160
Azlığın dilində şəxsi adlardan
istifadə. Uzun illər kürd adlarından istifadə qadağan olunmuşdur. Şəxslərin əsl adlarından istifadə
etmələri rəsmən qadağan olunurdu. Böyük Millət Məclisinin qəbul etdiyi altıncı uyğunlaşdırma
zərfinə əsasən, 15 iyul 2004-cü ildə Qeydiyyat (siyahıyaalma) haqqında Qanuna edilmiş düzəlişlər
hazırda uşaqlara “əxlaq qaydalarına zidd olmayan” və “ictimaiyyəti təhqir etməyən” adlar verməyə
imkan yaradır. Bu düzəlişdən sonra kürd adları qeydə alınmışdır. Qadağan qeyri-ardıcıl tətbiq olunur,
əvvəllər qeydə alınmamış bəzi adlar qeydə alınır, məsələn, təlimata rəğmən, “W” hərfinin olduğu
kürd adları son vaxtlar qeydə alınmışdır [14, 13].
Azlıqların dilində coğrafi adlardan istifadə. İnzibati Məcəllənin 2-ci maddəsinə görə, coğrafi
adlara məhdudiyyətlər qoyulur. Həmin maddədə göstərilir: “Türk dilində olmayan və dolaşıqlıq
yaradan kənd adları ən qısa müddətdə əyalət daimi komitəsinin rəyi alınmaqla Daxili İşlər Nazirliyi
tərəfindən dəyişdirilməlidir”. Bu maddədən türk dilindən fərqli dillərdə olan yer adlarının dəyiş-
dirilməsi üçün istifadə olunmuşdur. Bəzi azlıq nümayəndələri göstərirlər ki, onlar indiyə qədər
əvvəlki adlardan istifadə edirlər və yer adlarını, ən azı şəhərlərin girişində türk adları ilə yanaşı,
özlərinin ana dilində görmək istəyirlər [12, 16-19].
Azlıqların dilindən dövlət xidmətlərində istifadə. Türkiyə Konstitusiyasının 3-cü maddəsinə görə,
Türkiyənin dövlət dili türk dilidir. Bu maddə dövlət hakimiyyəti orqanlarında hər hansı başqa dildən
istifadəni qadağan etməsə də, Türkiyənin hakimiyyət orqanları onu dövlət orqanlarında türk dilindən
başqa heç bir dildən istifadə olunmasının mümkün olmaması kimi təfsir etmişlər [15, 112-14].
Azlıqların dilindən ədalət mühakiməsi sistemində istifadə. Lozanna müqaviləsinin 39-cu
maddəsi Türkiyədən məhkəmələrdə ana dilindən şifahi istifadə üçün türk dilində danışmayan
vətəndaşlara yer ayrılmasını tələb edir. Müvafiq surətdə Türkiyə Cinayət-Prosessual Məcəlləsinin
252-ci maddəsi nəzərdə tutur ki, təqsirləndirilən şəxs türk dilini bilmədikdə tərcüməçi ona ittiham
barədə məlumat verməli, müdafiənin fikirlərini isə prokurora çatdırmalıdır [15, 15].
Dini müəssisələr yaratmaq hüququ. Lozanna müqaviləsinin 40-cı maddəsi qeyri-müsəlman
azlıqların dini müəssisələr yaratmaq və idarə etmək hüququna təminat verir. Buna baxmayaraq,
əvvəllər dini müəssisələrin yaradılması və hüquqi cəhətdən tanınması çətinliklərlə üzləşirdi. 15 iyul
2004-cü ildə qəbul olunmuş altıncı uyğunlaşdırma zərfinə əsasən, Tikinti haqqında Qanuna edilən
dəyişikliklər ibadətgahlar yaratmağa imkan vermişdir [21, 77-82].
Türkiyə Konstitusiyaya əsasən dünyəvi dövlət olsa da, Dini İşlər Başkanlığı vasitəsilə sünni
müsəlmanları dəstəkləyir. Ələvilər iddia edirlər ki, Türkiyə dünyəvi dövlət kimi bütün dinlərə və
məzhəblərə eyni dərəcədə yanaşmalı və bir məzhəbə üstünlük verməməlidir. Buna görə də Dini
İşlər Başkanlığının ləğvi tələb olunur.
Dini təhsil. Lozanna müqaviləsinin 40-cı maddəsi qeyri-müsəlman azlıqlara “təhsil və təlim
üçün öz hesabına məktəblər və digər müəssisələr yaratmaq, onları idarə etmək və onlarda öz dinini
azad surətdə həyata keçirmək” hüququ verir [21, 86].
Mülkiyyət hüququ. Avropa İnsan Hüquqlarının Müdafiəsi Konvensiyasına 1-ci Protokolun
1-ci maddəsi hər kəsin öz mülkiyyətindən müstəqil surətdə və ya başqaları ilə birgə maneəsiz
istifadə hüququna təminat verir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq
hüququn təməl prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum
edilə bilməz. 8-ci maddə ailə həyatı hüququnu təsbit edir. Bütün hüquqlar kimi, o, yalnız ayrı-
seçkiliyə yol verməyən əsaslarla məhdudlaşdırıla bilər (14-cü maddə) [23, 5-6].
Qeyri-müsəlman fondların mülkiyyət hüququnun məhdudlaşdırılması. Lozanna müqaviləsinin
39-cı və 40-cı maddələrinə görə, Türkiyədə qeyri-müsəlmanlar qanun qarşısında bərabərdir və
Türkiyənin digər vətəndaşları ilə eyni hüquqlardan istifadə edirlər. Buna baxmayaraq, 1974-cü ildən
etibarən qeyri-müsəlman fondlarının mülkiyyətinin qeydə alınmasına maneçilik törədilmişdir. İslahatlar
zərfindən sonra qeyr-müsəlman fondlarının mülkiyyət hüququ təsbitini tapsa da, 24 yanvar 2003-cü il
tarixli reqlamentin tənzimləməsi mülkiyyət hüququnun tam müdafiəsi üçün yetərli deyildir[11, 22-23].
Belə ki, qanun qeyri-müsəlman fondlarının mülkiyyət hüquqlarının qeydiyyatı üçün Baş Fondlar
(Vəqflər) İdarəsinin icazəsini tələb edir, halbuki bu, digər fondlar üçün məcburi deyildir. Bu məhdudiy-
yət Lozanna müqaviləsinin 39-cı maddəsinin pozulmasıdır.
161
Hərəkət azadlığı. Milli azlıqların müdafiəsi barədə Konvensiyanın 12-ci maddəsinə görə:
“Hansısa bir dövlətin ərazisində olan hər bir kəs bu ərazinin hüdudları daxilində sərbəst hərəkət
etmək və yaşayış yerini sərbəst seçmək hüququna malikdir” [11, 6]. Avropa İnsan Hüquqlarının
Müdafiəsi Konvensiyasına 4-cü Əlavə Protokol analoji hüquqları təsbit edir və Aİ hüdudlarında
hərəkət azadlığı əsas prinsip kimi çıxış edir [11, 6-7].
Miqrantların yerləşdirilməsi və hərəkəti ilə bağlı məhdudiyyətlər. Qanunvericiliyə görə,
“Türk mədəniyyəti ilə bağlı olmayan şəxslər, anarxistlər, qaraçılar, casuslar və deportasiya olunmuş
şəxslər miqrant kimi tanınmır”. Əcnəbilərin hərəkəti və daimi yaşayış yeri haqqında Qanunun 21-ci
maddəsinə görə, “Daxili İşlər Nazirliyi Türkiyə mədəniyyətinə yad olan vətəndaşlığı olmayan
şəxsləri, Türkiyə vətəndaşı olan qaraçıları və əcnəbiləri ölkədən çıxarmaq hüququna malikdir”.
Daxili İşlər Nazirliyinin 23 oktyabr 2003-cü il tarixli Təlimatı Türkiyə vətəndaşlığı almaq üçün
ərizələrdə ərizəçinin dilənçilər və qaraçılarla əlaqəsinin olub-olmadığını göstərməyi tələb edir [19,
14]. Bu müddəaların həyata keçirilməsi haqqında heç bir məlumat olmasa da, onlar qaraçılara
münasibətdə ayrı-seçkilik xarakteri daşıyır.
Avropa standartlarına çatmaq üzrə Türkiyənin irəliləyişinin qiymətləndirilməsi. İslahatlar
nəzərə alındıqla, Türkiyə Kopenhagen meyarlarının icrası istiqamətində bəzi mühüm addımlar
atmışdır. AKP hökuməti iqtidara gəldikdən sonra AB üzvlüyü prosesini prioritet elan etmişdir.
Xüsusilə qeyri-müsəlman azlıqlara və kürd icmasına münasibətdə bir çox qadağanlar götürülmüşdür
[19, 18]. Qeyri-müsəlman azlıqların mülkiyyət hüquqları ilə bağlı islahatlar, azlıqların dilində
yayım və özəl dil kurslarına icazə verilməsi xüsusi qeyd olunmalıdır.
ƏDƏBİYYAT
1.
Milli azlıqların müdafiəsi haqqında çərçivə konvensiyası. (Strasburq, 1 fevral 1995-ci il).
http://diaspora.gov.az/index.php?options=content&id=270
2.
Dişişleri: Azinlik sayisi 89 bin, Milliyet, 12.12.2008, p.31-32
3.
Erman T. and Erdemir A. Aleviler ve Topluma Eklemlenme Sorunsalı. Türkiyede Çoğunluk ve
Azınlık Politikaları: AB Sürecinde Yurttaşlık Tartışmaları, İstanbul, TESEV, 2008, p.127-144
4.
Oran, B. Türkiye’de Azınlıklar, Kavramlar, Teori, Lozan, Iç Mevzuat, Ictihat, Uygulama,
Iletisim, Istanbul, 2004, p.131-144
5.
Güneş Ayata A. “The Turkish Alevis”, Innovation the European Journal of Social Sciences,
1992, Vol. 5, No.3, p. 109-114
6.
Turkish Alevis Today. http://www.sahkulu.org/ xalevis1.htm)
7.
Allan Rosas, ‘The Protection of Minorities in Europe: A General Over-view, L., Oxford, 2006, p. 9-10
8.
Bruinessen, M.V. Kurds, Turks and the Alevi revival in Turkey, Middle East Report, 1996, p.7-10.
9.
Braude B.; Lewis B. Christians and Jews in the Ottoman Empire, The Functioning of a Plural
Society, Holmes and Meier, New York, 1982, p.7-10
10.
Constitution of the Republic of Turkey. Interim report, 1982, p.15
11.
Department of State Turkey Country Report on Human Rights Practices for 1998 (the Bureau
of Democracy, Human Rights, and Labor, 1998, p.22-23
12.
Dorian Jones. “Tensions Rise Between Turkey’s Government, Alevi Minority”, Voice of
America, October 22, 2013,p.16-19
13.
Gunnar M. Karlsen, ed., Freedom of religion in Turkey: The secular state model, the closing
down of the Welfare Party, and the situation of Christian groups. The Norwegian Helsinki
Committee 1998, Interim report, p.27
14.
Interim report of the Special Rapporteur of the Commission on Human Rights on the
elimination of all forms of intolerance and of discrimination based on religion or belief’,
A/55/280/Add.1, 11 August 2000, p.13
15.
Kaya N., and Baldwin C. Minorities in Turkey: Submission to the European Union and the
Government of Turkey. MRG Report. London, July, 2004, p.112-114
16.
Kurban D. Untravelling a Trade-Off: Reconciling Minority rights and Full citizenship in
Turkey. European Yearbook of Minority Issues, 2004, Vol.4, p.355-368
17.
Martin van Bruinessen. Kurds, Turks and the Alevis. N.-Y., 2009, p.44-49
Dostları ilə paylaş: |