168
danışıqlar zamanı konqresin Azərbaycana qarşı tətbiq etdiyi “Azadlığı müdafiə haqqında akt”a
edilən 907-ci düzəlişin aradan qaldırılması zərurətini və yardım göstərilməsinin vacibliyini,
Ermənistan – Azərbaycan münaqişəsinin dinc yolla həllində dünya birliyinin rolunun əhəmiyyətini
onlara çatdırmışdır [3].
ABŞ Prezidenti Bill Klintonun dəvəti ilə 1997-ci ilin iyul-avqust aylarında Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev bu ölkədə rəsmi səfərdə olarkən Amerika Birləşmiş
Ştatlarında yaşayan Yəhudi İcmalarının Prezidentləri Konfransı Təşkilatının nümayəndələri ilə
görüş xüsusi yer tutdu. Nyu Yorkda “Qrand Hyatt” otelində ABŞ-dakı Yəhudi İcmalarının
Prezidentlərinin Konfransı Təskilatı adından Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin sərəfinə rəsmi qəbul təşkil olundu. Qəbulda Nyu York Şəhər Şurası adından yəhudi
icmalarının ən aparıcı liderlərindən biri Piter Vilon yəhudilərin və Azərbaycan xalqının
dostluğundan söhbət açdı, Azərbaycanın haqq işini dəstəklədiklərini bildirdi [8, X kit., 68]. Heydər
Əliyev isə iki xalq arasında münasibətlərdən danışarkən dedi : “Azərbaycan xalqı böyük və zəngin
tarixə və çox qədim mədəniyyətə, ənənələrə malik bir xalqdır, ölkədir. Ölkəmizdə azərbaycanlılarla
yanaşı, bir çox digər millətlərin nümayəndələri də yaşayırlar. Azərbaycan həmişə çoxmillətli bir
ölkə olubdur, bu gün də çoxmillətli bir ölkədir. Biz bunu ölkəmizin üstünlüyü hesab edirik. Biz
Azərbaycanı heç vaxt təkmillətli bir dövlətə çevirmək fikrində olmamışıq. Ona görə də
Azərbaycanda yaşayan insanlar milliyyətindən asılı olmayaraq həmişə bərabərhüquqlu olmuşlar.
Azərbaycanda bu gün də bütün başqa millətlərə məxsus olan, yaşayan insanlar da respublikamızın
vətəndaşlarıdır və ölkəmizdə eyni hüquqlara malikdirlər. Azərbaycanda yəhudilər də çox qədim
dövrdən indiyədək yaşamışlar və yaşayırlar. Onlar Azərbaycanın vətəndaşlarıdır və Azərbaycan
onlar üçün doğma vətəndir” [8, X kit., 68].
Yəhudilərin Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatında iştirakına diqqəti cəlb edən
Heydər Əliyev vurğulayırdı : “Bu gün sizə bildirmək istəyirəm ki, xalqımızın, Azərbaycanın milli
mədəniyyətinin, iqtisadiyyatının, səhiyyəsinin inkişafında yəhudi millətinə mənsub Azərbaycan
vətəndaşlarının xidməti çox olmuşdur. XIX əsrin ikinci yarısında, XX əsrin əvvəlindən indiyədək
Azərbaycanın elmində, mədəniyyətində, iqtisadiyyatında, ali təhsilində xidmət göstərən insanların
fəaliyyətini biz xüsusi qeyd edirik. Onlar Azərbaycan xalqının həyatına çox böyük faydalar
vermişlər. Onlar bizim üçün həmişə əzizdirlər. Yəhudi millətindən olan böyük alimlər, mədəniyyət,
musiqi xadimləri, həkimlər, səhiyyə sahəsində çalışan böyük insanlar Azərbaycanda çox olmuşlar,
onlar həmişə xalqımızın hörmət və ehtiramını qazanmışlar” [8, X kit., 69].
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev son illər yəhudi millətindən olan
Azərbaycan vətəndaşlarının bir qisminin başqa ölkələrə, o cümlədən İsrailə, Amerika Birləşmiş
Ştatlarına və digər yerlərə getməsi məsələsinə də toxunaraq dedi : “…biz bilirik ki, onlar
Azərbaycanı heç vaxt unutmamışlar, vaxtaşırı respublikamıza gəlirlər, xalqımızın ənənələrini o
ölkələrdə yayırlar, təbliğ edirlər. Hiss edirik ki, onlar çox zaman Azərbaycan üçün darıxırlar. Mən
bilirəm ki, İsraildə respublikamızdan getmiş Azərbaycan vətəndaşları – yəhudilər böyük bir
Azərbaycan icması təşkil ediblər. Hətta orada Bakı adını daşıyan küçələr, restoranlar və Bakının,
Azərbaycanın adını daşıyan çox gözəl müəssisələr vardır. Bildirmək istəyirəm ki, Azərbaycanın çox
böyük, maraqlı sərvətləri vardır. Onlardan biri də dadlı yeməkləridir. Azərbaycandan getmiş
yəhudilər bu yeməkləri başqa ölkələrdə, xüsusən İsraildə çox geniş təbliğ edirlər…” [8, X kit., 69].
Çıxışında İsrail ilə əlaqələrin perspektivinə toxunan Heydər Əliyev vurğulayırdı :
“Azərbaycan ilə İsrail arasında əlaqələr dostluq əlaqələridir. Biz bu əlaqələri gündən-günə inkişaf
etdiririk. Mən bu son illərdə, qısa müddətdə İsrailin keçmiş Baş Naziri mərhum İshak Rabinlə,
keçmiş Baş Naziri Şimon Pereslə görüşlər keçirmişəm, danışıqlar aparmışam. Keçən ilin dekabr
ayında mən Lissabonda olarkən İsrailin indiki Baş Naziri cənab Netanyahu ilə görüşmüşəm. Biz
onunla məktublaşırıq. Mən ona məktub göndərmişdim. Mən buraya gəlməmişdən bir neçə gün
əvvəl o mənə məktub göndəribdir. Bu ölkənin həm Prezidenti, həm də Baş Naziri məni İsrailə dəvət
ediblər. Mən bu dəvəti məmnuniyyətlə qəbul etmişəm və yaxın vaxtlarda həyata keçirəcəyəm.
Hesab edirəm ki, İsrailin Azərbaycandakı səfirliyi çox yaxşı fəaliyyət göstərir. Onların
Azərbaycanda işləmələri üçün hər cür şərait yaradılıbdır. Mən İsrailin respublikamızdakı səfiri ilə
dəfələrlə görüşmüşəm, lazım olan vaxtlarda onu qəbul edirəm.....Amerika Birləşmiş Ştatlarında
169
Yəhudi Təşkilatları Prezidentləri Konfransı Təşkilatını mən çox əhəmiyyətli bir təşkilat kimi
yüksək qiymətləndirirəm. Bilirəm ki, bu konfrans, icmalar Amerikada böyük nüfuza malikdir.
Onlar çox gərəkli işlər görürlər, böyük imkanlara malikdirlər. Hesab edirəm ki, Azərbaycan ilə
Amerikadakı Yəhudi İcmaları Prezidentləri Konfransı Təşkilatı arasında əlaqələr yaranır. Mən bu
əlaqələrin bundan sonra da davam etməsinin tərəfdarıyam. Güman edirəm ki, biz yaxşı əməkdaşlıq
edə bilərik” [8, X kit., 72].
Azərbaycan Respublikasının Prezidenti Ermənistan ilə atəşkəs və erməni lobbi məsələsindən
danışarkən vurğulamışdır: “Atəşin dayandırılması haqqında üç il bundan əvvəl saziş imzalanıbdır.
Üç ildir ki, sülh, yəni atəşkəs var. Biz daimi sülh əldə etmək üçün danışıqlar aparırıq. Mən ümid
edirəm ki, biz məsələnin sülh yolu ilə həllinə nail olacağıq…. Bizim belə dostlarımız artdıqca
Amerika Birləşmiş Ştatlarında Azərbaycana qarşı ədalətsizlik edən erməni diasporunun da qarşısını
ala bilərik. Bizim Amerikada lobbimiz yoxdur. Amma ermənilərin çox güclü lobbisi vardır... Amma
bizim burada lobbimiz olacaqdır. Bizim lobbimiz dostlarımız olacaq, o cümlədən Amerika
Birləşmiş Ştatlarındakı yəhudi icmaları, sizlər bizim lobbimiz olacaqsınız. Mən buna çox ümid
bəsləyirəm. Güman edirəm ki, siz mənim bu fikirlərimlə razı olarsınız…” [8, X kit., 74].
Görüşdə ikitərəfli münasibətlərə toxunan Heydər Əliyev demişdir : “Azərbaycan sülhsevər
ölkədir, xalqımız sülhsevər xalqdır. Azərbaycan çoxmillətli ölkədir və bütün millətlərin
nümayəndələri burada bərabər hüquqlarla yaşayır və fəaliyyət göstərirlər. Azərbaycan bir çox əsrlər
yəhudilər üçün də doğma vətən olubdur, yaşayış yeri olubdur. Yəhudilər azərbaycanlılarla birlikdə
Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər
Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar uçün doğma
vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır. Mən hesab edirəm ki,
bugünkü görüş İsrail
Azərbaycan əməkdaşlığı üçün yeni bir mərhələ açır. ...Amerika Birləşmiş
Ştatlarına mənim bu yaxınlardakı rəsmi səfərim Azərbaycanla ABŞ arasındakı əlaqələrdə tarixi bir
hadisə olmuşdur. Amerika Birləşmiş Ştatlarının Prezidenti və Azərbaycan Prezidenti ölkələrimiz
arasında əməkdaşlığı, tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək üçün mühüm bir sənəd imzalamışlar.
Biz bunu çox yüksək qiymətləndiririk. ABŞ kimi böyük bir ölkə, inkişaf etmiş ölkə ilə tərəfdaşlıq
əlaqələri qurmağı və inkişaf etdirməyi özümüz üçün çox mühüm bir hadisə hesab edirik. Bizim
Amerika ilə əməkdaşlığımızda İsrail – Azərbaycan əməkdaşlığının da çox mühüm əhəmiyyəti var” [8,
XII kit., 111].
İsrail Dövlətinin Baş Naziri ölkəsinin Azərbaycan Respublikası ilə qarşılıqlı faydalı
münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini, siyasi, iqtisadi, ticarət, elm, təhsil,
mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlığın böyük potensialının olduğunu qeyd etdi.
Onun fikrincə, tərəflər əlaqələri genişləndirmək üçün səylərini artıra bilərdilər.
Vaşinqton İnstitutunun tədqiqatlarına əsasən İsrail həmçinin Azərbaycana təhlükəsizlik və
tədqiqat-təşviqat məsələlərində təcrübənin və hərbi-texnikanın çatdırılmasında mühüm rol
oynayırdı. Bu ölkə Xəzər dənizi regionunda və İran sərhədində elektron qulaqasma qurğularının
quraşdırılması məsələsində də faydalı ola bilərdi.
Lakin Azərbaycan tərəfi İsrail ilə
münasibətlərindən qonşusu olan İran İslam Respublikasına qarşı istifadə etmədi.
Artıq qeyd edildiyi kimi, İsrail Dövlətinin Baş Naziri Benjamin Netanyahunun 1997-ci ildə
Bakıya səfərindən sonra iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoydu. Məhz bu
mərhələdə iki ölkə arasındakı münasibətlərin yaxşılaşması Azərbaycan silahlı qüvvələrinin
modernləşməsinə təkan verdi. İsrail hərbi dairələri Azərbaycanı hərbi hava təyyarələri, artilleriya,
antitank müdafiəsi ilə təmin etdi [9]. İsrail və Azərbaycan 100 milyon dollarlıq dəyərində hərbi
müqavilə imzaladılar. Müqaviləyə uyğun olaraq bir çox İsrail firmaları bu işə cəlb olundular. İsrail
hərbi sənayesi Azərbaycanı uzaqmənzilli raketlər və hərbi avadanlıqlarla təchiz etdi [10].
İsrail Dövləti Azərbaycanı ABŞ konqresi tərəfindən qəbul olunmuş 907-ci düzəlişin ləğvi
məsələsində də dəstəkləmişdir [11].
Azərbaycan tərəfinin bu soyqırıma münasibəti 1999-cu il aprelin 22-də Heydər Əliyevin ABŞ-
a rəsmi səfəri ərəfəsində Holokost muzeyindəki çıxışı zamanı bir daha bəyan edildi. Azərbaycan
Respublikasının Prezidenti dedi: “Yəhudi xalqı tarix boyu çox böyük sınaqlarla üzləşmiş, ağır
sınaqlardan keçərək öz qədim, zəngin mədəniyyətini, öz mənliyini qoruyub saxlaya bilmişdir.
Dostları ilə paylaş: |