240
Xəstəliyin müalicəsində tez həzm olunan 5 № -li pəhriz təyin edilir.Orta ağırlıqlı formada
dezintiksikasiya məqsədiilə qlükozae, Haemodez, Ringet təyin olunur.Xəstəliyin ağır formalarında
xəstəyə Qlükokortiokosteroidlər, kontrikal, trasilol, qordoks vena daxilininə Na Xloridin izotonik
məhlulunda təyin olunur. Hemorrragik qanaxmalar zamanı Kalsium Xlorid, Vikasol, 1%-li
aminokapron turşusu təyin edilir. (3)
Profilaktikası. Hepatit B xəstəliyinin profilaktik tədbirlər sistemi, xəstəliyiyn aktiv infeksiya
ocaqlarının aşkar edilməsindən, yayılmasının qarşısının alınmasından və xəstəliyə həssaslığı artmış, və
risk qrupuna aid uşaqlar arasında spesifik profilaktikanın aparılmasından ibarətdir. (4)
Xəstəlik mənbəyinin neytrallaşdırılması prosesi bütün xəstə və virusgəzdiricilərdə xəstəliyiyn aşkara
çıxarılmasından, ətraf mühitə yayılmasıınn qarşısının alınmasından, onların müalicə və dispanser
müşahidəsinin aparılmasından ibarətdir. Bundan başqa bütün kateqoriyalı donorlar arasında müayinələr
aparmaq, hər qan verən şəxsin qanında A
L
A
T,
və HB
S
A
g
-i müayinə etmək,lazımdır. (4)
Hepatit Bxəstəliyini keçirmiş, xroniki qaraciyər xəstəliyi olan şəxslər, hepatitli xəstə ilə kontaktda
olan şəxslər, və son 6 ay ərzində qan və komponentləri köçürülən şəxslər donor ola bilməz. ( 1)
Xəstəliyin ötürülmə yolunun qarşısını almaq üçün ev şəraitində şəxsi qulluq əşyalarının fərdiliyinə
fikir verilməli ,dış fırçaları, dırnaqtutanlar, daraq və digər qulluq əşyaları fərdi olmalıdır.( 4)
Xəstəxana şəraitində birdəfəlik şprislərdən istifadə etmək,cərrrahi, stomotoloji əşyaların
dezinfeksiyasına ciddi fikir vermək lazımdır ( 3).
Xəstəliyin spesifik profilaktikası uşaqlarda aktiv və passiv immunizasiyadan ibarətdir. (1)
Passiv immunizasiya məqsədi ilə tərkibində yüksək titr HB
S
A
g
olan immunoqlobulindən istifadə
olunur.İmmunoqlobulinlə profilaktikanın aparılmasına aşağıdakı göstərişlər var. (1)
Uşaqlarda kəskin B hepatit olan və ya HB
S
A
g
gəzdiricisi olan analarda aparılır.
İmmunoqlobulin uşaq doğulduqdan dərhal sonra təkrari isə 1,3,6 aylığında aparılır.
Passiv immunizasiya immunoqlobulinin vurulma müddətindən asılıdır. İnfeksiyalaşmadan dərhal
sonra vurularsa effekt -90%, 2 gün ərzində vurularsa effekt 50-70 %, 5 gün sonra vurulduqda effekti
olmur. (1)
ƏDƏBİYYAT
1.
В. Ф. Учайкин: Руководсто по инфекционным болезням у детей.
2.
N. Əliyev. İnfektologiya.
3.
Ə.Vəliyev İnfeksoin xəstəliklər.
4. Н.И.Брико, Л.П.Зубева, В.И. Покровский, В.П. С ергиев, В.В.Шкарин Епидемиология
Tibb Fakütəsinin tibbi klinik fənlər kafedrasının müəllimi Əliyev Abbas İbrahim o.
РЕЗЮМЕ
Вирусный гепатит является распространенным заболеванием в мире, вызывается в
результате воспаления печени. Вирусы Гепатита B встречаются во всех биологических
жидкостях: в крови, моче, слюне, в артральгической жидкости, в сперме. Ввиду того, что
болезнь больше всего встречается в крови, наблюдается при медицинских манипуляциях, в
стоматологических отделах, в отделениях гемодиализа, среди наркоманов в результате
внутривенной инъекции. В целях профилактики заболевания Гепатита Б среди населения
нужно усилить работы по санитарному просвещению, информировать людей меры по
преодолнию заболевания.
ABSTRACT
Viral hepatitis is a common disease in the world, caused by inflammation of the liver.
Hepatitis B viruses are found in all biological fluids: in blood, urine, saliva, in arthralgic fluid, in
sperm. In view of the fact that the disease is most common in the blood, it is observed in medical
manipulations, in dental units, in hemodialysis units, among drug addicts as a result of intravenous
injection. In order to prevent Hepatitis B disease among the population, it is necessary to strengthen
the work on health education, inform people about the measures to overcome the disease.
NDU-nun Elmi Şurasının 27 aprel 2017-ci il tarixli qərarı ilə
çapa tövsiyyə olunmuşdur. (protokol № 08)
.
Məqaləni çapa təqdim etdi: Tibb üzrə fəlsəfə doktoru, dosent
M.İbrahimov
241
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 3 (84)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 3 (84)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 3 (84)
AYGÜN ƏZİZOVA
Naxçıvan Dövlət Universiteti
UOT:
616.391
ERKƏN YAŞLI UŞAQLARDA RAXİT XƏSTƏLİYİNİN XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: raxit,vitamin D, xronik, hipokalsemiya
Keywords: rachitis,vitamin D,chronic, hypocalcemia
Ключевые слова: рахит, витамин D, хронический, гипокалсемия
Raxit böyüməkdə olan uşaq orqanizminin xəstəliyidir. Əsasən südəmər və erkən yaş dövründə
olan uşaqlarda rast gəlinir.
Bu xəstəlik mübadilə xarakterli xəstəliklər qrupuna daxildir. Patoloji prosesin əsasında D
vitamini çatışmazlığı, fosfor-kalsium və karbohidrat, maqnezium, selen, mis, sink mübadiləsinin
pozulması, lipidlərin peroksid oksidləşməsi prosesinin, zülal mübadiləsinin pozulması durur.
D vitamini defisitli raxitin etioloji amilləri bunlardır:
1.
Günəş şüalarının defisiti və açıq havada olmamaq. Belə ki, orqanizmdə əmələ gələn endogen
D3 (xolekalsiferol) vitamininin 90 %-i günəş şüalarının təsirindən əmələ gəlir.
2.
Alimentar faktorlar:
a)
Süni qidalanmada olub adaptasiya olunmamış qarışıqlar alan südəmər uşaqlar
b)
Uzun müddətli südlə qidalandıqda, əlavə və doyuzdurucu qidalara gec keçdikdə
c)
Kifayət qədər heyvani zülalla qidalanmadıqda (yumurta, ət, balıq, kəsmik və.s), vegeterian
əlavə qidaları çox qəbul etdikdə (sıyıq, tərəvəz püresi və.s)
3.
Perinatal faktorlar:
a)
Bildiyimiz kimi kalsium və fosfor anadan dölə hamiləliyin axırıncı aylarında daha intensiv
keçir. Buna görə də yarımçıq doğulmuşlarda (26-30 həftə ) raxitin yaranması üçün tam şərait
olur. Belə uşaqların sümüklərində minerallar az miqdarda olur, həm də postnatal dövrdə
yarımçıq doğulmuş uşaqlar vaxtında doğulmuşlara nisbətən daha sürətlə inkişaf edir və
onlara kalsium, fosforla daha zəngin qidalar tələb olunur. Belə ki, vaxtında doğulmuşların
kalsiuma sutkalıq tələbatı 70-75 mq/kq, yarımçıq doğulmuşların sutkalıq tələbatı isə 200-
225 mq/kq olur.
b)
Plasentar çatışmamazlıq.Bu zaman kalsium balansını normada saxlamaq üçün parathormon
sekresiyası artır ki, bu da fosfor itkisinə səbəb olur. Cift çatışmazlığı ilə doğulan uşaqlarda
kalsiuriya və kanalcıqlarda fosforun reabsorbsiyasının pozulması hesabına qanda fosforun
səviyyəsinin aşağı olması qeyd olunur.
c)
Hamilə qadının qeyri-rasional qidalanması və həyat tərzi (açıq havada az olmaq, az hərəki
aktivlik və s)
II-li olaraq D vitamini defisitinə səbəb olan amillər bunlardır:
1.
Xronik qaraciyər və böyrək xəstəlikləri
2.
Malabsorbsiya sindromu
3.
Yatrogen faktorlar
a)
Qıcolma əleyhinə olan dərman preparatlarının (fenobarbital,difenin) uzunmüddətli təyini.Bu
zaman D vitamini mübadiləsi sürətlənir və bu endogen D vitamini defisitinə səbəb olur.
b)
Sidik qovucu preparatların uzunmüddətli təyini
4.
Nekrotik enterokolit
5.
D vitamini və kalsium – fosfor mübadiləsinin irsi pozğunluğu
6.
Maddələr mübadiləsinin irsi pozğunluğu (sistinuriya,tirozinemiya və s)
7.
Polihipovitaminozlar
8.
Xronik infeksion proseslər
Raxit xəstəliyinin klinik təsnifatı aşağıdakı kimidir:
1.
Xəstəliyin dövrlərinə görə: başlanğıc, çiçəklənmə,rekonvalessensiya, qalıq əlamətləri dövrü
Dostları ilə paylaş: |