldə olduğu kimi şəffaf məhlul alınır. Sınaq şüşəsindəki şəffaf məhlul qızdırıldıqda
yenidən bulanır. Karbonatlar və hidrokarbonatların qarşılıqlı çevrilmələri izah olunur və reaksi-
yaların tənlikləri yazılır:
CaCO
3
+ 2HCl → CaCl
2
+ CO
2
+ H
2
O
Ca(OH)
2
+ CO
2
→ CaCO
3
+ H
2
O
CaCO
3
+CO
2
+ H
2
O →Ca(HCO
3
)
2
t
3
3
2
2
2
Ca HCO
CaCO + CO + H O
10-cu sinifdə üzvi kimya kursununun tədrisində nümayiş eksperimentinin təşkili və aparıl-
ması özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Belə ki, qeyri-üzvi kimyadan fərqli olaraq üzvi
kimyadan nümayiş eksperimentlərinin aparılmasına çox vaxt tələb olunur. Digər tərəfdən başlanğıc
maddələr və alınan məhsul xarici görunuşunə görə bir-birindən fərqlənmirlər. Üzvi reaksiyaların
gedişi şəraitdən daha çox asılı olduğuna görə müəyyən dəyişiklik nəzərdə tutulan maddənin deyil,
başqa maddənin alınması ilə nəticələnə bilər. Bütün bunları nəzərə alaraq şagirdlərüzvi kimya
kursunun tədrisində təcrübənin aparılmasına hazırlanmalıdır.
Təcrübə 2. Metanın alınması.
Resurslar: natrium asetat, natronlu əhəng (NaOH ilə CaO qarışığı), sulfat turşusu, çini
həvəng -dəstə, 150 mm uzunluğu və 20-30 mm diametr olçüsündə dəmir( və ya kvars) boru, metal
ştativ, 2 ədəd yastıdib kolba, şüşə borular, rezin tıxaclar, elektrik qızdırıcı cihaz, spirt lampası.
Təcrübənin aparılması metodikası.
Toz halına calınmış 10 qram susuz natrium asetat 20-25 qram natronlu əhənglə yaxşı qarış-
dırılır. Reaksiya qarışığı dəmir borunun mərkəz hissəsinə yerləşdirilir. Borunun bir ucuna məsa-
məsiz, digər ucuna məsaməli tıxac taxılır. Metal boru şüşə boru vasitəsilə yastıdib kolba ilə əla-
qələndirilir. Dəmir boru üfiqi istiqamətdə ştativə bərkidilir. Metal borunun qarışıq yerləşən orta
hissəsi qızdırılır və nəticədə aşağıdakı reaksiya gedir:
CH
3
COONa + NaOH → CH
4
+ Na
2
CO
3
Bu reaksiyada metanla yanaşı əlavə məhsullar da (aseton, etilen, hidrogen, karrbon dioksid)
alınır. Metanı qarışıqlardan təmizləmək üçün qaz buxarları birinci kolbada kondensləşir, sonra
277
içərisində sulfat turşusu olan kolbaya daxil olaraq quruyur və təmizlənir. Təmizlənmiş metan
qazometrə yığılır və kimyəvi xassələri öyrənilir.
Müəllim metanın alındığına şagirdləri inandırmaq üçün qazometrdən çıxan boruya yanar çöp
yaxınlaşdırmaqla metanı yandırır. Metan qazı rəngsiz alovla yanır. Bu alınan metanın təmiz ol-
duğunu göstərir.
Təcrübə 3. Etilenin kimyəvi xassələri.
Təchizat: etilenlə dolu qazometr, qatı bromlu su, kalium permanqanat məhlulu, böyük
ölçülü sınaq şüşələri, şüşə çubuqlar.
Təcrübənin aparılması metodikası.
İki sınaq şüşəsi götürüb onlardan birinə bromlu su, digərinə kalium permanqanat məhlulu
tökülür. Sınaq şüşələrinə qazometrdən etilen qazı buraxılır. Hər iki sınaq şüşəsindəki məhlulların
rəngsizləşdiyi müşahidə olunur. Şagirdlər müəllimin doymamış karbohidrogenlərin quruluşu və
xassələrinə dair verdiyi məlumatlara əsaslanaraq məhlulların rəngsizləşməsinin etilenin doymamış
karbohidrogen olması ilə izah edirlər. Eksperimentlərdən belə nəticə çıxarılır ki, doymamış
karbohidrogenlər üçün birləşmə və oksidləşmə reaksiyaları xarakterikdir. Şagirdlər hər iki
reaksiyanın tənliklərini dəftərlərində yazırlar.
11-ci sinifin mövcud kimya proqramında üzvi kimya kursunun tədrisi davam edir. Proqrama
daxil olan mövzuların nümayiş təcrübələrinin aparılması ilə öyrədilməsi üçün 10-cu sinifin üzvi
kimya kursu ilə müqayisədə daha geniş imkanlar mövcuddur. Bu kursun proqramında nümayiş
təcrübələrinin aparılması zəruri olan mövzular aşağıdakılardır:
Karbohidrogenlərin təbii mənbələri və onların emalı; spirtlər və fenollar; aldehidlər, ketonlar,
karbon turşuları; mürəkkəb efirlər, yağlar; karbohidratlar; azotlu üzvi birləşmələr.
Burada bəzi nümayiş təcrübənin aparılması metodikası verilir.
Təcrübə 1. Qliserinin natrium metalı və mis(II) hidroksidlə reaksiyaları.
Təchizat natrium metalı, qliserin, mis(II) sulfat, natrium-hidroksid, stəkan, sınaq şüşələri,
ştativ, spirt lampası, süzgəc kağızı, distillə suyu, pinset.
Təcrübənin aparılması metodikası.
a)
stəkana 5 ml qliserin töküb içərisinə pinset vasitəsilə yaxşı qurudulmuş kiçik natrium parçası
salınır. Natrium metalı əvvəlcə qliserinin səthində hərəkət edir və tədricən qızır. Nəticədə
güclü reaksiya başlayır və hidrogen qazı ayrılır.
b)
sınaq şüşəsinə 5 ml qliserin töküb üzərinə 3 ml mis(II) sulfat məhlulu əlavə olunur. Sonra
onun üzərinə sınaq şüşəsində məhlulun parlaq-göy rəngi alınana qədər tədricən natrium-
hidroksid məhlulu tökülür.
Müəllim qliserinin xassələrinə dair eksperimentləri nümayiş etdirməklə şagirdlərdə çoxatom-
lu spirtlər haqqında təsəvvürləri inkişaf etdirir. Şagirdlər çoxatomlu spirtləin biratomlu spirtlərlə
oxşar xassələrinin olduğunu öyrənirlər. Belə ki, reaksiyalarda müşahidə olunan əlamətlər təsdiq
edir ki, biratomlu spirtlərdə olduğu kimi çoxatomlu spirt olan qliserinin tərkibində də hidroksid
qrupları mövcuddur. Müəllim reaksiyaların tənliklərini şagirdlərə yazdırır.
Eksperiment 2. Aldehidlərin oksidləşmə reaksiyaları.
Resurslar: 10 faizlinatrium-hidroksid, 2 faizlimis(II) sulfat, 10 faizli etanal, sınaq şüşələri,
ştativ, spirt lampası
Təcrübənin aparılması metodikası.
Sınaq şüşəsinə 10 ml natrium-hidroksid töküb üzərinə bir neçə damcı mis(II) sulfat əlavə olu-
nur. Əmələ gələn göy rəngli mis(II) hidroksid süzülür, sınaq şüşəsinə köçürülür və üzərinə 5 ml
etanal məhlulu əlavə olunur. Alınan qarışıq spirt lampası alovunda qızdırılır. Müəllim şagirdlərə
eksperimentin gedişini izləməyi və dəftərlərində qeyd etməyi tapşırır. Mis(II) hidroksidlə etanalın
qarşılıqlı təsiri nəticəsində əvvəlcə sarı rəngli mis(I) hidroksid sonra isə qırmızı rəngli mis(I) oksid
alınır. Təcrübənin gedişində müşahidə olunan reaksiyaların tənliklərini şagirdlər özləri yazıb
müəllimə göstərirlər:
Dostları ilə paylaş: |