Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə119/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   115   116   117   118   119   120   121   122   ...   134

256 
edilmişdir.  Sağlam  heyvanların  qan  plazmasında  zərdabların  1:100  nisbətində  İFA  reaksiyası  ilə 
anticisimlər tapılmamışdır. 
Exinokokkla  yoluxmuş  16  baş  inək  analoqlar  prinsipinə  görə  hər  birində  4  baş  olmaqla  4 
qrupa bölündü.  Birinci  qrupun  heyvanlarına  7  gün müddətində  hər kq-a  0,02  ml  olmaqla  Avertin, 
ikinci  qrupun  heyvanlarına  Aversekt-2  eyni  dozada  və  müddətdə  dərialtı,  üçüncü  qrupun  heyvan-
larına  isə  Panakur  130  mq/kq  olmaqla  7  gün  müddətdə  yemlə  verdik.  Dördüncü  qrupun  heyvan-
larına antihelmint preparatlar vermədik, onlar nəzarət üçün saxlanıldı. 
Antihelmint preparatlar  verildikdən sonra qan zərdabının seroloji müayinəsini 15, 30 və 60, 
allergik reaksiyanı isə 60 gün sonra müəyyənləşdirdik. 
Preparatlar  yeridiləndən  15  gün  sonra  qan  plazmalarında  anticisimlər  bütün  qruplarda  və 
təqribən  eyni  titrdə  müalicəyə  qədər  olan  miqdarda,  birinci  qrupda  1200±230  qarşı  1000±200, 
ikincidə  -  800±282  qarşı  600±115,  üçüncüdə  -  800±0  qarşı  700±100  olmuşdur.  30  gündən  sonra 
təcrübə qrupunda anticisimlərin səviyyəsi aşağı düşür və birincidə - 600±114, ikincidə - 400±141, 
üçüncüdə  -  500±100  təşkil  etmişdir.  60  gündən  sonra  anticisimlərin  sonrakı  azalması  xüsusilə 
birinci və ikinci qruplarda davam edir və müvafiq olaraq 100±0 və 175±25 təşkil etmişdir. Üçüncü 
qrupda  anticisimlərin  titri  350±50  oldu.  Dördüncü  qrupun  heyvanlarında  anticisimlər  təqribən  bir 
səviyyədə qaldı və 1000±200-dən 1200±230-dək dəyişildi. 
Yarmanın  nəticələrinə  görə,  dərialtı  Avertin  yeridilmiş  bir  inəkdə  ölmüş  protoskolseksləri 
olan 6 sefalosista tapıldı. Aversekt-2 ilə müalicə olunan bir inəkdə 14 kirəclənmiş sista aşkar edildi. 
Panakurla müalicə edilən  üçüncü  qrupdan  bir  inəkdə hissəvi  canlı  protoskoleksi  olan  7  sefalosista 
aşkar edildi. Nəzarət qrupundan olan heyvanda diri protoskolekii olan 8 sefalosista tapıldı. 
Belə nəticəyə gəldik ki, Avertin və Aversekt-2 0,02 ml/kq kütləyə 7 gün ərzində spontan yolla 
yoluxmuş  qaramala  yeridiləndə  yüksək  səmərəlilik  göstərir.  Həmçinin  müəyyənləşdirdik  ki, 
Panakur  130  mq/kq  kütləyə  peroral  yolla  7  gün  ərzində  yeridiləndə  az  səmərəli  olur,  nəticədə 
exinokokk protoskoleksləri diri qalır. 
Helmintozlara qarşı müalicə-profilaktika tədbirlərinin əsas həlqəsi heyvanların dehelmintizasi-
yasıdır.  Bununla  yanaşı,  bütün  mübarizə  vasitələri  kompleks  profilaktiki  tədbirlərində  cəmlənir  ki, 
buraya, otlaq profilaktikası, ətraf mühitin helmintoz invaziyalarından zərərsizləşdirilməsi və helmint-
lərin aralıq sahibləri ilə mübarizə daxildir. Exinokokkoza qarşı otlaq profilaktikası bir çox helmintoz 
törədicilərinə  qarşı  aparılan  səmərəli  mübarizə  tədbirlərindən  biri  hesab  edilir.  Çünki,  heyvanlar  bir 
çox  hallarda  exinokokkoza  otlaqlarda  yoluxurlar.  Ona  görə  də  helmintozun  profilaktikasında  otlaq-
ların düzgün və növbəli seçilməsi xüsusi əhəmiyyət daşıyır [2, s. 24]. 
Avstraliya,  Yeni  Zelandiya,  Argentina,  İtalya  və  Çində  aparılan  tədqiqatlarda  EG95  vaksinini 
qoyunlar üzərində 95% müsbət təsir göstərdiyi məlum olmuşdur. Qoyunların belə peyvənd olunması 
parazitin  itlərə  keçməsinin  qarşısını  alır,  ancaq  bu  qısa  vaxt  ərzində  baş  vermir.  Buna  görə  də 
qoyunların peyvənd olunması ilə bərabər itləri də profilaktik müalicə etmək lazımdır [1, s. 24]. 
Heyvanların  bu  qorxulu  sestodla  yoluxmaması  üçün  onların  və  ətraf  mühitin  dehelminti-
zasiyasının  kompleks  tədbirləri  mütləq  həyata  keçirilməlidir.  Hər  şeydən  əvvəl  exinokokkozla 
mübarizə üçün bütün heyvandarlıq təsərrüfatlarında və  yaşayış məntəqələrində son sahib olan itlər 
tədric  olunmalıdır.  Heyvanların  kəsimi  mütləq  veterinar-sanitar  nəzarəti  altında  həyata  keçiril-
məlidir  Exinokokkların  sürfə  formaları  ilə  yoluxmuş  orqanlar  utilzavodlarda  utilizasiya  edilməli, 
yandırılmalı  və  ya  biotermik  quyularda  məhv  edilməlidir.  Əhali  arasında,  xüsusilə  kənd  camaatı, 
ovçu və heyvandarlıqla məşğul olan şəxslər arasında exinokokkun invazion başlanğıcı, profilaktika 
metodları və onun ləğv edilməsi haqqında baytarlıq-maarifləndirmə işi aparılmalıdır [2, s. 23]. 
Nəticə. Naxçıvan Muxtar Respublikasının Babək rayonuna məxsus təsərrüfatda 50 baş inək 
üzərində  aparılmış  allergik  sınağın  nəticəsində  aydın  oldu  ki,  Avertin  və  Aversekt-2  preparatları 
0,02 ml/kq kütləyə 7 gün ərzində spontan yolla yoluxmuş qaramala yeridiləndə yüksək səmərəlilik 
göstərir.  Həmçinin  müəyyənləşdirdik  ki,  Panakur  130  mq/kq  kütləyə  peroral  yolla  7  gün  ərzində 
yeridiləndə  az  səmərəli  olur,  nəticədə  exinokokk  protoskoleksləri  diri  qalır.  Qaramalın  exinokok-
kozuna  qarşı  Avertin  və  Aversekt-2  preparatlarının  təsiri  onların  praktikda  istifadə  olunmasına 
təminat verir. İnəklərin allergik müayinəsi zamanı antihelmint dərmanlar yeridiləndən 60 gün sonra 
müalicə  olunan  heyvanların  xüsusilə  birinci  qrupunda  orqanizmin  sensibilizasiyasının  azalması 
müəyyənləşdirilmişdir. Nəzarətdə olan, müalicə olunmayan inəklərdə allergik reaksiya əhəmiyyətli 
dərəcədə dəyişilməmişdir. 


257 
ƏDƏBİYYAT 
1.
 
Dogel B.A.  Onurğasızlar zoologiyası, I hissə. Bakı: Maarif, 1988, 288 s. 
2.
 
Əsədov  S.M.    Kənd  təsərrüfatı  heyvanlarının  qurd  xəstəlikləri  və  onlarla  mübarizə.  Bakı, 
1964, 56 s. 
3.
 
Məhərrəmov  S.H.  Naxçıvan  Muxtar  Respublikasının  helmintofaunası.  Naxçıvan:  Əcəmi, 
2014, 144 s. 
4.
 
Canda  M.S.,  Canda  T.:  Ekinokokkozis:  47  Olgunun  Sunumu  ve  Türkiye’nin  Ekinokokkozis 
Sorunu. T Parazitol Derg. 19(1), 1995, s. 64-82. 
5.
 
Merdivenci ve  Aydınoglu.  Hidatidoz  (Hidatik Kist  Hastalıgı).  Istanbul:  Istanbul  Üniversitesi 
Cerrahpasa Tıp Fakültesi Yayınları No:2972, Doganay ve Kara, 1998; Senlik, 2004. 
6.
 
Акбаев  М.Ш.,  Водянов  А.А.,  Косминков  Н.Е.  и  др.  Паразитология  и  инвазионные 
болезни животных. Москва: Колос, 1998, 743 с. 
7.
 
Aрхипов И.А. Антигельминтики: Фармакология и применение.-М., 2009, 406 с.  
8.
 
Боровков  М.Ф.,  Фролов  В.П.,  Серко  С.А.  Ветеринарно-санитарная  экспертиза  с 
основами  технологии  и  стандартизации  продуктов  животноводства.  –СПб.: 
Издательство «Лан», 2013. 480 с. 
9.
 
Геллер И.Ю. Эхинококкоз. М.: Медицина, 1989, 208 с. 
10.
 
Идрисов  А.М.,  Лутфуллин  М.Х.  Химиотерапия  ларвального  эхинококкоза  крупного 
рогатого скота. // Теория и практика паразитологических болезней животных. Выпуск 
№14, 2013, с. 157-161. 
РЕЗЮМЕ 
Гусейн Расулзаде 
Лечение и профилактика эхинококкоза крупного рогатого скота в 
Нахчыванской Aвтономной Республике 
В  настоящее  время  на  современном  уровне  разрабатываются  эффективные  методы 
лечения  гельминтозов  сельскохозяйственных  животных  и  меры  борьбы  с  потенциальными 
возбудителями.  В  последние  годы  в  ветеринарной  практике  широко  используются 
подкожные,  надкожные  и  внутримыщечные  применения  авермектинов.  В  результате 
проведения  аллергических  проб  у  50  голов  коров  в  одном,  нестерильном  в  отнощении 
эхинококкоза  хозяйстве  крупного  рогатого  скота  установлено,  что  препараты  Авертин  и 
Аверсект-2  при  их  введении  в  течение  7  дней  на  0,02  мл/кг  массу  оказывают  высокую 
эффективность  у  спонтанно  заражённых  животных.  Нами  также  выявлено,  что  при 
пероральном  применении  в  течение  7  дней  препарат  Панакур  на  130  мг/кг  массу  мало 
эффективен в лечении данного гелминтоза у коров, протосколексы эхинококкоза в конечном 
счете остаются жизнеспособными. 
ABSTRACT 
Huseyn Rasulzade 
Treatment and preventıon of echınococcosıs ın cattle ın the  
Nakhchıvan Autonomous Republıc 
At  the  present  time,  effective  methods  for  the  treatment  of  helminthiases  of  agricultural 
animals  and  measures  to  combat  potential  pathogens  are  being  developed.  In  recent  years, 
veterinary  practice  has  widely  used  subcutaneous,  subcutaneous  and  intramuscular  avermectin 
applications.  As  a  result  of  carrying  out  allergic  tests  for  50  cows  in  a  single,  non-sterile  cattle 
echinococcosis, it was established that the drugs Avertin and Avercsekt-2, when administered for 7 
days to 0.02 ml / kg of mass, are highly effective in spontaneously infected animals . We also found 
that when administered orally for 7 days, Panakur preparation at 130 mg / kg mass is not effective 
in the treatment of this helminthosis in cows, the proto-chokers of echinococcus eventually remain 
viable.
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə 
çapa tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni  çapa  təqdim  etdi:  Baytarlıq  üzrə  elmlər  doktoru, 
professor E. Məmmədov 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə