150
istehsalda spesifik yer tutur, özlərinə məxsus mənəvi marağa malikdirlər. İctimai təbəqə olmaq
etibarilə ziyalıların həyat tərzi spesifik formalar da kəsb edir.Hər bir sosial fenomen kimi ziyalılar
da mürəkkəb daxili struktura malikdirlər. Onların strukturu çox komponentli və müxtəlif tərəfli
olması ilə səciyyələnir. Ziyalıların sosial strukturu mövcud ictimai gerçəkliyə xas olan iqtisadi,
siyasi və milli-mənəvi dəyərlərin təsiri altında dəyişib inkişaf edir.
Ziyalılıq anlayışı ilə bağlı çox yayılmış bir qarışıqlıq “maarifçilik” termini ilə əlaqədardır.
Məlumdur ki, “maarifçi” fəlsəfə teosentrist (dini-mərkəzçi) və teoloji (dini) səciyyə daşıyan Orta
əsrlər fəlsəfəsinə və dünyagörüşünə əks reaksiya kimi XVII əsrdə meydana gəlmişdir. Dini Orta
əsrləri “qaranlıq”, “zülmət”, özünü isə aydınlanma, işıqlanma kimi səciyyələndirən də elə bu
məktəbin filosofları olmuşlar. İstər fransızca (Eclairement), istər ingiliscə (Enlightment), istərsə
almanca (Aufklarung), istərsə də rusca (Prosveşenie) bu məktəbin adı hərfən aydınlanma,
işıqlanma, nurlanma, ziyalanma deməkdir. Müasir Türkiyə türkcəsində indi ona “tənəvvür”ün
tərcüməsi kimi “aydınlanma” fəlsəfəsi deyilir.
Bu fəlsəfənin iki əsas qolunu – fransız və alman qollarını bir-birindən ayırd etmək lazımdır.
Bu məktəbin fransız qolu dedikdə, 29 il ərzində böyük tirajlarla 28 cildlik ensiklopediya nəşr
etdirən məşhur ensiklopedistlər – Didro, D’alamber, Helvetsi, Holbax və b. nəzərdə tutulur. Onların
fəaliyyət kursu, yuxarıda qeyd edildiyi kimi, dinə, irrasionallığa, feodal dünyagörüşünə qarşı
çevrilmişdi. Bu anti-dini fəaliyyət dini-mövhumi izahlara qarşı elmi-məntiqi izahlar çıxarmaq və
bunu xalq arasında yaymaq, kütlələri maarifləndirməkdən ibarət idi. Maarifçilik aydınlatma işidir,
maariflənmə aydınlanmadır. Kütləvi ensiklopediyalar nəşr etmək maarifçilik idi, çünki son nəticədə
elmi-rasional biliklə işıqlanmaya xidmət edirdi.
Lakin, bütöv Qərb aydınlanma fəlsəfəsini “maarifçi fəlsəfə” kimi adlandırmaq olmaz. Maarif-
lənmə aydınlanmadır, lakin aydınlanma yalnız maariflənmə deyil. Maariflənmə aydınlanmanın sa-
dəcə bir hissəsidir.
Azərbaycanda XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərində kapitalist münasibətlərinin
inkişafı feodal-mülkədar qaydalarına və məfkurəsinə qarşı mübarizəni, texniki tərəqqini inkişaf
etdirmək üçün təbii-elmi bilikləri təbliğ etməyi, təhsili genişləndirməyi tələb edirdi. Burada
maarifçiliyin əsas cəhətlərini göstərmək zəruridir. Bunlar aşağıdakılardan ibarətdir:
birincisi,maarifçilər ayrıca bir sinfin deyil, bütün əzabkeş bəşəriyyətin nümayəndələri kimi nəinki
xalqın, hətta bütün millətin adından çıxış edirdilər; ikincisi,maarifçilər təhkimçiliyin ictimai-
iqtisadi, hüquqi sahələrdə yaratdığı nə varsa, hamısına qarşı çıxış edirdilər. Onlar feodal-
mütləqiyyət qaydalarının ləğvinin, sənayenin, kənd təsərrüfatının, ticarətin inkişafının bütün xalqın
rifahının yüksəlişinə səbəb olacağına əmin idilər; üçüncüsü, maarifçilik ictimai quruluşu
dəyişdirməyin, cəmiyyət həyatını yaxşılaşdırmağın yeganə vasitəsini təhsili genişləndirməkdə, elmi
bilikləri kütlələr arasında yaymaqda görürdü. Nəhayət,dördüncüsü,maarifçiliyin ictimai-siyasi
proqramı ictimai şüuru cəhalətin buxovlarından azad etməkdən ibarət idi (2,s.361).
Ziyalılar üçün milli-mənəvi dəyərləri qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdır-
mağın ən yaxşı forması milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil,
həm
də milli mədəniyyətin,adət-ənənələrin, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir.
Xalq başqa imperiyaların işğalı altında qaldıqda, başqa əqidələrin rəsmi təsir dairəsinə
düşdükdə milli-mənəvi dəyərləri unudulmağa qoymamaq, bir əmanət kimi yeni nəsillərə ötürmək
vəzifəsini ziyalılar estafeti öz əllərinə almalı olurlar. XIX əsrin sonlarında Azərbaycan
cəmiyyətində formalaşan mədəniyyət getdikcə aydın ümummilli səciyyə alır və bu da öz
növbəsində milli şüurun inkişafına, milli birliyin möhkəmlənməsinə xidmət edirdi. Bu zaman milli
dil, tarixi keçmişə maraq, milli ləyaqət hissi, milli özünüdərketmə, vətən və vətənpərvərlik, xalqın
taleyi, gələcəyi mədəni-tarixi tərəqqinin ən aktual məsələləri kimi qarşıda dururdu. Azərbaycanda
maarifçilik ideyalarının yayılması ilə əlaqədar olaraq Azərbaycan mədəniyyətində demokratik
fikirlər güclənir, ictimai-fəlsəfi fikirdə yeni sosial ideyalar qərarlaşırdı. Maarifçilik mənəvi
mədəniyyətin bütün sahələrinin - ədəbiyyat, incəsənət, əxlaq və s. inkişafına yeni istiqamət vermək-
lə mədəniyyətin strukturunda getdikcə radikal dəyişikliklər əmələ gətirdi. Mədəniyyət sistemində
realist ədəbiyyat, demokratik ictimai fikir, elm və elmi biliklər ön plana keçməyə başladı. Xalqımı-
zın qabaqcıl ziyalı nümayəndələri Avropa, rus və Azərbaycan həyatına müqayisəli nəzər salır,
151
vətənin sosial tərəqqi baxımından dövrün tarixı inkişaf səviyyəsindən geri qaldığını aydın görür və
artıq belə yaşamaq olmaz qənaətinə gəlirdilər. Onlar milli həyatı, Azərbaycan cəmiyyətini iqtisadi,
siyasi, mədəni gerilikdən xilas edib geniş sosial tərəqqi və maarif yoluna çıxartmaq barədə düşünür,
yollar arayıb axtarırdılar.
XVI əsrdə Səfəvilər dövlətinin yaranması ilə ən böyük milli-mənəvi dəyərlərimizdən biri
olan Azərbaycan dili dövlət dili səviyyəsinə qalxaraq rəsmi və dövlətlərarası yazışmalarda
işlədilməyə başladı. Səfəvilər dövründə Azərbaycan dili sarayda və orduda tam hakim mövqe
tutaraq dövlət dili kimi rəsmiləşdi. Anadilli ədəbiyyatımızın böyük ustadları Şah İsmail Xətai,
Məhəmməd Fizuli, Aşıq Qurbani, 18-ci əsrdə Molla Pənah Vaqif ana dilimizin inkişafında böyük
rol oynadılar. 19-cu əsrdə o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh,
Seyid Əzim Şirvani, Mirzə Əbülhəsən bəy Vəzirov, Soltanməcid Qənizadə, Məmmədtağı Sidqi,
Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının ana dilində dərsliklərin,
lüğətlərin yazılmasında əvəzsiz xidmətləri ana dilini öyrənmənin, onu qoruyub saxlamağın ən əsas
yolunu məktəblərdə tədrisin ana dilində aparılmasında görmələrindən irəli gəlirdi.
Ziyalıların ana dilinə hədsiz məhəbbət və azərbaycanlı həssaslığı ilə yanaşması, onun saflı-
ğının qorunub saxlanması hər şeydən əvvəl tarixi yaddaşımızın itməməsi, dövlətçilik ənənələrinin
dərindən öyrənilməsi, milli mənəviyyatımızın, adət-ənənərimizin yaşadılması ilə bağlı olduğundan
milli mənlik şüurunun oyanmasında, azərbaycanlıların təfəkküründə dünya sivilizasiyası dəyərləri-
nə marağın artmasına gətirib çıxarmışdır.
Azərbaycanın ilk universitet təhsilli müəllimi, müsəlman Şərqin ilk təbiətşünas alimi, milli
mətbuatımızın banisi, ictimai-siyasi xadim H.Zərdabi "milli ziyalıların atası" kimi dövrünün ən işıq-
lı siması olmuşdur. O, təkcə ilk milli qəzetin, ilk milli teatrın, ilk milli məktəbin və digər "ilklərin"
müəllifi deyil. Həsən bəy son nəfəsinə qədər tükənməz bir sevgi və fədakarlıqla öz xalqına təmən-
nasız xidmət etmişdir. Həsən bəy Zərdabi yazırdı ki, “Əkinçi bir aynadır ki,bizə zillət eyiblərini
nümayən edir. Əkinçi döyüşə-döyüşə məşəl saçırdı” (3,s.210).
Y.V.Çəmənzəmənli 1918-1919-cu illərdə yazdığı “Xarici siyasətimiz”, “Milli və mədəni
işlərimiz”, “Biz kimik və istədiyimiz nədir” əsərlərində azərbaycançılıq ideologiyasının formalaş-
ması üçün mühüm obyektiv sosial-siyasi amillər olan milli-mənəvi dəyərləri, vətən, millət və milli
dövlət anlayışlarını vəhdətdə götürürdü. Odur ki, tarixən Azərbaycan xalqının mentalitetində bu
anlayışlar sintez şəklində həkk olunaraq milli bütövlük anlayışının təkamülündə mühüm rol
oynamışdır.
ƏDƏBİYYAT
1. Əfəndiyev M,Səadət Məcid qızı, Şəxsiyyət-mədəniyyət sistemi, ( Sosial fəlsəfi təhlil), Bakı, Elm,
2008, 384s.
2. İmanov H. Fəlsəfənin əsasları, Bakı,
Turan evi, 2007. 440 s.
3. Rüstəmov İ.
Həsən bəy Zərdabi, Bakı,
Turan nəşrlər evi, 2012, 236 s.
ABSTRACT
Abbas Ahmadov
THE ROLE OF INTELLECTUAL ACTIVITY IN THE PROTECTION OF
NATIONAL AND MORAL VALUES
In the great sense of word the way to freedom is the intellectuals of the national spirit and its
carriers. In this regard , in the national and spiritual place of Azerbaijan the strengthening of
purposeful activity of intellectuals actually was the result of the reaction to
devastating effects of its
Spiritual plane, cultural and spiritual resistance movement.
One of the important duty standing in front of nation is to cross safely from the impassabilities of
global process,protect its specificity and its identity. But at first rather than self-understanding for
this, opposing he global process, to access the harmony of these process are required without losing