166
6. Niyazi Mehdi. Dərinlik strukturlarının qovulması, mədəniyyət və sənətdə dayazlıq biçimi//
Tənqid.net. №4, Bakı, 2007, s. 55-67.
7. Ортега-и-Гассет Х.. Дегуманизация искусства, Перевод С. Л. Воробьева, 1991, 638 с.,
OCR:C.Петров
8. Плеханов Г.
Основне вопросы марксизма, Риппол Классик, 2013, 190 с., с.32.
ABSTRACT
Khaladdin Sophiyev
ABOUT CULTUROLOGICAL PARADIGMS OF POST-STRUCTURALISM
Basis of our contemporary researches is that a text can`t be explored in izolated form.
Indeed this idea was against structuralism because in order to learn internal structure of a text it
called not to look at its external relations. But post-structuralism said that any text creates relations
with repertoire of other ones by numerous relations.
After deconstructing a deep meaning of the text, post-structuralism replaces revealing of
meanings in the text by revealing meanings in shareing of the text with other ones. That`s why it
puts to the forefront intertextuality. Meanings are not in the text itself, but in the relation of the text
with other ones.
РЕЗЮМЕ
Халаддин Софиев
О КУЛЬТУРОЛОГИЧЕСКИХ ПАРАДИГМАХ ПОСТ-СТРУКТУРАЛИЗМА
Основой современных исследований является то, что текст не может быть изучен в
изоляционной форме. На самом деле эта идея противоречила структурализму, так как для
изучения внутреннего строения текста она призывала не взирать не его внешние связи. А
пост-структурализм говорил о том, что любой текст посредством бесконечных методов
вступает в связь с репертуаром других текстов.
После деконструирования глубокого значения текста, пост-структурализм заменяет
выявление значений из текста на выявление значений из “обмена” текста с другими
текстами. Поэтому он выдвигает не передний план интертекстуальность. Значения находятся
не внутри текста, а в связях текста с другими текстами.
NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı
ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 02).
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev
167
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2017, № 6 (87)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87)
SAMİRƏ MƏMMƏDOVA
Sumqayıt Dövlət Universiteti
UOT: 327.2; 94(479.24)
AZƏRBAYCAN - İSRAİL MÜNASİBƏTLƏRİ VƏ ABŞ (1991-2008-Сİ İLLƏR)
Açar sözlər: Azərbaycan, İsrail, ABŞ, siyasi, münasibətlər
Key words:
Azerbaijan, Israel,
USA, political, relations
Ключевые слова: Азербайджан, Израиль, США, политический, отношения
Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra İsrail Dövləti ilə
müxtəlif sahələrdə qarşılıqlı münasibətlərin qurulması üçün ilk addımlar atıldı. Belə münasibətlərin
istiqamətlərindən biri siyasi əlaqələr olmuşdur. İsrail Dövləti Azərbaycan Respublikasının dövlət
müstəqilliyini 25 dekabr 1991-ci il tarixində tanıdı. Azərbaycanın dövlət müstəqilliyi bərpa
edildikdən sonra iki ölkə arasında birbaşa əlaqələr quruldu.
1992-ci il aprelin 5-7-də İsrail nümayəndə heyətinin Azərbaycana səfəri zamanı iki ölkə
arasında diplomatik münasibətlərin qurulması əlaqələrin inkişafında əsaslı rol oynadı [5].
Azərbaycan Respublikası və İsrail Dövləti arasında qarşılıqlı münasibətlərdə yeni dövr
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra
başlamışdır. Heydər Əliyev hakimiyyətə gəldikdən bir neçə ay sonra, 1993-cü ilin avqust ayında
Azərbaycan Respublikasında İsrail Dövlətinin səfirliyi fəaliyyətə başladı [1].
1995-ci il martın 9-da İsrailin səhiyyə naziri Efrahim Sneh Azərbaycana səfər etdi. O,
Azərbaycan Respublikasına gəlmiş ilk İsrail naziri oldu. E.Snehi Prezident Heydər Əliyev və digər
rəsmi şəxslər qəbul etdilər. Görüşlərdə əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş
müzakirələr aparıldı [1].
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının İsraildə səfirlik açmasına mane olan
həssas amillərdən biri Yaxın və Orta Şərq regionundakı şəraitlə əlaqədar idi. ABŞ və dünyadakı
yəhudi lobbisi ilə əlaqələrin inkişafı nöqteyi-nəzərindən İsrail Dövlətində səfirliyin açılması nə
qədər maraqlı olsa da, müsəlman Şərqi, xüsusən ərəb dünyası ilə münasibətlərə xələl gətirə biləcəyi
üçün Azərbaycan tərəfi bir qədər ehtiyatlı davranırdı. Ona görə də bu ölkə ilə diplomatik əlaqələr
1992-ci
ildən qurulsa da, münasibətlər 1998-ci ilə qədər çox zəif olmuşdur [6, 413].
Məhz bütün ölkələrlə münasibətlər yaradılmasında müxtəlif amillər, şərait və xüsusiyyətləri
nəzərə alan Heydər Əliyev xarici siyasətinin həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycan hazırda
dünyanın əksər ölkələri ilə diplomatik beynəlxalq əməkdaşlıq edir. Azərbaycan Amerikanın,
Avropanın, Asiya və Afrikanın bir sıra ölkələrinin maraq obyektinə çevrilmişdir [7, səh.344-345].
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1995-ci il oktyabrın 22-də Nyu Yorkda
İsrailin Baş Naziri İshak Rabin ilə görüşü ikitərəfli münasibətləri inkişaf etdirmək baxımından faydalı
oldu. Baş nazir İsrailin yeni müstəqil dövlətlərlə, o cümlədən Azərbaycan Respublikası ilə sıx əlaqələr
qurmağa maraq göstərdiyini xüsusi vurğuladı. Vurğulandı ki, Azərbaycan və İsrail arasında qarşılıqlı
münasibətlərin inkişaf etdirməsi üçün geniş imkanlar vardır [2].
Sonrakı illərdə də ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə dair məsələlər müxtəlif
səviyyəli görüşlərdə müzakirə edildi. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin Parisə səfəri zamanı 1996-cı il yanvarın 11-də İsrail Dövlətinin Baş Naziri Şimon
Peres ilə
görüşü faydalı oldu. Heydər Əliyev İsrailin keçmiş Baş Naziri mərhum İshak Rabinin terror aktı
nəticəsində qətlə yetirilməsindən kədərləndiyini bildirdi və Azərbaycan xalqı adından dərin hüznlə
başsağlığı verdi. Dedi ki, mühüm işləri olduğuna görə dəfn mərasimində özü iştirak edə bilməsə də,
Azərbaycan Respublikasının Baş Nazirini həmin vaxt İsrailə göndərmişdir. Şimon Peres bildirdi ki,
o, ABŞ Prezidenti Bill Klinton və dövlət katibi Uilyam Kristofer ilə keçirdiyi görüşlər, apardığı