Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə115/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   111   112   113   114   115   116   117   118   ...   134

248 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
 
ELŞAD ƏHMƏDOV, 
JALƏ HƏSƏNOVA, 
FƏRİDƏ MƏMMƏDOVA, 
SÜDABƏ İSMAYILZADƏ, 
İSMAYIL MİKAYILZADƏ 
parazitolog@mail.ru  
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu 
UOT 576.893.192.1 
EKSPERİMENTAL EİMERİOZ (Eimeria tenella)  ZAMANI CÜCƏLƏRİN BƏZİ 
ORQANLARINDA ALT VƏ AST FERMENTLƏRİNİN AKTİVLİYİ İLƏ QLUTAMİN VƏ 
ASPARAGİN TURŞULARININ MİQDARI ARASINDA KORRELYASİYA ƏLAQƏLƏRİ 
Açar sözlər: Eimeria tenella, aspratataminotransferaza, alaninaminotransferaza, qaraciyər, 
beyin və bud əzələləri, qlutamin turşusu 
Key  words:  Eimeria  tenella,  аланинаминотрансферазы,  аспартатаминотрансферазы, 
печен, мозг, мышц, глутаминовая кислота 
Ключевые слова: Eimeria tenella, Alanine aminotransferase, Aspartate transaminase, liver, 
brain, muscle, glutamic acid 
Eimeria  cinsinin  nümayəndələri  tərəfindən  törədilən  eimerioz  quşçuluq  təsərrüfatlarının 
inkişafına  mane  olan  əsas  problemlərdən  biridir  [11,6,9].  Dünyada  eimeriozdan  quşçuluq 
təsərrüfatlarına dəyən iqtisadi zərər ildə milyard dollar təşkil edir [14,15,13]. Ev toyuqları arasında 
təsadüf  edilən  9  növ  eimeriadan  Eimeria  acervulina,  E.brunetti,  E.maxima,  E.mivati,  E.necatrix, 
E.tenella  patogen  hesab  edilir.  Azərbaycanın  quşçuluq  təsərrüfatlarında  E.acervulina,  E.maxima, 
Е.necatrix, E.tenella növlərinə təsadüf edilir ki, bu növlər arasında öz patogenliyi ilə xüsusi olaraq 
seçilən E.tenella növünə praktiki olaraq bütün təsərrüfatlarda rast gəlinir [5].  
Parazitar  xəstəliklərin  törədicilərinin  sahibin  orqanizminə  təsiri  ancaq  onların  lokalizasiya 
olunduğu orqana deyil, parazitin orqanizmə ümumi təsiri ilə əlaqədardır. Müxtəlif qrup parazitlərin 
bir-biri və sahib ilə qarşılıqlı münasibətləri incə molekulyar-bioloji mexanizmlərə əsaslanır. Sahibin 
orqanizmində  parazitin  inkişaf  mərhələlərinə  uyğun  olaraq  baş  verən  biokimyəvi  dəyişikliklərin, 
xüsusilə  ALT  və  AST  kimi  indikator  fermetlərin  öyrənilməsi  nəticəsində  əldə  edilən  məlumatlar 
xəstəliyin diaqnostika və müalicəsində yeni metodların yaradılmasına elmi zəmin yaradır [8,2,3,7]. 
Müalicə  və  profilaktika  tədbirlərinin  aparılmasında  və  effektiv  seçici  xüsusiyyətə  malik,  sahibin 
orqanizminə  təsir etməyən  yeni  dərman  preparatlarının  yaradılması  və  sınaqdan  keçirilməsində bu 
istiqamətdə aparılan tədqiqatların nəticələrinin nəzərə alınması böyük elmi və  praktiki əhəmiyyət 
kəsb edir. Ədəbiyyat məlumatlarının təhlili göstərir ki, koksidiozun beyin, qaraciyər və əzələ kimi 
toxumalarda  fermentlərin  aktivliyinə  təsirinin  öyrənilməsi  istiqamətində  aparılan  tədqiqatlar  çox 
azdır  [1,12,10].  Bu  tədqiqatların  hamısı  broyler  cücələri  üzərində  aparılmışdır.  Digər  cinslərdən 
olan cücələr üzərində bu istiqamətdə aparılan tədqiqat işləri çox azdır. 
Tədqiqatlarda  məqsəd,  yerli  cinsdən  olan  qara  toyuq  cücələrinin  eksperimental  eimeriozu 
(Eimeria tenella)  zamanı qaraciyər, beyin və əzələlə toxumalarında ALT (alaninaminotransferaza) 
və  AST  (aspartataminotransferaza)  fermentlərinin  aktivliyi  ilə  qlutamin  və  asparagin  turşularının 
midqarı arasında əlaqələri müəyyənləşdirməkdir. 
Material мə Metodika 
Tədqiqatlar yerli cinsdən olan 40 baş yerli qara toyuq cücələri üzərində aparılmışdır. Sutkalıq 
cücələr  institutun  vivariumunda  steril  şəraitdə  20  günlük  yaşa  qədər  standart  broyler 
təsərrüfatlarında  istifadə  edilən  tərkibində  antikoksidiostatik  əlavələr  və  antibiotiklər  olmayan 
yemlə qidalandırılaraq böyüdülmüşdür. 20 günlük yaşa qədər böyüdülən cücələr hər birində 20 cücə 
olmaqla  iki,  kontrol  və  təcrübə  qruplarına  ayrılmışdır.  Kontrol  qrupun  cücələri  koksidilər  ilə 


249 
yoluxdurulmamış, təcrübə qrupun cücələri isə  Eimeria tenella (Apicomplexa, Coccida, Eimeriidae) 
parazitinin 20000 sporlaşmış oosistası ilə oral yolla yoluxdurulmuşdur. 
Biokimyəvi analizlər üçün parazitin sahibin orqanizmində inkişaf mərhələlərinə uyğun olaraq 
yoluxdurmadan 3, 5, 7 və 10  gün sonra hər dəfə 5 cücə kəsilmişdir. Kontrol qrupdan da invaziyanın 
yuxarıda  qeyd  edilən  günlərinə  uyğun  olaraq  hər  dəfə  5  cücə  dekapitasiya  olunmuşdur.  Toxuma 
homogenatlarında  (qaraciyər,  beyin  və  əzələ)  ALT  (alaninaminotransferaza)  və  AST-nin 
(aspartataminotransferaza)  aktivliyi  dinitrofenilhidrazin  (Raytman  və  Frenkel  metodu)  metodu  ilə 
təyin edilmişdir [4]. 
Bu məqsədlə quşlar dekapitasiya olunduqdan sonra tez bir anda çıxarılan orqandan 1q toxuma 
götürülərək  üzərinə  1:9  nisbətində  0,25M  saxaroza  məhlulunda  hazırlanan  0,1  mM  ETDA  əlavə 
edilərək  soyuq  mühitdə  şüşə  homogenizatorda  əzilmişdir.  Alınan  homogenat  10  dəqiqə  5000 
dövr/dəqiqə  sürətlə  K24  sentrifuqasında  çökdürülmüşdür.  Supernatant  saxaroza  məhlulunda  1:50 
nisbətində  duruldulmuşdur.  AST-nin  aktivliyini  təyin  etmək  üçün  sınaq  şüşəsinə  0,5  ml  substrat 
məhlulu  əlavə  edilmiş  və  onun  da  üzərinə  0,1ml  homogenat  əlavə  edilərək  sınaq  şüşəsi  1  saat 
müddətində  37
0
C-də  termostatda  saxlanılmışdır.  1  saatdan  sonra  sınaq  şüşəsinə  0,5  ml 
dinitrofenilhidrazin  əlavə  edilib  20  dəqiqə  müddətində  otaq  temperaturunda  saxlanılmış,  vaxt 
tamam  olandan  sonra  məhlulun  üzərinə  5ml  0,4N  NaOH  məhlulu  əlavə  edilərək  otaq 
temperaturunda 10 dəqiqə rəngin intensivləşməsi üçün saxlanılmışdır. Nümunənin optiki sıxlığı 530 
nm dalğa uzunluğunda ölçülmüşdür.  
AST-nin aktivliyini təyin etmək üçün sınaq şüşəsinə əlavə edilən 0,5 ml substratın üzərinə 0,1 
ml  homogenant  əlavə  edilərək  termostatda  30  dəqiqə  müddətində  37
0
C  temperaturda  inkubasiya 
edilmişdir.  Analizin  sonrakı  mərhələsi  ALT-nin  aktivliyinin  müəyyən  edilməsi  zamanı  istifadə 
olunan  üsulda  olduğu  kimi  olmuşdur.  Aminotrasferazanın  aktivliyinin  hesablanması  piroüzüm 
turşusuna  görə  qurulan  kalibrovka  əyrisi  əsasında  hesablanmışdır.  Fermentlərin  aktivliyinin 
hesablanmasında  homogenatın  duruldulması  nəzərə  alınmış,  hesablamalarda  1  q  toxumaya  (mq 
zülal) görə ifadə edilmişdir. ALT və AST-nin aktivliyi mkmol/ml·saat ilə ifadə edilmişdir. 
Homogenatların sərbəst aminturşu tərkibi ionmübadiləli xromatoqrafiya metodu ilə öyrənilmişdir. 
Rəqəm göstəriciləri 1 q yaş toxumaya görə mkmol (mkmol/1q toxuma) ilə ifadə edilmişdir. 
Alınan  məlumatların  statistik  işlənilməsində  İBM  Statistics  20  proqramından  istifadə 
edilmişdir. P<0,05 olduqda baş verən dəyişikliklərin statistik dürüst olduğu qəbul edilmişdir. 
Alinan nəticələrin müzakirəsi 
Alınan məlumatların analizi göstərir ki, invaziyanın prepatent dövründə yoluxdurulmuş cücələrin  
qaraciyər  və  beyində    AST-nin  aktivliyi  statistik  dürüst  dəyişikliklərə  məruz  qalmır.  Patent  dövrünün 
əvvəllərində qaraciyər və beyində bu fermentin aktivliyinin artdığı qeydə alımnışdır. İnvazaziyanın 10-
cu  gününə  qədər  qaraciyərdə  AST-nin  aktivliyi  kontrol  qrupun  göstəriciləri  səviyyəsinə  qədər  bərpa 
olunur,  beyində  isə  AST-nin  aktivliyində  əks  istiqamətində  dəyişiklik  baş  verir,  daha  doğrusu  bu 
fermentin iştirakı ilə baş verən pereaminləşmə proseslərinin inaktivləşməsi başlayır. 
 
Qaraciyər və beyindən fərqli olaraq bud əzələlərində AST-nin aktivliyində dəyişikliklər artıq 
invaziyanın  prepatent  dövründə  başlayır.  İnvaziyanın  3-cü  və  5-ci  günləri    fermentin  aktivliyi 
normaya  nisbətən  13,90%  azalır.  Patent  dövrünün  əvvəli  -  invaziyanın  7-ci  günü,  fermentin 
aktivliyində  qısa  müddətli  bərpa  olunma  müşahidə  olunur,  sonra  azalmağa  başlayaraq  10-cu  gün 
daha  kəskin  azalır.  İnvaziyanın  bu  günü  fermentin  inaktivləşməsi  kontrol  qrupun  göstəricilərinə 
nisbətən 40,07% təşkil edir (cədvəl ). 
Eimerioz zamanı qaraciyər, beyin və bud əzələlərində AST-nin aktivliyinin müqayisəli analizi 
göstərir ki,  normada fermentin ən yüksək aktivliyi digər orqanlara nisbətən əzələlərdə qeydə alınır. 
Belə ki, yoluxdurulan cücələrin əzələlərində invaziyanın 3, 5 və 10-cü günləri AST-nin aktivliyində 
statistk dürüst azalma müşahidə edilir. Beyində və qaraciyərdə isə bu fermentin iştirakı ilə baş verən 
pereaminləşmə prosesləri sürətlənir. 
Yuxarıda  göstərildiyi  kimi,  xəstə  quşların  qaraciyərində  AST-nin  aktivliyi  invaziyanın  7-ci 
günü  10,19%  artır  (P<0,001).  Belə  ki,  qaraciyərdə  AST-nin  aktivliyi  ilə  qlutamin  və  asparagin 
turşularının miqdarı arasında müsbət statistik dürüst korrelyasiyanın (müvafiq olaraq r=+0,861 və 
r=+0,688)  olmasına  baxmayaraq,  AST-nin  aktivliyinin  qlutamin  və  asparagin  turşusunun  miqdarı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə